tgindex
• العربية/الأذرية •

• العربية/الأذرية •

Статистика

العربية بحر بلا شاطئ💎 بلغوا عنّي ولو آية {محمدﷺ}✨️ ✔️Hədislərin, ayələrin, fətvaların və faydalı dərslərin Azərbaycan dilinə tərcüməsi.

Последний пост
14 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
14
Всего постов
40
Тип
открытый
Язык
az
Категория
Религия (по похожим)
В каталоге с
13 авг.
Подписчики
1 463
+5 за 3 дн.
Сутки
+4
+0,27%
Неделя
 
Месяц
 
Просмотров на пост
297
40 постов
Вовлечённость
20,3%
к подписчикам
Постов в день
2,0
всего 40
Упоминаний
7
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
235
1/48двое суток
269
1/72трое суток
290

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 📌İnsanın boş vaxtı olduqca saleh əməllərə tələsməli və həris olmalıdır. Ən fəzilətli nafilə ibadətlərdən biri də qadağan olunmuş saatlar istisna iki rükət - iki rükət mütləq nafilə namaz qılmaqdır. • T.me/arabiazeri •

  • видео или голосовое, без подписи

  • ❓BİR SƏFƏRDƏ ÜMRƏNİ TƏKRARLAMAĞIN HÖKMÜ NƏDİR? Peyğəmbərﷺ və səhabələri xeyirə və fəzilətə çox həris olmaqlarına rəğmən məsafənin uzunluğuna, havanın istisinə və məşəqqətinə baxmadan bir səfərdə yalnız bir ümrə etmişlər. Yəni savabı artırmaq üçün ən yaxın miqata gedib təzdən gəlib ümrə etməmişlər. Bunu etmək icazəli olsa da, alimlərin dediyinə görə sünnəyə müxalifdir. Allah daha doğrusunu bilir. • T.me/arabiazeri •

  • видео или голосовое, без подписи

  • Peyğəmbərﷺ demişdir: "İnsan öldüyü zaman onun bütün əməlləri kəsilir, yalnız üç şeydən başqa: 1. Davamlı sədəqə 2. Faydanılan elm 3. Onun üçün dua edən saleh övlad". Muslim. Peyğəmbərﷺin "Onun üçün dua edən saleh övlad" sözündə övladın valdeynləri üçün onlar öldükdən sonra dua etməyi çoxaltmasının insanın salehliyinin əlamətlərindən olduğuna işarə vardır. Bunun əks əlaməti isə bunu etməməsidir. • T.me/arabiazeri •

  • 💝 ➖İnsanlardan eləsi var ki, qadının yalnız gözəlliyinə fikir verir, dinindən isə qafil olur. Beləcə o qadınla bədbəxt olur. Eləsi də var ki, bir qadınla yalnız malına görə evlənir. Beləcə Allah onu o qadının qarşısında zəlil, əsir edir. Çünki o dünya malını istəmişdi. Bəzi insanlar isə qadının yalnız nəslinə diqqət edir. Özünə isə fikir vermir. Beləcə olur ki, o da ziyana uğrayır. Lakin həqiqi qazanc sahibi qadının dininə baxıb onu alan kəs olur. Qadının bütün naqisliklərini təkcə "dindarlıq" xüsusiyyəti əvəz edir. Çünki din bütünlüklə xeyirdir. Ona görə də evlilikdə dinə baxmağa üstünlük vermək lazımdır. Əgər dini varsa, gözəl olmasa belə, malı olmasa belə, hətta nəsəbi olmasa belə dini kifayət edir və bu bütünlüklə xeyir olur. @arabiazeri

