tgindex
Şiə Təqvimi

Şiə Təqvimi

Статистика

Cəfəri məzhəbinin tarixindəki həssas məqamlar və hadisələr barəsində məlumat kanalı. @Talibi_qomnam

Последний пост
12 авг.
Последнее чтение
13 авг.
Постов за неделю
11
Всего постов
21
Тип
открытый
Язык
und
В каталоге с
13 авг.
Подписчики
1 554
0 за сутки
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
131
21 постов
Вовлечённость
8,4%
к подписчикам
Постов в день
1,6
всего 21
Упоминаний
6
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
79
1/48двое суток
90
1/72трое суток
97

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 12 авг.746из Shia_teqvimi

    ← məmunun Həzrətə etdiyi əziyyətlər: ➖məmun Həzrətə əziyyət verməkdə geridə qalmırdı və hətta Həzrəti bir neçə aylıq zindana salmışdır.⁵ ➖Vəliəhlikdən sonra Həzrətin giriftarçılığı o məlun münafiqlə tez tez bahəm olmağı idi.məlun məmun zahirdə guya Həzrətə təzim və ehtiram edirdi amma batində Allah höccətinə azar və əziyyət edirdi. ➖Yasir xadim deyir: O Həzrət hər cümə məscidi-cameyə gedərdi və tərli bədən,toza bulaşmış əllərlə Allah dərgahına dua edib buyurardı: ➖"İlahi,əgər mənim fərəcim mənim ölümümlədisə,ölümü mənə çatdır." ➖O Həzrət qürbətdə dünyasını dəyişənə qədər həmişə qəm və hüznlü idi.⁶ ➖məmun Həzrəti şəhid etməmişdən bir gün qabaq Həzrəti İmam Sadiqin oğlu Məhəmmədin və Ali ƏbuTalibdən olan camaatın yanına göndərmişdir ki,İmamın bədəninin salamat olduğunu görsünlər və ondan sonra ağlamağa başlamışdır.⁷ ←Həzrətin mübarək bədəninin dəfni: ➖İmam Cavad (ع) vasitəsilə⁸ həzrətə qüsl,kəfən və namaz qılındıqdan sonra O Həzrəti harunun qəbrinin önündə həmid ibn quhtəbəhin evində,(indiki yer) dəfn olundu.⁹Bəzi rəvayətlərə görə məmun camaatın fitnəsinin qorxusundan Həzrəti gecə dəfn olunmağa əmr etmişdir.¹⁰ ➖O Həzrətin imamət müddəti 20 il olmuşdur.¹¹İmam Cavadın (ع) İmama Rzanı (ع) şəhadət zamanında yaşı 7 və bir neçə aylıq idi.¹² ➖O Həzrətin şəhadəti barəsində nəqllər bunlardır: ➖Ramazan ayının əvvəli¹³➖Ramazan ayının 21-i¹⁴➖Ramazan ayı¹⁵➖Ramazan ayının 24ü¹⁶➖Səfərin 14ü¹⁷➖Səfərin 17si¹⁸➖Səfərə 6 gün qalmış (23 ya 24)¹⁹➖Səfərin 27si²⁰➖Cəmadiul əvvəlin 18i²¹➖Zil qədənin 23ü²². ➖Şiənin böyükləri O Həzrətin şəhadətini səfər ayında zikr etmişlər.Amma Səfərin 29 ya 30unu zikr etməyiblər. 📚 Mənbə; 1.Kafi,cild 1,səh 486. 2.Kəşful ğummə,cild 2,səh 267. 3.Tacul məvalid,səh 50. 4.İrşad,cild 2,səh 270. 5.uyunu əxbar,cild 1,səh 197. 6.Həmin,cild 1,səh 18. 7.İrşad,cild 2,səh 271. 8.Uyunu əxbar,cild 1,səh 273. 9.Həmin. 10.Həmin. 11.İrşad. 12.Uyunu əxbar. 13.ədədul qəviyyə. 14.Uyunu əxbar. 15.kəşful ğummə. 16.Bihar. 17.ədədul qəviyyə. 18.misbah kəfəmi. 19.tarixi qum. 20.tacul məvalid. 21.ricalul nəccaşi. 22.muntəxəbul təvarix. T.me/Shia_teqvimi

