tgindex
Xeyirin Açarı

Xeyirin Açarı

Статистика

"Nə xoş o insanın halına ki, Allah Təala xeyirin açarını onun əlində edib." https://www.instagram.com/xeyirinacari/ ⚠️ Kanalda olan bütün paylaşımları götürüb başqa yerdə paylaşa bilərsiniz.

Последний пост
14 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
8
Всего постов
68
Тип
открытый
Язык
az
Категория
Религия (по похожим)
В каталоге с
13 авг.
Подписчики
3 015
−3 за 4 дн.
Сутки
−1
−0,03%
Неделя
 
Месяц
 
Просмотров на пост
452
40 постов
Вовлечённость
15,0%
к подписчикам
Постов в день
1,1
всего 68
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
302
1/48двое суток
346
1/72трое суток
373

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • без подписи

  • 📍Dilini qoru! https://t.me/xeyirinacari

  • 📌İbn Qeyyim (rahiməhullah) buyurmuşdur: Peyğəmbərin (sallallahu aleyhi və səlləm) səhabələri cümə günü peyğəmbərə salavat deməyi çoxaltmağı müstəhəb əməl hesab edərdilər. İbn Məsud (radiyallahu anhu) deyir ki: "Ey Zeyd ibn Vahb, cümə günü olduğu vaxt peyğəmbərə min dəfə salavat gətirməyi tərk etmə"! (📚 جلاء الأفهام/ ص40) https://t.me/xeyirinacari

  • без подписи

  • ❓Dua edərkən əllər nə vaxt qaldırılır? Şeyx İbn Useymin (rahiməhullah) buyurmuşdur: Dua zamanı əlləri qaldırmaq üç qismə bölünür: 📌 Birinci qisim: Sünnədə varid olmuşdur; bu halda əlləri qaldırmaq müstəhəbdir. Məsələn, yağış duası (istisqa), Səfa və Mərvədə edilən dua, və Ərəfədə edilən dua. 📌 İkinci qisim: Əllərin qaldırılmaması barədə varid olmuşdur; məsələn, namazda edilən dua və son təşəhhüd. [Bu hallarda əlləri qaldırmaq şəriətə uyğun deyildir]. 📌 Üçüncü qisim: Nə əllərin qaldırılması, nə də qaldırılmaması barədə heç bir şey varid olmamışdır; bu halda əsl olan budur ki, duanın ədəblərindən biri də insanın əllərini qaldırmasıdır. (Liqa əl-Bab əl-Məftuh (51-60) (səh. 17, 18 qısaldılmış şəkildə.) http://t.me/xeyirinacari

  • 📍Bu gözəl zikri əzbərləyin. Bu həm də axşam zikirlərində deyilir. https://t.me/xeyirinacari

  • #Səbəblər 📌 Səbəblərə sarılmaq ilahi sünnətdir. Musa (aleyhissalam) əsasını dənizə vurmasa da Allahu təalə dənizi ikiyə bölməyə qadirdir, lakin insanlar səbəblərə sarılsın deyə Allahu təalə bunu əmr etmişdir. Allahu təalə gücü çatdığı halda yerində oturana yardım etmir. Ona görə də buyurmuşdur: Biz Musaya: “Əsanla dənizə vur!”– (deyə) vəhy etdik.(Şuara surəsi 63) درر الشيخ عبد العزيز الطريفي ✍ Səbəblərə sarılmaq o qədər mühimdir ki, hətta möczərəin başa verməsinin üçün bu əmr edilmişdir. Buna bənzər əmr Məryəmə (aleyhissalam) də deyilmişdir. Məryəm doğum sancısı ilə xurma ağacına söykənir. Doğum etdikdən sonra Allahu təalə ona belə deyir: Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, üstünə yetişmiş, təzə xurma tökülsün. (Məryəm surəsi 25) Hər kəs bilir ki xurma ağacını 20 kişi güclə silkələyə bilir. Lakin möcüzənin baş verməsi üçün səbəblərə sarılsın deyə Allahu təalə ona əmr edir ki, o zəif və gücsüz halında belə ağacı silkələsin. https://t.me/xeyirinacari

