Alt404.com
Статистика🌍 Elm və texnologiya xəbərləri 🚀 Gələcəyin trendləri ©️ alt404.com
- Последний пост
- 14 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 47
- Всего постов
- 77
- Тип
- открытый
- Язык
- az
- Категория
- Новости и СМИ (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 79
- 1/48двое суток
- 90
- 1/72трое суток
- 97
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
📸 Action kamera dedikdə ağlınıza yalnız bahalı modellər gəlirsə, AKASO-nun bu üç kamerası fikrinizi dəyişə bilər. 🎥 Brave 8 seriyanın flaqmanı kimi 4K 60 FPS çəkiliş, 48 MP sensor, 8K Time Lapse və suya davamlılığı ilə seçilir. Brave 4 isə gündəlik istifadə üçün daha balanslı funksiyalar və münasib qiymət təklif edir. 🏄 Action çəkilişlərinə yeni başlayanlar üçün V50 Elite də maraqlı alternativdir. 4K 60 FPS video, RAW foto dəstəyi və səsli idarəetmə kimi imkanlar onu öz qiymət seqmentində diqqətçəkən modelə çevirir. 💡 Bir sözlə, AKASO fərqli büdcə və ehtiyaclar üçün yüksək görüntü keyfiyyəti, sabitləşdirmə və zəngin aksesuar imkanlarını daha əlçatan qiymətə təqdim edir. 🔥 AKASO məhsullarını aşağıdakı şəbəkələrdən soruşa bilərsiniz: 📍 Baku Electronics 📍 Kontakt Home 📍 Irshad 📍 World Telecom 📍 TexnoHome 📍 Birmarket.az Tərəfdaşlıq: "Marvel Azerbaijan MMC" VÖEN: 1306586911 Ünvan: Alatava 1, ev 32 Əlaqə: info@marvel.az #alt404 #AKASO
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
📱 2026-cı ildə smartfonlara fiziki klaviatura geri qayıdır. Minimal Company yeni Minimal Phone 2 modelində klassik QWERTY klaviaturanı müasir Android smartfon imkanları ilə birləşdirib. ⌨️ Smartfon 3,92 düymlük 90 Hz AMOLED ekran, Dimensity 8300 prosessoru, 8 GB RAM və 512 GB-a qədər yaddaşla təchiz edilib. Cihaz 5G bağlantısını da dəstəkləyir. 📸 Minimal Phone 2-də 50 MP əsas və 20 MP ön kamera, 3000 mAh batareya, simsiz enerji doldurma, qulaqlıq girişi və funksiyası istifadəçi tərəfindən seçilə bilən fiziki düymə də var. 💰 Minimal Company smartfonu 599 dollara satışa çıxarmağı planlaşdırır. Çatdırılmaların 2026-cı ilin dördüncü rübündə başlaması, cihazın isə 5 il proqram təminatı dəstəyi alması nəzərdə tutulur. 🤔 Sensor ekranların dominant olduğu smartfon bazarında fiziki klaviaturanın geri qayıtması Minimal Phone 2-ni ilin ən qeyri-adi modellərindən birinə çevirir. #alt404
🌊 Çində daşqınlarla mübarizə üçün insanların daxil olmasının təhlükəli olduğu ərazilərdə işləyə bilən xüsusi robotlar hazırlanır. 🤖 Bu robotlar su basmış yeraltı qarajlar, tunellər, küçələr və digər ərazilərdə məsafədən idarə edilərək suyun çəkilməsi üçün nəzərdə tutulub. Güclü nasoslar və iri diametrli şlanqlarla təchiz edilən sistemlər dağıntıların və qeyri-sabit səthlərin olduğu şəraitdə də hərəkət edə bilir. 🚨 Əsas məqsəd fövqəladə hallar zamanı xilasediciləri təhlükəli ərazilərə göndərmədən böyük həcmdə suyu daha sürətli şəkildə çıxarmaqdır. 🏙 Belə robotların tətbiqi daşqından sonra yolların, tunellərin və digər kritik infrastrukturun daha tez istifadəyə qaytarılmasına kömək edə bilər. #alt404
видео или голосовое, без подписи
📱 Instagram 10 ildən sonra tətbiqin yuxarı hissəsində görünən yazılı loqosunu yeniləyib. ✍️ Instagram rəhbəri Adam Mosseri bildirib ki, uzun illərdir dəyişməyən loqo daha sadə və müasir görünüş əldə edib. Əvvəlki kursiv yazı üslubu daha düz və oxunaqlı olması nəzərdə tutulan yeni şriftlə əvəzlənib. Tətbiqin məşhur çəhrayı-qradient kamera ikonu isə dəyişməyib. 👀 Ancaq yeni dizaynı hamı bəyənməyib. Bəzi istifadəçilər yeni şriftdə “Instagram” sözünün “Instagzam” və ya “Instagwam” kimi göründüyünü bildirərək sosial mediada bunu zarafata çeviriblər. 💬 Bununla yanaşı, yeni dizaynı daha müasir və təravətli hesab edən istifadəçilər də var. #alt404 #instagram
видео или голосовое, без подписи