  • 12 авг.72из Shia_teqvimi

    🌙Səfər ayının axırı. 🖇İmam Rzanın (ع) şəhadəti. 🔰Mövlamız Əli ibni Musər Rza (ع) 203cü hicri ilində səhihə əsasən¹ Həzrəti Məsumənin şəhadətindən 2 il sonra,şəhadətə çatmışdır. ➖Həzrətin mübarək yaşı 49 ya 51 ya 55 il idi.² ➖Bir nəqlə görə 27 səfər Həzrəti İmam Rza (ع) şəhadətə çatmışdır.³ ➖Amma məşhura görə Səfər ayının axırıdır.28 səfərdə məmun zəhərli üzümü ya zəhər qatılmış nar suyunu məcburən İmam Rzaya içirtmişdir.⁴

  • без подписи

  • 12 авг.706из shubhelere_cavablar

    🏴Aləmlərə rəhmət olan əziz Peyğəmbərimizin və nəvəsi cənnət cavanlarının ağası İmam Həsəni Müctəbanın şəhadətləri münasibətilə təsliyyət ərz edirəm. 📌Əziz Peyğəmbərimiz barədə olan şübhələri bu başlıqla - #Peyğəmbər oxuya bilərsiz. 📌İmam Həsəni Müctəba (ə) barədə şübhələri bu başlıqla #İmamHəsən oxuya bilərsiz. T.me/shubhelere_cavablar

  • 12 авг.1025из Shia_teqvimi

    ←Həzrətin zəhərlənməsi: ➖İmam Həsənin zəhərlənməsi 40 gün çəkdi.⁵Zəhərin mübarək bədəndə təsiri aşkar olandan və şəhadət vaxtı çatdıqdan sonra Həzrət,İmam Hüseynə buyurdu: ➖"Məni zəhərləmişlər və ciyərimin tikələri teştdədir.Mən sizdən ayrılıram və Allaha qovuşuram,və bilirəm Məni kimi zəhərləmişdir;amma sizdə olan haqqıma görə bu barədə söz deməyin.Mən dünyadan köçəndən sonra gözlərimi bağla,qüslümü ver kəfənlə,və məni cəddim Peyğəmbərin qəbrinə apar ki,Onunla əhdi təzələyim.Sonra Məni cəddim Fatimə binti Əsədin yanında dəfn edin.Bilirəm müxaliflər güman edirlər siz istəyirsiz məni Peyğəmbərin kənarında dəfn edəsiz və mane olacaqlar.Sizi and verirəm Allaha ki,mənə görə hətta həcamət qanı qədər qan axmasın. Sonra O Həzrət İmam Əli kimi övlad və Öz əhlinə vəsiyyət etdi və dünyadan köçdü. ←Həzrətin cənazəsinin aparılması: ➖İmam Hüseyn qüsl,kəfən və namazdan sonra O Həzrəti Peyğəmbərin mübarək qəbrinə tərəf apardı.Bu mənzərəni görən mərvan və digər bəni-üməyyə aişə ilə silahla gəlmişdilər və şübhə yox idi ki,istəyirdilər O Həzrəti Peyğəmbərin kənarında dəfn etməsinlər.Buna görə gəldilər və mane oldular.aişə uzunqulağa minik halında dedi: "mənim sizlə nə işim ki,istəyirsiz bir kəsi ki,mən onu xoşlamıram,mənim evimdə dəfn edəsiz." ➖məlun mərvan həm bu mətləbə görə söz dedi,və ibn abbas ona və aişəyə cavab verdi.osmanın övladlarıda mane oldular və dedilər: ➖"heç vaxt olmaz ki,osman ən pis yerdə dəfn olundu və Həsən də Allah Rəsuluyla torpağa tapşırılsın."⁵ ➖İmam Hüseyn buyurdu: Məkkə və hərəmi möhtərəm edən Allaha and olsun ki,Həsən,Əli və Fatimənin övladı Peyğəmbərə layiqlidir ki,Onun evinə icazəsiz daxil olurdu.And olsun Allaha o layiqlidir,osmandan ki,əbuzəri (osman) Mədinədən çölə çıxartmışdır.⁶ ➖aişə Peyğəmbərin qəbrinin qarşısına getdi və özünü minikdən aşağı atdı və dedi: "Başımda bir tük qalana qədər icazə verməyəcəm Onu burda dəfn edəsiz."⁷Onunla olan kəslərdə İmam Həsənin mübarək cənazəsinə ox atdılar və dedi: düşmənimin oğlunu evimdən çıxardın.⁷ ➖Sonra digərlərinə ox atmağa əmr etdi.⁸Burada bəni mərvan o Həzrətin cənazəsinə ox atdılar.Bəni haşim əllərini qılınca atdılar amma İmam Hüseyn mane olub buyurdu: ➖"Qardaşımın vəsiyyəti zay olmamalıdır." ➖Sonra O Həzrətin cənazəsindən 70 ox çıxartdılar.⁸ və bu o halda idi ki,İmam Həsən,İmam Hüseynə xəbər vermişdir ki,aişə Onun şəhadətindən sonra hansı cinayətə mürtəkib olacaq.⁹ ➖Sonra İmam Hüseyn buyurdu ki,əgər qardaşımın vəsiyyəti olmasaydı bilərdiniz ki,ilahi qılınclar haradan və necə sizə gəlir.Sonra o Həzrətin mübarək bədənini bəqiyə gətirdilər və cəddi Fatimə binti Əsədin yanında dəfn etdilər.¹⁰ ➖İmam Həsənin 15 qız və oğlan övladı var idi amma codədən övladı olmamışdır.¹¹ 📚Mənbə; 1.Misarul şiə,səh 27. 2.Kafi,cild 1,səh 461. 3.Bihar,cild 44,səh 161. 4.Kafi,cild 2,səh 481. 5.Dəlailul imamət,səh 162. 6.İrşad,cild 2,səh 17. 7.Tusi,Əmali,səh 160. 8.Uyunul möcüzat,səh 58. 9.Kamil bəhai,cild 2,səh 269. 10.Tuhəful əbrar,səh 257. 11.Mənaqibi ali əbi Talib,cild 4,səh 50. T.me/Shia_teqvimi

