tgindex
Bayquş

Məlumatlandırıcı əyləncə 🎤 Facebook: https://www.facebook.com/bayqushdanxeber İnstagram: https://www.instagram.com/bayqush_official

Последний пост
13 авг.
Последнее чтение
13 авг.
Постов за неделю
2
Всего постов
21
Тип
открытый
Язык
und
В каталоге с
13 авг.
Подписчики
2 143
−4 за 5 дн.
Сутки
−4
−0,19%
Неделя
 
Месяц
 
Просмотров на пост
227
21 постов
Вовлечённость
10,6%
к подписчикам
Постов в день
0,3
всего 21
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
95
1/48двое суток
108
1/72трое суток
117

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • без подписи

  • Yaponiyada nazir 5 dəqiqə gecikdiyi üçün xalqdan üzr istədi Yaponiyanın iqtisadi təhlükəsizlik naziri Kimi Onoda hökumətin iclasına cəmi 5 dəqiqə gecikib. Hadisəni əks etdirən görüntülərdə nazirin taksidən düşərək iclasa qaçdığı görünür. İclasdan sonra Onoda gecikdiyinə görə Yaponiya xalqından və hökumət üzvlərindən üzr istəyib. O bildirib ki, yolda baş verən qəza səbəbindən hərəkət dayanıb və bu, onun gecikməsinə səbəb olub. Nazir gələcəkdə belə halları nəzərə alaraq vaxtını daha diqqətli planlaşdıracağını deyib. Bəs siz ən çox nə qədər gecikmisiniz?😁 @bayqushaz

  • 💰Lotereyadan 22,35 milyon manat qazandı, 8 il sonra pullarını xərcləyib yenidən zibil toplayıcısı oldu İngiltərədə yaşayan Maykl Karroll 2002-ci ildə, cəmi 19 yaşında olarkən Milli Lotereyada 9,74 milyon funt sterlinq (22,35 milyon manat) udaraq ölkənin ən çox müzakirə olunan simalarından birinə çevrildi. Həmin vaxt o, Norfolkda yarımştat zibil toplayıcısı işləyirdi. Karroll qazandığı böyük sərvətlə bahalı ev, avtomobillər və dəbdəbəli həyat tərzinə üstünlük verdi. Onun həyatı sonrakı illərdə məhkəmə və hüquqi problemlərlə də müşayiət olundu. 2006-cı ildə BBC onun milyonlarının böyük hissəsini itirdiyini xəbər vermişdi. 2010-cu ildə isə Karroll yenidən adi həyata qayıtmaq istədiyini və əvvəlki işi olan zibil toplayıcılığına dönməyə çalışdığını açıqladı. Onun hekayəsi böyük lotereya qazancının belə uzunmüddətli maliyyə təminatına zəmanət vermədiyini göstərən ən məşhur nümunələrdən birinə çevrildi. @bayqushaz

  • Qayğıkeş ərlərinizə göndərin 🥰 @bayqushaz

  • 7 rəfiqə qocalıq illərini birlikdə keçirmək üçün ortaq ev tikib Çində 20 ildən çoxdur dostluq edən yeddi qadın təqaüd illərini birlikdə keçirmək üçün Quançjou şəhərindən təxminən 70 kilometr aralıda yerləşən 700 kvadratmetrlik evi alaraq onun yenidən qurulmasına 4 milyon yuan (təxminən 1 milyon manat) sərmayə qoyub. Üçmərtəbəli evdə hər biri üçün ayrıca yataq otağı, ortaq qonaq və yemək otaqları, həmçinin hovuz və istirahət zonası yaradılıb. Rəfiqələr bildiriblər ki, gələcəkdə evdə rahat yaşamaq üçün hər biri müəyyən işə məsul olacaq: bəziləri yemək bişirəcək, digərləri tərəvəz yetişdirəcək, ənənəvi Çin təbabəti ilə məşğul olacaq və ya musiqi alətlərində ifa edəcək. @bayqushaz

  • Yaponiyada həddindən artıq yemək yediyi videoları ilə 850 mindən çox abunəçi qazanan yutuber montaj xətası nəticəsində ifşa olunub. @bayqushaz

  • Bəs siz, belə qaş istərdiniz?🌙 @bayqushaz

  • Ceki Çanın Bakıya gəlişindən görüntülər yayılıb Məşhur aktyor film çəkilişləri üçün paytaxta gəlib və Bakıda təxminən 10 gün qalacaq. O, “Tanrının zirehi 4: Ultimatum” filminin çəkilişlərində iştirak edəcək. Ceki Çanın Bakıya gəlişi sizi sevindirdimi? @bayqushaz

  • Çində stomatoloq qorxusu böyük bir “qaçış planına” çevrilib Çindao şəhərində dişinin çıxarılmasından qorxan balaca oğlan stomatoloqun kabinetindən çıxaraq xəstəxananın ərazisi ilə qaçmağa başlayıb. Tibb müəssisəsinin əməkdaşları onu avtobus dayanacağının yaxınlığında yaxalaya biliblər. Hadisə kameraya düşüb və uşağın gözlənilməz reaksiyası sosial şəbəkələrdə böyük maraq yaradıb. @bayqushaz

