İbn Qayyim (رحمه الله)
Статистика🔹 Digər kanallar; t.me/islamfiqhii t.me/erebdilimateriallar t.me/tecvidmateriallar İbn Qayyim (rahiməhullah) buyurur: Еlm qəlb üçün, balıq üçün suyun misalı kimidir, əgər o onu (elmi) itirsə ölər. Miftəhu Dəris-Səadəh
- Последний пост
- 14 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 2
- Всего постов
- 21
- Тип
- открытый
- Язык
- az
- Категория
- Религия (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 86
- 1/48двое суток
- 98
- 1/72трое суток
- 106
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
📚اللهم صل وسلم على نبينا محمد İbn Qayyim ◽️ demişdir: Dili Peyğəmbər 🩷 salavat deməklə hərəkət etdirmək, asan olub da savabı çox olan əməllərdəndir. O kəs ki, öz nəfsini çox da çalışmağa ehtiyac olmayan bu savabdan xəsislik edərsə, həqiqi xəsis də odur. 🔵 t.me/iibnnqayyim
🌟Qulun din üçün qəlbinin genişlənməsi, köksünün haqqı qəbul etməsi, Rəbbindən Rəbb olaraq razı qalması üçün köksünün genişlənməsi müvəffəqiyyət hidayətdir. 🔵"Allah istədiyini azdırar, istədiyini isə doğru yola yönəldər." Burada Allah Öz istəyini zikr etdikdə, Öz elmini və hikmətini də zikr edir. Necə ki, Allah Təalə buyurur: "Allah istəməyincə, siz istəyə bilməzsiniz." Allah Təalə ayənin davamında buyurur: 📚"Həqiqətən, Allah hər şeyi Biləndir və Hikmət sahibidir." Şeyxa deyir: niyə davamında bunu gətirir? Allah Subhənəhu və Təalənin istəyi Onun elmi və hikməti üzərində qurulur. Allah Təalə qəlbə baxır və görür ki, həqiqətən bu qul doğru yola yönəlmək istəyir. O sadiqliyi qulda görürsə, yönəldir. Yox əgər qəlbə baxıb görəndə ki, orda heç bir istək yoxdur, sadəcə iddiadır, əlbəttə, onu doğru yola yönəltmir. Hər kəs iddia edə bilər ki, mən də müvəffəq olmaq istəyirəm, mən də faydalı elm öyrənmək istəyirəm və.s Şeyxa deyir ki, iddiaya qalsa, hər kəs iddia edə bilər. Amma Allah Təalə nə buyurur? 💫İnsanlar elə güman edirlər ki, təkcə iman gətirdik demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər?💫 🔦Sən iddia edirsən ki, faydalı elm öyrənmək istəyirsən. Amma Allah səni imtahan edir. Göstərir ki, bu, kifayət qədər çətindir. Və o çətinliyi görəndən sonra çox adam çəkilir. Amma imtahan elə budur, Sən o çətinliyi görsən də yenə də davam edirsən, Allahdan yardım istəyirsən, israrlı şəkildə davam edirsən. Niyə? Çünki həqiqətən bunu istəyirsən. 📕Ona görə də Allah Təalənin istəməyi, kimisə hansısa əmələ müvəffəq etməsi və ya etməməsi nəyə qayıdır? - Onun elminə. Nə haqda elminə? - qulun sadiqliyi haqqında olan elminə.💫 #advəsifətlər
📌İbn Qayyim ◽️ buyurur: Quran səsi - nəfsləri sakitləşdirir və rahatlaşdırır. Musiqi səsi isə - nəfsləri təlaşa salır və narahat edir. 📕 Bədə'iut Təfsir, 143 🔵 t.me/iibnnqayyim