  • 12 авг.904из Shia_teqvimi

    🌙28 Səfər. 🖇İmam Həsənin şəhadəti. 🔰Hicri 50ci ilin bu günündə İmam Həsəni Müctəba (ع) şəhadətə çatmışdır.¹ ➖Digər nəqlə görə O Həzrət səfərin 7si və başqa nəqlə görə isə səfərin axırında² və digər nəqlə görə isə rəbiul əvvəlin 5də olmuşdur.³ ➖codə əşəs ibn qeysin qızı,müaviyənin ona göndərdiyi zəhərlə O Həzrəti zəhərləmişdir.müaviyə zəhərlə bahəm,100 min dinar göndərmiş və vədə vermişdir ki,onu yezidin əqdinə keçirəcək;amma o vədəsinə vəfa etmədi.⁴

  • 11 авг.9521из Shia_teqvimi

    🌙28 Səfər. 🖇Camaatdan məcbur beyət alınması.¹ 📚Mənbə; 1.Süleymin kitabı,cild 2,səh 572. T.me/Shia_teqvimi

  • 11 авг.9351из Shia_teqvimi

    🌙28 Səfər. 🖇Xilafətin qəsb olunmasının başlaması. 🔰Səqifə əhli və bəni saidə tərəfindən Xilafətin zalımcasına qəsb olunmağının və Möminlərin Əmirinin evə dustaq edilməyinin və Qədir xum gününün beyətinin sındırılmasının ilk günüdür.¹ 📚Mənbə; 1.hücum ələ beyti Fatimə,səh 84. T.me/Shia_teqvimi

  • 11 авг.8911из Shia_teqvimi

    🌙28 Səfər. 🖇Möminlərin Əmiri,İmam Əlinin imamətinin başlaması. 🔰İmam Əlinin imamətinin ilk günüdür və O Həzrəti bu gündə ziyarət etmək müstəhəbdir.¹ 📚Mənbə; 1.Bihar,cild 97,səh 384. T.me/Shia_teqvimi