  • видео или голосовое, без подписи

  • 📌Şeyx Raslan حفظه الله buyurur: "İnsan halına diqqət etdiyi zaman özünün çox uzaqda olduğunu görür, çoox uzaq. Sən hardasan? Nə üçün gəlmirsən? Nə üçün sən uzaqsan? (Allaha) yönəl. (Allaha) yönəl, qorxma. Xeyirin, yaxşılığın, ətanın hamsını tapacaqsan. Rəbbinə yönəl. Günahı bağışlayacaq, xətanı siləcək, pisliyi yaxşılıqla əvəz edəcək. Həqiqətən O Kərimdir. Ona yönəl, Ona yönəl. Qorxma. Kim Ondan qorxarsa, Ona tərəf qaçar, Ondan qaçmaz. Elə isə Allaha tərəf qaçın. Bir kəsdən, yaxud bir şeydən qorxan hər kəs ondan qaçar, yalnız Allahdan başqa. Kim Allahdan qorxarsa, Ona tərəf qaçar, Ondan deyil". 📁[Səs yazma parçasından] • T.me/arabiazeri •

  • видео или голосовое, без подписи

  • Allah Ona həmd edəni eşitdi! Bəs Ona yalvaranı, dərdlərini Ona şikayət edəni, göz yaşları Onun önündə axanı, Ondan mömin(iman edən), boyun əyən və qırıq qəlblə istəyəni necə?? Əmin ol ki, dua zay olmur və Allah sənin qəlbində olanı sən demədən öncə, ehtiyaclarını isə Ondan istəmədən öncə bilir. (Elə isə dua etməkdən əsla vaz keçmə). • T.me/arabiazeri •

  • видео или голосовое, без подписи

  • 🌱من ثمرات الصبر: ١-هداية القلب. ٢-نيل صلوات الله ورحمته. ٣-تكفير السيئات. ٤-رفع الدرجات. ٥-الفوز بثواب الصابرين. 📖المجلس السابع من كتاب التوحيد 🌱Səbrin səmərələri: 1. Qəlbin hidayət tapması 2. Allahın salavatına və rəhmətinə nail olmaq 3. Günahlara kəffarə olması 4. Dərəcələrin artması 5. Səbr edənlərin savabını qazanmaq • T.me/arabiazeri •

  • видео или голосовое, без подписи

  • اِجعل ظَلام ليلتك نور لآخرتك الوتر. 💎Gecənin zülmətini Axirətin üçün nur et. Vitr namazı • T.me/arabiazeri •

  • видео или голосовое, без подписи

  • ➖VALDEYN OLMADAN ÖNCƏ ÖVLAD TƏRBİYƏSİNİ ÖYRƏNMƏK LAZIMDIR. Bu mövzu insanın həyatında olan ən əhəmiyyətli şeylərdən biridir. Ona görə bacardıqca bu haqda məlumatlı və elmli olmağa həris olmaq lazımdır. Şeyx (Allah ondan razı olsun) burada ən vacib məqamlara toxundu. Allah onları hər kəs üçün faydalı etsin və əməl edib xeyir tapmağa müvəffəq etsin. Əmin! • T.me/arabiazeri •

  • видео или голосовое, без подписи

  • Süni intellektləri din üçün istifadə etməyin. Həqiqətən çox böyük şərrə açılan qapıdır. ‼️

  • 📌Dr. Haya Bint Salman əs-Subəh حفظها الله: "Süni intellekt ilə düzəldilmiş şəkil məni çox incitdi. Göstərir ki, çoxlu kişi toplumu Anamız Aişənin رضي الله عنها qapısının arxasında elm halqasında oturub. O isə onlara elmi dərs izah edir. Bu açıq-aydın yalan və həqiqətlərə qarşı saxtalıqdır.‼️ Xəyali səhnələrin uydurulması və səhabələrə nisbət olunması həlaka və onlara iftira atmağa açılan geniş bir qapıdır. Anamız Aişədən sabit olaraq rəvayət olunan budur: Bir kişi Aişədən Peyğəmbərﷺə aid bir şey soruşmaq istədikdə qapını döyər və sualını soruşardı. O isə məscidin içinə açılan qapının arxasından onu cavablayardı. Bu isə tez-tez baş verməzdi. ❌Paylaşılmış bu şəkil Aişə (Allah ondan razı olsun və bizi də onunla bərabər həşr etsin) yalandır". • T.me/arabiazeri •