- Последний пост
- 14 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 3
- Всего постов
- 24
- Тип
- открытый
- Язык
- und
- Категория
- Новости и СМИ (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 455
- 1/48двое суток
- 521
- 1/72трое суток
- 562
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
✈️ AZAL-da bu vəzifələr üzrə sizə də yer var! 🔹 Uçuşlar üzrə Analitik 🔹 Satınalmalar İdarəsi / Sənədləşmə üzrə Mütəxəssis 🔹 Marketinq Kommunikasiyalar Şöbəsi / Aparıcı Mütəxəssis 🔹 Satınalmalar İdarəsi / Əməliyyat Təchizatı üzrə Mütəxəssis 🔹 Aviatexniki Təchizat və Materialların İdarəedilməsi Şöbəsi / Mütəxəssis 🔹 Strategiya və Biznesin İnkişafı İdarəsi / Layihələrin İdarə Edilməsi üzrə Kiçik Mütəxəssis AZAL veb-saytının “Karyera” bölməsinə daxil olaraq müraciət edə bilərsiniz. Müraciət üçün link: https://lnkd.in/eArVGc7c #AZALiləSəmayaToxunun ✈️
İşdən sonra komanda ruhunu bu dəfə voleybol meydançasında yaşadıq. 🏐 AZAL İdman Klubunun üzvləri dinamik oyun, sağlam rəqabət və xoş anlarla yadda qalan görüşdə bir araya gəldilər. Birlikdə keçirilən bu vaxt həm əməkdaşlar arasında ünsiyyəti gücləndirdi, həm də aktiv və sağlam həyat tərzinin önəmini bir daha vurğuladı. Güclü komanda yalnız iş mühitində deyil, meydançada da birlik olmaqdır! ✈️
Səbinə Mehralıyeva ilə tanış olun! Maliyyə və Mühasibat Uçotu İdarəsi / Aparıcı Mühasib “Mənim üçün maliyyə və mühasibat uçotu sadəcə rəqəmlərlə işləmək deyil, şirkətin sabit və səmərəli fəaliyyətinə töhfə verən mühüm bir sahədir. Peşəkar yoluma “Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili” ixtisası üzrə başlamış və təhsilimi fərqlənmə diplomu ilə başa vurmuşam. 1997-ci ildə əmək fəaliyyətimə “AZAL”da mühasib kimi başlamış, daha sonra Milli Aviasiya Akademiyasında “Menecment” ixtisası üzrə bakalavr və magistr dərəcələri almışam. Bütün peşə fəaliyyətim boyunca aviasiya sahəsinə sadiq qalmışam. İllər ərzində mühasibat uçotu, maliyyə nəzarəti və aktivlərin uçotu sahəsində zəngin təcrübə qazanmışam. İşimdə dəqiqliyə, məsuliyyətə və yüksək peşəkar standartlara xüsusi önəm verirəm.”
“Soft Skills Mastery Program” çərçivəsində növbəti sessiyamız “Azərbaycan Hava Yolları”nda təcrübə keçən tələbələr üçün təşkil olundu. ✈️ 50-dən çox təcrübəçinin iştirak etdiyi təlimdə əmək bazarında tələb olunan yumşaq bacarıqlar ətrafında interaktiv müzakirələr aparıldı. 💬 Sessiya zamanı iştirakçıların praktiki bacarıqlarının inkişafına yönəlmiş fərdi və qrup tapşırıqları, eləcə də müxtəlif praktiki məşğələlər keçirildi. Təlimin əsas məqsədi tələbələri gələcək peşəkar fəaliyyətə hazırlamaq, əmək bazarının tələblərinə uyğun bacarıqlar formalaşdırmaq və onların peşəkar inkişafına dəstək olmaqdır. 🎯
Səmanı seçənlərin komandasına qoşulun! ✈️ Peşəkar komandanın bir hissəsi olmaq üçün rəsmi veb-saytımızın "Karyera" bölməsinə keçid edin, sizə uyğun vakansiyanı seçin və “Azərbaycan Hava Yolları”nda yeni uğur hekayənizə başlayın.