  • 11 авг.9661из Shia_teqvimi

    ←Peyğəmbərin vəsiyyəti: ➖Peyğəmbər ömrünün axır zamanında Həzrəti Əliyə vəsiyyət buyurmuş və Cəbrail,Mikail və müqərrəb mələkləri o vəsiyyətə şahid tutmuşdur. ➖O cümlədən o kəlmələr ki,Cəbrail Peyğəmbərə buyurmuşdur və Həzrət Əli eşitmişdir,bu idi: "Haqqını alacaqlar və xümsünü qəsb edəcəklər və ehtiram pərdəni yırtacaqlar və saqqalını başının qanına boyayacaqlar" ➖Həzrət Əli buyurur: "O sözləri anlayanda,fəryad edib üzü üstdə yerə düşdüm." ➖Sonra Xanım Zəhra və Həsəneynə sözlər buyurdu.Sonra o vəsiyyəti qızıldan olan bir neçə möhürlə möhürləyib,İmam Əliyə təhvil verdi.⁶ ←Peyğəmbər bədəninə qüsl və namaz: ➖İmam Əli O Həzrətə qüsl verəndən sonra təklikdə O Həzrətə namaz qıldı.⁷ ➖Səqifə səhabələrindən başqa camaat məsciddə cəm oldular və Peyğəmbərə namaz qılmağın fikrində idilər. ➖İmam Əli gəldi və buyurdu: "Allah Rəsulu Bizim İmamımızdır həyatda olduğu və vəfat etdiyindən sonrada." Bu kinayə idi ki,yəni O Həzrətə namazı camaat şəklində qılmırıq.Bu anda camaat dəstə dəstə daxil olub İmam demədən "İnnəllahə və mələikətəhu yusallunə ələn nəbiy...." 3 dəfə dedilər və çölə çıxdılar. ← Peyğəmbərin dəfni: ➖Həzrət Əli buyurdu: Allah razıdır ki,Peyğəmbərin ruhunu harada alıb,orada dəfn olunsun və Mən O Həzrəti dünyadan köçən yerdə dəfn edirəm və o hücrə,Xanım Zəhranın hücrəsi idi.⁹ ➖İmam Əli digərlərinin köməyi ilə qəbr qazdı və Həzrətin bədənini qəbrə qoydu.Sonra o Həzrət qəbrə daxil oldu və Peyğəmbərin üzünü açdı sağ tərəfini torpağa qoydu sonra qəbri bağladılar.¹⁰ ←Peyğəmbərin həyatı qısa şəkildə: ➖O Həzrət hələ ana bətnində (2 ay) olarkən atası dünyadan köçmüşdür. ➖4 ya 7 ya 8 yaşında anası dünyadan köçmüşdür. ➖8 yaş 2 aylığında babası dünyasını dəyişmişdir. ➖25 yaşında Həzrəti Xədicə ilə İzdivac etmişdir. ➖30 yaşında olan,İmam Əli dünyaya gəlmişdir. ➖40 yaşında Həzrət nübuvvətə çatmışdır. ➖45 yaşında meraca getmişdir. Besətdən 5 il sonra Xanım Fatimə dünyaya gəlmişdir. ➖50 yaşında Əbu talib və Həzrəti Xədicəni itirmişdir. ➖52 yaş 11 ay,13 gündə Mədinəyə hicrət etmiş.10 il orada qalmışdır.28 səfər 11ci hicri ilində dünyasını dəyişmişdir.¹¹ 📚Mənbə; 1.Məsarul şiə,səh 27. 2.Süleymin kitabı,cild 2,səh 838. 3.Qummi təfsiri,cild 2,səh 376. 4.Müstədrəkul səfinətul bihar,cild 6,səh 295 5.Kafi,cild 1,səh 296. 6.Kafi,cild 1,səh 281. 7.Süleymin kitabı,cild 2,səh 571. 8.Əhzab 56. 9.Əynə dəfni nəbi. 10.İrşad,cild 1,səh 188. 11.Mənaqibi Ali əbi Talib,cild 1,səh 226 T.me/Shia_teqvimi

