tgindex
ADPU

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəsmi telegram kanalı Əlaqə: 🌐 www.adpu.edu.az 📠 Tel.: +994124930032; +994124981841 📩 İmeyl: office@adpu.edu.az; media@adpu.edu.az 📲 Instagram DM: instagram.com/adpueduaz

Последний пост
13 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
4
Всего постов
37
Тип
открытый
Язык
und
Категория
Новости и СМИ (по похожим)
В каталоге с
13 авг.
Подписчики
4 385
−5 за 2 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
594
37 постов
Вовлечённость
13,5%
к подписчикам
Постов в день
0,6
всего 37
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
282
1/48двое суток
323
1/72трое суток
348

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 🎓 Pedaqoji Universitet — gələcəyi qurmaq istəyənlərin seçimi! ✨ Bəs Pedaqoji Universiteti fərqləndirən nədir? 🔹 Müəllimlər məbədi 105 illik pedaqoji təhsil ənənəsinə malik olan Pedaqoji Universitet Azərbaycan təhsilinin formalaşmasında mühüm rol oynayan ali təhsil müəssisələrindən biridir. Burada illər ərzində minlərlə müəllim və təhsil mütəxəssisi yetişib. 🔹 Güclü akademik baza Tələbələrin seçdikləri ixtisas üzrə fundamental və müasir biliklər əldə etməsi üçün formalaşdırılmış akademik mühit. Tədris prosesi yalnız nəzəri biliklərlə məhdudlaşmır, tələbələrin peşəkar inkişafına da yönəlir. 🔹 Zəngin resurslar Tələbələrin təhsil prosesində istifadə edə biləcəyi kitabxana, elektron resurslar, tədris materialları və digər akademik imkanlar onların müstəqil öyrənməsinə və biliklərini genişləndirməsinə şərait yaradır. 🔹 E-universitet Rəqəmsal texnologiyaların təhsil prosesinə inteqrasiyası tələbələrə universitet xidmətlərindən və tədris imkanlarından daha rahat və çevik şəkildə istifadə etməyə imkan verir. 🔹 Real təcrübə və iş imkanı Universitetdə əldə olunan nəzəri biliklərin praktikada tətbiqi tələbələrin gələcək peşə fəaliyyətinə hazırlanmasında mühüm rol oynayır. Təcrübə imkanları tələbəyə özünü real iş mühitində sınamaq və peşə bacarıqlarını inkişaf etdirmək fürsəti verir. 🔹 Yenilənən məzmun Təhsil məzmununun müasir tələblərə uyğun olaraq yenilənməsi tələbələrin dəyişən dünyaya və əmək bazarının gözləntilərinə uyğun bilik və bacarıqlar qazanmasına imkan yaradır. Müasir yanaşmalar, yeni tədris metodları və aktual mövzular tələbələrin daha çevik və rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasına dəstək olur 🔹 Zəngin sosial həyat Universitet həyatı yalnız auditoriyadan ibarət deyil. Tələbələr universitetdə fəaliyyət göstərən tələbə təşkilatlarının təşkil etdiyi müxtəlif tədbirlərdə, layihələrdə, klublarda, könüllülük fəaliyyətlərində və digər sosial təşəbbüslərdə iştirak etməklə yeni dostlar qazana və öz sosial bacarıqlarını inkişaf etdirə bilərlər. 🔹 Geniş təqaüd proqramı Tələbələrin akademik göstəricilərinin və nailiyyətlərinin dəstəklənməsi üçün müxtəlif təqaüd imkanları mövcuddur. Semestr imtahanlarının nəticələrinə əsasən universitet və fakültələr üzrə ən yüksək nəticə göstərən tələbələr əlavə adlı təqaüdlər almaq imkanı əldə edirlər. Universitetdə ümumilikdə 14 adlı təqaüd mövcuddur. Bu imkanlar tələbələri daha yüksək nəticələr göstərməyə təşviq edir. 🔹 70 faizə qədər ödənişsiz təhsil Yüksək nəticə göstərən abituriyentlər üçün dövlət sifarişi əsasında ödənişsiz təhsil imkanları mövcuddur. Bu isə ali təhsil almaq istəyən gənclər üçün mühüm üstünlüklərdən biridir. 🔹 Sosial həssas qız tələbələr üçün yataqxana Sosial həssas qruplara aid qız tələbələrin təhsil müddətində yaşayış məsələsinin həllinə dəstək göstərilməsi onların təhsillərini daha rahat şəkildə davam etdirməsinə imkan yaradır. 🔹 İkili diplom və beynəlxalq mübadilə Tələbələr üçün beynəlxalq təcrübə qazanmaq, müxtəlif ölkələrin təhsil mühiti ilə tanış olmaq, xarici universitetlərlə əməkdaşlıq çərçivəsində mübadilə proqramlarında iştirak etmək və ikili diplom imkanlarından yararlanmaq perspektivləri yaradılır. 📚 Bütün bunlar bir məqsədə xidmət edir: Tələbənin universitetə qəbul olduğu ilk gündən məzun olduğu günə qədər yalnız ixtisas üzrə bilik qazanması deyil, həm də peşəkar, sosial və şəxsi inkişafını təmin etməsi. Çünki Pedaqoji Universitet sadəcə ali təhsil müəssisəsi deyil — gələcəyin qurulduğu məkandır. 🎓 Sən də gələcəyini qurmaq üçün doğru seçim et! #adpu #PedaqojiUniversitet #uduaz #ElmvəTəhsilNazirliyi #qəbul #tələbə #təqaüd #GələcəyinQurucuları

