Al-Fasih • الفَصِيحُ
Статистика"اللغةُ العربيَّةُ ليستْ عِلمًا؛ بل هيَ شيءٌ فوق العلم." "Paylaşımlardan istifadə edərkən istinad vacibdir.!"
- Последний пост
- 14 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 2
- Всего постов
- 28
- Тип
- открытый
- Язык
- az
- Категория
- Религия (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 27
- 1/48двое суток
- 30
- 1/72трое суток
- 33
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
بكثرة الصلاة على النبي ﷺ تُقضى الحوائج وتزول الهموم وتُغفر الذُّنوب وتنحلُّ العُقد وتُفتح المغاليق وتتيسر المعاسير وتتحقق الأمنيات صلوا عليه وسلموا تسليماً Peyğəmbərə (ﷺ) çoxlu salavat göndərməklə: Hacətlər yerinə yetər, Qəm kədərlər silinər, Günahlar bağışlanar, Düyünlər açılar, Bağlı qapılar açılar, Çətinliklər asanlaşar, Arzular həyata keçər, Elə isə ona çoxlu salavat və salam söyləyin. ﷺ t.me/alfasih_az
"Bütün məxluqat özü ilə məşğul ikən, sənin ümmətim, ey Rəbbim ümmətim, deyib, təkrarlayacağın gün sənə salam olsun ﷺ."
﴿فَأَجَاءَهَا الْمَخَاضُ إِلَى جِذْعِ النَّخْلَةِ قَالَتْ يَالَيْتَنِي مِتُّ قَبْلَ هَذَا وَكُنْتُ نَسْيًا مَنْسِيًّا﴾ لكمال عفافها وطهرها تمنّتْ أن تكون : ﴿ نسياً منسيا ﴾ فخلّدها الله ذِكْراً لا يُنسى ﴿وَاذْكُرْ فِي الْكِتَابِ مَرْيَمَ ﴾ "Doğuş sancıları onu bir xurma ağacının gövdəsinə söykənməyə vadar etdi. O dedi: 'Kaş ki, mən bundan əvvəl ölüb tamamilə unudulaydım!'" (Məryəm surəsi, 23) İffətinin və paklığının kamilliyindən dolayı o, "tamamilə unudulub getməyi" arzuladı. Allah isə onu unudulmaz bir zikr (yad edilmə) ilə əbədiləşdirdi: "Kitabda Məryəmi də yada sal..." (Məryəm surəsi, 16) t.me/alfasih_az
﴿وَلَقَدْ عَلِمْتُمُ الَّذِينَ اعْتَدَوْا مِنْكُمْ فِي السَّبْتِ فَقُلْنَا لَهُمْ كُونُوا قِرَدَةً خَاسِئِينَ﴾ [البقرة: ٦٥] بيان حكمة الله في مناسبة العقوبة للذنب؛ فالذنب الذي فعلوه أنهم فعلوا شيئًا صورته صورة المباح؛ ولكن حقيقته غير مباح؛ فصورة القرد شبيهة بالآدمي، ولكنه ليس بآدمي؛ وهذا لأن الجزاء من جنس العمل. ابن عثيمين، تفسير الفاتحة والبقرة ١ / ٢٣١ "Sizdən şənbə günü (həddi) aşanları, artıq tanıyırsınız. Biz də onlara: «Mənfur meymunlar olun!» – dedik." (Bəqərə surəsi, 65-ci ayə) Bu, günaha uyğun gələn cəzanın verilməsində Allahın hikmətinin bəyanıdır. Onların etdikləri günah ondan ibarət idi ki, xarici görünüşcə icazəli (mubah) görünən, lakin mahiyyətcə icazəli olmayan bir iş görmüşdülər. Meymunun da zahiri forması insana bənzəyir, lakin o, insan deyil. Bu ona görədir ki, cəza əməlin öz cinsindəndir (əmələ uyğundur). İbn Useymin, "Fatihə və Bəqərə surələrinin təfsiri", 1/231 t.me/alfasih_az