✈️ AZAL-da bu vəzifələr üzrə sizə də yer var! 🔹 Qovşaq Mühəndisi 🔹 Uçuşlar üzrə Analitik 🔹 Tələblər üzrə Aparıcı Analitik 🔹 Maliyyə və Mühasibat Uçotu İdarəsi / Mühasib 🔹 Uçuş İcazələrinin və Slotların İdarəolunması Şöbəsi / Mühəndis 🔹 Biznes Məlumatlarının İntellektual Emalı (Bİ) və Data Mühəndisliyi Mərkəzi / Kiçik Data Mühəndisi AZAL veb-saytının “Karyera” bölməsinə daxil olaraq müraciət edə bilərsiniz. Müraciət üçün link: http://www.azal.az/en/airline/career/ #AZALiləSəmayaToxunun ✈️
Azərbaycan Hava Yolları Yaradıcılıq Platforması çərçivəsində fəaliyyət göstərən “Data Talks” qrupunun ilk görüşü baş tutdu. ✈️ Görüş zamanı iştirakçılar “Data əsaslı qərarvermə” mövzusu ətrafında fikir mübadiləsi apararaq verilənlərin düzgün təhlili, analitik düşüncə və faktlara əsaslanan yanaşmanın qərarvermə prosesindəki əhəmiyyətini müzakirə etdilər. Şəxsi təcrübələrin paylaşılması və praktik nümunələr sayəsində iştirakçılar gündəlik iş proseslərində verilənlərdən daha səmərəli istifadə və təşkilatda verilənlərə əsaslanan yanaşmanın inkişafı ilə bağlı faydalı təcrübə əldə etdilər. Bu ilk görüş yeni ideya və təşəbbüslərin başlanğıcı oldu.
“Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin RTAR və HHAİSİ Mərkəzinin radionaviqasiya üzrə texniki Rəcəbli Cahangir “VISTAR Center of Excellence” proqramına qəbul olunub. ✈️ Çoxmərhələli seçim prosesini uğurla başa vuran əməkdaşımız çoxsaylı namizədlər arasından seçilmiş məhdud sayda iştirakçıdan biri olmağı bacarıb. “VISTAR Center of Excellence” Azərbaycan Respublikasının İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (IDDA), AZCON Holding-in tərkibində fəaliyyət göstərən Azərkosmos, “Israel Aerospace Industries” (IAI) və “Holon Institute of Technology” (HIT) arasında əməkdaşlıq çərçivəsində yaradılmış beynəlxalq innovasiya mərkəzidir. Həmkarımızı bu əlamətdar nailiyyət münasibətilə təbrik edir, gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq! 👏
“Azəraeronaviqasiya” HH İdarəsinin direktoru Fərhan Quliyev hava hərəkətinin idarə edilməsi üzrə dispetçerləri ilə “Azərbaycan Hava Yolları”nın uçuş heyətləri arasında görüşü keçirib. ✈️ “Azərbaycan Hava Yolları”nın rəhbər nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə uçuşların təhlükəsizliyi və səmərəliliyinin təmin olunmasında qarşılıqlı anlaşmanın, effektiv koordinasiyanın və peşəkar əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Konstruktiv müzakirələr zamanı gündəlik əməliyyat fəaliyyəti və uçuş təhlükəsizliyinin daha da gücləndirilməsi istiqamətində mühüm məsələlər nəzərdən keçirilib.
