tgindex
Hənəfi

Hənəfi səhifəsinin Telegram kanalı

Последний пост
14 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
9
Всего постов
26
Тип
открытый
Язык
und
Категория
Религия (по похожим)
В каталоге с
13 авг.
Подписчики
303
0 за 2 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
44
23 постов
Вовлечённость
14,5%
к подписчикам
Постов в день
1,3
всего 26
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
23
1/48двое суток
26
1/72трое суток
28

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • без подписи

  • Həqiqətən Allahın bu ümmətə ən böyük neməti Muhəmməd'in ( sallallahu aleyhi və səlləm) ❤️ onlara zühur etməsi, onların arasından seçilib göndərilməsidir. Necə ki, Uca Allah buyurmuşdur: Həqiqətən Allah möminlərə öz içlərindən onlara bir peyğəmbər göndərməklə böyük lütf göstərdi.( Ali İmran 164 ) İbn Rəcəb əl Hənbəli ( rahiməhullah ) Telegram kanalı: t.me/henefi

  • Əbu Bəkr ( Allah ondan razı olsun ) rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: “Mənə salavat göndərməyi çoxaldın! Həqiqətən, Allah qəbrimin yanında mənə bir mələyi müvəkkil etmişdir. Ümmətimdən bir kişi mənə salavat göndərdikdə həmin mələk mənə deyir: “Ey Muhəmməd! Filankəsin oğlu filankəs sənə salavat göndərdi." 📚 Deyləmi 1/31 Telegram kanalı: t.me/henefi

  • Sual: Müqtədinin (imama uyan şəxsin) bu vəziyyəti imamdan irəli keçmiş hesab olunurmu? Allah sizi xeyirlə mükafatlandırsın! Cavab: İma ilə namaz qılınan zaman - şəkildə olduğu kimi - şərt müqtədinin başının imamın başından geridə olmasıdır. Şəkildəki müqtədi əgər ima ilə namaz qılırsa, onun namazı səhihdir (keçərlidir), çünki müqtədinin başı imamın başından geridədir. Əllamə İmam ət-Təhtavi belə demişdir: "İma ilə namaz qılan kəsdə əsas nəzərə alınan başdır. Hətta onun başı imamın başından geridə, ayaqları isə imamın ayaqlarından irəlidə olsa (namazı) səhihdir. Əksinə olduqda isə (namazı) səhih deyildir". Telegram kanalı: t.me/henefi

  • Loğman ( əleyhissalam ) oğluna belə demişdir: “Ey əziz oğlum! Dilini “Rəbbim, məni bağışla” (“Rabbiğfir li”) deməyə vərdiş etdir. Çünki Allah Təalanın elə saatları vardır ki, həmin vaxt duaları qəbul edir və istəyəni geri çevirmir.” Şuəbul-İman, 1120 Telegram kanalı: t.me/henefi

  • Peyğəmbər ﷺ belə buyurur: “İmanın ən fəzilətlisi – qulun harada olursa olsun Allahın onunla olduğunu bilməsidir.” Təbərani, “Əvsat”, 8796 Telegram kanalı: t.me/henefi

  • Allah ( subhənəhu və təalə ) buyurur: “Allah iman gətirənlərin dostudur, onları zülmətlərdən nura çıxarar” “Bəqərə” surəsi, 257 Telegram kanalı: t.me/henefi

  • İmam əl-Qəstəllani (rahimahullah) belə buyurmuşdur: «Peyğəmbərin ﷺ [Uhud günü] mübarək başı yaralandıqda bağışlayıb: “Allahım, qövmümə hidayət ver!” — dedi. Lakin Xəndək günü onu namazdan yayındırdıqda: “Allahım, onların qarınlarını odla doldur!” — deyə bəddua etdi. O, şərəfli bədəninin simasında açılan yaraya dözsə də, dininin simasında açılan yaraya dözmədi. Çünki dinin siması — namazdır. Beləliklə, O, Yaradanın haqqını öz haqqından üstün tutdu.» 📚əl-Məvahib əl-Lədunniyyə Telegram kanalı: t.me/henefi

