Dövlət Əmək Müfəttişliyi Xidməti
СтатистикаAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır.
- Последний пост
- 14 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 21
- Всего постов
- 51
- Тип
- открытый
- Язык
- az
- Категория
- Новости и СМИ (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 54
- 1/48двое суток
- 61
- 1/72трое суток
- 66
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
🦺 Əməyin Mühafizəsi Mərkəzi tərəfindən “Grandmart” MMC-də işçilər üçün əməyin mühafizəsinə dair praktiki təlim təşkil olunub. 👷 Təlim “Müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi xidməti işinin təşkili, əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri” mövzusunda keçirilib. 👥 Təlimdə müəssisənin 26 əməkdaşı iştirak edib. Ətraflı: https://demx.gov.az/az/media/press-reliz/emeyin-muhafizesi-uzre-praktiki-telimler-davam-edir #ƏƏSMN #DƏMX #ƏməyinMühafizəsi
🏭 Naxçıvanda istehsalatda bədbəxt hadisələrin qarşısının alınmasına həsr olunan növbəti təlim təşkil olunub. 👷♂️🦺 Ətraflı: https://demx.gov.az/az/media/press-reliz/naxcivanda-istehsalatda-bedbext-hadiselerin-qarsisinin-alinmasina-hesr-olunan-novbeti-telim-teskil-olunub #ƏƏSMN #DƏMX #ƏməyinMühafizəsi #ƏməyinTəhlükəsizliyi #Naxçıvan #Təlim
🔧 Dielektrik vasitələrdən istifadə et, təhlükəni sıfıra endir! #ƏƏSMN #DƏMX #ƏməyinMühafizəsi
без подписи
🦺 Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrliyi ilə fəaliyyət göstərən “Əmək sahəsində standartlaşdırma” (AZSTAND/TK21) üzrə Texniki Komitənin fəaliyyət planına əsasən, əmək sahəsi üzrə standartlar hazırlanaraq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartları kimi təsdiq edilib. 📘✅ 🧤 Qəbul edilmiş standartlardan biri də “Təhlükəli kimyəvi maddələrə və mikroorqanizmlərə qarşı qoruyucu əlcəklər”, “Hissə 1: Kimyəvi risklərə qarşı qoruyucu əlcəklər üçün terminologiya və texniki səmərəlilik tələbləri” standartıdır. 🧪⚠️ #ƏƏSMN #DƏMX #AZSTAND #MilliStandartlar #ƏməyinMühafizəsi
🦺 Hündürlükdə işlərin yerinə yetirilməsinə 18 yaşına çatmış şəxslər buraxılırlar. 👷♂️🏗️ #ƏƏSMN #DƏMX #ƏməyinMühafizəsi #TəhlükəsizlikQaydaları
🦺 Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının təşkilatçılığı ilə Naxçıvan Regional Peşə Hazırlığı Mərkəzində növbəti təlim keçirilib. 📚 Təlim “Əməyin mühafizəsi haqqında ümumi anlayışlar, elektrik və yanğın təhlükəsizliyi, bədbəxt hadisələr zamanı ilk yardımın göstərilməsi” mövzusuna həsr olunub. #ƏƏSMN #DƏMX #ƏməyinMühafizəsi #ƏməyinMühafizəsiMərkəzi #Naxçıvan #Təlim #Maarifləndirmə #İşYerlərindəTəhlükəsizlik
📊 2026-cı ilin yanvar–iyul ayları ərzində əmək hüquqlarının pozulmasına dair Xidmətə ümumilikdə 18 133 ərizə daxil olub. 👩 Qadınlar tərəfindən daxil olan ərizələrin sayı: 4 950 👨 Kişilər tərəfindən daxil olan ərizələrin sayı: 13 183 #ƏƏSMN #DƏMX #ƏməkHüquqları #VətəndaşMüraciətləri #ƏməkMünasibətləri #GenderBərabərliyi
без подписи
🗓️ İşğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərə Əmək Məcəlləsində neçə gün əlavə məzuniyyət nəzərdə tutulub? #ƏƏSMN #DƏMX #ƏməkMəcəlləsi
Dövlət Əmək Müfəttişliyi Xidməti və Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın birgə icra etdiyi “DOST Müfəttiş” layihəsi üzrə daha 4 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb. Ümumilikdə ötən dövrdə bu layihə çərçivəsində 33 müəssisədə qiymətləndirmə aparılıb. ➡️ https://demx.gov.az/az/media/press-reliz/dost-mufettis-layihesi-isegoturenlere-nece-destek-gosterir #ƏƏSMN #DƏMX #MilliObservatoriya