🌟İbn Qayyim ◽️ buyurur: Allahın quluna olan neməti - ona sükunət (rahatlıq) göndərməsidir. Bunun səbəbi isə, Allahdan hər halda razı qalmaqdır. 📖 Mədəricus Səlikin, 2/201 🕯 https://t.me/iibnnqayyim
İbn Qayyim (رحمه الله) pinned Deleted message
Quranı əzbərləməyin fəziləti! ✨Abdullah ibn Amr ☝ rəvayət edir ki; Peyğəmbər 🩷 belə buyurdu: Quran sahibinə (əzbər bilənə, Cənnətə girərkən) deyiləcək: Oxu və yüksəl! Necə ki, dünyada oxuduğun kimi aramla oxu. Həqiqətən, sonuncu yüksəliş yerin axırıncı oxuduğun ayədir. 📖 Əbu Davud 1464. Tirmizi 2914. Albani, səhih tərğib 1426, həsən səhih. 🔵https://t.me/iibnnqayyim
İbn Qayyim ◽️ buyurur: Yerin yağışsız həyatı olmadığı kimi, qəlbində elmsiz həyatı yoxdur. 🌟 Miftəhu Dəris-Səadə, 1/168 🔹 https://t.me/iibnnqayyim
🥀وَكَانَ ٱللهُ عَلِيمًا حَلِيمًا Allah Biləndir, Həlimdir (Əhzəb, 51) İbn Useymin ◽️ buyurur: Həlimlik - cəza verməmək yox, cəzalandırmaqda tələsməməkdir və İbn Qayyim ◽️ buyurur: O qullarına qarşı Həlim dir - qulu tövbə etsin deyə, onu cəzalandırmaqda tələsməz. Deməli, həlimlik - həmin günahı əfv etmək yox, günah edənin Allaha tövbə etməsi üçün cəzanı gecikdirməkdir. 🌟Əhzəb surəsinin təfsiri, 51. 🔹https://t.me/iibnnqayyim
🕯️İbn Qayyim ◽️ demişdir: Heç bir şey ruzinin qazanılmasına günahları tərk etmək qədər səbəb olmamışdır. 🥀 Əd-Dəu vəd-Dəva s. 63 🔵 t.me/iibnnqayyim
İbn Qayyim (رحمه الله) pinned «Quran və səhih hədislərlə əsaslandırılmış İslam Fiqhi. 🔵 Fiqh barəsində ətraflı məlumat; 🔵 Audio və video materiallar; 🔵 Sual-cavab anketləri; 🔵 Təharət, namaz, oruc, zəkat, həcc və daha çoxu; t.me/islamfiqhii»
Quran və səhih hədislərlə əsaslandırılmış İslam Fiqhi. 🔵 Fiqh barəsində ətraflı məlumat; 🔵 Audio və video materiallar; 🔵 Sual-cavab anketləri; 🔵 Təharət, namaz, oruc, zəkat, həcc və daha çoxu; t.me/islamfiqhii
🌿İbn Qayyim ◽️ demişdir: Əgər insan qəlbini pis və zərərli düşüncələrdən boşaltmasa, faydalı düşüncələr orada qərar tutmaz. Çünki faydalı düşüncələr yalnız boş olan bir yerdə yerləşər." 🥀əd-Dəu vəd-Dəva, 361 t.me/iibnnqayyim
Dəstəmazın şərtləri Dəstəmaz alan şəxs aşağıdakı şərtləri özündə cəm etməlidir: 1.Müsəlman olmalı 2.Həddi-büluğa çatmalı 3.Ruhi xəstə olmamalı 4.Təmiz su tapmalı 5.Niyyət etməli 6.Suyun dəriyə çatmasına mane olan hər bir amili (boya, lak və s.) aradan qaldırmalı və əzalarda quru yer saxlamamalı 7.Bədəni nəcasətdən təmizlənməli 8.Sidik və ya nəcisdən azad olmalı. ✅ T.me/islamfiqhii
✨İbn Qayyim ◽️ buyurur: Abid bir kəsə ən əziz şey onun asüdə vaxtıdır. Əgər vaxtı boş yerə xərclənərsə, o kədərlənər. Çünki o, bilir ki, vaxt keçdisə onu bir daha geri qaytarmaq mümkün olmayacaq. 📚Mədəricus Səlikin, 3/4 T.me/iibnnqayyim