  • без подписи

  • Allah (subhənəhu və təalə) buyurur: “Əgər siz Allaha (Onun dininə) yardım etsəniz, O da sizə yardım edər.” (“Muhəmməd” surəsi, 7) Telegram kanalı: t.me/henefi

  • Allah (subhənəhu təalə) belə buyurur: وَلَقَدْ خَلَقْنَا ٱلْإِنسَـٰنَ وَنَعْلَمُ مَا تُوَسْوِسُ بِهِۦ نَفْسُهُۥ ۖ وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ ٱلْوَرِيدِ And olsun, insanı biz yaratdıq və nəfsinin ona verdiyi vəsvəsəni də biz bilirik. Çünki biz ona şah damarından daha yaxınıq. Qaf surəsi: 16 -cı ayə Telegram kanalı: t.me/henefi

  • Allah Rəsulu Muhamməd ﷺ buyurur: “Dəstəmazı yalnız mömin qoruyar!” 📚 İmam Əhməd, 5/280. Əd-Dərimi, 1/168 Telegram kanalı: t.me/henefi

  • İmam ən-Nəvəvi (rahimahullah) belə demişdir: "Tövhid üzərə ölən bir kəs hansı günahı edirsə etsin cəhənnəmdə əbədi qalmaz." Şərhu Səhihi Müslim, 1/176 Telegram kanalı: t.me/henefi

  • Uca Allah belə buyurur: “Budur sizə vəd edilən (Cənnət). O, hər bir (tövbə edib Allaha) üz tutan, (Onun əmrlərini) qoruyan, Rəhmandan (Onu) görmədən qorxan və (Allaha) yönəlmiş qəlblə gələn kimsələr üçündür” (“Qaf” surəsi, 32-33). Ayədə keçən “qoruyan” kəlməsi “Allahın əmrlərini yerinə yetirən və özünü günahlardan qoruyan” kimi təfsir edilir. Telegram kanalı: t.me/henefi

  • “Allahı qoru ki, Allah da səni qorusun” 📌 Yəni Allahın hüdudlarını, haqlarını, əmrlərini və qadağalarını qoru. Onu qorumaq - Onun əmrlərini yerinə yetirməklə, qadağalarından çəkinməklə və müəyyən etdiyi hüdudları aşmamaqla olur. 📚 İbn Rəcəb Əl-Hənbəli: “"Nural-İqtibas fi Mişkati Vasiyyatin-Nəbiyyi li-Ibn Abbas" Telegram kanalı: t.me/henefi

  • без подписи

  • Əbu Dərda radiyallahu anh rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: 📌 “Cümə günü mənə bol salavat gətirin. Çünki o, salavata şahid olan mələklər vardır. Kim mənə salavat gətirərsə (salavatınız) mənə ərz olunar”. Mən: “Ölümünüzdən sonra da?” dedim. O: “Bəli, Həqiqətən Allah yer üzünə Peyğəmbərlərin cəzədini yeməyi haram etmişdir” 📚 İbn Məcə 1637 Qısa Salavat: Allahummə salli alə Muhəmmədin və alə əli Muhəmməd (Allahım! Muhəmmədə və onun ailəsinə xeyir-dua ver) Telegram kanalı: t.me/henefi

  • İXTİLAFIN ƏDƏBİ: İmam Əhməd ( rahiməhullah) demişdir: “Əgər Peyğəmbərdən ﷺ ona gələn rəvayət fərqli olarsa, bir şəxs iki hədisdən birini götürsə, digər şəxs isə onun əksinə olan başqa bir hədisi götürsə, bil ki, Allah qatında haqq bu ikisindən birindədir. Kişiyə vacib olan bu işə səy göstərməsi və ona müxalif olan kəsə “sən xəta etdin” deməməsidir”. 📚 əl-İddə. 5/1542 Telegram kanalı: t.me/henefi

  • Allah (subhənəhu və təalə) buyurur: Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər! (Əgər bilsəydilər, axirəti dünyaya dəyişməzdilər). əl-Ənkəbut surəsi, 64-cü ayə Telegram kanalı: t.me/henefi

  • Süfyan əs-Sövri ( rahiməhullah ) deyir: “Günahları tərk etməyin özü dua etməkdir” 📚 “Cəmiul Ulum Val Hikəm” 1/276. Telegram kanalı: t.me/henefi