  • без подписи

  • Hələ də hansı universiteti seçəcəyini bilmirsən? Cavab sadədir: Pedaqoji Universitet - Gələcəyin Qurucularının seçimi! #adpu #ElmvəTəhsilNazirliyi #qəbul #abituriyent #dim

  • ADPU tələbələri üçün geniş təqaüd imkanı: 14 adlı təqaüd ADPU tələbələri dövlət tərəfindən təyin edilən və semestr imtahanlarının nəticələrinə əsasən müəyyənləşən (adi, həvəsləndirici, əlaçı) təqaüdlə yanaşı yüksək nəticələr göstərərək universitetin adlı təqaüdlərini də almaq şansı əldə edirlər. Belə ki, semestr imtahanlarının nəticələrinə əsasən universitet və ya təhsil aldığı fakültə və ya ixtisas üzrə ən yüksək ÜOMG-nə malik olan tələbə müvafiq adlı təqaüdü almaq şansı qazanır. Təqaüdlərin fakültələr üzrə bölgüsü və meyarları ilə poserdən tanış ola bilərsiniz. Təqaüdlər tələbəyə 1 semestr ərzində verilir. Həmçinin universitetə ən yüksək balla qəbul olunan 1 tələbəyə 1 il müddətində aylıq miqdarı 125 AZN olan Firudin bəy Köçərli adına təqaüd verilir. Bu təqaüdü alan tələbədən sonrakı 600 və daha yüksək balla ADPU-ya qəbul olunan 10 nəfər tələbəyə isə 1 semestr ərzində aylıq 200 AZN dəyərində "Uğur" təqaüdü təyin edilir. #adpu #ElmvəTəhsilNazirliyi #tələbə #qəbul #təqaüd