Səmada dostluq necə görünür? ☁️💙 30 İyul Dostluq Günü münasibətilə dostluğun ən gözəl anlarını sizinlə bölüşürük. ✈️
Gələcəyin aerokosmik mütəxəssislərinə dəstək olmaqdan qürur duyuruq! ✈️ AZAL tərəfdaşlığı ilə Füzuli Beynəlxalq Hava Limanında keçirilən “Aerokosmik Modelçilik Festivalı 2026” gəncləri elmə, innovasiyaya və texniki yaradıcılığa təşviq edən möhtəşəm platformaya çevrildi. Festival çərçivəsində raket və peyk modelçiliyi, FPV dron yarışları, təyyarə modelçiliyi, startap layihələri və digər texnoloji istiqamətlər üzrə iştirakçılar öz bacarıqlarını nümayiş etdirdilər. İnanırıq ki, bu gün dəstəklədiyimiz gənclər sabah aviasiya və kosmik sənayenin inkişafına töhfə verəcək mütəxəssislər olacaqlar.
Ramil Ağayev ilə tanış olun! Uçot və Təhlil şöbəsi / Mühasib “AZAL-da peşəkar fəaliyyətimə 4 il əvvəl başlamışam. Bu müddət ərzində şirkətin daxili proseslərini dərindən mənimsəmiş və peşəkar bacarıqlarımı davamlı olaraq inkişaf etdirmişəm. Hazırda Maliyyə və Mühasibat Uçotu İdarəsinin Uçot və Təhlil şöbəsində mühasib kimi fəaliyyət göstərirəm. Xarici nümayəndəliklərin maliyyə fəaliyyətinin koordinasiyası, maliyyə məlumatlarının vaxtında və düzgün toplanması və standartlara uyğunlaşdırılması əsas vəzifələrimdəndir. Eyni zamanda, aviaşirkət biznes bölməsi üzrə maliyyə hesabatlılığına dəstək verərək məlumatların dəqiqliyi və şəffaflığının təmin olunmasına, idarəetmə qərarlarına töhfə verməyə çalışıram. AZAL-da həyata keçirilən genişmiqyaslı islahatlar və transformasiya prosesləri çərçivəsində bu komandanın üzvü olmaq və bu dəyişikliklərə öz töhfəmi vermək mənim üçün böyük qürur mənbəyidir.”
Azərbaycan Hava Yolları 21–23 iyul tarixlərində Anqolanın Luanda şəhərində keçirilən "ICAO Global Aviation Gender Summit 2026"da təmsil olundu. ✈️ Dünyanın müxtəlif ölkələrindən aviasiya mütəxəssislərini bir araya gətirən sammit aviasiya sahəsində gender bərabərliyinin təşviqi və qadınlar üçün karyera imkanlarının genişləndirilməsi mövzularına həsr olunmuşdu. Sammit çərçivəsində Azərbaycan Hava Yollarını təmsil edən Tuncay Məcnunlu spiker qismində çıxış edərək aviasiyada qadınlarla bağlı məlumatların toplanması və təhlili istiqamətində AZAL-ın təcrübəsini beynəlxalq auditoriya ilə bölüşdü.
Təyyarə bələdçisi olmaq necə bir hissdir? ✈️ Ən çox verilən sualları bu dəfə birbaşa bələdçimizin özündən soruşduq. 👀
Milli Mətbuat Günü münasibətilə Azərbaycan Hava Yolları media nümayəndələrini “Fibonacci” intellektual yarışında bir araya gətirdi. ✈️ İntellektual mühitdə keçirilən yarış media nümayəndələri arasında peşəkar dialoqun, fikir mübadiləsinin və əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verdi. Aviasiya, məntiq və aktual mövzuları əhatə edən suallar üzrə yarışan komandalar bilik və analitik düşünmə bacarıqlarını nümayiş etdirdilər. Qalib komandalar AZAL milləri ilə mükafatlandırıldı. Azərbaycan Hava Yolları media ilə açıq, şəffaf və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın inkişafına bundan sonra da xüsusi önəm verməyə davam edəcək.
