tgindex

mincom.gov.az

описание

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

525
подписчиков
Охват к подписчикам
15,0%
ERR
Реакции к просмотрам
2,65%
123 на 50 постов
Пересылки к просмотрам
0,15%
7
Постов в день
0,7
всего 117

Где отзываются чаще

доля реакций к просмотрам
  • 5 мар.без подписи5,88%
  • 2 февр.без подписи5,21%
  • 3 авг.“Azərbaycan Respublikasında #rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026 – 2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası çərçivəsində #avtonom #nəqliyyat vasitələrinin tətbiqini təmin edəcək hüquqi mexanizmlərin formalaşdırılması məqsədilə qanunvericiliyə dəyişikliklər olunub. Sənəd yerüstü nəqliyyat növlərində avtonom texnologiyaların tətbiqi üçün normativ-hüquqi və institusional əsasların yaradılmasını nəzərdə tutur. İlk dəfə olaraq “avtonom nəqliyyat vasitəsi”, “operator” və “məsafədən idarəetmə mərkəzi” anlayışları qanunvericilikdə təsbit edilib, həmçinin yüksək və tam avtomatlaşdırılmış idarəetmə səviyyələri müəyyənləşdirilib. Ətraflı: https://bit.ly/4c1VWtV #RİNN5,00%
  • 5 мар.без подписи4,76%
  • 12 авг.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib. Dövlətimizin başçısı bildirib ki: - Əgər biz nəqliyyat dəhlizlərindən danışırıqsa, bu gün təbii ki, Naxçıvanın timsalında yeni nəqliyyat damarlarını görürük. - Zəngəzur dəhlizinin yaradılması, bildiyiniz kimi, bizim təşəbbüsümüz olub. Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub. Biz bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq, yaxınlaşırdıq və artıq yaxınlaşmışıq. - Bu gün Horadiz–Ağbənd avtomobil yolu demək olar ki, hazırdır. Bir sıra xırda məsələlər qalıb. Dəmir yolunun tikintisi də sürətlə gedir. - O ki qaldı Naxçıvan dəmir yolunun tikintisinə, hazırda işlər gedir. Mənim göstərişimlə Nəqliyyat Nazirliyi bu işlə məşğuldur. Azərbaycan Dəmir Yolları Ordubad istiqamətində inşa işlərinə başlamışdır və olmayan hissələr yenidən tikiləcək. - Sadəcə olaraq, bu gün mövcud olan dəmir yolunun yükaşırma qabiliyyəti 1,5 milyon tondur. İlkin mərhələ üçün Zəngəzur dəhlizinin və ümumiyyətlə, Şərq-Qərb dəhlizinin bir qolu olan bu yolun fəaliyyətə başlaması kifayətdir. Amma bizim istəyimiz ondan ibarətdir ki, bu nəqliyyat dəhlizindən ən azı 15 milyon ton yük keçsin. - Zəngəzur dəhlizi açılandan sonra artıq Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaqdır. Məhz Zəngəzur dəhlizindən Naxçıvana girərək və Culfa dəmiryol məntəqəsindən İrana dəmir yolu var. Yəni bu layihə daha tez reallaşa bilər. Şimal-Cənub nəqliyyat dəhlizi Fars körfəzinə istiqamətləndirilir. Oradan o bölgəyə yaxın olan, məsələn, Pakistana uzana bilər. Yəni bu, çox önəmli bir nəqliyyat layihəsi olacaqdır və bunun mərkəzində Naxçıvan dayanır. - Əlbəttə ki, buradan keçən tutaq ki, 15 milyon ton, bəlkə daha çox yük daha böyük canlanmaya gətirib çıxaracaq. Daha çox iş yerləri açılacaq, iqtisadi fəallıq artacaq və Naxçıvan, deyə bilərəm ki, əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcəkdir. - Naxçıvan şəhərinin nəqliyyat problemləri həll olundu. Bu gün yeni elektrikli avtobusların təqdimatı oldu və artıq onlar, yəqin ki, sabahdan xəttə buraxılacaq.4,62%
  • 5 мар.без подписи4,62%
  • 3 авг.#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 6 avqust 2026-cı il tarixində saat 10:00-da Zəngilan rayonunun Ağalı kəndində #Zəngilan, #Cəbrayıl və #Qubadlı rayonlarının sakinlərini qəbul edəcək. Qəbula 5 avqust 2026-cı il tarixinə qədər yazılmaq mümkündür. Veb-sayt: https://mincom.gov.az/az/elaqe/qebula-yazil Çağrı mərkəzi: “1655” Telefon: 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) Elektron poçt: office@mincom.gov.az #RİNN #VətəndaşQəbulu4,55%
  • 5 авг.İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi uşaqların sosial şəbəkə platformalarında təhlükəsizliyinin daha effektiv təmin edilməsinə, onların #rəqəmsal mühitdə formalaşan mənfi təsirlərdən qorunmasına yönəlib. Qanun layihəsi “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədilə hazırlanıb. Ətraflı: https://bit.ly/4hQOpBP #RİNN4,49%
  • 16 дек.без подписи4,49%
  • 23 июн.без подписи4,35%
  • 10 апр.без подписи4,29%
  • 3 авг.“#Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununda edilən dəyişikliklər #avtonom pilotsuz uçuş aparatlarına dair texnologiyaların hüquqi tənzimlənməsini təmin etməyə yönəlib. Dəyişikliklərin əsas məqsədi mülki və eksperimental məqsədlərlə istifadə olunacaq avtonom pilotsuz uçuş aparatlarının hüquqi statusunu müəyyənləşdirmək, onların istismarı ilə bağlı tələbləri dəqiqləşdirmək və uçuşların təhlükəsizliyinin təmini üçün milli qanunvericilik tələbləri yaratmaqdır. Ümumilikdə dəyişikliklər avtonom pilotsuz aviasiya sahəsində təhlükəsizlik, məsuliyyət və nəzarət mexanizmlərini gücləndirməklə yanaşı, #innovativ texnologiyaların tətbiqi üçün əlverişli hüquqi mühit formalaşdıracaq və Azərbaycanın bu sahədə beynəlxalq tendensiyalara uyğun inkişafını dəstəkləyəcək. Ətraflı: https://bit.ly/4fOJfDQ #RİNN4,11%