tgindex
ecogovaz

Təbiəti dəyişmə, özünü dəyiş!

Последний пост
14 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
48
Всего постов
51
Тип
открытый
Язык
und
Категория
Новости и СМИ (по похожим)
В каталоге с
13 авг.
Подписчики
748
+1 за 2 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
57
40 постов
Вовлечённость
7,6%
к подписчикам
Постов в день
6,9
всего 51
Упоминаний
1
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
23
1/48двое суток
26
1/72трое суток
28

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub. Araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Vunqtau küçəsi, Sumqayıt şəhəri 4-cü məhəllə və Abşeron rayonu Masazır qəsəbəsi Rafiq Dünyamalıyev küçəsində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 71 940 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

  • без подписи

  • без подписи

  • без подписи

  • без подписи

  • без подписи

  • без подписи

  • без подписи

  • без подписи

  • Palçıq vulkanları ilə bağlı gənclər üçün maarifləndirici təlim təşkil olunub Ekologiya və Təbii Sərvətlər Nazirliyində Bakı və Abşeron Yarımadası Qrupu Palçıq Vulkanları Dövlət Təbiət Qoruğunun yaranma günü münasibətilə AKTİ-yə üzv könüllülərin iştirakı ilə maarifləndirici tədbir keçirilib. “Yerin dərinliklərindən səthə: Palçıq vulkanları” adlı təlim zamanı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları gənclərə qoruğun yaradılma tarixi, ərazinin geoloji və təbii xüsusiyyətləri, onların mühafizəsinin vacibliyi, palçıq vulkanlarının unikal təbiət abidəsi kimi əhəmiyyəti barədə ətraflı məlumat veriblər. Tədbirdə palçıq vulkanlarının Azərbaycanın zəngin geoloji irsinin mühüm tərkib hissəsi olduğu vurğulanıb. Görüş zamanı qoruq ərazisində biomüxtəlifliyin və təbii landşaftların qorunması, ekoloji tarazlığın təmin edilməsi, eləcə də ətraf mühitə məsuliyyətli münasibətin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs olunub. Maarifləndirici tədbirin əsas məqsədi palçıq vulkanlarının təbii, geoloji və elmi əhəmiyyəti barədə gənclərin və ictimaiyyətin məlumatlılığını artırmaq, nadir geoloji landşaftların qorunmasına diqqəti gücləndirmək və ekoloji maarifləndirməni təşviq etməkdir.

  • 🌿Təbiətin heç vaxt istəmədiyi bir iz… Hər gün etdiyimiz seçimlər Yer üzündə görünməz izlər buraxır. İstifadə etdiyimiz su və enerji, aldığımız məhsullar, yaratdığımız tullantılar — hamısının təbiətə bir təsiri var. Bəzən bu iz gözlə görünmür. Amma torpaqda, suda, havada və canlı aləmdə özünü göstərir. Bizim rahatlığımız təbiətin itkisi hesabına olmamalıdır. ✅ Daha az tullantı yaratmaq, enerjiyə və suya qənaət etmək, təkrar istifadəyə üstünlük vermək və sadəcə daha düzgün seçimlər etmək böyük dəyişikliklərin başlanğıcı ola bilər. Gəlin təbiətdə silinməyən izlər deyil, qorunan meşələr, təmiz sular və sağlam gələcək qoyaq. Çünki Yer bizim izimizi deyil, ona göstərdiyimiz qayğını xatırlamalıdır. 🍃 Təsirimizi azaldaq. Məsuliyyətimizi artıraq.

  • Axar-Baxar Milli Parkı 📍Qax, Samux və Yevlax rayonları #MilliParklar #NationalParksofAzerbaijan #Azerbaijannature #НациональныепаркиАзербайджана #ETSN

  • #ETSN #ekolojiməsuliyyət #ekolojimədəniyyət

  • 🌧️ Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 17-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, avqustun 14-ü və 15-i gecə və səhər əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların güclənəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

  • без подписи

  • без подписи

  • без подписи

  • без подписи

  • Tufandağ buzlağının vəziyyətinin qiymətləndirilməsi məqsədilə hər il mütəmadi olaraq monitorinq və tədqiqat işləri həyata keçirilir. Bu tədqiqatların nəticələri iqlim dəyişmələrinin regionun dağlıq ərazilərinə təsirlərinin qiymətləndirilməsi, mümkün risklərin müəyyənləşdirilməsi və müvafiq adaptasiya tədbirlərinin hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən birgə həyata keçirilən ekspedisiya çərçivəsində Böyük Qafqazın şimal-şərq yamacında, Qusarçayın hövzəsində yerləşən Tufandağ buzlağında növbəti çöl tədqiqat işləri aparılıb. 📌Ətraflı: https://meteo.az/az/announcement-warnings?announceID=6486

  • Yanğın təhlükəsizliyi ilə bağlı regionlarda maarifləndirici tədbirlər davam edir Meşə və digər yaşıllıq ərazilərində yanğınların qarşısının alınması, əhalinin yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələri tərəfindən Ucar Rayon İcra Hakimiyyətində, Zərdab Rayon Gənclər Evində, Altıağac Milli Parkında, Qazax rayonunun Kosalar, Çaylı və Fərəhli kəndlərində növbəti maarifləndirici tədbirlər keçirilib. Yerli icra hakimiyyəti, aidiyyəti dövlət qurumları, bələdiyyələr, fermerlər və yerli sakinlərin iştirakı ilə təşkil olunan görüşlərdə meşə yanğınlarının qarşısının alınması, yanğın təhlükəsizliyi qaydalarına əməl olunması, ilkin müdaxilə üsulları və qurumlararası əməkdaşlığın əhəmiyyəti barədə məlumat verilib.