tgindex
Doсtor Ragimoff

Doсtor Ragimoff

Статистика

22 çox təcrübəsi olan həkim psixiatr psixoterapevt Kənan Rəhimovun kanalı. Xidmətlərimizlə burada ragimoff.org tanış ola bilərsiniz instagram.com/doctor.ragimoff Qeydiyyat üçün: 📞 WA: wa.me/994702200376 📩 Sullar/Şəxsi: @dockenan

Последний пост
12 авг.
Последнее чтение
14 авг.
Постов за неделю
1
Всего постов
21
Тип
открытый
Язык
az
В каталоге с
13 авг.
Подписчики
500
0 за 1 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
360
21 постов
Вовлечённость
72,0%
к подписчикам
Постов в день
0,1
всего 21
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
41
1/48двое суток
46
1/72трое суток
50

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 🍃 UŞAQLIQ GÖZLƏMİR. BU GÜN GƏLƏCƏYİ DƏYİŞƏN MÜTƏXƏSSİS OLUN 👍 İxtisasartırma proqramı: «Uşaq klinik psixologiyası və psixoterapiyası». Başlanğıc tarixi: 14 sentyabr 2026 – 24 dekabr 2026. Hörmətli həmkarlar! Hər gün çətinlik yaşayan uşaqlarla qarşılaşırıq. Məktəb çərçivəsinə sığmayan, narahatlıq keçirən, qəzəblənən, içinə qapılan və ya əksinə, diqqəti ən dağıdıcı yollarla cəlb etməyə çalışan uşaqlarla. Çarəsiz qalan, utanç hiss edən, inkar edən və ya ümidsizcə sehrli bir həb axtaran valideynləri görürük. Ətrafımızda isə miflər hökm sürür. Guya uşaq «böyüyəndə keçəcək», guya bu «sadəcə yaş xüsusiyyətidir», guya «tərbiyə heç işə yaramır», guya «indi hamıda DