tgindex
Последний пост
15 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
30
Всего постов
33
Тип
открытый
Язык
und
Категория
Новости и СМИ (по похожим)
В каталоге с
13 авг.
Подписчики
1 280
−3 за 3 дн.
Сутки
−1
−0,08%
Неделя
 
Месяц
 
Просмотров на пост
58
33 постов
Вовлечённость
4,5%
к подписчикам
Постов в день
4,3
всего 33
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
58
1/48двое суток
66
1/72трое суток
71

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • без подписи

  • без подписи

  • без подписи

  • Hörmüzqan səmasında MO-9 pilotsuz uçuş aparatı məhv edilib. ❌ İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı Tasnim xəbər agentliyi avqustun 14-də Hörmüzqan əyaləti səmasında «MO-9» pilotsuz uçuş aparatının məhv edildiyini bildirib. Agentliyin məlumatına görə, İranın inteqrasiya olunmuş hava hücumundan müdafiə şəbəkəsinin nəzarətində olan hava hücumundan müdafiə sistemi pilotsuz uçuş aparatını aşkarlayaraq məhv edib. Hadisənin pilotsuz uçuş aparatının kimə məxsus olduğu və onun hansı məqsədlə bölgədə uçduğu barədə əlavə məlumat verilməyib. هرمزگان سَماسِندا «MO-9» پی‌لوتسوز اوچان آپاراتینین مَحْو اِدیلْدییی بیلدیریلیب

  • BƏƏ İranı Hörmüz boğazında iki ADNOC gəmisinə hücum etməkdə ittiham edir. ⛴️🛳️ Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Əbu-Dabi Milli Neft Şirkətinə (ADNOC) məxsus iki gəminin Hörmüz boğazından keçərkən İran tərəfindən hədəfə alındığını bildirib. BƏƏ Xarici İşlər Nazirliyi hadisəni “düşmən hücumu” kimi qiymətləndirərək qınayıb. Nazirliyin açıqlamasına görə, hər iki gəmi Hörmüz boğazından keçərkən hədəfə alınıb, lakin hadisə nəticəsində heç kim xəsarət almayıb. ADNOC da hücumu təsdiqləyərək iki gəmisinin bazar günü Hörmüz boğazından keçərkən hədəfə alındığını və vəziyyətin nəzarət altında olduğunu açıqlayıb. Reuters-in məlumatına görə, gəmilərin adı, daşıdıqları yük və mümkün zərərin miqyası barədə hələlik əlavə məlumat verilməyib. امارات ایرانی هرمُز بوغازیندا ایکی اَدنُک گَمینَ هوجوم اِتمَکدَه اِتهام اِدیب

  • Bəhreyn BMT Təhlükəsizlik Şurasını İrana qarşı qətiyyətli tədbirlər görməyə çağırır: “Tankerlərə hücumlar terrorizmdir”. 🚢❗️ Bəhreyn Xarici İşlər Nazirliyi Hörmüz boğazında BƏƏ-də yerləşən ADNOC şirkətinə məxsus iki gəmiyə İran tərəfindən həyata keçirildiyi bildirilən hücumları qətiyyətlə pisləyib və BMT Təhlükəsizlik Şurasını Tehrana qarşı “qətiyyətli və çəkindirici” tədbirlər görməyə çağırıb. BƏƏ də ADNOC-a məxsus iki gəmiyə hücuma görə İranı məsuliyyət daşımaqda ittiham edib. Bəhreyn hücumları regional təhlükəsizliyə və naviqasiya azadlığına ciddi təhdid, həmçinin beynəlxalq hüququn pozulması kimi qiymətləndirib. Manama İranın kommersiya gəmilərinə qarşı düşmənçilik hərəkətlərinə dərhal son qoymalı olduğunu vurğulayıb. Bəhreyn həmçinin Hörmüz boğazından keçən gəmilərin təhlükəsizliyinin təmin edilməsinə çağırıb və strateji su yolunun iqtisadi təzyiq və ya şantaj vasitəsinə çevrilməməli olduğunu bildirib. بحرین شورا امنیتی ایرانا قَرشی قَطی تَدبیرلَر گؤرمَیَه چاغیریب: «تانکِرلَرَه هوجوملار تِروریزمدیر»