🦺 Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzi tərəfindən “Avromed” şirkətinin əməkdaşları üçün əməyin mühafizəsi üzrə növbəti praktiki təlim təşkil olunub. 👷♂️👷♀️ Ətraflı: https://demx.gov.az/az/media/press-reliz/emeyin-muhafizesi-uzre-novbeti-praktiki-telim-teskil-olunub #ƏƏSMN #DƏMX #ƏməyinMühafizəsi #ƏməyinMühafizəsiMərkəzi #PraktikiTəlim #Avromed
📌 Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. ⏳ Müqavilə müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin başa çatması ilə bağlı yazılı formada — kağız daşıyıcıda 📄 və ya elektron informasiya sistemi 💻 vasitəsilə — xəbərdar etməzsə, həmin əmək müqaviləsi müddətə uyğun olaraq uzadılır 🔄 və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulan hallarda müddətsiz hesab olunur. ✅ #ƏƏSMN #DƏMX #ƏməkMəcəlləsi #ƏməkMüqaviləsi #Maddə45
🌙 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) gecə vaxtı yerinə yetirilən işlərlə bağlı əmək qanunvericiliyinin tələblərini əks etdirən yeni xəbərdarlıq funksionallığı tətbiq edilib. 📺 Yenilik barədə daha ətraflı ARB24 TV-nin canlı bağlantısı zamanı məlumat verilib. #ƏƏSMN #DƏMX #ƏMAS #ƏməkQanunvericiliyi #Gecəİşi #ƏməkHüquqları
🎉 12 Avqust – Beynəlxalq Gənclər Günüdür! 🌍✨ 💙 Bütün gəncləri Beynəlxalq Gənclər Günü münasibətilə təbrik edirik! #ƏƏSMN #DƏMX #BeynəlxalqGənclərGünü #12Avqust
✅ Əmək münasibətlərinin rəsmi şəkildə rəsmiləşdirilməsi işçinin hüquqlarının qorunmasının əsas şərtidir. ❗İşə başlamazdan əvvəl əmək müqaviləsi tələb edin. ✅Rəsmi məşğulluq təhlükəsiz və şəffaf əmək münasibətlərinin təminatıdır. #DƏMX #ƏməkMüqaviləsi #QeyriFormalMəşğulluq
Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrlik etdiyi “Əmək sahəsində” standartlaşdırma (AZSTAND/TK21) üzrə Texniki Komitə tərəfindən əməyin təhlükəsizliyi ilə bağlı daha 55 milli standart hazırlanır. Məqsəd iş yerlərində sağlam əmək şəraitinin təmin edilməsi, əmək şəraitinin müasir tələblərə uyğun təşkil olunması, əməyin təhlükəsizliyi qaydalarının təkmilləşdirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılmasıdır. Ətraflı: https://demx.gov.az/.../emeyin-tehlukesizliyi-ile-bagli... #ƏƏSMN #DƏMX #ƏməyinTəhlükəsizliyi
🤝 Hər kəs üçün əlçatanıq! 🎥 Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Murad Teymurov “Onlayn müfəttiş”in növbəti buraxılışında “Korrupsiya risklərinə qarşı hansı effektiv nəzarət mexanizmləri tətbiq olunur?” mövzusunda ətraflı məlumat verib. #ƏƏSMN #DƏMX #OnlaynMüfəttiş #KorrupsiyayaYoxDe #KorrupsiyayaQarşıMübarizə #Maarifləndirmə
📩 Yanvar-iyul ayları ərzində Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan 27 000 müraciət müvafiq qaydada cavablandırılıb. ⚖️ Onlardan 13 846-sı əmək hüquqlarının pozulması ilə bağlı müraciət, 📝 13 154-ü isə sorğu və məktubdur. Ətraflı: https://demx.gov.az/az/media/press-reliz/cari-ilin-7-ayi-erzinde-xidmet-terefinden-27-000-muraciet-arasdirilaraq-cavablandirilib #ƏƏSMN #DƏMX #ƏməkHüquqları #VətəndaşMüraciətləri #ƏməkQanunvericiliyi
🔗 Qanunvericiliyə əsasən, yaşı 18-dən az olan işçilərin gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsi, habelə onların ezamiyyətə göndərilməsi qadağandır. 16 yaşınadək işçilər üçün qısaldılmış iş vaxtının müddəti həftə ərzində 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər üçün isə 36 saatdan artıq olmamalıdır. ➡️ https://demx.gov.az/az/media/press-reliz/yasi-18-dek-olan-sexsler-ucun-emek-munasibetleri-sahesinde-hansi-guzest-ve-teminatlar-var #ƏƏSMN #DƏMX #UşaqHüquqları