  • 11 авг.9591из Shia_teqvimi

    🌙28 Səfər. 🖇Allah Rəsulunun şəhadəti. 🔰Məxluqların ən şərəflisi,Ənbiyaların Xatəmi olan Məhəmməd ibn Abdullahın [sallallahu aleyhi və alihi və səlləm] məzlumanə şəhadəti 11ci hicri ilində 63 yaşında¹ zəhər vasitəsilə² olmuşdur;Bəzi rəvayətlərə əsasən Həzrəti aişə və həvsə zəhərləmişdir.³ ➖Səfərin 24-ü Peyğəmbərin xəstəliyi şiddətlənmişdir.⁴ ➖Peyğəmbər xəstə halında buyurdu: Mənim Həbibimi yanıma çağırın.aişə və həvsə öz atalarını O həzrətin yanına çağırdılar.Peyğəmbər mübarək üzünü döndərdi və buyurdu: ➖Mənim Həbibimi yanıma çağırın. ➖Sonra Həzrəti Əlini çağırdılar.Həzrət Onu görcək yanına çağırdı və Həzrətə kəlamlar dedi.Həzrəti Əli O Həzrətin yanından çıxanda,ömər və əbu bəkr Ondan soruşdular: ➖Sənin Xəlilin sənə nə dedi? ➖Buyurdu: "Min bab elmi mənə hədis dedi ki,hər babdan min bab açılır."⁵

  • 10 авг.11710из Shia_teqvimi

    🌙26 Səfər. 🖇Usamənin qoşununun hazır edilməsi. 🔰11ci hicri ilinin bu günündə¹ Peyğəmbər və bir qrup xas səhabələrə və xüsusilə əbu bəkrə,ömərə və osmana əmr buyurdu ki,ruma səfər edərək rumlularla döyüşmək üçün Usamə ibn Zeydin əmr altında hazır olsunlar. ➖Onlar bu əmri xoşlamadılar və Usamənin İslam ordusuna olan komandanlığına və Xatəmul ənbiya olan Peyğəmbərə etiraz etdilər. ➖Həzrət buyurdu: "Allah lənət etsin o kəsə ki,Usaməni qoşunundan ayrılar."Amma bununla belə əbu bəkr,ömər və osman ayrılaraq,qayıtdılar.² 📚Mənbə; 1.Süleymin kitabı,cild 2,səh 683. 2.Bihar,cild 21,səh 410. T.me/Shia_teqvimi

  • 9 авг.15216из Shia_teqvimi

    🌙25 Səfər. 🖇Peyğəmbərin "Səqəleyn"ə tabe olmağa əmri. 🔰Bu gündə Əziz Peyğəmbərimiz müsəlmanların cəmində minbərə qalxmış və xütbəsində insanları moziə edərək onları Kitab (Quran) və İtrətə (Əhli-beyt) davamçı olmağı vəsiyyət etmişdir.¹ -------‐------------------------ 📚Mənbə; 1.Müstədrəkul səfinətul bihar,cild 6,səh 295. -------------------------------- T.me/Shia_teqvimi

  • 7 авг.1953из Shia_teqvimi

    ➖«إنَّ الرَّجُلَ لَیَهجُر» ➖Tərcümə: "Bu kişi sayıqlayır"! ➖Peyğəmbərin ömrünün axır günləri idi. ➖Mühacir və ənsar o Həzrətin yatağının ətrafında idilər,Peyğəmbər onlara nəzər etdi. Ümməti hifz etmək və hərc-mərclikdən qorumaq üçün buyurdu: ➖«ایتُونِی بِدَواةٍ وَ بَیاضٍ اکتُبُ لَکُم مَا لَن تَضِلُّوا بَعدِی أبداً» ➖Tərcümə: "Mənim üçün kağız və qələm gətirin ki,sizə bir mətləb yazım ki,Məndən sonra heç vaxt azmayasınız." ➖Bu zaman ömər dedi: ➖إنَّ الرَّجُلَ لَیَهجُر (العیاذ بالله) حَسبُنا کتابُ الله یا به عبارت های دیگر إنَّ رَسُولَ الله یَهجُر و ➖Tərcümə: "Bu kişi sayıqlayır....Allahın kitabı bizə kifayətdir.." ➖ömərin bu sözü ixtilaf saldı və səhabələr arasında səs-küyə səbəb oldu.Bir dəstə (münafiqdən) dedilər: ➖ömərin sözü,sözdür. ➖Digər dəstə isə dedi: kağız və qələm gətirin. ➖Bu anda Peyğəmbər mübarək üzünü onlardan çevirdi və buyurdu: Mənim yanımdan uzaqlaşın,mənim yanımda səs-küy etmək caiz deyil. Onlar getdilər və şeytan öz işini gördü və ümmətə olmayası iş oldu. ---------‐--------------------------- 📚Mənbə; 1.Suleym ibn qeys,cild 2,səh 794. ------------------------------------- T.me/Shia_teqvimi

