- Последний пост
- 13 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 6
- Всего постов
- 30
- Тип
- открытый
- Язык
- und
- Категория
- Религия (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 39
- 1/48двое суток
- 44
- 1/72трое суток
- 48
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
Öz ailən — həyat yoldaşın və övladların üçün dua et.Bəzilərinin nə həyat yoldaşı,nə də övladı var.Bəziləri isə onları bu yaxınlarda dəfn edib. Biz çox vaxt yerə səpələnmiş oyuncaqlara görə əsəbiləşir,ev işləri ilə bağlı xahişlərdən yorulur və ya bir-birimizi düzgün anlamadığımıza görə inciyirik.Amma elə indi dünyanın harasındasa bir kişi tamamilə boş,ürəyi parçalayan bir sükuta qərq olmuş evə daxil olur.Artıq orada heç kim gülmür,heç kim onu gözləmir.Onun yeganə arzusu isə evdə onu qarşılayan bircə nəfərin belə olmasıdır... Amma sən bu gün onların səsini eşidə,onları görə,onlarla danışa və hətta qucaqlaya bilərsən — bütün bunların Allah tərəfindən sənə verilmiş nə qədər böyük bir nemət olduğunu bəlkə də dərk etmirsən.Onlar yanında olduqları müddətdə sən başqalarının dualarında dilədiyi bir xəzinəyə sahibsən.Gec olmadan,bu gün onların qədrini bil.
“Neçə min dəfə göy üzünü açıq, masmavi seyr etdik, axırda göy gurultusunu eşidər olduq! Amma sonra o gözəl günlər yenidən gəldi; ümid edirəm, sən də belə yenidən qayıdıb gələrsən.” — Güvercin Gerdanlığı
Maraqlı təsbit )) Həyat salehə zövcə ilə birlikdə...❤️ Həyat salehə olmayan zövcə ilə birlikdə... 💔
🌿 QƏLBİNDƏN XƏBƏRİN VAR? Tövhidini qorumaq istəyirsənsə, əvvəlcə qəlbində baş verənlərdən xəbərdar olmalısan. İnsan bəzən özünü ixlaslı, həsəddən, ucdan və riyadan uzaq hesab edir. Amma Allah onu elə bir vəziyyətə salır ki, qəlbində gizlətdiyi şeyi özü də görür. Məsələn, Allah başqasına sənə vermədiyi bir neməti verir və sən bunu gördükdə qəlbin sıxılır. ❗️Bu hissi dərhal ört-basdır etmə. Özündən soruş: “Niyə sıxıldım? Mən onun nemətinin azalmasını istəyirəmmi? Qəlbimdə həsəd varmı?” Allahın tərbiyəsi bəzən məhz belə olur: sənə öz nəfsini göstərir. 🌿 Nəfsinə də arxayın olma. “Filan vəziyyətdə olsaydım, belə edərdim” demə. Çünki insan öz nəfsini tam tanımır. Bəzən eyni vəziyyətə düşür və əvvəl dediklərinin heç birini edə bilmir. Bu, Allahın sənə bir dərsidir: “Sən öz nəfsini belə tam tanımırsan.” Ona görə özünə deyil, Allahın mərhəmətinə güvən. 🌿 İTAƏT ETDİKDƏ NƏYƏ SEVİNİRSƏN? Bir əməl etdikdən sonra sevinirsənsə, sevincinin səbəbini araşdır. Çünki mömin itaətinə sevinir, amma ucb sahibi də öz əməlindən sevinir. Fərq budur: 🔸 Mömin deyir: “Allah mənə bu itaəti nəsib etdi. Nə böyük nemətdir!” 