DominoTimes
Статистика"Qaqa, bunu mənə göndər də" Facebook: https://www.facebook.com/DominoTimess İnstagram: https://www.instagram.com/domino_times/
- Последний пост
- 14 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 3
- Всего постов
- 21
- Тип
- открытый
- Язык
- und
- Категория
- Новости и СМИ (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 70
- 1/48двое суток
- 80
- 1/72трое суток
- 86
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
👼Siz hansı sualı verərdiniz? @dominotimes
İllər əvvəl yayımlanan məşhur “Yeni ulduz” layihəsi yenidən başlayır. “SOY” prodakşının ərsəyə gətirdiyi layihə bu dəfə ARB TV-də yayımlanacaq. “Yeni ulduz” yeni televiziya mövsümündə tamaşaçıların qarşısına çıxacaq. Qeyd edək ki, “SOY” prodakşının rəhbəri, mərhum Oqtay Əliyev vəfatından əvvəl layihəni yenidən ekranlara qaytarmağı planlaşdırdığını açıqlamışdı. Onun ölümündən sonra Xalq artisti Mübariz Tağıyev də “Yeni ulduz” layihəsini yenidən həyata keçirmək planlarının olduğunu bildirmişdi. Mənbə: Axşam.аz @dominotimes
🤣🤣🤣🤣🤣 @dominotimes
İspaniyanın Zamora əyalətində yerləşən və təxminən 40 ildir tərk edilmiş vəziyyətdə olan Salto de Castro kəndi amerikalı investorların mülkiyyətinə keçib. Portuqaliya sərhədinə yaxın, Arribes del Duero Təbiət Parkının ərazisində yerləşən kənd təxminən 300-350 min avroya satılıb. Bu məbləğ Bakının mərkəzində 4 otaqlı mənzilin dəyərinə yaxın hesab olunur. Kəndi amerikalı sahibkar Ceyson Li Bekvit və ortağı satın alıb. Yeni sahiblərin əsas məqsədi uzun illərdir boş qalan yaşayış məntəqəsini tarixi görünüşünü qorumaqla ekoloji və davamlı kənd turizmi mərkəzinə çevirməkdir. Salto de Castro yalnız bir neçə evdən ibarət boş kənd deyil. Ərazidə ümumilikdə 44 yaşayış evi, məktəb, kilsə, keçmiş polis məntəqəsi, bar və qonaq evi yerləşir. Hazırlanan layihəyə əsasən, kənddəki mövcud tikililər mərhələli şəkildə bərpa edilərək turistlərin istifadəsinə veriləcək. Bərpa layihəsinin ilk mərhələsində kənddəki kilsənin, eləcə də otel və restoran kimi istifadəsi nəzərdə tutulan binaların yenilənməsi planlaşdırılır. Mövcud qonaq evinin isə 14 otaqlı, ümumi istirahət sahəsi və camaşırxanası olan qonaqlama obyektinə çevrilməsi nəzərdə tutulur. Növbəti mərhələdə kənddəki 44 yaşayış evinin hamısının mərhələli şəkildə bərpa edilərək turizm məqsədilə istifadəyə verilməsi planlaşdırılır. Beləliklə, uzun illər səssizliyə qərq olmuş yaşayış məntəqəsinin yenidən insanların üz tutduğu turizm məkanına çevrilməsi hədəflənir. Fonfria bələdiyyəsinin sədri Serxio Lopes bildirib ki, yenidənqurma işləri yerli memarlıq xüsusiyyətləri və tikinti qaydalarına uyğun aparılacaq. Bu isə kəndin tarixi görünüşünün mümkün qədər qorunmasına imkan verəcək. Mənbə: metbuat.аz @dominotimes
Gözlərimiz bizə xəyanət edir..😂 @dominotimes
@dominotimes
без подписи
без подписи
без подписи
без подписи
без подписи
15 avqustdan etibarən metroda nə dəyişəcək? @dominotimes
🕸🕷Bəs siz necə, bir çoxlarının zəiflik kimi qəbul etdiyi bacarığınızı uğurunuza çevirə bilmisiniz? @dominotimes
😂😂😂 @dominotimes
@dominotimes
Dünyanın ən uzunboylu qadını karyerası üçün ABŞ-yə köçüb Boyu 2 metr 15 santimetr olan Türkiyə əsilli Rümeysa Gelgi karyerasını veb tərtibatçısı kimi davam etdirmək üçün ABŞ-yə köçüb. Uçuş zamanı onun rahat hərəkət edə bilməsi üçün təyyarədə bütöv bir sıra – 6 oturacaq ayrılıb və xüsusi xərək yerləşdirilib. Rümeysaya körpə yaşlarında nadir rast gəlinən Uiver sindromu diaqnozu qoyulub. Bu genetik xəstəlik həddindən artıq boy artımına səbəb olur və dünyada cəmi təxminən 50 nəfərdə qeydə alınıb. Sağlamlıq problemlərinə baxmayaraq, Rümeysa təhsil alaraq uğurlu karyera qurub. O, 2021-ci ildə dünyanın ən uzunboylu qadını, daha sonra isə ən böyük əllərə, ən uzun barmaqlara və ən uzun kürəyə sahib qadın kimi Guinness Dünya Rekordları Kitabına düşüb. Hazırda o, Kaliforniyada yaşayır və veb tərtibatçısı kimi fəaliyyətini davam etdirir. @dominotimes
🇰🇿💸 Qazaxıstanlı bloqer Baurjan Baktıjanulı sosial şəbəkələrdə 3 həyat yoldaşı ilə birgə xoşbəxt yaşaması barədə videolar paylaşdıqdan sonra polis tərəfindən cərimələnib. Bloqer videolarında evdə dinclik və harmoniyanın hökm sürdüyünü, hətta ikinci və üçüncü dəfə evlənməyi ona ilk həyat yoldaşının məsləhət gördüyünü iddia edirdi. Situasiya bloqerin maddi çətinliklərdən giley-güzar etməsindən sonra gərginləşib. Sosial şəbəkə istifadəçiləri ona xatırladıblar ki, İslam dinində çoxarvadlılığa yalnız bütün həyat yoldaşlarını tam və bərabər şəkildə təmin edə bildikdə icazə verilir. Nəticədə bloqerə təxminən 200 dollar məbləğində cərimə kəsilib. Aparılan profilaktik söhbətdən sonra o, qalmaqallı videoları öz səhifəsindən könüllü şəkildə silib. @dominotimes
Gənc oğlanlar (zumerlər) arasında dodaqları fillerlərlə böyütmək getdikcə daha geniş yayılır. Psixoloqlar bunun əsas səbəblərindən birinin özünəinam aşağı olması və sosial şəbəkələrdəki “ideal görünüşə” uyğunlaşmaq istəyi olduğunu bildirirlər. Mütəxəssislərin sözlərinə görə, insanlar lentdə davamlı olaraq qüsursuz simalar gördükcə, beyin bu görüntünü zamanla norma kimi qəbul etməyə başlayır. Nəticədə isə öz görünüşündən narazılıq artır və estetik müdaxilələrə maraq yaranır. Ekspertlər qeyd edirlər ki, kişilər ilk dəfədir qadınların uzun illər üzləşdiyi gözəllik standartlarının təzyiqini bu qədər güclü hiss edirlər. Əvvəllər bu təzyiqi əsasən moda sənayesi yaradırdısa, indi sosial şəbəkələrin alqoritmləri daha çox “ideal” görünən insanları ön plana çıxarır və məhz onlar daha çox bəyənmə və diqqət qazanırlar. @dominotimes
Müğənni və model Müjgan Ayxan şəxsi həyatı ilə bağlı səsləndirdiyi fikirlərlə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Sənətçi bildirib ki, ana olmaq arzusundadır, lakin ailə qurmağı düşünmür. Onun sözlərinə görə, bu fikri yeni deyil və hələ də eyni mövqedə qalır. "Fikrim dəyişməyib. Ana olmaq istəyirəm, amma ailə qurmaq istəmirəm. Bu sözümü çoxları yanlış anlayır və başqa cür yozur", - deyə Müjgan Ayxan bildirib. İfaçı qeyd edib ki, müasir tibbin imkanları bu arzunun reallaşmasına şərait yaradır. "Hazırda tibb o qədər inkişaf edib ki, ailə qurmadan da ana olmaq mümkündür. Amma bu açıqlamamdan sonra mənə çoxlu şərhlər yazıldı və pis reaksiyalar verildi", - sözləri ilə o əlavə edib. Müjgan Ayxanın bu etirafı sosial şəbəkə istifadəçiləri arasında fikir ayrılığı yaradıb. Bəziləri sənətçinin seçim hüququnu müdafiə etsə də, digərləri onun fikirlərini tənqid edərək müxtəlif rəylər səsləndiriblər. Mənbə: milli.аz @dominotimes
Müğənni və aparıcı Seda Sayan münasibətlərlə bağlı açıqlamaları ilə yenidən gündəmə gəlib. O, bu dəfə "Mətbəxdə olan kişi daha cazibədardır" fikrinə inanmadığını bildirib və bunu qadınların kişiləri yemək hazırlamağa təşviq etmək üçün istifadə etdiyi bir üsul adlandırıb. "Kafa TV"də Sude Belkısın suallarını cavablandıran Seda Sayan son dövrlər geniş müzakirə olunan bu ifadəyə fərqli münasibət göstərib. "Məncə, buna inanmayın. Bu, qadınların kişilər üçün qurduğu bir tələdir. Əslində məqsəd "Gəl yemək hazırla" deməyin başqa yoludur. Sonra da 'Pomidoru necə də gözəl doğradın' deyərək onları həvəsləndiririk. Qadınlarda belə şirin oyunlar olur", deyə o bildirib. Seda Sayan tənhalığı sevmədiyini də etiraf edib: "Paylaşmağı sevən insanam. Gözəl bir yerə gedəcəmsə, yanımda bir dostumun olmasını istəyərəm. Mən tənhalığı heç sevmirəm. Həyatımda heç vaxt tək qalmamışam. Heç nə edə bilməsəm, yenə evlənərəm. Bu düşüncələrdən uzaq olun. Bunun sonu yaxşı yerə aparmır. O zaman insan özü tənhalığı seçir və tək qalır". Müğənni son vaxtlar sosial şəbəkələrdə geniş müzakirə olunan "Dişi enerjisi yüksək olan qadın bazar torbası daşımır" fikri ilə də razılaşmadığını bildirib. "Mən bazara da, marketə də getməyi sevirəm. Tərəvəzimi, meyvəmi özüm seçirəm. Bunu edirəmsə, deməli qadın deyiləm? Mən bu fikrə inanmıram", deyə Seda Sayan vurğulayıb. @dominotimes