tgindex
Fərhad Hacıyevin Qeydləri

Fərhad Hacıyevin Qeydləri

Статистика

Burada düşündürücü qısa qeydlər, ibrətli yazılar, bəzən də başqa mənbələrdən faydalı alıntılar paylaşılır.

Последний пост
14 авг.
Последнее чтение
13 авг.
Постов за неделю
2
Всего постов
23
Тип
открытый
Язык
az
В каталоге с
13 авг.
Подписчики
394
0 за 2 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
231
23 постов
Вовлечённость
58,6%
к подписчикам
Постов в день
0,3
всего 23
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
97
1/48двое суток
111
1/72трое суток
119

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • без подписи

  • https://www.youtube.com/watch?v=OOsWXJBSTeM

  • Müsəlman Kişinin Şəxsiyyəti: 11. Dərs: "Ədaləti təsis etmək və zəifləri müdafiə və himayə etmək" Rəbbim islahımıza vəsilə etsin.

  • без подписи

  • 9 авг.160223

    Evliliyi rahatlıq və sükunət mənbəyi edən, təkmilləşdirən və doğru istiqamətə aparan ən mühüm amil kişinin emosional yöndən yetişkin (olqun) olmasıdır. Bu istiqamətdə yetişməyən kişi yaşının neçə olmasından asılı olmayaraq yeniyetməlik temperamentlərini aşa bilməmiş bir oğlan olaraq qalacaq. Kişinin emosional yöndən yetişkin olması eyni zamanda onda qarşı tərəfi tərbiyə edib yetişdirəcək xüsusiyyətləri də formalaşdırmış olur. https://t.me/farhadhajiyevsnotes

  • 6 авг.192181

    Əhli-əyalının zərif nümayəndələrinin əyninə paltar geyindirməkdən aciz olan müasir kişicik özünü sındırmamaq üçün "Hansı dövrdə yaşayırıq?!" sözünə sığınmaqdan başqa çarə tapa bilmir. Əmin ola bilərsiniz ki, o bu sözü sırf çarəsizlikdən, evdə qara it qədər hörməti olmadığını etiraf etmək istəmədiyindən dolayı deyir. Necə deyərlər, çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu. https://t.me/farhadhajiyevsnotes

  • 4 авг.226112

    Qadının çərçivələnməsi, tərbiyələnməsi və itaətkar olması kişinin xarakterinə, prinsipiallığına, hadisələr qarşısındakı duruşuna və ciddiyyətinə bağlıdır. Kişi əgər bu keyfiyyətlərə sahib olmasa, qadın halal süd əmmiş biri də olsa, şeytan onu bir yerdən fəsada uğradacaq. Allah kişi və qadının fitrətini onların özünə məxsus şəkildə yaradıb və münasibətlər dinamikasını müəyyən qaydalara tabe tutub. Heç bir sistem, heç bir ideoloji dayatma bu fitrəti dəyişə bilməz. P.S. İstisnalar qaydaları pozmaz. https://t.me/farhadhajiyevsnotes

  • Özün üçün günlük nəzərdə tutduğun normativləri hər hansı səbəbdən, xüsusən də üzrsüz səbəbdən yerinə yetirə bilmədikdə, günün sonunda: - özünü qınayır; - daxilən narahat olur; - öz gözündə dəyər itirdiyini hiss edirsənsə, sən çox dəyərli insansan! Çünki insan ömrü ona Rəbbi tərəfindən verilmiş zamandan ibarətdir. Zamanına dəyər verən özünə dəyər vermiş olar. Zamanına dəyər verən Rəbbi tərəfindən bəxş edilmiş həyatın şükrünü vermiş olar. https://t.me/farhadhajiyevsnotes

  • Yaxşılığı əmr edib pislikdən çəkindirmək: عَنْ جَرِيرٍ بن عبدالله قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وسلم يَقُولُ: مَا مِنْ رَجُلٍ يَكُونُ فِي قَوْمٍ يَعْمَلُ فِيهِمْ بِالْمَعَاصِي، يَقْدِرُونَ أَنْ يُغِّيرُوا عَلَيْهِ، فَلَا يُغَيِّرُونَ إِلَّا أَصَابَهُمُ اللَّهُ بِعِقَابٍ قَبْلَ أَنْ يَمُوتُوا. Cərir ibn Abdullah (رضي الله عنه) demişdir: "Mən Allah Rəsulunun (صلى الله عليه وسلم) bu cür dediyini eşitdim: "Hər hansı bir qövmün içərisində olan bir kişi günah əməllər işləyər və həmin qövm bu halı dəyişmək iqtidarında olduğu halda dəyişməzsə, Allah onların cəzalarını vermədən canlarını almaz". ___ Əbu Davud Hədis həsəndir. https://t.me/farhadhajiyevsnotes

  • Alimləri cihaddan, mücahidləri isə elmdən qopardıqda, elm qorxaqların, cihad isə cahillərin ümidinə qalır. İzzət yalnız bu iki tərəfin birləşməsi ilə mümkündür. https://t.me/farhadhajiyevsnotes

  • İnsanın nəyə gülməyi ağlını, necə gülməyi isə əxlaqını ortaya qoyur. Zarafat və gülüş sadəcə əyləncə deyil, eyni zamanda kimlik və şəxsi keyfiyyət göstəricisidir. https://t.me/farhadhajiyevsnotes