“SkyLead” Liderlik Platformasının ilk görüşü baş tutdu! ✨ 11–12 iyul tarixlərində keçirilən ilk “SkyLead” görüşü AZAL-da vahid liderlik yanaşmasının formalaşdırılması və rəhbərlər arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addım oldu. İki gün ərzində iştirakçılar liderlik yanaşmaları, şirkət dəyərləri, korporativ mədəniyyət və “Birgə İş” prinsipinin təşkilatımızın gələcəyindəki rolu barədə fikir mübadiləsi apardılar. “SkyLead” liderlərin davamlı inkişafını, təcrübə mübadiləsini və məqsədyönlü əməkdaşlığı dəstəkləyən platformadır. İnanırıq ki, bu təşəbbüs AZAL-da korporativ dəyərlərin birgə inkişafına mühüm töhfə verəcək. ✈️
Azərbaycan Hava Yolları Yaradıcılıq Platforması çərçivəsində fəaliyyət göstərən kitab klubunun üzvləri işdən sonra müəlliflə görüşmək üçün bir araya gəliblər. 📚 Görüş zamanı klub üzvləri əvvəlcədən oxuduqları kitab barədə təəssüratlarını bölüşüb, müəllifə maraq doğuran suallarını ünvanlayıb və əsərin ərsəyə gəlmə prosesi haqqında daha ətraflı məlumat əldə ediblər. 📕 Səmimi və interaktiv atmosferdə keçirilən görüş kitaba fərqli baxış bucaqlarından yanaşmağa, yeni fikirlər kəşf etməyə və həmkarlar arasında ünsiyyəti daha da gücləndirməyə imkan yaradıb. AZAL olaraq əməkdaşlarımızı bir araya gətirən, onların maraqlarını, yaradıcılığını və davamlı inkişafını dəstəkləyən təşəbbüslərə xüsusi önəm veririk! 💙
Bu peşələri emojilərdən tapmaq ilk baxışdan heç də asan görünmür. 👀 Amma əməkdaşlarımız öz təxminlərini bizimlə bölüşdülər! Biz də Dünya Emoji Gününə qoşulduq. Bəs siz neçə peşəni düzgün tapdınız? 🤭
✈️ AZAL-da bu vəzifələr üzrə sizə də yer var! 🔹 Perronda təhlükəsizliyə nəzarət üzrə mühəndis-inspektor 🔹 “Bakıaeronaviqasiya” / HHİ (Hava hərəkətinin idarə edilməsi) Dispetçeri 🔹 Loyallıq İdarəsi / Satış vəTərəfdaşlıqlar şöbəsinin rəhbəri 🔹 Data Mühəndisi / Biznes Məlumatlarının İntellektual Emalı (Bİ) və Data Mühəndisliyi Mərkəzi AZAL veb-saytının “Karyera” bölməsinə daxil olaraq müraciət edə bilərsiniz. Müraciət üçün link: http://www.azal.az/en/airline/career/ #AZALiləSəmayaToxunun ✈️
AZALOIL-in 2026-cı il Təlim və İnkişaf Planı çərçivəsində istehsalat sahəsində çalışan əməkdaşlar üçün aviasiya yanacağının keyfiyyətinə nəzarət, təhlükəsizlik və beynəlxalq JIG standartlarının tətbiqinə dair müstəqil JIG inspektoru Güner Pekkan tərəfindən ixtisasartırma təlimi keçirilib. Proqram çərçivəsində JIG-1, JIG-2, EI/JIG 1530 və JIG HSEEMS standartları üzrə nəzəri biliklər təqdim olunub, eyni zamanda aviasiya yanacağının qəbulu, saxlanılması, keyfiyyətinə nəzarət və hava gəmilərinin yanacaqla təmin edilməsi prosesləri üzrə praktiki məşğələlər keçirilib. Təlimin effektivliyi post-test vasitəsilə qiymətləndirilib və iştirakçıların orta nəticəsi 90%-dən yüksək olub! ↗️ Təlimlər AZALOIL-də beynəlxalq JIG standartlarının tətbiqinin gücləndirilməsinə, əməliyyatlarda keyfiyyət və təhlükəsizlik tələblərinə uyğunluğun artırılmasına töhfə verib.