🔸 Ucb sahibi isə düşünür: “Mən nə gözəl əməl etdim!” Birincisi Allahın nemətini görür, ikincisi öz nəfsini. Buna görə etdiyin xeyri özündən bilmə. Səni ona müvəffəq edən Allahdır. 🌿 MÜBARƏK İNSANIN ƏSAS XÜSUSİYYƏTİ — İXLASDIR Mübarək insan üçün insanların tərifi əsas deyil. Onun əsas arzusu budur: “Allah məni bəyənsin və əməlimi qəbul etsin.” İnsanlar onu təriflədi, yoxsa qınadı — əsas məsələ bu deyil. Əsas məsələ: “Allah bu əməli məndən qəbul etdimi?” 🌿 BƏRƏKƏTİ QORUMAQ ÜÇÜN Salehlərlə dostluq et. Səhabələrin, tabiinlərin və alimlərin həyatını oxu. Onları özünə nümunə götür. Və tövhidinin düşməni olan şirkdən, xüsusilə gizli şirkdən — riya və ucbdan qorx. Çünki insan bəzən əməlində insanları deyil, öz nəfsini Allaha şərik edir: etdiyi xeyri özündən bilir. 🌿 Buna görə hər gün qəlbinə qayıt: Niyə sevindim? Niyə sıxıldım? Kimə görə əməl edirəm? Əməlimi kimdən bilirəm? İnsanların razılığını, yoxsa Allahın qəbulunu istəyirəm? Çünki qəlbindən xəbərdar olmayan insan, nəfsinin onu haraya apardığını da bilməz. 🤲 Allahım, qəlbimizi tövhid və ixlas üzərində sabit et, nəfsimizin şərindən bizi qoru və etdiyimiz əməlləri Öz dərgahında qəbul et.
Yəhya ibn Muaz (rahiməhullah) demişdir: "Qəlblər içində olanla qaynayan qazanlar kimidir. Dillər isə o qazanların çömçələridir. Bir insan danışanda ona diqqət et. Çünki onun dili sənə qəlbində olandan götürüb göstərir: istər şirin olsun, istər turş, istər saf və ləzzətli, istərsə də acı və duzlu, yaxud başqa bir şey. Beləcə, dilinin götürüb çıxardığı sözlər sənə onun qəlbinin dadını bəlli edir." 📚 İbn əl-Qəyyim, "əd-Dəu vəd-Dəvə", səh. 364.
𝐓𝐎𝐕𝐇İ𝐃 pinned a photo
Sənə heç kim heç nə borclu deyil. İmam İbn əl-Qeyyim رحمه الله demişdir: “Təvazökar insan elə hesab etmir ki, kimsə ona nəsə borcludur və ya kiminsə üzərində onun haqları var. Əksinə, o düşünər ki, özü başqalarına borcludur və onun üzərində haqlar var. Uca Allah bu xüsusiyyəti sevdiyi, ehtiram göstərdiyi və Özünə yaxınlaşdırdığı kəslərə bəxş edir.” (ər-Ruh) 📌 Həqiqi təvazökarlıq – sənin “mənə hörmət etməlidirlər”, “mənə təşəkkür etməlidirlər”, “məni tanımalıdırlar”, “məni qiymətləndirməlidirlər”, “mənə yer verməlidirlər” deyə düşünməməyindir. Hətta sən buna layiq olsan belə, hamı kimi olmasan belə, daha çox biliyin, daha çox əməlin olsa belə, hətta ehtiyac içində olsan belə. 📌 Digər tərəfdən: Ehtiyac sahibinə və ya çətin vəziyyətdə olan birinə, hətta kömək etməyə imkanın olmasa belə, “Sənə heç kim heç nə borclu deyil” demə. “Biriniz özü üçün istədiyini müsəlman qardaşı üçün də istəmədikcə, tam şəkildə iman etmiş olmaz.” (əl-Buxari) Bu və digər hədislər əxlaqımızın bir hissəsi olmalıdır.