  • İmam Rza ziyarətgahında qəribə dava — yas mərasiminin qabları döyüş alətinə çevrildi. 😞 Məşhəddəki İmam Rza ziyarətgahının həyətində iki yas qrupunun bəzi üzvləri arasında baş verən dava sosial mediada geniş müzakirələrə səbəb olub. Yas mərasimi zamanı Yəzd şəhərinin və Təbrizdən olan nümayəndə heyətlərinin üzvləri arasında mübahisə yaranıb. Mübahisə qısa müddət ərzində fiziki qarşıdurmaya çevrilib. Görüntülərdə bir neçə şəxsin mərasim zamanı istifadə olunan qablarla bir-birinə hücum etdiyi, hətta həmin qabları qarşı tərəfə atdığı görünür. Davanın səbəbi, həmçinin mümkün xəsarət alanlar və ya həbslərlə bağlı məlumatlar hələlik rəsmi şəkildə açıqlanmayıb. ️امام رضا زیارتگاهیندا عریبه داوا — یاس مراسمینین قابْلاری دویوش آلتینه چِویرْیلدی

  • Ərdəbilli yeniyetmə Daşkənddə tarix yazdı — Asiya və dünya rekordlarını qırdı❗️ Ərdəbilli yeniyetmə ağırlıqqaldıran Taha Daşkənddə keçirilən Asiya Yeniyetmələr və Gənclər Çempionatında 3 qızıl medal qazanaraq 4 Asiya və dünya rekorduna imza atıb. Taha birdəfəlik qaldırmada 176 kq, təkanla qaldırmada 215 kq, ümumi nəticədə isə 391 kq nəticə göstərərək öz yaş kateqoriyasında dünya rekordlarını yeniləyib. Bu tarixi nəticə Ərdəbilli yeniyetməni Azərbaycanın gələcək ağırlıqqaldırma ulduzlarından biri kimi ön plana çıxarıb. اردبیلین گنج آغیرلیققالدیرانی دَشکَنده رکوردلا تاریخ یازد

  • İranda daha bir gəncə edam hökmü oxunub. 👤⚖️ Xuzistan əyalətinin Ramhormoz şəhərindən olan tibb tələbəsi və siyasi məhbus Sepehr Əmirzadə edam cəzasına məhkum edilib. 2003-cü il təvəllüdlü Əmirzadə 2026-cı il yanvarın 13-də İsfahandakı evində təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub. Məlumatlara görə, o, yanvarın 8–9-da keçirilən etirazlar zamanı yaralanan etirazçılara tibbi yardım göstərib. Hazırda gənc tibb tələbəsi İran hakimiyyətinin çıxardığı edam hökmü ilə üz-üzədir. #kərimədövləti ایران‌دا داها بیر گنجی اعدام‌ا حکمی وریلیب

  • “Corc Vaşinqton” İran istiqamətində yola çıxır. 🛳️ ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS George Washington” aviadaşıyıcısı Yaxın Şərqə, İran istiqamətinə göndərilir. Məlumata görə, “George Washington” Yaxın Şərqdə “USS Abraham Lincoln” aviadaşıyıcısını əvəz edəcək. Bu, əvvəlcədən planlaşdırılmış rotasiya çərçivəsində həyata keçirilir. “George Washington” hazırda Sakit okean regionundadır və avqustun 10-na olan məlumatlara görə Cənubi Çin dənizində fəaliyyət göstərirdi. «جورج واشینگتون» ایرانا دوغرو یول آلییب

  • ❗️XƏBƏRDARLIQ: İran Hörmüz boğazından keçidə nəzarət etdiyini açıqladı. İran Silahlı Qüvvələrinin Xatəmül-Ənbiya Mərkəzi Qərargahının sözçüsü İbrahim Zolfaqari bildirib ki, İranın icazəsi və nəzarəti olmadan heç bir gəmi Hörmüz boğazından təhlükəsiz şəkildə keçə bilməz. O vurğulayıb ki, Hörmüz boğazından keçən gəmilərin hərəkəti İranın icazəsi və nəzarəti altında həyata keçirilir. Bu açıqlama ABŞ və İranın strateji su yoluna nəzarətlə bağlı qarşılıqlı ziddiyyətli bəyanatlar verdiyi bir vaxtda səslənib. İran Hörmüz boğazının öz nəzarətində olduğunu bildirir. ایران: هرموز بوغازیندان کئچیش اوچون ایرانین ایجازسی و نازارەتی تَلَب اولونور

  • ۳۰ دان چوخ اولکه ایراندا اعدام‌لاری پیسلئیب، اونلارین درحال دایاندیریلماسینی طلب ائدیب