  • ✅ Pedaqoji Universiteti seç - 👩🏻‍🏫 "Gələcəyin müəllimi" təqaüdü almaq şansı qazan! ⚡Hər il qəbul imtahanlarında 500 bal və daha yüksək nəticə göstərərək ixtisas seçimi mərhələsində I və ya II sırada müəllimlik ixtisaslarını seçərək ali təhsil müəssisələrinə qəbul olunan ölkə universitetləri üzrə ən yüksək nəticəli ilk 300 nəfər tələbə Elm və Təhsil Nazirliyi tərəfindən verilən "Gələcəyin müəllimi" təqaüdünü almaq şansı qazanırlar. 💡Bu təqaüd yüksək nəticələrlə müəllimlik peşəsinə yiyələnmək istəyən gənclər üçün motivasiya olaraq nəzərdə tutulur və məbləği aylıq 100 AZN təşkil edir. ✅ Əgər "Gələcəyin müəllimi" təqaüdü alan tələbə 4 illik təhsil müddətində (qoşa ixtisarlarda 5 il) müəyyən olunan ortalama müvəffəqiyyət göstəricilərini (71 və daha yüksək) qoruyarsa, məzun olana qədər təqaüddən yararlana bilər. Hər hansı semestrdə yaranan müvəffəqiyyətsizlik yalnız növbəti semestr üzrə təqaüdün dayandırılmasına səbəb olur və növbəti semestrdə tələbənin yenidən yüksək nəticə göstərərək təqaüd alma şansı var. #adpu #PedaqojiUniversitet #eduaz #eatda #təqaud #Gələcəyinmüəllimi

  • ADPU-nu seç, gələcəyinə "UĞUR"la başla! 600 bal və daha yüksək nəticə ilə ADPU-nu seçən ilk 10 tələbə ilk tədris ilinin birinci semestri ərzində aylıq 200 AZN dəyərində xüsusi “UĞUR” təqaüdü qazanır. “UĞUR” xüsusi təqaüd proqramı ən yüksək balla ADPU-ya qəbul olunaraq “Firudin bəy Köçərli” təqaüdü (1 il ərzində, aylıq 125 AZN) alan tələbədən sonrakı, 600 bal və daha yüksək nəticə ilə universitetə qəbul olunan ilk 10 nəfər tələbəyə şamil edilir. #adpu #ElmvəTəhsilNazirliyi #qəbul #abituriyent #təqaüd

  • ADPU "Sosial iş" ixtisası üzrə təkrar ali təhsilə qəbul elan edir Ətraflı: https://adpu.edu.az/xeberler/adpusosialistekraralitehsil #adpu #eduaz #ElmvəTəhsilNazirliyi #eatda #təkrartəhsil

  • 📚💻 Ali və orta ixtisas təhsil müəssisələrinin ödənişsiz ixtisaslarına qeydiyyat prosesini mygov üzərindən həyata keçirə bilərsiniz. Müraciətinizi onlayn şəkildə tamamlayın və qeydiyyatınızın statusunu şəxsi kabinetiniz vasitəsilə izləyin. 🎦 Videoda qeydiyyat prosesinin bütün addımları ilə tanış ola bilərsiniz. #ADPU #PedaqojiUniversitet #mygov #ElmVəTəhsil #TələbəQeydiyyatı #RəqəmsalXidmətlər #RəqəmsalHökumət

  • без подписи

  • Ödənişi Təhsil Tələbə Krediti vasitəsilə ödəmək istəyən şəxslər qeydiyyat zamanı müvafiq bəndi işarələməli və paralel olaraq https://www.e-ttkf.edu.az/ saytında mygov ID (əvvəlki adı ilə Digital Login/ASAN Login) və ya natariusdan alınmış ərizə nömrəsi ilə qeydiyyatdan keçərək müraciət ünvanlamalıdırlar. TTK barədə ətraflı məlumat üçün QR kodları oxudun. #adpu #ElmvəTəhsilNazirliyi #qəbul #magistratura #qeydiyyat

  • без подписи

  • Təhsil haqqından azad olunan tələbələr Güzəşt kateqoriyasına aid edilən və təhsil haqqı dövlət tərəfindən ödənilən təhsilalanlar portal qeydiyyatı zamanı müvafiq bəndi işarələməli və bu statusu təsdiqləyən sənədləri portala yükləməlidirlər. Güzəşt kateqoriyasına aid olmanın meyarları barədə postda ətraflı məlumat qeyd edilib. #adpu #ElmvəTəhsilNazirliyi #magistratura #qəbul #qeydiyyat