15 günlük çox münasib bir ümrə paketidir. Getmək istəyən hər kəsə tövsiyə edirəm 💐💐💐
“Bunu niyə danışıram?” Məncə, özümüzə verməli olduğumuz ən mühüm suallardan biri budur. Qarşımızda bir problem var və onun qarşısında nə etməli olduğumuzu bilmiriksə, etibar etdiyimiz, ağlı başında və düzgün düşünən bir insanla məsləhətləşməyimizə istişarə deyirik. Bəs əgər nəfsimizə hakim ola bilmiriksə və sadəcə onu rahatlatmaq üçün danışırıqsa, buna nə deyilir? Üstəlik, danışdığımız insan da nəfsimizin ehtiyac duyduğu şeyi bizə verərsə, bu söhbət asanlıqla dedi-qoduya, şikayətə və insanları müzakirə etməyə çevrilə bilər. Sələfdən bəzi kimsələr bir adamın başqa birinə öz ehtiyacını və sıxıntısını danışdığını gördükdə belə demişlər: “Vay sənin halına! Allaha and olsun ki, sənə mərhəmət etməyəcək birinə etdiyin bu şikayətlər, sənə mərhəmət edə biləcək Allaha halını ərz etmədiyin üçün yalnız sıxıntını artırar. Arif insan dərdini və kədərini yalnız Allaha şikayət edər. Ariflərin ən arifi isə şikayətlərinin insanlardan deyil, öz nəfsindən qaynaqlandığını qəbul edən və bu halını yalnız Allaha açandır.” 📚 əl-Fəvaid, səh. 165
İbnul-Cövzi رحمه الله demişdir: “Əgər məni Cənnətdə sizin aranızda görməsəniz, məni soruşun və deyin: ‘Ey Rəbbimiz! Sənin filan qulun Səni bizə xatırladırdı və Səni bizə tanıdırdı.’” Sonra İbnul-Cövzi رحمه الله ağladı. Allah ona geniş mərhəməti ilə rəhmət etsin. 💧
هناك فراغ في القلب لا يسده إلا الخلوة مع الله. Qəlbdə elə bir boşluq var ki, onu yalnız Allahla xəlvət (tək qalmaq, Onunla baş-başa olmaq) doldura bilər.🌿
Əməlləri məhv edən gizli təhlükə – ucb və öz salehliyini bəyənmək Allah bir insana böyük nemətlər verə bilər. Onu ümrəyə müvəffəq edər, Kəbəni görməyi nəsib edər, Quranı dəfələrlə xətm etməyə, gecələri namazla keçirməyə, oruc tutmağa, sədəqə verməyə, elm öyrənməyə və başqa saleh əməllərə müvəffəq edər. Lakin bütün bunlardan daha təhlükəli olan bir şey var ki, o da zahirdə görünmür – qəlbin halıdır. Elə olur ki, insan etdiyi ibadətlərdən sonra başqasına baxıb qəlbindən keçir: "Əlhəmdulilləh, mən ondan daha yaxşıyam." Bəzən bu hiss cəmi bir neçə saniyə davam edir. Amma həmin anda qəlbə kibr daxil olur. Bəzən də insan etdiyi saleh əməlləri özündən bilir: "Mən necə də gözəl ibadət etdim... Mən nə qədər saleh oldum... Ümrəyə getdim, Quranı neçə dəfə xətm etdim, çox ibadət etdim..." Halbuki onu bu əməllərə müvəffəq edən Allahdır. Əgər Allahın köməyi olmasaydı, insan bunların heç birini edə bilməzdi. Qəlbin bu halına ucb deyilir – insanın öz əməlini bəyənməsi, onu öz gücü ilə etdiyini zənn etməsi və Allahın ona olan nemətini unutması. Mömin etdiyi əməllərlə sevinə bilər, lakin bu sevinc Allahın ona müvəffəqiyyət