  • 30-dan çox ölkə İranda etirazçıların edam edilməsini “müxalifət səslərini susdurmaq” vasitəsi kimi pisləyib və edamların dərhal dayandırılmasını tələb edib. Avqustun 11-də 26 Aİ üzv dövləti və Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İran etirazçılarının edamlarının davam etdirilməsini “ən sərt şəkildə” pisləyən birgə bəyanat yayıblar. Bəyanatda vurğulanıb ki, müxalifəti susdurmaq, icmaları qorxutmaq və insan hüquqlarından istifadə etmək istəyən şəxsləri cəzalandırmaq məqsədilə ölüm hökmünün tətbiqi heç bir halda əsaslandırıla bilməz. Və bildirilib ki, İran xalqı ifadə azadlığı hüququndan istifadə etmək və qorxmadan dinc toplantılarda iştirak etmək imkanına malik olmalıdır. Fransanın xarici işlər naziri Jan-Noel Barrotun sözlərinə görə, sonradan daha altı ölkə qoşulub və imzaçıların ümumi sayı 32-yə çatıb. Avstraliya, Yeni Zelandiya, Kanada və Birləşmiş Krallıq bəyanatı imzalayan Aİ üzvü olmayan ölkələr arasında yer alır.

  • İran Ordusu: Raket və PUA imkanlarımızın 75 faizindən çoxu işlənməyib. 🇮🇷 İran Ordusunun icraçı direktorunun müavini Əlirza Şeyx ölkənin raket və pilotsuz uçuş aparatı (PUA) imkanlarının 75 faizindən çoxunun qorunub saxlanıldığını və istifadəyə hazır vəziyyətdə olduğunu iddia edib. Əlirza Şeyx Müdafiə Kəşfiyyat Agentliyinə açıqlamasında xarici kəşfiyyat orqanlarının da İranın raket və PUA arsenalının dörddə üçündən çoxunun toxunulmaz qaldığını təsdiqlədiyini bildirib. O, bu iddianı təsdiqləyən hər hansı sənəd və ya konkret məlumat təqdim etməyib. Onun sözlərinə görə, raketlərin, PUA-ların və digər müdafiə vasitələrinin istehsalı müharibə dövründə də davam edib və istehsal prosesində heç bir fasilə yaranmayıb. ایران اوردوسو: راکت و پوا ایمکانلاریمیزین ۷۵ فایزیندن چوخو استفاده اولماییب

  • BƏƏ bir neçə milyard dollarlıq dondurulmuş İran aktivlərini İrana geri qaytarıb. 💰 Bəzi mənbələr BƏƏ hökumətinin ölkə banklarında dondurulmuş, təxminən 212 milyon dollar dəyərində ən azı 1,5 ton qızıl da daxil olmaqla, bir neçə milyard dollar həcmində İran aktivlərini sərbəst buraxdığını iddia edir. Xəbər 24-ün məlumatına görə, aktivlər 11 və 12 avqust 2026-cı il tarixlərində Emirates Airlines şirkətinin idarə etdiyi Boeing təyyarələri ilə Əbu-Dabidən Tehranın Mehrabad Beynəlxalq Hava Limanına və Kərəcin Payam Hava Limanına daşınıb. Məlumata görə, bu, BƏƏ hökumətinin dondurulmuş İran aktivlərini sərbəst buraxaraq İrana köçürdüyü üçüncü haldır. امارات بیر نئچه میلیارد دوللارلیق دون‌دورولموش ایران اکتیولرینی سرهست بوراخیب

  • İran XİN: ABŞ-ın hərbi iştirakı Fars körfəzi və Hörmüz boğazında dəniz münaqişəsini artırıb. 🇮🇷🗣️ Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib. Onun sözlərinə görə, son onillikdə neft tankerlərinin hərəkəti də bölgədə yaranan münaqişənin səbəblərindən biridir. O bildirib ki, Hörmüz boğazında kommersiya gəmilərindən istifadə edən bütün tərəflər Fars körfəzi və Oman dənizinə dəymiş ekoloji zərərin aradan qaldırılmasına görə hüquqi və mənəvi məsuliyyət daşıyırlar. Fars körfəzində toplu yükdaşıyan gəminin yaratdığı çirklənməyə dair yayılan görüntülərə münasibət bildirən Bəqai deyib: “Dəymiş itki və zərəri kim ödəməlidir? Bölgəmizdən ucuz enerji ixrac edən ölkələr, yoxsa gəmi sığorta şirkətləri? Yaxud Fars körfəzi və Oman dənizini hərbi əməliyyatlar və ən dağıdıcı silahların sınaqdan keçirilməsi üçün platformaya çevirən təcavüzkarlar və onların tərəfdaşları?” ایران خین: آ‌مریکانین حربی ایشتراکی فارس کورفزی و هورموز بوغازیندا دنیز موضارعیسی‌نی آرتیریب

