Saleh Sələflərin yolu ilə
Статистикаİnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. (Nəhl 125)
- Последний пост
- 11 июл.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- az
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
The owner of this channel has been inactive for the last 17 months. If they remain inactive for the next 17 days, they may lose their account and admin rights in this channel. The contents of the channel will remain accessible for all users.
The owner of this channel has been inactive for the last 17 months. If they remain inactive for the next 27 days, they may lose their account and admin rights in this channel. The contents of the channel will remain accessible for all users.
☑️İmam Əhməd ibn Muhamməd ibn Hənbəl ibn Hilal ibn Əsəd əş-Şeybani (Allah ondan razı olsun) 📍Onlar (yəni böyük alimlər) onun haqqında belə demişlər: ▫️Yəhya ibn Səid əl-Qəttan (rahiməhullah): “Bizə Əhməd ibn Hənbəl kimisi gəlməmişdir. O, bu ümmətin alimlərindən bir alimdir.” ▪️Əbdürrəhman ibn Mehdi (rahiməhullah): “Bu gənc az qala anasının bətnində ikən imam olacaqdı! Mən bu insana hər baxanda Sufyan əs-Səvrini xatırlayıram.” ▫️Həfs ibn Ğiyas və Vəki’ ibn əl-Cərrah (rahiməhullah): “Kufəyə bu gənc kimi biri gəlməmişdir.” ▪️Yəzid ibn Harun [rahiməhullah] (Əhməd ibn Sinanın rəvayətinə görə): “Mən heç kəsi Əhməd ibn Hənbələ bundan daha çox ehtiram göstərən görməmişəm.” ▫️İmam Şafii (rahiməhullah): “Mən Bağdaddan çıxarkən orada Əhməd ibn Hənbəldən daha təqvalı, daha zahid, daha fəqih və daha alim birini qoymadım. O, səkkiz xüsusiyyətdə imamdır: hədisdə imam, fiqhdə imam, dildə imam, Quranda imam, yoxsulluqda (səbirdə) imam, zühddə imam, təqvada imam və sünnədə imamdır.” ▪️Əbdür-Rəzzaq ibn Həmmam əs-Sən’ani (rahiməhullah): “Bizə Əhməd ibn Hənbələ bənzər biri gəlməmişdir.” 🔸Əbu Vəlid ət-Tayalisi (rahiməhullah): “İki şəhərdə (yəni Bəsrə və Kufədə) mənə Əhməd ibn Hənbəldən daha sevimli və mənim nəzərimdə daha uca dəyərə malik heç kim yoxdur.” 🔹Heysəm ibn Cəmil əl-Əntaki (rahiməhullah): “Mən düşünürəm ki, bu gənc yaşasa, öz dövrünün insanlarına hüccət olacaqdır. Kaş ki, ömrümdən azaldılıb Əhməd ibn Hənbəlin ömrünə əlavə ediləydi.” 🔺Quteybə ibn Səid (rahiməhullah): “Əgər bir insanın Əhməd ibn Hənbəli sevdiyini görsən, bil ki, o doğru yol üzərindədir. Onun ölümü ilə bidətlər zahir olacaqdır.” ✍Qeyd: Burada adı çəkilənlərin hamısı İmam Əhmədin şeyxləri olub və yaşca ondan xeyli böyük idilər. https://t.me/ibrahim_Abu_Muhammad