  • 🦚🧄Vladikavkazda çəkilən qeyri-adi görüntülər sosial şəbəkələrdə gündəm olub Videoda əvvəlcə Şrek kostyumunda olan animator küçədə qaçan eşşəyin arxasınca düşür. @bayqushaz

  • Fransalı Janna Kalman tarixdə yaşı rəsmi təsdiqlənmiş ən uzunömürlü insan olaraq qalır O, 1875-1997-ci illər arasında 122 il 164 gün yaşayıb. Kalman həyatı boyu Eyfel qülləsinin tikintisini, iki dünya müh!rib!sini, avtomobil, televiziya və internetin yaranmasını görüb. O, hətta 100 yaşında velosiped sürdüyünü də bildirib. Onun uzunömürlülük rekordu artıq 30 ilə yaxındır ki, dəyişməz olaraq qalır. @bayqushaz

  • 💍 Gəlin toyunu ləğv etdi və həmin axşam başqası ilə evləndi Hindistanın Uttarakhand ştatında gəlin toyuna bir neçə dəqiqə qalmış mərasimi ləğv edib. Səbəb bəy tərəfdən bəzi qohumların sərxoş halda gəlməsi və qadınlara qarşı nalayiq davranması olub. Hadisə zamanı tərəflər arasında dava düşüb və polis müdaxilə edib. 24 yaşlı gəlin bəyin ailəsinin davranışından narazı qalaraq toyun olmayacağını bildirib. Ailələr razılaşaraq hədiyyələri qaytarıblar. Lakin həmin axşam qızın yaxınları ona başqa bəy tapıb və eyni şadlıq sarayında yeni toy keçirilib. Gəlin tərəfi isə ilk bəyin ailəsi barədə şikayət edib. @bayqushaz

  • Qızını çips və şirniyyatdan uzaq saxlamaq istəyən atanın üsulu gündəm oldu😅 @bayqushaz

  • Türkiyədə qız istəmə mərasimi gözlənilməz hadisə ilə yadda qalıb Gəlinin bacısı qapını açmaq üçün oğlan tərəfdən 50 min lirə (təxminən 1,8 min manat) istəyib. Yağış altında qalan ailə bu istək qarşısında böyük təəccüb yaşayıb. Məbləğ ətrafında yaranan mübahisə mərasimdə gərgin anlara səbəb olub. Qız tərəfi isə bunu “ənənə” kimi təqdim edib. Pulu aldıqdan sonra qapı açılsa da, hadisə sosial şəbəkələrdə geniş müzakirə edilib. @bayqushaz

  • ⚽️💔 Kişi Argentina millisinin məğlubiyyətinə görə həyat yoldaşından boşandı Malayziyada kişi dostu ilə etdiyi mərcə görə həyat yoldaşından boşanıb. Məlumata görə, o, Argentina yığması DÇ-2026-nın finalında məğlub olacağı təqdirdə həyat yoldaşını islam hüququnda nəzərdə tutulan "üçqat talaq" qaydası ilə boşayacağına söz verib. Argentina uduzduqdan sonra kişi evə qayıdaraq boşandığını elan edib. Qadın baş verənlə bağlı sosial şəbəkədə paylaşım edərək həyat yoldaşının boşanmaya oyun kimi yanaşdığını bildirib. Keçmiş dini işlər naziri isə cütlüyə nikahın hüquqi statusunun müəyyənləşdirilməsi üçün şəriət məhkəməsinə müraciət etməyi tövsiyə edib. @bayqushaz

  • ABŞ-nin Ohayo ştatında bir kişi pişiyindən qorxduğu üçün 911-ə zəng edib O, heyvanın uzun müddət gözünü qırpmadan ona baxdığını və qəsdən stəkanı aşıraraq onu hədələdiyini iddia edib. Kişinin sözlərinə görə, pişiyin davranışı sanki ondan borc tələb edən birini xatırladırdı. Polis hadisə yerinə gəldikdə isə pişiyi tam sakit vəziyyətdə tapıb. Nəticədə kişi 911 xidmətindən əsassız istifadə etdiyinə görə cərimələnib. @bayqushaz

  • 😂Balaca marmot valideynlərini barışdırmağa çalışdı İki böyük marmotun mübahisəsi zamanı onların balası araya girərək konfliktə son qoymağa çalışıb. Kiçik heyvan valideynlərini balaca pəncələri ilə itələyərək onları ayırmağa cəhd edib. Onun bu davranışı sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib və görüntülər qısa zamanda viral olub. @bayqushaz

  • Bunu həmin iş yoldaşlarına göndər😂 @bayqushaz

  • Bəs siz, Cenniferlə razısınız?😁 @bayqushaz

  • Şakiranın səsi və enerjisi ilə böyüyənlər buradadır? 😁❤️ @bayqushaz