  • Ərdəbil prokurorluğundan yeni xəbərdarlıq: “Şəriətə zidd” geyim və makiyaj nəzarətə götürüləcək. ❗️ Ərdəbil prokurorunun müavini Hüseyn Salari bildirib ki, ictimai yerlərdə hakimiyyət orqanlarının qiymətləndirməsinə əsasən, “şəriətə zidd”, ictimai əxlaqı pozan və ya fəsadı təşviq edən geyim və makiyajdan istifadə edən şəxslər müəyyən ediləcək. Salari həmçinin bildirib ki, “şəriətə zidd” hesab edilən və ya ictimai əxlaqı zədələdiyi iddia olunan geyimlərin satışı ilə bağlı da prokurorluq tərəfindən tədbirlər görüləcək. #kərimədövləti َردەبیل پروکورلوغوندان یئنی خبەرداری: «شەریەتە زید» گئیم و ماکیاژ نازارەتە گؤتۈرولەجک

  • Anadolu: İran və ABŞ 60 günlük atəşkəs müddətinin uzadılması barədə razılığa gəlib. 🇮🇷🤝🇺🇸 Anadolu Agentliyi Pakistan hökumət mənbələrinə istinadən İran və ABŞ-ın İslamabad Memorandumu çərçivəsində nəzərdə tutulan 60 günlük atəşkəs müddətini uzatmaq barədə razılığa gəldiyini bildirib. Bununla belə, Anadolu-nun məlumatına görə, tərəflər uzadılmanın konkret müddəti barədə hələ razılığa gəlməyiblər. Qeyd edək ki, İran tərəfi isə bu xəbəri təkzib edən mövqe ortaya qoyub. İranlı yüksək vəzifəli rəsmi atəşkəsin uzadılması ilə bağlı heç bir müzakirənin aparılmadığını bildirib. آنادولو: ایران و آمریکا بار آتش‌بس ۶۰ گونلوک مودّتینین اوزادیلمسی بارده راضیلیغا گلیبلر

  • Pakistanın müdafiə naziri: “Tehran və Vaşinqton anlaşmaya yaxındırlar”. 🇵🇰 Pakistanın müdafiə naziri Xavaca Asif ABŞ və İranın yeni razılaşmaya yaxın olduğunu bildirib. O, son iki-üç gündəki hadisələrin tərəflərin anlaşmaya yaxınlaşdığını göstərdiyini deyib və davamlı sülhün regionun maraqlarına uyğun olduğunu vurğulayıb. Asifin açıqlamaları Pakistanın daxili işlər naziri Möhsin Nəqvinin Tehrana səfəri ərəfəsində səslənib. Səfərin İran-ABŞ danışıqları ilə əlaqəli olduğu bildirilir. İran isə ABŞ-ın əvvəlki razılaşmanı pozmasının aradan qaldırılmasını danışıqların bərpası üçün əsas şərt kimi göstərir. پاکیستانین مودافیه ناظیری: تهران و واشینقتون آنلاشمایا یاخین‌دیرلار

  • İran-Çin Ticarət Palatasının rəhbəri dəniz blokadasının iqtisadiyyata ağır zərbə vuracağını bildirdi. 🌊🛳️ İran-Çin Ticarət Palatası: Dəniz blokadası İran iqtisadiyyatına ağır zərbə vuracaq. İran-Çin Ticarət Palatasının rəhbəri Məcid Rza Həriri ABŞ-ın dəniz blokadasının İran iqtisadiyyatına ciddi zərər vuracağı barədə xəbərdarlıq edib. Həriri bildirib ki, Çindən İrana yüklərin quru yolu ilə daşınması ölkəyə təxminən 18 milyard dollar əlavə xərc gətirə bilər. Onun sözlərinə görə, bir konteynerin dəniz yolu ilə daşınması təxminən 3 min dollar, quru yolu ilə isə 12 min dollar təşkil edir. İran Prezidenti Məsud Pezeşkian da ABŞ-ın blokadasının malların ölkəyə girişini çətinləşdirdiyini etiraf edib. ایران-چین تجارت پالاطاسی رئیسی: دنیز بلاکاداسی ایران اقتصادی‌نا آغیر زربه ووراجاق