verməsinə görə olmalıdır, öz nəfsinə görə yox. İnsanın təhlükəsi təkcə insanlar arasında deyil. Elə günahlar var ki, insan onları tam tənhalıqda qazanır. Çarpayısında uzanarkən bir mömin haqqında pis zənn edir, qəlbində həsəd saxlayır, özünü başqalarından üstün görür. Heç kim bunu görmür, amma Allah görür. Başqa biri də eyni vəziyyətdə uzanır, lakin fikirləşir: "Görəsən, Allahın hüzuruna hansı əməllə çıxacağam? Görəsən, əməllərim qəbul olundumu?" Zahirdə hər ikisi eyni vəziyyətdədir, amma qəlblərində baş verənlər onları bir-birindən tamamilə fərqləndirir. Buna görə mömin daim öz qəlbini yoxlamalıdır. Ən böyük qorxu yalnız günah etmək deyil, həm də etdiyi saleh əməlləri xəbəri olmadan puç etməkdir. Qəlbə gələn bu qorxu insanı dilini qorumağa, pis zənni dərhal dəf etməyə, kibrdən uzaq durmağa və hər ibadətdən sonra Allahdan qəbul diləməyə sövq edir. Elə olur ki, bəzən bir az elm öyrənir, dərs keçməyə başlayır, insanlar ona "müəllim" deyə müraciət edir. Zaman keçdikcə hiss etmədən qəlbində bir üstünlük duyğusu yaranır. Başqalarına yuxarıdan baxmağa başlayır, onların nöqsanlarını görür, öz salehliyini isə böyüdür. Halbuki bu, elm deyil, nəfsin gizli hiyləsidir. Həqiqi elm insanı təvazökarlığa aparır. Allahı daha çox tanıdıqca insan öz qüsurlarını daha çox görür, özünü başqalarından üstün deyil, daha çox Allahın rəhmətinə möhtac hesab edir. Ona görə də insan daim qəlbini yoxlamalıdır. Görəsən, elm məni təvazökar edib, yoxsa hiss etmədən qəlbimə ucb və kibr daxil olub? Çünki təhlükəli olan təkcə insanların gözündə yüksəlmək deyil, Allah qatında düşməkdir. Mömin heç vaxt öz salehliyinə arxayın olmur. O, daim Allahın bu ayəsini xatırlayır: "Onlar etdiklərini etdikdən sonra da qəlbləri qorxu içində olar..." (əl-Muminun, 60) Yəni saleh əməllər edirlər, lakin qəbul olunmayacağından qorxurlar. Bu qorxunu artıran səbəblərdən biri də Allahla görüşü, qəbiri, hesab gününü, Cənnət və Cəhənnəmi vəsf edən ayələr üzərində düşünməkdir. Məsələn, Uca Allah buyurur: "Həqiqətən, o (Cəhənnəm) saray boyda qığılcımlar püskürər." (əl-Mursəlat, 32) Bu ayələr üzərində düşünən qəlb rahatlaşmır, əksinə, daha çox özünü islah etməyə çalışır. Ona görə mömin hər gün özünə sual verməlidir: • Görəsən, bu əməli Allah üçün etdim, yoxsa nəfsim üçün? • Görəsən, qəlbimdə kibr və ya ucb yaranmadı ki? • Görəsən, Allah bu əməli məndən qəbul etdimi? Əməlləri qorumağın yolu təkcə onları çoxaltmaq deyil. Ən əsası onları ixlasla etmək, Allahın lütfünü etiraf etmək, özünü daim naqis görmək və qəlbi ucb, kibr, riya və pis zənn kimi gizli xəstəliklərdən təmizləməyə çalışmaqdır. Çünki insanın həqiqi mübarizəsi çox vaxt başqaları ilə deyil, öz qəlbi ilə olur.