🌿 Əbu Davud əs-Sicistani (rahiməhullah) dedi: “Mən Əhməd ibn Hənbəl-ə (rahiməhullah) dedim: Bir kişi bir məsələ haqqında soruşur, mən onu başqa birinə yönəldim ki, gedib ondan soruşsun? ✔️O dedi: Əgər yönəltdiyin şəxs sünnəyə tabe olan və sünnə ilə fətva verəndirsə — (bəli, yönəldə bilərsən). 📖 (“Məsail Əbu Davud”, 1819) ✍Deyirəm ki: Bu söz çox mühüm bir qaydanı öyrədir: Hər kəsə “get ondan soruş” demək olmaz. Yalnız sünnəyə bağlı olan, doğru yolda olan alimə yönləndirmək caizdir. Elm məsələsində mənbə çox önəmlidir. Yanlış adama yönləndirmək, insanı yanlış yola aparmaq deməkdir. ⛔️Sən kimi göstərirsənsə, onun yoluna şərik olursan. https://t.me/ibrahim_Abu_Muhammad
🌿Hənbəl, vəqifə (yəni Quranın məxluq olub-olmaması məsələsində tərəddüd edənlər) barədə cavab verdikdə İmam Əhmədə dedi: “Allah səndən razı olsun! Sən bu məsələdə insanlar üçün qarışıq və anlaşılmaz olan şeyi açıq-aydın izah etdin.” 🌿İmam Əhməd (rahiməhullah) dedi: “Onlarla oturma və onlardan heç biri ilə danışma.” 📗(əl-Xəlləl kitubu-sünnə) https://t.me/ibrahim_Abu_Muhammad
🔰 Rəsulullah (sallallahu aleyhi və səlləm) buyurmuşdur: 📍«Həqiqətən sizin ən fəzilətli gününüz cümə günüdür, bu gündə mənə salavat deməyi çoxaldın, həqiqətən sizin salavatınız mənə çatdırılar». 📗(Əbu Davud) 🌿İmam Şafi (rahiməhullah) dedi ki: “Mən Allah Rasuluna (sallallahu aleyhi və səlləm) hər haldaykən salat etməyi sevirəm.Cümə günü və gecəsində salat etmək isə daha şiddətli şəkildə əfzəldir. 📗(Kitabu’l Umm / imam Şafi) اللهم صل وسلم على نبينا محمد ﷺ ✅Allahummə salli və səllim alə nəbiyyinə Muhamməd. https://t.me/ibrahim_Abu_Muhammad
📍 Allahın eşitmə və görmə sifətlərinin isbatı və Cəhmiyyə-yə rədd. ▫️Əbu Davud dedi: Əli ibn Nəsr və Muhamməd ibn Yunus ən-Nəsai (məna etibarilə) bizə rəvayət etdilər, onlar dedilər: Abdullah ibn Yezid əl-Muqri bizə rəvayət etdi, o dedi: Hərmələ – yəni İbn İmran – bizə rəvayət etdi, o dedi: Əbu Yunus Süleym ibn Cubeyr – Əbu Hüreyrənin mövlası – mənə rəvayət etdi, dedi: “Mən Əbu Hüreyrə-nin bu ayəni oxuduğunu eşitdim: «Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmağı əmr edir…» (ən-Nisa, 58) – ta Allahın bu sözünə qədər: «Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir». O dedi: ‘Mən Muhamməd peyğəmbər-in (sallallahu aleyhi və səlləm) baş barmağını qulağına, onun yanındakı barmağını isə gözünə qoyduğunu gördüm.’” Əbu Hüreyrə dedi: “Mən Peyğəmbərin ﷺ bu ayəni oxuyarkən iki barmağını (qulaq və gözünə işarə edərək) qoyduğunu gördüm.” İbn Yunus dedi: əl-Muqri belə dedi: “Yəni: Allah eşidəndir, görəndir – bu o deməkdir ki, Allahın eşitməsi və görməsi vardır.” Əbu Davud (rahiməhullah) dedi “Bu, Cəhmiyyəyə rəddir.” 📚 “Sünən Əbi Davud” (4/233) https://t.me/ibrahim_Abu_Muhammad
