İxtisas seçimi
СтатистикаAbituriyentlər və tələbələr üçün imtahanlarla bağlı xəbərlər. Tələbə qəbulu üzrə formalaşmış keçid balları statistikası üzrə bütün məlumatlar bizim kanallarımızda paylaşılır.
- Последний пост
- 14 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 12
- Всего постов
- 22
- Тип
- открытый
- Язык
- az
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 863
- 1/48двое суток
- 1 020
- 1/72трое суток
- 1 100
Медиана по постам, которые мы застали свежими и померили через сутки.
Посты
⚪️ 9 illik baza üzrə kolleclərə 5 893 nəfər qəbul olunub ▪️ Ümumi orta təhsil bazasında 6 210 qəbul planından 5 893-ü yerinə yetirilib. Qəbulolma faizi 94,9% təşkil edib. ▪️ Dövlət ödənişsiz yerlərə 2 436, dövlət ödənişli yerlərə isə 3 227 nəfər qəbul olunub. ▪️ Özəl orta ixtisas təhsili müəssisələrində qəbul planı 100% yerinə yetirilib.
İxtisas seçiminin 2️⃣-ci gününə start veririk. İlk gündən sonra ərizələrini təsdiq edənlərin sayı bu formadadır. 📱İxtisas seçimi üçün əlaqə nömrəmiz: https://wa.me/+994504307781
Təəssüf ki bir çox hallarda abituriyentlər də, valideyinlər də ixtisasdan çox universitet adına üstünlük verir. Məsələn, mən bu balla UNECə, ADNSUya, BMUya qəbul ola bilərəm? Məsələ ixtisas seçimidir ama bizim öncəliyimiz universitet adıdır. Bu düzgün bir yanaşma deyil. Bizə universitetin daş divarı qalmayacaq bizə bir ömür ixtisasımız qalacaq. Onun üçün birinci ixtisasa üstünlük verin məsələn mən “Qida mühəndisi” olmaq istəyirəm bu ixtisası hansı universitetdə oxusam daha yaxşı olar? Sualı əvəzinə biz əksinə yanaşarıq mənim 350 balım var BDU, UNEC, ADNSU ya düşürəm? yanaşmasıdır. Universitetin adı olsun lazımsız ixtisasda olar əsas odur həmin universitetdə oxuyum düşüncəsi ilə biz sabah özümüzə əmək bazarında yer tapmağımız çətin olaq. Diqqətinli olun əziz müəllim, valideyin və abituriyyentlər! İxtisas seçimi üçün əlaqə nömrəmiz: https://wa.me/+994504307781
Azərbaycan İdman Akademiyasının tədrisi ingilis dilində olan “İdman menecmenti və kommunikasiya” və “Məşqçilik” ixtisasları üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlərin nəzərinə! Məlum olduğu kimi, Azərbaycan İdman Akademiyasının tədrisi ingilis dilində olan “İdman menecmenti və kommunikasiya” ixtisasının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində ingilis dili fənni üzrə nisbi balı 70-dən az olmayan və bu təhsil müəssisəsində yaradılan komissiya tərəfindən aparılan müsahibədənmüvəffəqiyyətlə keçən abituriyentlər buraxılırlar. Həmçinin tədrisi ingilis dilində olan “Məşqçilik” ixtisasının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan və bu təhsil müəssisəsində yaradılan komissiya tərəfindən aparılan müsahibədən müvəffəqiyyətlə keçən abituriyentlər buraxılırlar. Müsahibələr 12 – 17 avqust tarixlərində saat 09:00-dan 17:00-dək Akademiyanın konfrans zalında keçirilir (Ünvan: Fətəli Xan Xoyski, 98).