  • Ödənişin edilməsi ilə bağlı təlimat Ödənişli əsaslarla qəbul olunanlar maraciətlərini tamamladıqdan sonra müraciətləri ali təhsil müəssisəsi tərəfindən baxılıb kabinetlərində "Ödəniş et" yazısı görünənədək gözləməlidirlər. "Ödəniş et" yazısı göründükdən sonra ödəniş aşağıdakı vasitələrlə ödənilə bilər: •Birbaşa şəxsi kabinetdən bank kartı vasitəsilə •Mobil bank tətbiqləri vasitəsilə "Ödənişlər" >Təhsil>Ali təhsil müəssisələri seçməklə •Şəxsi kabinetdə göstərilən invoys kodu təqdim etməklə bank filiallarında •FİN kodla ödənişi dəstəkləyən ödəniş terminalları vasitəsilə Təhsi>Ali təhsil müəssisələri> FİN kod seçməklə Digər ödəniş vasitələri ilə edilən ödənişlər zamanı ödəniş qəbzinin şəklini portala yükləmək məcburiyyəti yarana bilər. Təhsil haqqının ən azı yarısının ödənilməsi tələb edilir. Ödəniş edildikdən sonra kabinetdə "Ödəniş edildi" yazısı görünməlidir. Əgər bu yazı görünmürsə, kabinetin "Ödəniş" bölməsindən "Digər" seçilməklə ödəniş qəbzinin şəkli sistemə daxil edilməlidir. #adpu #ElmvəTəhsilNazirliyi #magistratura #qəbul #qeydiyyat

  • без подписи

  • без подписи

  • без подписи

  • ADPU-nun magistratura səviyyəsinə qəbul olunanların nəzərinə! 2026-2027-ci tədris ili üzrə ADPU-nun magistratura səviyyəsinə qəbul olunmuş şəxslər 03 avqust 15:00-dan 12 avqust 18:00-dək https://my.gov.az/ az portalı vasitəsilə onlayn qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün bakalavrlar https://my.gov.az/ portalında şəxsi hesaba daxil olmalı, "Xidmətlər" bölməsindən "Sahələr", açılan pəncərədən "Təhsil" və "Ali və orta ixtisas müəssisələrinə təhsilalan qeydiyyatı" seçimlərini etməlidirlər. Açılan bölmədə şəxsi və qəbul məlumatlarını təsdiqləmək və tələb edilən sənədləri yükləmək zəruridir. Portala yüklənməsi tələb edilən sənədlərlə postda tanış ola bilərsiniz. Qeyd edilmiş müddətədək onlayn qeydiyyatı tamamlamayanlar ali təhsil müəssisəsinə qəbuldan imtina etmiş sayılırlar. #adpu #ElmvəTəhsilNazirliyi #qəbul #magistratura #qeydiyyat

  • 1 Avqust - milli kimliyimizin və birliyimizin, varlığımızın rəmzlərindən olan Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür! #ADPU #PedaqojiUniversitet #eduaz #Azərbaycandili

  • ADPU-ya ən yüksək balla qəbul ol, "Firudin bəy Köçərli adına təqaüd" al Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının müvafiq qərarına əsasən 2022-ci ildən etibarən hər il ADPU-nun bakalavriat səviyyəsinə ən yüksək balla qəbul olunan tələbəyə 1 il müddətində "Firudin bəy Köçərli adına təqaüd" verilir. Təqaüdün məbləği 125 manatdır və 1 təqvim ili müddətini (12 ay) əhatə edir. #adpu #eduaz #ElmvəTəhsilNazirliyi #qəbul #təqaüd

  • ADPU-nun dərsləri gənc kadrları MİQ imtahanlarına tam hazırlaya bilir? | Özəl Müsahibə - Prorektor dosent Eldar ASLANOV TƏHSİL TV-yə danışır https://youtu.be/-_QOW3Rqbj8?si=VYItKOPlZjYHv9gU #TəhsilTV #ADPU #Dərs #MİQ #Müsahibə