Nəbə (Xəbər) 78:35 لَّا یَسۡمَعُونَ فِیهَا لَغۡوࣰا وَلَا كِذَّ ٰبࣰا Onlar orada nə boş bir söz, nə də bir yalan eşidəcəklər. Kim boş və faydasız sözləri tərk edib onlardan uzaq dursa, artıq Cənnət nemətlərindən bir neməti bu dünyada dadmış olar. Dr. AbdulMuhsin əl-Muteyri. t.me/alfasih_az
"Maraqlıdır ki, Musa (عليه السلام) fəsahətinin azlığından (nitqinin rəvan, səlis olmamasından) və dilindəki düyündən əziyyət çəkən yeganə peyğəmbər idi. Buna baxmayaraq, Allahın birbaşa (vasitəsiz, sözlə) danışdığı yeganə kəs də o oldu... Sən Allahın nəzərində qəlbinlə varsan, başqa heç bir şeylə yox." t.me/alfasih_az
Hikmət əhli insanlardan biri deyir ki; "Necə ki, bəzi yeməkləri bir az soyumağa qoyursan ki, onları yemək asan olsun, Bəzi problemləri də bir az soyumağa (sakitləşməyə) burax ki, onları həll etmək sənə asan olsun!" Doğru zamanı seçmək həll yolunun bir parçasıdır. Qəzəbli insanla mübahisə etmək mümkün deyil, onun səhv etdiyinə inandırmaqdan bəhs etməyə isə dəyməz. Onu burax ki, sakitləşsin; bəlkə də onun səhv etdiyini sübut etməyə heç ehtiyac qalmayacaq. Bəzi insanlar sakitləşdikdən sonra öz xoş (təmiz) əsllərinə qayıdır və korladıqları şeyləri düzəltməyə çalışırlar. Bəziləri isə olduqca inadkardır; hətta sakitləşdikdə belə öz səhvlərindən bərk-bərk yapışırlar. Problemin gedişatında belə insanlarla mübahisə etmək problemi daha da təhlükəli hala gətirir və yeni bir problemin yaranmasına yol aça bilər. حديث المساء ص٢١. t.me/alfasih_az
لا تفقد السماء صوتك كُن عبداً إذا دعا تعرفه الملائكة فتقول : يارب صوتٌ معروف من عبدٍ معروف . ابن القيّم Səma sənin səsini itirməsin. Dua etdikdə mələklərin tanıdığı bir qul ol! Desinlər ki, "Ey Rəbbimiz! Bu tanış bir səsdir, Tanış bir qulun səsidir." İbn'ul Qayyim رحمه الله. t.me/alfasih_az
Sevgiyə qarşı sevgi, etinasızlığa qarşı etinasızlıq. İmam Beyhəqinin رحمه الله Mənəqib'uş Şafii əsərində nəql edilir ki, İmam Şafii رحمه الله demişdir: "Özünə ən çox zülm edən insan, ona qarşı etinasız olan birinin sevgisini qazanmağa can atan insandır." Ey dostum! İnsan bəzən qəlbinə hakim olmaya bilər. Lakin öz ləyaqətini alçaltması onun üçün eyibdir, nöqsandır. Ərəblərin ən gözəl kəlamlarından biri də budur: "Nəfsini izzətli tut, bu sənə kifayət edər." Sevgini dilənmə. Çünki insanlar şərəfini itirmiş adama dəyər verməzlər. Bağlı qapıları çox döymə ki, sonda lağlağı hədəfinə çevrilməyəsən. Sevgi sevgiyə qarşılıqdır, etinasızlıq da etinasızlığa. Səni hansı ölçü ilə dəyərləndiribsə, sən də hər bir insanı həmin ölçü ilə qiymətləndir — nə az, nə də çox. t.me/alfasih_az
ٰوَالمَرءُ يُصلِحُهُ الجَليسُ الصالِحُ، فكيف بجليس القران! "İnsanı saleh dost islah edər; bəs Quran onun dostu olarsa necə?" t.me/alfasih_az