  • 7 авг.146из Shia_teqvimi

    🌙24 Səfər. 🖇Peyğəmbərin kağız və qələm istəməsi. 🔰Bu gündə ya səfər ayının 28-i¹ Əziz Peyğəmbərimiz kağız və qələm tələb etdi ki,orada yazıb ümmətə bəyan etsin ki,xilafət Ondan sonra fasiləsiz İmam Əlinindir.Amma ömər,bir kəsin Peyğəmbərə cürət etmədiyi bir kəlam deməklə bu işə mane oldu və dedi:

  • 3 авг.26611из Shia_teqvimi

    🌙20 Səfər.(Ərbəin) 🖇İmam Hüseynin (ع) mübarək başının bədəninə birlşdirilməsi. 🔰Bu gündə¹ İmam Hüseynin (ع) kəsilmiş mübarək başı İmam Səccad (ع) vasitəsilə şamdan Kərbəlaya gətirilmiş və o Həzrətin Pak Bədəninə birləşdirilmişdir.² 📚Mənbə; [1]📚Bihar,cild 44,səh 199. [2]📚Həmin,cild 44,səh 199. T.me/Shia_teqvimi

  • 3 авг.1977из Shia_teqvimi

    🌙20 Səfər.(Ərbəin) 🖇Əhli-beytin Kərbəlaya qayıtması. 🔰Məşhur və səhihə əsasən bu gündə Əhli-beyt (ع) şamdan Kərbəlaya qayıtmışdır.¹ 📚Mənbə; [1]📚Tozihul məqasid,səh 6. T.me/Shia_teqvimi

  • 3 авг.2087из Shia_teqvimi

    🌙20 Səfər.(Ərbəin) 🖇Cabirin Kərbəlada ziyarəti. 🔰61ci hicri ilinin bu günündə Cabir ibn Abdullah ənsari və həmrahları İmam Hüseynin şəhadətindən 40 gün sonra Mədinədən Kərbəlaya daxil olmuşdurlar.O Ətiyyə ilə bahəm məhbubu Seyyiduş Şuhədanın qəbrini ziyarət etmişdir.¹ 📚Mənbə; [1]📚Tozihul məqasid,səh 6. T.me/Shia_teqvimi

  • 3 авг.1807из Shia_teqvimi

    🌙20 Səfər.(Ərbəin) 🖇Seyyiduş Şuhədanın "ərbəini" 🔰Bu gündə İmam Hüseyn (ع),Əhli beyti və Səhabələrinin şəhadətindən 40 gün keçmişdir. ➖Əhli beyt şiələri və dostları bu gündə gərək qara geyinməli,işlərini tətil etməli və əza məclislərində iştirak etməlidirlər. ➖İmam Həsən Əskəri (ع) buyurur: "Möminin əlaməti 5 şeydir; 51 rükət namaz,ərbəin ziyarəti,sağ əldə üzük,alını möhürə qoymaq və ucadan Biamillahı demək."¹ 📚Mənbə; [1]📚Vəsailuş şiə,cild 14,səh 478. T.me/Shia_teqvimi

  • 31 июл.2146из Shia_teqvimi

    🌙17 Səfər. 🖇İmam Rzanın (ع) şəhadəti. (Bir rəvayətə görə) 🔰Bir nəqlə görə 203cü hicri ilinin bu günündə İmam Rza (ع) məmunun əli ilə üzümə zəhər vurularaq o Həzrət 51 yaşında şəhadətə çatmışdır.¹ 📚 Mənbə; [1]📚Bihar,cild 49,səh 223. T.me/Shia_teqvimi