🔥Əbu Hənifə🔥 🌿Rəvayət olunur ki, Süfyən əs-Səvri (rahiməhullah) belə demişdir: Həmməd ibn Əbu Süleyman mənə dedi: — “Get o kafirin yanına – yəni Əbu Hənifə – və ona de: əgər sən Quranın məxluq olduğunu deyirsənsə, bizə yaxınlaşma!” 📚 əs-Sünnə (s. 146) ✍Qeyd: Muvaddih Əvhəm əl-Cəm‘ və ət-Təfriq (2/205) — müəllifin öz isnadı ilə. Bu əsəri həmçinin İbn əl-Cə‘d “əl-Cə‘diyyat” (№ 362)-də rəvayət etmiş və demişdir: — Mən Süfyən əs-Səvri-nin belə dediyini eşitdim… və sonra bu rəvayəti zikr etdi. Həmçinin “əl-İbana” (№ 2414) və “Tarix Bağdad” (15/522)-də Süfyən əs-Səvri belə demişdir: — Həmməd ibn Əbu Süleyman dedi: “Müşrik Əbu Hənifə-yə çatdır ki, mən ondan uzağam.” Süfyən dedi: — Çünki o, Quranın məxluq olduğunu deyirdi. https://t.me/ibrahim_Abu_Muhammad
الأَحَدُ ١ ذي القَعدَة ١٤٤٦ - 🌒 Bazar günü, hicri 1447-ci il Zilqədə ayının 1🌓 https://t.me/Hicri_teqvim
✅İstivanı (yəni Allahın Ərş üzərinə ucalmasını və onun üzərində oturmasını). 🔥 “İstila etmək” (yəni hakim olmaq) kimi yozmaq, Qurana, sünnəyə, icmaya və ərəb dilinə ziddir.” Mötəzilələrə gəlincə, onlar “istiva”nı “istila” (ələ keçirmək, hakim olmaq) kimi təfsir etdilər. Bu isə ərəb dili alimlərinə görə batil bir yozumdur. O dedi: — Ərəblər “istiva” sözünü “istila” mənasında istifadə edirmi? O isə cavab verdi: — Xeyr. Həmçinin nəql olunur ki, bu məsələ əl-Məmunun məclisində müzakirə olundu. Orada Bişr əl-Mərisi dedi: — “İstiva” “istila” deməkdir. Buna cavab olaraq dil alimlərindən olan Əbu’s-Səmra dedi: — Səhv etdin, ey şeyx! Çünki ərəb dili “istila” sözünü yalnız əvvəl zəiflik və acizlik olduqdan sonra qalib gəlmək mənasında işlədər. 📚 (Təfsir əs-Səm'əni) https://t.me/ibrahim_Abu_Muhammad
🌿İmam əd-Daşti (rahiməhullah) dedi: “Müsəlmanların imamları – hədis əhlindən başqa kimsə deyildir.” 📚 “İsbətu’l-Hədd”, əd-Daşti, s. 145 https://t.me/ibrahim_Abu_Muhammad
🌿Həsən ibn Əli əl-Bərbəhari (rahiməhullah) dedi: “Əgər insanlar sonradan ortaya çıxan işlərdə (yəni: yeniliklərdə) dayanıb, onu aşmasaydılar və Rəsulullahdan (sallallahu aleyhi və səlləm) və onun səhabələrindən gəlməyən sözlər uydurmasaydılar, heç bir bidət olmazdı.” 📚“Şərh əs-Sünnə”, s. 102 ✍Deyirəm ki: Bidətlərin səbəbi – insanların dində özlərindən söz və fikir əlavə etməsidir. Əgər insan yalnız Peyğəmbərin (sallallahu aleyhi və səlləm)-in və səhabələrin gətirdiyi ilə kifayətlənsə, bidət yaranmaz. Yəni: dində təhlükəsizlik – “əl-əsər”ə (rəvayətlərə) bağlı qalmaqdır, yeni sözlər icad etmək deyil. https://t.me/ibrahim_Abu_Muhammad