  • ⚠️Vədləri yerinə yetirmək və əhdə riayət etmək möminlərin sifətidir. Bunun əksi isə şəriətdə münafiqlərin sifəti olaraq zikr edilmişdir. Müsəlman verdiyi əhdə və vədə şiddətlə riayət etməlidir. Əgər bunu edə bilmirsə ya bunu boynuna götürməməli ya da əvvəlcədən qarşı tərəfə üzrxahlıq etməlidir. 📍Allah təalə buyurur: "Ey iman gətirənlər! Nə üçün siz etmədiyiniz şeyləri danışırsınız?! Etmədiyiniz şeylərdən danışmağınız Allah yanında böyük nifrətlə qarşılanır". (Saff surəsi 6,7) https://t.me/xeyirinacari

  • Şeyx Saleh Fovzan (hafizəhullah) bu hədisin şərhində buyuru ki: " Alimlərdən kimisi bunu vacib kimisi isə müstəhəb görüb. Səhih olan odur ki, bu vacibdir, çünki hədisin zahiri bu işin vacibliyinə dəlalət edir. " (تسهيل الإلمام بفقه الأحاديث من بلوغ المرام " (1/118) ) ❓Bəs insan dəstəmaz almaq istəməsə də burnunu təmizləməlidirmi? ✅ ​Hədisin zahiri göstərir ki, dəstəmaz almaq istəməsə belə, yuxudan oyanan hər kəs burnunu təmizləməlidir. http://t.me/xeyirinacari

  • без подписи

  • #Valideynlər 📍Valideynə edilən yaxşılıqlardan bir də odur ki, əgər övlad kədərli və ya narahatdırsa, öz qayğı və kədərini valideynlərinin yanında büruzə verməsin. Çünki bu, valideynlərin əhvalını pozar, kədərləndirər. Bacardığı qədər özünü rahat göstərməli və valideynlərinə sevinc bəxş etməlidir. Bu da yaxşılıqdan (itaətdən) sayılır. https://t.me/xeyirinacari

  • #Dua Şeyx Abdurazzəq əl-Bədr (həfizahullah) demişdir: ​«Allah sənə rəhm etsin, bu savabın əzəməti barədə düşün! Müsəlman öz duasında: ​(اللَّهُمَّ اغْفِرْ لِلْمُسْلِمِينَ وَالْمُسْلِمَاتِ، وَالْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ، الأَحْيَاءِ مِنْهُمْ وَالأَمْوَاتِ) "Allahumməğfir lil-muslimīnə vəl-muslimāt, vəl-mu'minīnə vəl-mu'mināt, əl-ahyā'i minhum vəl-əmvāt" ​Duanın tərcüməsi: "Allahım! Müsəlman kişiləri və müsəlman qadınları, mömin kişiləri və mömin qadınları — onların sağ olanlarını da, vəfat etmişlərini də bağışla!" ​dedikdə, keçmişdə və gələcəkdə yaşamış hər bir müsəlman və mömin kişi ilə qadının sayınca ona savab yazılır. Bu isə hesabsız dərəcədə böyük savablardır.» 🎙️[فِقْهُ الأَدْعِيَةِ وَالأَذْكَارِ (٢/٢٢٩)] ⚠️ Bunu mütləq əzbərlə! https://t.me/xeyirinacari