  • Fərhad Hacıyevin Qeydləri pinned «https://youtu.be/M50a33ubWjQ?si=z0iPvRhRWhMGQLPN İki il sonra yenidən "Bəyyinə" kanalının qonağı oldum. İzləməyinizi məsləhət görmürəm. Çünki içində sizi əsəbləşdirən fikirlər ola bilər. :)»

  • https://youtu.be/1IPnEg6sbOQ?si=Q89te0kIsvQjLjV_

  • *"Saff" surəsinin 3-cü ayəsini sitat gətirərkən dil sürüşməsi nəticəsində ayədəki son sözü yanlış zikr etdim. Ayə aşağıdakı kimidir: كَبُرَ مَقۡتًا عِندَ ٱللَّهِ أَن تَقُولُوا۟ مَا لَا تَفۡعَلُونَ

  • Müsəlman Kişinin Şəxsiyyəti: 10. Dərs: "Hilm sahibi olmaq" Rəbbim islahımıza vəsilə etsin.

  • без подписи

  • Planlarını və nailiyyətlərini ictimaiyyətlə paylaşmaması şəxsin güclü xarakterə sahib olduğuna və eyni zamanda hikmətli olduğuna dəlalət edir. O, güclü və müstəqildir. Çünki onun kütlənin təqdir və alqışına ehtiyacı yoxdur. O, hikmətlidir. Çünki bilir ki, heç kimə aidiyyəti olmayan şəxsi məlumatları təsadüfi insanlarla paylaşmaq ona baş ucalığı gətirməyəcək. Öz qlamur şəkillərini paylaşanlara isə deyirəm - ADAM KİŞİ OLAR! :) https://t.me/farhadhajiyevsnotes

  • Quran, Sünnə və böyük alimlərin Allahın dini adına yazdıqları nə varsa - hamısı bütöv olaraq ələ alındıqda bir gerçəyi görməmək mümkün deyil: Rəbbimizin iman etmiş biz qulların üzərinə yüklədiyi ən əsas vəzifə hər hansı hədəfə çatmaq və ya nəticəyə varmaq yox, ilahi və nəbəvi mənhəcə (metodologiyaya) bağlı qalmaq və vəziyyət və şərait nə olursa olsun, bu mənhəcdən sapmamaqdır. Səbr, təvəkkül və təqva da bunun üçün lazımdır. Din və ümmət adına bu dünyada hədəfə çatmağı qarşısına məqsəd qoyanlara gəlincə isə, onlar buna nail olmaq üçün müxtəlif metod və yollara əl ataraq doğru mənhəcdən ayrılar və Allah qatında sabir, mütəvəkkil və müttəqilərdən yazılmazlar. Bizim üzərimizə düşən doğru mənhəc üzərində səbr etməkdir. Hədəfə çatdıran isə Allahdır. Bəs hədəf nə olmalıdır? Cənnət! Cənnəti səbr, təvəkkül və təqva ilə arzulayaraq nəbəvi mənhəcə sarılan qövmü Allah doğru yoldan ayırmaz. Həqiqi izzət və uğur da məhz budur! Əmr olunduğun kimi istiqamət üzrə ol və Allahdan səbat istə! https://t.me/farhadhajiyevsnotes

  • Fərdi kimliyini hifz etməyə qadir olmayan kəs içində olduğu cəmiyyətə də dəyər qatmaqdan aciz olar. Cəmiyyət fərdlərdən təşkil olunur. Və hər bir fərd özündə olanları cəmiyyətin xidmətinə təqdim edərək ona dəyər qatır. Tənqid və təzyiqdən qorxaraq hamı kimi olmağı seçən kimsələrdən ibarət cəmiyyət sadəcə kütlədir, izdihamdır, güruhdur. İrşad etməyi qarşısına məqsəd qoymuş şəxs və ya camaat zülmət qaranlıq içərisində olan dəryada ətrafa işıq saçan və uzaq məsafədən seçilən bir mayak misalındadır. Mayakın gəmiləri irşad edə bilməsi onun gözə görünəbilmə və uzaqdan seçiləbilmə keyfiyyətinə sahib olmasından dolayıdır. Ətrafdakı nəsnələrdən fərqlənməyən və nəzərə çarpmayan mayak heç bir gəmiçiyə lazım olmadığı kimi güruhlaşmış camaatın fəaliyyəti, eləcə də güruh içərisində ərimiş bir fərdin kimliyi də heç bir işə yaramaz. https://t.me/farhadhajiyevsnotes

  • Qəlb sərrafı Huzeyfə ibn əl-Yəmən (رضي الله عنه) demişdir: "Dörd çeşid qəlb var: 1. Qapalı qəlblər (Haqqa qapalı olduğu üçün ondan heç nəyi fəhm etməz); 2. İkiüzlü qəlblər (Münafiqin qəlbidir - kafirin qarşısına bir üzlə, möminin qarşısına başqa üzlə çıxar); 3. İçində kin və yalan daşımayan pak qəlblər (Möminin qəlbidir); 4. İçində həm nifaq, həm də iman daşıyan qəlblər (Ümumən iman etmiş, lakin əsas etibarı ilə xəstə qəlbdir). İmanın misalı təmiz su ilə bəslənən ağac, nifaqın misalı isə irin və qanla bəslənən çibandır. Bunlardan hansı ağır basarsa, qəlbi o əhatə edər". ______ Hilyətul-Əvliyə, 1/276 https://t.me/farhadhajiyevsnotes