🌿İmam Osman ibn Səid əd-Darimi (rahiməhullah) dedi: Biz gördük ki, ‘ağıl ilə dərk edilən şeylər’ (yəni: məntiqi mülahizələr) bizim aramızda da, sizin aranızda da və bütün əhli-əhva arasında da ixtilaflıdır. Bu ‘ağıl’ üçün hər bir məsələdə açıq və sabit bir ölçü tapa bilmədik. ✔️Buna görə ən doğru və ən hidayətli yolun bu olduğunu gördük: bütün bu ‘ağıla əsaslanan fikirləri’ Rəsulullahın sallallahu aleyhi və səlləm əmrinə qaytaraq və onun səhabələri arasında yayılmış (məşhur) anlayışa tabe olaq. Çünki vəhy onların arasında nazil olurdu. Onlar onun təvilini (mənasını) bizdən də, sizdən də daha yaxşı bilirdilər. Onlar dinin əsaslarında bir-biri ilə ittifaqda idilər, bu mövzuda ixtilaf etmirdilər və onların arasında bidətlər və haqq yoldan sapdıran nəfs istəkləri ortaya çıxmamışdı. Bizim yanımızda ‘ağıla uyğun olan’ – onların hidayətinə uyğun gələndir. ‘Naməlum və qəbul olunmayan’ isə – onlara zidd olan şeydir. Onların hidayətini və yolunu tanımağın yolu isə yalnız bu rəvayətlər (əsərlər) vasitəsilə mümkündür. 📚 “ər-Rədd ələ’l-Cəhmiyyə”, s. 305–306 ✍Deyirəm ki: İmam Darimi burada çox mühüm bir qayda qoyur: Təkcə ağıl kifayət deyil, çünki insanlar arasında ağıl fərqli nəticələrə aparır. Doğru ölçü – Peyğəmbərin (صلى الله عليه وسلم) yolu və səhabələrin anlayışıdır. Hər fikir onların yoluna uyğun gəlirsə qəbul olunur, ziddirsə rədd edilir. Bu, sələfin metodudur: dində ölçü – vəhy və səhabələrin anlayışıdır, şəxsi fəlsəfi mülahizələr deyil. https://t.me/ibrahim_Abu_Muhammad
📍Əhli-Sünnə vəl-Cəmaənin etiqadıdır📍 🌿İmam Osman ibn Səid əd-Darimi (rahiməhullah) buyurur: “Biz onları həmçinin məşhur olan küfrlərinə görə təkfir edirik. Çünki onlar Allah Təbarəkə və Təalaya üz (vəch), eşitmə, görmə, elm, kəlam və heç bir sifəti isbat etmirlər – yalnız azğınların təvili ilə.” 📚 “ər-Rədd alə’l-Cəhmiyyə” (səh. 182) ➡️ Bu əsər Əhli-Sünnə vəl-Cəmaənin etiqadıdır... Bildiyiniz kimi, bir sifətin təvili bütün sifətlərin təvili kimidir və sifətləri təvil etmək – İmam əd-Dariminin dediyi kimi – küfrdür... Bu gün sifətləri, guya Allahı (Əzzə və Cəllə) tənzih etmək üçün təvil edənlər, dünənin cəhmiyyələrinin eynisidirlər. Çünki onlar da Allahı tənzih etmək adı ilə bu yola əl atmışdılar... Necə ki, cəhmiyyələr icma ilə kafir sayıldılar, bugünkülər də eyni şəkildə kafirdirlər... https://t.me/ibrahim_Abu_Muhammad