  • 📍Zikr edənlərin zikrini kəsməyin! https://t.me/xeyirinacari

  • Sufyan əs Sovri (rahiməhullah) buyurmuşdur: "Hər kim dünya ilə ilə sevinirsə onun qəlbindən axirət qorxusu çıxarılar". 📕【 سير أعلام النبلاء (٢٦٨/٧) 】 📌Vallahi bu çox qorxulu bir əsərdir. Əlbəttə dünya ilə heç sevinməmək real bir şey deyil. Dünyalıqdan hamımızı sevindirən bir şeylər olur. Lakin bizim ibadətdən və itaətdən əldə etdiyimiz sevinc dünyalıqdan əldə etdiyimiz sevinclə eynidirmi? Yaxud dünyalıqdan bir şey itirdiyimiz zaman çəkdiyimiz üzüntü və sıxıntını axirətdən əməllərindən bir şey itirdiyimiz zaman çəkdiyimiz sıxıntı ilə eynidirmi? Nə vaxtsa sübh namazına yatıb qaldıqda oyandıqda peçmançılığın nə qədər olub? Hansısa fəzilətli günlərdə oruc tuta bilməyə imkanın olduğu halda o günü oruc tuta bilmədiyin üçün heç kədərlənmisənmi? Səhər-axşam zikirlərini edə bilmədiyin vaxtı sanki böyük bir xəzinəni itirmiş kimi həsrət çəkmisənmi? Bax axirət əməlləri üçün peşman olmaq belə bir şeydir. Sələfdən bəzisi caamat namazını qaçırdığı üçün kölə azda edərmiş. Allah təalə nəfslərimizə təqvasını versin. https://t.me/xeyirinacari

  • Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: Bu üç gözə atəş toxunmaz: • Allah qorxusundan ağlayan göz • Allah yolunda keşik çəkən göz • Allahın haram etdiklərinə baxmayan göz. (📚 Səhih hədislər silsiləsi 2673) https://t.me/xeyirinacari

  • 📍İndi təsəvvür et, Qiyamət günündə zahiri əməllərinin hamısı yerindədir, yəni namazlarını qılmısan, orucunu turumusan, Həccə də getmisən amma sənə deyirlər ki, qəlbində zərrə qədər təkəbbürlük olduğu üçün cənnətə birbaşa gedə bilməcəksən. Ona görə də qəlbi pisliklərdən təmizləmək zahiri əməllərdən daha çox vacibdir. https://t.me/xeyirinacari

  • 📍Bilməli olduğun vacib məsələ. https://t.me/xeyirinacari

  • #İbrət Bir gün gələcək ki, dünyanın bütün səsləri sönəcək, qəlbini tükədən o gurultu ətrafından çəkilib gedəcək. Sən alışdığın və arxasınca getdiyin hər şeyi tərk edərək Allahla görüşə yollanacaqsan… tək halda, yanında yalnız öz əməllərin olacaq. 📍O zaman bütün həqiqətlər sənə tam aydın olacaq. Nə qədər həyati əhəmiyyət daşıdığını düşündüyün mübarizələr var idi ki, əslində sadəcə ötəri bir hadisə imiş. Nə qədər ruhunu yoran düşmənçiliklər var idi ki, axirətin tərəzisində onların heç bir çəkisi olmayacaq. ⚠️ Nə qədər məşğuliyyətlər günlərini oğurladı, səni həqiqi həyatına hazırlıqdan uzaqlaşdırdı.. Elə isə bunları dərk etmək üçün ayrılıq anını gözləmə və peşman olma. Bunu indi dərk et – hələ əməl etmək üçün vaxtın, tövbə etmək üçün fürsətin və dəyişmək üçün gücün varkən. 🕯Fani olan şeylərə bağlılığını azalt. Axirətini isə əbədi qalacaq əməllərlə abad et: ixlas və xüşu içində qılınan namazla, səmimi tövbə ilə, təmiz qəlblə, xoş sözlə və ardı kəsilməyən xeyirli əməllərlə. "Ey iman gətirənlər! Allahdan qorxun. Hər kəs sabah (Axirət) üçün nə hazırladığına baxsın." (Həşr surəsi 18) درر الشيخ سعد الخثلان https://t.me/xeyirinacari

  • без подписи

  • Qiyamət günü insanlara belə deyiləcək: ​“Bu gün etdiyiniz əməllərin əvəzini alacaqsınız.” (Əl-Casiyə surəsi, 28) 🤲 ​Allahım, bizə o günə hazırlaşmağı nəsib et! https://t.me/xeyirinacari