Qorxan yol alar Peyğəmbər ﷺ buyurur: «Kim qorxarsa, gecə yola düşər. Kim gecə yola düşərsə, mənzilə çatar. Bilin ki, Allahın malı çox bahalıdır. Bilin ki, Allahın malı – Cənnətdir.» Bu hədis mömini Allah yolunda irəli aparan ən böyük səbəblərdən birini bəyan edir: qəlbdə olan xof (qorxu). Burada söhbət ümidsizliyə aparan qorxudan deyil, qulu qəflətdən oyadan və saleh əmələ sövq edən qorxudan gedir. Alimlər bu hədisi belə izah etmişlər: Təsəvvür edin ki, bir müsafir təhlükəli bir yoldadır. O bilir ki, yolkəsənlər və ya düşmən hər an ona hücum edə bilər. Belə bir insan rahat yatarmı? Əsla. Təhlükəni hiss etdiyi üçün insanların istirahət etdiyi vaxtda belə yoluna davam edər. Məhz buna görə də mənzilə çatan o olar. Mömin də belə olmalıdır. O, Allahın qəzəbindən, Cəhənnəm əzabından, imanını itirməkdən və qəlbinin azmasından qorxduğu üçün arxayın yaşamaz. Bu qorxu onu namaza, Qurana, zikrə, duaya, tövbəyə və saleh əməllərə sövq edər. Çünki bilir ki, Rəbbi ilə görüşənə qədər yol bitmir. Şeyx İbn Baz رحمه الله və Şeyx Xalid əs-Səbt حفظه الله bu hədisi şərh edərək bildirirlər ki, hədisdəki "gecə yola düşmək" ifadəsi insanların rahatlıq axtardığı vaxtlarda belə Allah yolunda səy göstərməyə işarədir. Mömin nəfsinin rahatlıq istəyinə təslim olmur. Onu hərəkətə gətirən qəlbindəki qorxudur. Sonra Peyğəmbər ﷺ buyurur: «Bilin ki, Allahın malı çox bahalıdır. Bilin ki, Allahın malı – Cənnətdir.» Şeyx Xalid əs-Səbt buyurur ki, qiymətli bir mal hər istəyənə verilməz. Onu yalnız haqqını verən əldə edər. Cənnət isə elə bir nemətdir ki, orada heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir insanın qəlbindən keçmədiyi nemətlər vardır. Belə bir mükafatın yolu da zəhmətsiz ola bilməz. Buna görə də qəlbində həqiqi qorxu olan insan rahatlığa qapılmaz. O bilir ki, Cənnət ucuz deyil. Bunu daha yaxşı anlamaq üçün belə bir misal çəkilir: Bir insan yemək yeyərkən qəfil yanıq qoxusu hiss etsə, dərhal ayağa qalxar və təhlükənin haradan gəldiyini araşdırar. Əgər yanğının ona yaxınlaşdığını görsə, ya onu söndürməyə çalışar, ya da oradan uzaqlaşar. Heç bir ağıllı insan təhlükəni görə-görə rahat oturub yeməyinə davam etməz. Eləcə də axirət təhlükəsini həqiqətən dərk edən mömin qəflət içində yaşaya bilməz. Qəlbindəki qorxu onu hərəkətə gətirər. Qorxan yol alar. Yol alan isə Allahın izni ilə mənzilə çatar. Elə isə günləri hədər etmə... Yola davam💐))
без подписи
And olsun ki, sizə öz içinizdən elə bir Peyğəmbər gəldi ki, sizin çətinliyə və əziyyətə düşməyiniz ona çox ağır gəlir. O, sizin hidayətinizə çox can atır, möminlərə qarşı isə son dərəcə şəfqətli və mərhəmətlidir. (ət-Tövbə, 9:128)
✒️ İmam ən-Nəvəvi (rahiməhullah) demişdir: "Məscidə daxil olarkən «Allahumməftəh lī əbvəbə raḥmətik» (Allahım! Mənim üçün rəhmətinin qapılarını aç) duasının deyilməsi müstəhəbdir. Çünki məscid rəhmətin nazil olduğu, ibadət və itaət məkanıdır. Buna görə də ora daxil olan kəs Allahın rəhmətinin ona açılmasını diləyir." 📚 hədis №713-ün şərhi.