Universitetə qəbul üçün toplanılan bal vacibdir, lakin o yalnız qapını açır, hansı yolla gedəcəyini isə peşə seçimi müəyyən edir. Çox vaxt bu seçim tələsik, başqalarının təsiri ilə və ya yalnız peşənin nüfuzu və gəlir imkanları nəzərə alınaraq edilir. Halbuki peşə seçimi təsadüfi qərar olmamalıdır. Bu seçimin öz məntiqi, mərhələləri və yanaşmaları var. Dövlət İmtahan Mərkəzi abituriyentlərin peşə seçimi ilə bağlı maarifləndirilməsi məqsədilə hazırlanan və “Abituriyent” 4 jurnalında verilən Hansı peşəni seçəcəyimi hələ də bilmirəm – Bu, normaldırmı? məqaləsini təqdim edir. Bu məqalədə psixoloji tədqiqatlara əsaslanaraq dörd suala cavab axtarılır: – Bu yaşda qərarsızlıq normaldırmı? – Özünə uyğun peşəni necə tapmaq olar? – Peşəni hansı meyarlarla seçmək lazımdır? – Peşə seçiminə daha hazırlıqlı olmaq üçün bacarıqlarını necə inkişaf etdirə bilərsən? İxtisas seçimindən əvvəl bütün abituriyentlərə bu məqalə ilə tanış olmağı tövsiyə edirik: Məqaləyə keçid: https://shorturl.at/mTjbA
İxtisas seçimi səhifəsi gün ərzində aktiv olunacaq❗️
V qrup üzrə statistika jurnalı yaxın vaxtlarda nəşr olunacaq!
Dövlət İmtahan Mərkəzi I, II, III və IV ixtisas qruplarında müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr edib. Kitabçaları DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://abiturient.az/wolt Kitabçaları elektron versiyasını (PDF formatda) www abiturient.az saytında əldə etmək olar. Kitabçalar barədə ətraflı məlumatı www.abiturient.az saytında əldə edə bilərsiniz.
Abituriyent” jurnalının 2026-cı il 4-cü nömrəsinə düzəliş! V ixtisas qrupu üzrə xüsusi qabiliyyət imtahanı tələb edən “Dizayn (sahələr üzrə)” ixtisas kodlarının qarşısında, texniki səbəblərdən səhvən qeyd olunmuş iki ulduz (**) işarəsi bir ulduz (*) kimi nəzərə alınmalıdır.
İxtisas seçimi zamanı nələrə diqqət etməliyəm? (Statistik məlumatlar olan) jurnal sabah səhər saatlarında satışda olacaq. Məleykə xanım Abbaszadənin brifingi keçriləcək, vacib məlumatları bölüşəcək media vasitəsi ilə. İxtisas seçiminin isə günorta saatlarından etibarən başlanması gözlənilir. Bu barədə məlumat paylaşacayıq.
Təəssüf ki bir çox hallarda abituriyentlər də, valideyinlər də ixtisasdan çox universitet adına üstünlük verir. Məsələn, mən bu balla UNECə, ADNSUya, BMUya qəbul ola bilərəm? Məsələ ixtisas seçimidir ama bizim öncəliyimiz universitet adıdır. Bu düzgün bir yanaşma deyil. Bizə universitetin daş divarı qalmayacaq bizə bir ömür ixtisasımız qalacaq. Onun üçün birinci ixtisasa üstünlük verin məsələn mən “Qida mühəndisi” olmaq istəyirəm bu ixtisası hansı universitetdə oxusam daha yaxşı olar? Sualı əvəzinə biz əksinə yanaşarıq mənim 350 balım var BDU, UNEC, ADNSU ya düşürəm? yanaşmasıdır. Universitetin adı olsun lazımsız ixtisasda olar əsas odur həmin universitetdə oxuyum düşüncəsi ilə biz sabah özümüzə əmək bazarında yer tapmağımız çətin olaq. Diqqətinli olun əziz müəllim, valideyin və abituriyyentlər! İxtisas seçimi üçün əlaqə nömrəmiz: https://wa.me/+994504307781