☑️“Əhməd ibn Hənbəl (rahiməhullah) tabeinlərə daxil edilirmi?” 🔺İbn Əbi Hətim ər-Razi deyir: “Bizə Əbu Bəkr ibn əl-Qasim ibn Atiyyə ər-Razi rəvayət etdi, dedi: bizə Abdullah ibn Əhməd ibn Şəbuvayh rəvayət etdi, dedi: Quteybə ibn Səid belə deyərkən eşitdim: ✔️“Əgər Əhməd ibn Hənbəl Süfyan əs-Səvri, Məlik ibn Ənəs, əl-Əvzai və əl-Leys ibn Səd dövrünə yetişsəydi, o (Əhməd) onların hamısından üstün sayılardı (önə keçirilərdi).” Mən Quteybəyə dedim: “Əhməd ibn Hənbəl tabeinlərə daxil edilirmi?” O dedi: “Hətta böyük tabeinlərdən sayılar.” Həmçinin dedi: bizə Əhməd ibn Sələmə ən-Neysaburi rəvayət etdi ki, dedi: “Mən Quteybə ibn Səid yanında Yəhya ibn Yəhya ən-Neysaburi, İshaq ibn Rahuyə və Əhməd ibn Hənbəl haqqında danışdım. O dedi: “Əhməd ibn Hənbəl sizin sadaladığınızların hamısından daha üstündür.” 📔 əl-Cərh və’t-Tədil (2/69) 🔷Qeyd: Quteybə ibn Səid İmam Şafii ilə eyni dövrdə yaşamışdır və Əhməd ibn Hənbəldən 14 yaş böyük idi. Məlik ibn Ənəs və əl-Leys ibn Səd onun şeyxlərindən olmuşdur. Buna baxmayaraq, gördüyün kimi, o, Əhmədi onlardan üstün tutmuşdur. https://t.me/ibrahim_Abu_Muhammad
🔥Əbu Hənifə🔥 İkinci məsələ: Həmmad ibn Əbu Süleyman-ın Əbu Hənifə haqqında dedikləri. 📚(əs-Sünnə – Abdullah ibn Əhməd ibn Hənbəl, s.146) 1️⃣ Həmmad ibn Əbu Süleyman (vəfatı: 120 h.q.), Əbu Hənifə-nin müəllimi olmuşdur – xüsusilə irca (الإرجاء) və rə’y (şəxsi fikir) məsələlərində. Onun dövründə Əhli-Sünnə alimləri onu tənqid etmiş, rəvayətlərini zəif saymışlar. Bu barədə inkar edən bir çox rəvayətlər sonra gələcək. 📕Əl-Əqili-nin “əd-Duafə” əsərində (2/160) əl-Meymuni deyir: Dedim ki, Əhməd ibn Hənbəl-ə: “Həmmad ibn Əbu Süleyman haqqında nə deyirsən?” Dedi: “Bu etibarlı ravilərin – Şöbə ibn Həccac, Süfyan əs-Səvri və Hişam – ondan nəql etdikləri hədislər bir-birinə yaxındır (yəni uyğundur). Lakin o, bu ‘rəy (fikir yolu) barədə ilk danışan şəxs olmuşdur.” Dedim: “O, irca görüşünü qəbul edirdi?” Dedi: “Bəli.” 📗əl-Lələkai-də (1842) Cərir ibn Əbdülhəmid deyir: əl-Muğira belə deyirdi: “Bizə Həmmad ibn Əbu Süleyman, o hələ mürciə olmazdan əvvəl hədis rəvayət edirdi.” Bəzən isə deyirdi: “Bizə Həmmad ibn Əbu Süleyman, hələ pozulmamışdan əvvəl rəvayət edirdi.” https://t.me/ibrahim_Abu_Muhammad
