DOST Agentliyi
СтатистикаDayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) rəsmi teleqram kanalı
- Последний пост
- 14 авг.
- Последнее чтение
- 14 авг.
- Постов за неделю
- 21
- Всего постов
- 62
- Тип
- открытый
- Язык
- az
- Категория
- Новости и СМИ (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 51
- 1/48двое суток
- 58
- 1/72трое суток
- 63
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
Dövlət idarəçiliyinin gələcəyi: süni intellekt, yoxsa insan❓ Bu sualın cavabının axtarıldığı, yeni yanaşmaların və innovativ həllərin müzakirə edildiyi beynəlxalq platforma – SOCGOV 2026. #ƏƏSMN #DOSTAgentliyi #SOCGOV #SOCGOV2026
📣 Bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə avqust ayının pensiyaları ödənilib. ✅ 📍 Naxçıvan Muxtar Respublikası üzrə də bu ayın pensiya ödənişi yekunlaşıb. ⚠️ Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin avqust ayı üzrə pensiyaları da qrafik üzrə ödəniləcək. #ƏƏSMN #DSMF #DOST #PensiyalarÖdənildi
Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə qurumun gündəliyində duran cari məsələlər müzakirə olunub. ↪️ https://dost.gov.az/news/1572 #ƏƏSMN #DOSTAgentliyi
Şamil Məmmədsaleh oğlu Əliyev Naxçıvan Regional DOST Mərkəzinə direktor müavini təyin edilib. DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov bu barədə əmr imzalayıb. Əmrə əsasən, Şamil Əliyev, həmçinin Naxçıvan Regional DOST Mərkəzinin direktoru vəzifəsinin səlahiyyətlərini icra edəcək. Şamil Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetində “Menecment” ixtisası üzrə ali təhsil alıb. Əmək fəaliyyətinə 2018-ci ildə Dövlət Sosial Müdafiə Fondunda başlayan Ş.Əliyev 2019-cu ildən fəaliyyətini DOST Agentliyində davam etdirir. Vətən müharibəsi iştirakçısı olan Şamil Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib. #ƏƏSMN #DOSTAgentliyi #NaxçıvanRegionalDOSTMərkəzi #YeniTəyinat
Naxçıvan Regional DOST Mərkəzində vətəndaşlara pensiya, əmək və məşğulluq, sosial müavinətlər, əlillik, övladlığagötürmə və digər istiqamətlər üzrə ümumilikdə 164 xidmət təqdim olunacaq. Mərkəzin fəaliyyətə başlaması ilə Naxçıvan sakinləri sosial xidmətlərdən vahid məkanda, operativ və rahat şəkildə yararlana biləcəklər. İctimai TV-nin reportajını təqdim edirik. #ƏƏSMN #DOSTAgentliyi #NaxçıvanRegionalDOSTMərkəzi #DOSTxidmətləri
Prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.✍️ Sərəncamda dövlət proqramlarının və infrastruktur layihələrinin uğurlu icrası nəticəsində Naxçıvan Muxtar Respublikasının dinamik inkişafının davam etdirildiyi, bu çərçivədə Naxçıvan Regional DOST Mərkəzinin inşa edildiyi, şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 68 mənzil ayrıldığı da bildirilir. Sənəddə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən ümumilikdə 258 milyon manat ayrılması nəzərdə tutulur. ➡️ https://president.az/az/articles/view/73260
DOST Agentliyi sosial idarəetmədə rəqəmsal transformasiyanıdəstəkləməyə davam edir. 🌐💡 Bu çərçivədə təsis edilən "AI4DOST Sosial Mükafatı 2026" müsabiqəsi üçün müraciət etməyə tələsin! Mükafat sosial müdafiə, vətəndaş xidmətləri və rəqəmsalidarəetmə sahəsində süni intellekt texnologiyalarını tətbiq edənlokal və beynəlxalq layihələri müəyyən etməyi hədəfləyir. 🏆 Qaliblər bu il 23 oktyabrda Xankəndi şəhərində təşkilolunacaq SOCGOV 2026 beynəlxalq forumunda açıqlanacaq. 📌 Son müraciət tarixi: 1 sentyabr 2026 📌 Ətraflı məlumat və qeydiyyat: https://socgov.az/az/application Ətrafınızda rəqəmsal analitika, AI və sosial innovasiya iləməşğul olan dostlarınızı bu postun rəy bölməsində qeyd edərəkxəbərdar edə bilərsiniz! 👇 #DOST #AI4DOST #SOCGOV2026 #SocialServices #Xankəndi #ArtificialIntelligence #Sosialİnnovasiya
12 Avqust – Beynəlxalq Gənclər Günüdür! Cəmiyyətin inkişafında və ölkəmizin tərəqqisində mühüm rol oynayan bütün gənc dostlarımızı bu əlamətdar gün münasibətilə təbrik edirik! 🤝🎉 #DOSTAgentliyi #BeynəlxalqGənclərGünü
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsi zamanı Naxçıvan Regional DOST Mərkəzinin açılışını da qeyd edib: "Bu gün, eyni zamanda, sosial təminatla əlaqədar DOST Mərkəzinin açılışını qeyd edə bilərəm. Onun yanında “ASAN xidmət” mərkəzi dayanır. O da vaxtilə mənim göstərişimlə yaradılmışdır ki, insanlara daha gözəl xidmət göstərilsin". ➡️ https://president.az/az/articles/view/73259
Bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olan Naxçıvan Regional DOST Mərkəzi Naxçıvan sakinlərinə müxtəlif sosial istiqamətlər – pensiya, əmək və məşğulluq, sosial müavinətlər, əlillik, övladlığagötürmə və digər sosial xidmətlərin vahid məkanda, şəffaf formada göstərilməsinə imkan yaradır. Açılış tədbirindən AZTV-nin reportajı.
без подписи
без подписи
без подписи
без подписи
без подписи
без подписи
без подписи
без подписи
без подписи
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak ediblər. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev mərkəzdə yaradılmış şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi. Bildirildi ki, bu mərkəzdə əhaliyə 164 sosial xidmət göstəriləcək. Ümumilikdə 117 işçinin və 50 könüllünün fəaliyyət göstərəcəyi mərkəzdə gün ərzində orta hesabla 500-600 vətəndaşın qəbulu nəzərdə tutulur. https://president.az/az/articles/view/73252