Heç bir yaxşılığı itirməyən, heç bir haqqı unutmayən Rəbb... İnsan həyatda ən çox iki şeydən qorxur: etdiyi yaxşılığın unudulmasından və ona edilən haqsızlığın cavabsız qalmasından. Halbuki Allahın əl-Həfiiz adını tanıyan insan bilir ki, Allah yanında heç bir əməl itməz, heç bir göz yaşı, heç bir səmimi niyyət, heç bir gizli ixlas unudulmaz. Sələflərdən belə bir söz nəql edilmişdir: "Karvanlar çoxdur, amma həcc edənlər necə də azdır." Yəni Kəbəyə gedənlər çox ola bilər. Hamısı eyni ehrama bürünər, eyni yerlərdə dayanər, eyni ibadətləri yerinə yetirər. Lakin Allah qatında onları bir-birindən fərqləndirən zahiri görünüş deyil, qəlblərində daşıdıqları ixlas, təqva və niyyətdir. Peyğəmbər ﷺ buyurmuşdur: "Allah sizin surətlərinizə və mallarınıza baxmaz. O, sizin qəlblərinizə və əməllərinizə baxar." Deməli, Allahın qoruyub saxladığı ilk şey qəlbdir. Çünki zahiri əməli hər kəs edə bilər. Amma ixlası, Allah qorxusunu, səmimi niyyəti və gizli göz yaşını yalnız Allah bilir və yalnız O qoruyur. Peyğəmbər ﷺ xəbər vermişdir ki, bir kişi insanların yolundan əziyyət verən tikanlı budağı kənara çəkdi. Allah bu kiçik əməli qəbul etdi, ona təşəkkür etdi və günahlarını bağışladı. Bir budaq... Bir neçə saniyə... Amma sonsuz mükafat... Çünki Allah əş-Şəkurdur. Az əmələ çox savab verən, kiçik yaxşılığı böyük mükafatla qarşılayan Rəbbdir. Bunu bilən insan iki şeyə xüsusi diqqət edər: Birincisi, qəlbinə. Çünki bilir ki, Allah qəlbindən keçən hər yönəlişi qoruyur. İkincisi, ən kiçik xeyir fürsətinə. Çünki hansı əməli Allahın böyük mükafata çevirməsini heç kim bilmir. Bəzən insan kiminsə namusunu qoruyar, sonra həmin adam onun namusu haqqında danışar. Kiməsə yaxşılıq edər, əvəzində pislik görər. Haqqı tapdanar, insanlar ona inanmaz. Belə anlarda əl-Həfiiz adını tanıyan qul insanların hökmünə deyil, Allahın qorumasına baxar. Çünki bilir ki, Allah onun etdiyi yaxşılığı da, ona edilən zülmü də qoruyub saxlayır. Heç biri itib getməyəcək. İnsanların unutması heç nəyi dəyişmir. Allah unutmur. Ən böyük səhvlərimizdən biri də yaxşılıqlarımızın insanların yaddaşında qalmasını istəməyimizdir. Birinə kömək edirik, təşəkkür gözləyirik. Kiməsə elm öyrədirik, bizi xatırlamasını istəyirik. Kiməsə yer veririk, minnətdarlıq gözləyirik. Sanki əməlimizi Allahın deyil, insanların qorumasını istəyirik. Halbuki tövhid budur ki, qulun bütün ümidi yalnız Allahın əməllərini qorumasına bağlansın. Əgər sən bir gün insanların görmədiyi yerdə Allahdan qorxaraq haramı tərk etmisənsə, Allah onu qoruyur. Əgər gecənin qaranlığında səmimi bir tövbə etmisənsə, Allah onu qoruyur. Əgər uzaqda yaşayan müsəlmanların dərdi üçün qəlbin sızlayıbsa, Allah onu da qoruyur. Hətta insanların heç vaxt bilməyəcəyi bir niyyət belə Allah yanında itib getmir. Allah yalnız əməlləri deyil, qullarının namusunu da qoruyur. Bəzən insan başqası haqqında pis zənn edir. Sonra Allah elə bir hadisə göstərir ki, onun zənninin səhv olduğunu anlayır. Bu, Allahın mərhəmətidir. Çünki qul bu dünyada səhvini anlayıb tövbə etsin deyə Allah həqiqəti ona göstərir. Beləcə, o günahla Qiyamət gününə çıxmasın. Peyğəmbər ﷺ buyurmuşdur: "Bədəndə bir ət parçası vardır. O islah olarsa bütün bədən islah olar, o korlanarsa bütün bədən korlanar. Bilin ki, o qəlbdir." Buna görə möminin gözü həmişə öz qəlbində olmalıdır. İnsanların onun haqqında nə düşündüyündə deyil... İnsanların onu xatırlayıb-xatırlamadığında deyil... Allahın onun qəlbini necə gördüyündə olmalıdır. Çünki insanların yaddaşı zəifdir. Allah isə əl-Həfiizdir. Heç bir yaxşılığı itirməyən... Heç bir göz yaşını unutmayan... Heç bir ixlası zay etməyən... Heç bir zülmü cavabsız buraxmayan Rəbbdir.