بَعْضُ النَّاسِ يَشْعُرُونَ أَنَّهُمْ كَالْمَلِكِ فِي لُعْبَةِ الشَّطْرَنْجِ، وَيُرِيدُونَ مِنَ الْجَمِيعِ أَنْ يُضَحُّوا مِنْ أَجْلِهِمْ. Bəzi insanlar özlərini şahmat oyunundakı şah kimi hiss edirlər və hamının onlar üçün fədakarlıq etməsini istəyirlər. ___ Qeyd edilən insan tipinə aid bəzi xüsusiyyətlər 👇 - Özlərini mərkəz hesab edir, hər şeyin onların ətrafında dönməsini istəyirlər. - Söhbət həmişə ondan, onun problemindən gedir - Sən danışanda tez mövzunu özünə çevirir: "Yaxşı, mən də bir dəfə..." - Sənin qələbənə sevinmir, öz uğurunu danışır - "Mənim üçün bunu et" deyir, amma sən kömək istəyəndə bəhanə tapır - Öz səhvini etiraf etmir, günahı həmişə başqasına atır - Sərhəd tanımır, inciklik yaradır - "Yox" dedikdə əsəbləşir, günahkar hiss etdirir: "Mən sənin üçün bunu etdim, sən bir bunu etmirsən?" - Planlar həmişə onun istədiyi kimi olmalıdır - Tənqid qəbul etmir, dərhal müdafiəyə keçir - Həmişə öz ehtiyaclarını başqalarının ehtiyaclarından üstün tuturlar. - Başqalarının onlar üçün etdiklərini normal qarşılayırlar, amma özləri eyni fədakarlığı göstərmirlər. - Daim diqqət və təqdir gözləyirlər. - Səhv etdikdə üzr istəməkdə çətinlik çəkirlər. - İnsanlarla münasibətlərində "mənə nə faydası var?" düşüncəsi üstün olur. - Başqalarının hisslərinə qarşı laqeyd davrana bilirlər. - Tənqidi çətin qəbul edir, tez incik düşürlər. t.me/alfasih_az
سأل بائعُ العسل بائعَ الخلّ. لم يقبل الناس عليك، ويدبرون عني. فقال له بائعُ الخلّ؛ لأني أبيع الخلّ بلسان من عسل، وأنت تبيع العسل بلسان من خلّ. Bal satan, sirkə satandan soruşdu: "Niyə insanlar sənə tərəf gəlir, məndən isə üz döndərirlər?" Sirkə satan cavab verdi: "Çünki mən sirkəni baldan dil ilə satıram, sən isə balı sirkədən dillə satırsan". t.me/alfasih_az
Kaktus saf (səmimi) bir bitkidir. Bütün tikanlarını daxilindəki gözəlliyi qorumaq üçün göstərir. Bizdən tamamilə fərqli olaraq. Gözəlliyimizi zahirdə göstərir, daxildəki tikanlarımızı (gizlədirik). t.me/alfasih_az
دخل رجل على الأعمش يعوده، فقال له؛ ما أشدّ ما مرّ بك في علّتك هذه؟ قال؛ دخولك. Bir kişi əl-A'məşin (رحمه الله) yanına, onu xəstəliyindən ötrü ziyarət etmək üçün gəldi və soruşdu: "Bu xəstəliyində sənə ən çətin gələn nə oldu?" Əl-A'məş dedi: "Sənin gəlməyin." ))) t.me/alfasih_az
Bu dəfə Kəhf surəsini qəlbinlə oxu. İki yetimin hekayəsi üzərində dayan. Allahın saleh dostlarından biri olan Xadir, Ulul-Əzm peyğəmbərlərdən biri olan Musa (عليهما السلام) İki yetimin malı tələf olmasın deyə, divarı qaldırmaq məqsədilə bir çox bəldələri keçdilər. Əgər Allah sənin üçün bir şeyi yazıbsa, onu sadəcə sənə çatdırmaz, Əksinə, Allah onu qoruyub saxlayacaq və vaxtı çatana qədər sənin üçün mühafizə edəcək kəsləri də sənin xidmətinə verər. إلى المُنكسِرةِ قلوبُهم ص١٣٣. t.me/alfasih_az