#İxtisas #seçimi zamanı ən çox edilən səhvlər və doğrular: ❌ Yalnız ötən ilin keçid balına baxaraq seçim etmək. ✅ Son 2–3 ilin keçid ballarını müqayisə etmək. Təkcə bir ilin göstəricisi gələcək keçid balını dəqiq proqnozlaşdırmağa imkan vermir.(Keçən il yalnız ❌ Statistika jurnalını analiz etmədən seçim etmək ✅ Dövlət İmtahan Mərkəzinin statistik məlumatlarını, plan yerlərini və əvvəlki illərin nəticələrini təhlil etmək. Bu, keçid balının hansı istiqamətdə dəyişə biləcəyini qiymətləndirməyə kömək edir. ❌ Yalnız “balım buna çatır” prinsipi ilə ixtisas seçmək ✅ Bal ilə yanaşı, maraq, bacarıq, peşənin gələcəyi və əmək bazarındakı tələbatı nəzərə almaq. ❌ Valideynin və ya dostların seçiminə əsaslanmaq ✅ Tövsiyələri dinləmək, amma son qərarı abituriyentin öz maraqları və potensialı əsasında vermək. ❌ Universitetin adına görə ixtisas seçmək ✅ Universitetin adından əlavə, ixtisasın tədris proqramını, müəllim heyətini, praktiki imkanlarını, təcrübə proqramlarını və məzunların karyera imkanlarını araşdırmaq. ❌ Yalnız yüksək maaşa görə ixtisas seçmək ✅ Maaşla yanaşı, həmin peşənin iş imkanlarını, karyera inkişafını, gələcəkdə tələb görüb-görməyəcəyini və şəxsin həmin sahəyə uyğunluğunu qiymətləndirmək. ❌ Seçim siyahısını təsadüfi şəkildə doldurmaq ✅ İxtisasları “ən çox istədiyim”, “real şansım olan” və “ehtiyat variantlarım” prinsipi ilə ardıcıllıqla yerləşdirmək. ❌ “Bu ixtisas populyardır, deməli, yaxşı seçimdir” düşünmək (əsasən yüksək bal olan ixtisaslarda) ✅ Populyarlığa yox, real əmək bazarı tələbinə və gələcək perspektivə baxmaq. Bu gün populyar olan ixtisas sabah eyni tələbatda olmaya bilər.
1-ci qrupda: - Rİ alt qrupunda 310 yer artıb - RK alt qrupunda 174 yer azalıb Ümumi 136 yer artıb✅ İxtisas seçimi üçün əlaqə nömrəmiz: https://wa.me/+994504307781
Ən yüksək və ən aşağı TƏHSİL HAQQI bu universitetlərdədir - SİYAHI ✅ Məlumat DİM-in 4 nömrəli jurnalında yer alıb. ▶️ Ən yüksək təhsil haqqı ADA Universitetindədir – Maliyyə və Hüquq ixtisasları üzrə 8000 manat. ▶️ Ən aşağı təhsil haqları NDU və GDU-da qeydə alınıb. NDU: Xarici dil müəllimliyi – 1100 manat. GDU: Kimya müəllimliyi – 1100 manat, Psixologiya – 1200 manat.
Daxili işlər nazirliyinin polis akademiyasına qəbul nəticələri yaxın günlərdə açıqlanacaq! lX illik bazadan orta ixtisas müəssisələrinə ixtisas seçiminin nəticələrinin günortadan sonra elan olunması gözlənilir.
Dövlət İmtahan Mərkəzi “2025-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış KEÇİD BАLLАRI” xüsusi buraxılışını nəşr edib.
Jurnalları DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://abiturient.az/wolt Jurnalların elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək olar.
Dövlət İmtahan Mərkəzi orta ixtisas təhsili pilləsi üzrə “Subbakalavr” peşə-ixtisas dərəcəsi almış və ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq istəyən şəxslər üçün "Abituriyent" jurnalının xüsusi buraxılışını nəşr edib. Jurnalı DİM-in inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://abiturient.az/wolt Jurnalın elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək olar. Jurnal barədə ətraflı məlumatı www.abiturient.az saytında əldə edə bilərsiniz.
Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 4-cü nömrəsini nəşr edib. Jurnalı DİM-in inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://abiturient.az/wolt Jurnalın elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək olar. Jurnal barədə ətraflı məlumatı www.abiturient.az saytında əldə edə bilərsiniz.
9 illik bazadan kolleclərə ixtisas seçimi başa çatdı❗️ Təsdiq olunan ərizə sayı✅ 🇦🇿Azərbaycan bölməsi -9769; 🇷🇺Rus bölməsi -459; 🇦🇿➕🇷🇺Cəmi -10228 nəfər. Qeyd: Nəticələrin sabah gün ərzində elan olunması gözlənilir!