İbn Qayyim ◽️ buyurur: Şeytanın insana qarşı ən çox həris olduğu vaxt, onun xeyir bir əməli etməyə həvəsləndiyi və ya (o əmələ) daxil olduğu vaxtdır. Bu vaxt şeytan insana qarşı çox şiddətlənir ki, onu o ibadətdən ayırsın. 🖇️ İğasətul Ləhfən, 1/160 🌱 T.me/iibnnqayyim
без подписи
🕯️Bəzən insanın qəlbində bir boşluq ən xoş anlardan sonra yaranır: toydan sonra, övlad dünyaya gəldikdən sonra, böyük bir işi başa vurduqdan sonra, həcc və ya ümrədən qayıtdıqdan sonra, Ramazan və ya Qurban bayramı bitdikdən sonra. İnsan gözlənti ilə yaşadığı müddətdə qəlbi ümid və həyəcanla dolu olur. Hadisə geridə qaldıqda isə qəlbində qəribə bir boşluq hiss edir. Amma başqa cür boşluq da var — ağrıdan sonra gələn boşluq. Xəyanətdən, itkidən, ağır bir söhbətdən və ya insanı dərindən sarsıdan bir hadisədən sonra. Sanki ruh bütün gücünü sərf edir və duyğuların fırtınası bitdikdən sonra qəlbdə yalnız dərin bir sükut qalır. ✨Bunda böyük bir hikmət vardır. Allah qəlbin bu dünyanın heç bir hadisəsinə əbədi bağlanmasına yol vermir. Həmin hadisə nə qədər gözəl olsa da, bir gün sona çatır. Qəlb yenidən daxilində bir boşluq hiss edir. Sanki ona belə xatırladılır: ✨"Sənin əsl yurdun bura deyil." Bu boşluq insana sanki belə deyir: “Heç bir hadisəni həyatının mənasına çevirmə. Bu dünyada hər şey keçicidir. Əbədi qalan yalnız Allahdır və yalnız Onunla olan bağlılıq heç vaxt sona çatmaz.” Buna görə də hər böyük hadisədən sonra insanın yenidən Allaha yönəlməsi xüsusilə vacibdir. Keçmiş xatirələrlə yaşamaq əvəzinə özündən soruşmalıdır: 🕯️“Allah bu hadisə vasitəsilə mənə nə öyrətmək istədi? İndi məni nəyə çağırır?” Bəlkə də elə buna görə insan həyatının ən parlaq anlarından sonra bəzən coşqu deyil, dərin bir sükut hiss edir. Çünki Allah sanki qəlbdə yer açır, yeni bir hadisə üçün deyil, Özünə daha dərin bağlılıq üçün. Məhz bu bağlılıq bayramlar bitəndə də, görüşlər sona çatanda da, imtahanlar gəlib keçəndə də, hətta həyatın ən xoş günləri geridə qalanda da qəlbi möhkəm saxlayır.
"Təmiz unu ələyərək, qalıntıları içərisində saxlayan ələk kimi, ağızlarınızdan hikmətli sözləri çölə çıxardıb sinələrinizdə kin və nifrət saxlamayın!" ©Fudeyl ibn İyad (rahiməhullah) 📚 İbnul Cəuzi rahiməhullah "Sifətus-Safvə" 457
İbn Qayyim ◽️ buyurur: Əgər insan Quranın tədəbbürlə oxunuşunda nələrin olduğunu bilsəydi, ondan başqa heç bir şeylə məşğul olmazdı. Belə ki, Quranı təfəkkürlə oxumaq islahın başlıca səbəbidir. 🤩 Miftəhu Dəris-Səaədə 1/187 🔵 T.me/iibnnqayyim
İbn Qayyim ◽️ buyurur: Kim bir şeyi sevərsə, onu qəlbi və dili ilə yad etməyi çoxaldar. Buna görə də Allah qullarına hər bir halda Onu zikr etməyi əmr edir. 📚 Ravdatul Muhibbin, 197 ✅ T.me/iibnnqayyim