🔥Əbu Hənifə🔥 ✔️Sufyan ibn Vəkı mənə rəvayət etdi, dedi: Ömər ibn Həmmad ibn Əbu Hənifədən eşitdim, o dedi: Atam Həmmad ibn Əbu Hənifə mənə xəbər verdi, dedi: İbn Əbu Leyla atama adam göndərdi və ona dedi: “Quran haqqında dediyin sözdən – onun məxluq olduğunu deməyindən – tövbə et! Əks halda sənin xoşlamadığın bir işi sənə qarşı edəcəyəm.” Dedi: Atam onunla razılaşdı (yəni zahirdə tövbə etdiyini bildirdi). Mən dedim: “Ey ata! Sən bunu necə etdin?!” ⛔️Dedi: “Ey oğlum! Qorxdum ki, o mənə qarşı (cəza tətbiq etmək üçün) irəli getsin, buna görə də təqiyyə etdim.” 📚 “əs-Sünnə” (Abdullah) səh. 145 📍Qeyd: Təqiyyə o deməkdir ki: İnsan təhlükə (ölüm, işgəncə və s.) qarşısında qəlbindəki inancı gizlədərək zahirdə fərqli söz deyir. ✍Digər rəvayətdə belə gəlmişdir: “Mən dedim: Ey ata! Məgər bu sənin görüşün deyilmi?” Dedi: “Bəli, ey oğlum! Bu bu gün də mənim görüşümdür. Lakin onlara qarşı təqiyyə etdim.” Həmçinin Hərb əl-Kirmaninin “əs-Sünnə” əsərində belə rəvayət olunur: Əbu Hənifə İsa ibn Musanın yanında dedi: “Quran məxluqdur.” İsa ibn Musa İbn Əbu Leylaya dedi: “Ondan tövbə tələb et! Əgər tövbə etsə yaxşı, yoxsa boynunu vur.” https://t.me/ibrahim_Abu_Muhammad
🔥Əbu Hənifə🔥 🌿Əhməd ibn İbrahim mənə rəvayət etdi, dedi: Xalid ibn Xidaş bizə danışdı, o da Əbdülməlik ibn Qərib əl-Əsməidən, o da Həzəm ət-Tufavidən – hansı ki, hədis əhlindən idi – belə dediyini nəql etdi: ⛔️“Əbu Hənifə yalnız Cəhmə aid kitablarla əməl edirdi; bu kitablar ona Xorasan tərəfindən gəlirdi.” 📚 “əs-Sünnə” – Abdullah (səh. 144) https://t.me/ibrahim_Abu_Muhammad
🔥Elm kimdən alınmaz❓ ✔️ Abdullah ibn əs-Səkr əs-Sükkəri bizə nəql etdi, İbrahim ibn əl-Münzir əl-Hizami bizə rəvayət etdi, Ma’n – başqa bir rəvayətdə Muhamməd ibn Sədəqə əl-Fədəki – onların biri və ya hər ikisi belə dedi: İmam Malik ibn Ənəsi (rahiməhullah) belə deyərkən eşitdim: ➖ “Elm dörd nəfərdən alınmaz, bunların xaricində olanlardan alınar:” 1⃣ İnsanları öz nəfsinin (hevasının) ardınca çağıran bidət və heva sahibindən elm alınmaz. 2⃣ Açıq-aşkar səfehlik edən (fasiq davranışlarını gizlətməyən) kimsədən elm alınmaz, hətta insanların ən çox rəvayət edəni olsa belə. 3⃣ İnsanlarla gündəlik danışığında yalan danışan kimsədən elm alınmaz — hətta onu Peyğəmbər ﷺ adına yalan danışmaqda ittiham etməsələr belə. 4⃣ Fəzilətli, saleh və ibadət sahibi olsa belə, rəvayət etdiyini anlamayan və bilməyən kimsədən elm alınmaz. ➡️ əl-Hizami dedi: Bunu Mutarrif ibn Abdullah’a danışdım. O dedi: “Onun nə dediyini tam bilmirəm, amma şahidlik edirəm ki, Malik’i belə deyərkən eşitdim: Bu şəhərimizdə (yəni Mədinədə) çoxlu saleh və fəzilətli yaşlı alimlər gördüm. Onlar hədis rəvayət edirdilər, lakin mən onlardan heç nə yazmadım.” Dedim: “Niyə, ey Əbu Abdullah?” Dedi: “Çünki onlar nə rəvayət etdiklərini anlamırdılar.” 