✈️ "Star Wars" fanatının baqajındakı replikaya baxış keçirən hava limanı təhlükəsizlik əməkdaşı ona maraqlı bir məktub yazıb. 🔫 Sərnişin baqajında "cosplay" üçün nəzərdə tutulmuş "Star Wars" blasterinin olduğunu əvvəlcədən izah edən qeyd qoyaraq onun real silah olmadığını bildirib. 😄 Yoxlamadan sonra polis əməkdaşı həmin qeydin üzərinə “Bu, həqiqətən çox yaxşı idi” yazaraq cavab verib. 🌌 Kiçik jest sosial mediada maraqla qarşılanaraq adi baqaj yoxlamasını "Star Wars" fanatı üçün yaddaqalan hadisəyə çevirib. #alt404
🎓 Sərbəst işini, diplom və ya buraxılış işini tamamilə süni intellektə yazdıran tələbələr gələcəkdə gözləmədikləri problemlə qarşılaşa bilərlər. 🔎 Claude-un yaradıcısı Anthropic süni intellektlə yaradılan mətnlərə gözlə görünməyən xüsusi nişanların əlavə edilməsi üzərində işləyir. Məqsəd həmin mətnlərin sonradan xüsusi sistemlər vasitəsilə süni intellekt tərəfindən yaradıldığını müəyyən edə bilməkdir. 🤖 Bu istiqamətdə araşdırmaların əsas səbəblərindən biri süni intellekt modellərinin artıq müxtəlif dillərdə olduqca təbii mətnlər hazırlaması və həmin mətnlərin dəyişdirilmədən istifadə hallarının artmasıdır. ✍️ Görünür, gələcəkdə süni intellekt elmi və akademik işlərdə güclü köməkçi olaraq qalacaq, amma hazırladığı mətni olduğu kimi öz işimiz kimi təqdim etmək getdikcə daha riskli olacaq. #alt404 #Claude
🚇 Sabahdan Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas mərhələsinə başlanılacaq. 🔧 “28 May”–“Nizami” stansiyaları arasındakı birləşdirici hissədə aparılacaq işlərə hazırlıq artıq yekunlaşmaq üzrədir. Təmir müddətində sərnişinlərin daşınması üçün M1, M2, M3, M4, M5 və M6 ekspres avtobusları test rejimində fəaliyyətə başlayıb. 🚌 Ekspres avtobuslar səhər 06:00-dan gecə 00:00-dək işləyəcək. Bundan əlavə, şəhərdə sərnişin axınını tənzimləmək üçün 2, 6, 14, 18, 65, 88 və 199 nömrəli marşrutlar da daxil olmaqla 20-dən çox xəttə əlavə avtobuslar buraxılacaq. 🔄 Layihə tamamlandıqdan sonra “Nizami” istiqamətindən gələn qatarlar Cəfər Cabbarlı–Xətai, “Gənclik” istiqamətindən gələn qatarlar isə 28 May–İçərişəhər xətti üzrə bir-birindən müstəqil hərəkət edəcək. #alt404 #metro
👮 Bu polis əməkdaşı 12 ildir hər gün məktəbin qarşısında bir tərəfdən digər tərəfə qaçır. Səbəbi isə məktəblilərin yolu təhlükəsiz keçməsini təmin etməkdir. 🏃 Çinin Tsyansu əyalətində xidmət edən Şi Donlyanq avtomobillərin hərəkətini tənzimləyərkən gündə təxminən 20 min addım atır. İllərdir davam edən bu vərdişinə görə yerli sakinlər ona "Qaçan adam" ləqəbini veriblər. 🍬 Bu müddətdə Şi təkcə yol hərəkətini tənzimləyən polis əməkdaşı deyil, məktəblilərin də sevimlisinə çevrilib. Uşaqlar ona kiçik hədiyyələr gətirir, hətta cibinə konfet qoyurlar. ❤️ Məktəbi bitirən şagirdlər isə xatirə şəkli çəkdirərkən 12 il boyunca onların təhlükəsizliyinin keşiyində dayanan Şinin də ön sırada yanlarında olmasını istəyirlər. #alt404
☄️ İlin ən möhtəşəm meteor yağışlarından biri olan Perseidlər avqustun 12-dən 13-ə keçən gecə pik həddə çatıb. ✨ Qazaxıstanda səmanı izləyənlər gecə ərzində onlarla “axan ulduz” müşahidə etmək imkanı əldə ediblər. Pik dövrdə saatda 100-ə qədər meteor müşahidə olunub. 🌌 Perseid meteorları gecə səmasında parlaq ağ işıq izləri yaradaraq əsasən cənub-şərq istiqamətindən gəlirmiş kimi görünür. #alt404
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
😴 Dərsdə yatmaq istəyən tələbələr üçün “ideal” eynək. 👓 Sosial mediada yayılan görüntülərdə tələbənin eynəyinin şüşələrinə açıq göz təsvirləri yerləşdirdiyi görünür. O, gözlərini yumduqda kənardan baxan şəxs ilk baxışda onun hələ də oyaq olduğunu düşünə bilər. 😂 Sadə, amma yaradıcı ideya sosial mediada böyük maraqla qarşılanıb. İstifadəçilər zarafatla bunu “dərsdə yatmağın yeni texnologiyası” adlandırıblar. #alt404
🎮 Müasir texnologiyaya sahib PS5 Pro konsolunun 90-cı illərin CRT televizoruna qoşulması iki fərqli dövrün görüntü sistemini bir araya gətirir. 📺 Konsol rəqəmsal HDMI siqnalı verdiyi, retro televizorlar isə analoq xətlə işlədiyi üçün bu bağlantını yaratmaq xüsusi konvertor istifadə etməklə mümkün olur. 🕹️ Bu üsulla 4K keyfiyyət itirilsə də, ekranda retro oyunlara xas xüsusi skan xətləri, yumşaq keçidlər və minimum gecikmə müddəti əldə olunur. #alt404
видео или голосовое, без подписи
видео или голосовое, без подписи