Əl-Məsudi özünün möhtəşəm "Muruc əz-Zəhəb" kitabında deyir: "Ərəb qadınının adətlərindən biri bu idi ki, övladı ağlayarkən onu yatızdırmasın. Qəm-kədərin onun bədəninə nüfuz edəcəyi qorxusundan. Buna görə də onu güldürərdi, ta ki, sevinc içində yatsın. Beləcə bədəni inkişaf edər, rəngi və qanı saf, təmiz qalar, ağlı (beyni) də açılar. Səni incitməkdən zövq alan və göz yaşlarının yanında dəyərsiz olduğu kimsədən uzaq dur. Heç kimin sənin qəlbini qırmağa, gözünü yaşartmağa haqqı yoxdur. Bütün bunlardan da pisi odur ki, onlar bunu sevgi adı ilə edirlər. Xeyr, əzizim! Sevən insan əziyyət verməz. Hər birimiz mutmain bir şəkildə yatağına baş qoymağa layiqik." إلى المُنكسِرةِ قلوبُهم ص١٢٤. t.me/alfasih_az
كُونُوا معَ الّذينَ يعرفُونَ قيمتَكمْ دَوْمًا. "Həmişə dəyərinizi bilən insanlarla bərabər olun..." t.me/alfasih_az
Muaviyə bir dəfə Amr ibn əl-Asa (رضي الله عنهما) deyir: Ağlının (fərasətinin, zəkanın) çatdığı hədd haradır? Amr (رضي الله عنه) ona deyir: Mən çıxış yolunu bilmədiyim heç bir işə girişmərəm. Muaviyə (رضي الله عنه) ona deyir: Mən isə çıxmaq istədiyim heç bir işə girişmərəm! İzah: Amr ibn əl-As (رضي الله عنه) girişdiyi hər işdən necə çıxacağını öncədən, həmin işə başlamadan fikirləşdiyini deyir. Muaviyə (رضي الله عنه) isə sonradan peşman olub çıxmaq, tərk etmək istədiyi işi qabaqcadan tərk etdiyini, həmin işə girişmədiyini deyir. إلى المُنكسِرةِ قلوبُهم ص١٠١. t.me/alfasih_az
Məqdisinin “Ğizəu'l Ərvah bi'l-muhədəsəti və'l-muzəh" kitabında gəlir ki: Bir kişi Həccac ibn Yusif əs-Səqafiyə vaxtından əvvəl əncir hədiyyə verib, ondan mükafat almaq istədi. Sarayının qapısına çatanda, keşikçi və yanında da bir dəstə yol kəsən və oğru ilə rastlaşdı. Onlardan biri qaçdı, keşikçi də onun əvəzinə əncir sahibini tutdu! Onları Həccacın hüzuruna gətirdikdə, o, onların boyunlarının vurulmasını əmr etdi! Əncir sahibi qışqıraraq dedi: “Mən onlardan deyiləm!” Həccac ona dedi: “Sənin işin nədir?” O da əhvalatı danışdı. Həccac dedi: “Güc və qüvvət ancaq Allahdandır. Az qala bu məlun zülmlə həlak olsun (nahaqq yerə öldürülsün)!” Sonra kişiyə dedi: “Mükafat olaraq nə istəyirsən?” Kişi dedi: “Ey əmir, balta istəyirəm!” Həccac ona dedi: “Onunla nə edəcəksən?” Kişi dedi: “Məni səninlə tanış edən o əncir ağacını kəsəcəm!” Həccac güldü, sonra ona pul verməyi əmr etdi! Allaha and olsun ki, biz hamımız bəzi insanlarla tanış olmağımıza səbəb olan o ağacı kəsmək üçün balta istəyirik! Biz hamımız, etibar etdiyimiz insanın əmanətə xəyanət etməsi ilə açdığı dərin bir yaranın ağrısını hiss edirik. إلى المُنكسِرةِ قلوبُهم ص٦٥. t.me/alfasih_az
Tərcümə 👇