📚 Muhaddisul-Fəsil (403) ✔️Ma’n ibn İsa belə dedi: Malik’i belə deyərkən eşitdim: ➖ “Elm dörd nəfərdən alınmaz:” 1⃣ Bidətinə çağıran bidət əhlindən elm alınmaz. 2⃣ Açıq-aşkar səfehlik edən kimsədən elm alınmaz. 3⃣ İnsanlarla danışığında yalan danışan kimsədən — hətta Peyğəmbər ﷺ hədislərində doğru danışsa belə — elm alınmaz. 4⃣ Bu elmin mahiyyətini (əsasını) bilməyən kimsədən elm alınmaz. 📚 əl-Cami‘ fis-Sünən (147) ✔️ İmam Malik (rahiməhullah) belə demişdir: 🖊 “Bu elm dindir. Elə isə dininizi kimdən aldığınıza diqqət edin.” “Bu məsciddə (Peyğəmbərin ﷺ məscidinə işarə edərək) yetmiş nəfərə çatdım. Onların hamısı ‘filankəs dedi ki, Peyğəmbər ﷺ belə buyurdu’ deyirdilər. Amma mən onlardan heç nə almadım. Halbuki onlardan biri beytül-mala əmanət qoyulsa, etibarlı sayılardı. Lakin onlar bu işin əhli deyildilər.” 📚 Zəmmul-Kəlam (887) ✔️ İmam Malik ibn Ənəsin bir məktubunda belə gəlir: 🖊 “Salam olsun sənə… Sənə Allahdan qorxmağı tövsiyə edirəm… Sonra elmi, özlərindən əvvəlkilərin mirasçıları olan və bu işə diqqət edən əhlindən al. Eşitdiyin hər sözü danışanın hər sözünü qəbul etmə. Çünki hər danışandan və hər rəvayət edəndən elm almaq doğru deyil. Elm əhlindən bəziləri deyirdi: ‘Bu məsələ (elm) sizin dininizdir, elə isə dininizi kimdən aldığınıza diqqət edin.’” 📚 əl-Kamil fi Duafa’ir-Rical (255) ➡️ İmam Malik burada üç əsas qaydaya diqqət çəkir: 1⃣ Elm yalnız etibarlı və bu işin əhli olanlardan alınmalıdır. 2⃣ Hər danışanın və özünü alim kimi göstərənin sözü qəbul olunmamalıdır. 3⃣ Elm bir dindir və onu kimdən aldığın çox böyük əhəmiyyət daşıyır. ✔️ Əbu’l-Əhvas Muhamməd ibn Həyyan belə nəql edir: Bir gün bir nəfər Hüşeym’e bir məsələ soruşdu. O da ona bu barədə bir hədis dedi. Adam isə belə dedi: “Əbu Hənifə, Muhamməd ibn Həsən və onların tərəfdarları bunun əksini deyirlər.” Hüşeym cavab verdi: 🖊 “Ey Allahın qulu! Elm aşağıdan (sifildən) alınmaz.” 📚 Kitabus-Sünnə (1/227) ✍ İzah: Buradakı “elm aşağıdan alınmaz” ifadəsi ilə məqsəd, əsər (Quran və Sünnə) əhlinə müxalif olan, dini öz rəyi və şəxsi anlayışı ilə təhrif edən kəslərdir. Elm bir çaya bənzəyir: Necə ki, təmiz su içmək istəyən insan çayın bulanıq aşağı hissəsindən deyil, onun təmiz mənbəyindən su götürür — elm tələb edən də elmi onun saf qaynağından, yəni Qur’an, Sünnə və sələfin yolundan götürməlidir. Belə olduqda elm, Allahın izni ilə, təmiz və doğru şəkildə öyrənilər. https://t.me/ibrahim_Abu_Muhammad
🌿Əsərlərə (sələfin yoluna) müxalif olan kəsdən din (elm) alınmaz. 🔈Mais Qurbanov (Allah ondan razi olsun)