Pis zənnin necə dağıldığı Bir ana hər həftə dini dərsə gedirdi. Oğlu isə maşında onu gözləyirdi. Bir gün ana maşının qapısını açanda içəridən musiqi səsi eşitdi. Qəlbi sındı. "Deməli, zahirdə saleh görünürmüş, amma gizlində başqa cür imiş..." Heç nə demədi. Lakin günlərlə daxilində bu fikir onu narahat etdi. Növbəti həftə yenə birlikdə yola çıxdılar. Bu dəfə maşında Quran radiosu açıq idi. Birdən radionun dalğasına başqa tezlik qarışdı və bir neçə saniyə musiqi səsi gəldi. Oğlu dərhal radionu düzəldərək dedi: "SubhənAllah! Bu dalğaya yenə musiqi qarışdı." Ana həmin an başa düşdü... Keçən həftə eşitdiyi də oğlunun dinlədiyi musiqi deyilmiş. Sadəcə radio dalğaları qarışmışdı. Allah onun oğlunu heç xəbəri olmadan ittihamdan qorudu. Anaya isə öz pis zənnini göstərdi ki, tövbə etsin. Allah bəzən həqiqəti bu dünyada göstərir. Çünki qullarını Qiyamət günü deyil, bu gün islah etməyi sevir. O,.... Nöqtələrin yerinde Allahın hansı ismi müvafiqdir?
⚠️⚠️⚠️⚠️ İnsanlara hiss etdirməyə çalışma... 💐💐💐💐💐 Kim sıxıntısını insanlardan gizlədib yalnız Allaha yönələrsə, Allah ona kifayət edər. Çünki insanların mərhəməti məhduddur, Allahın mərhəməti isə sonsuzdur. Bəzən nəfs istəyir ki, insanlar üzümüzdəki kədəri…
⚠️⚠️⚠️⚠️ İnsanlara hiss etdirməyə çalışma... 💐💐💐💐💐 Kim sıxıntısını insanlardan gizlədib yalnız Allaha yönələrsə, Allah ona kifayət edər. Çünki insanların mərhəməti məhduddur, Allahın mərhəməti isə sonsuzdur. Bəzən nəfs istəyir ki, insanlar üzümüzdəki kədəri görsün, statusumuzdan dərdimizi anlasın, paylaşdığımız cümlələrdən halımıza acısınlar. Lakin təvəkkül sahibi olan mömin qəlbini insanların deyil, Allahın qapısına aparır. Bu o demək deyil ki, insan heç vaxt gülümsəməli və ya heç kimə dərdini deməməlidir. Lakin dərdinə şahid axtarmaqla, Rəbbinə sığınmaq arasında böyük fərq var. Qul bilir ki, Allah qəlbində gizlətdiyini də bilir. Ona görə də hər üz ifadəsi ilə, hər statusu ilə, hər paylaşımı ilə "mənə baxın" deməyə ehtiyac hiss etməz. Çünki onu görən, eşidən və halını bilən Rəbbi var. İnsanların bilməsi dərdini yüngülləşdirməz. Amma Allahın köməyi onu tamamilə dəyişdirər. Kim insanların deyil, Allahın kifayət etməsini istəyərsə, Allah ona kifayət edər.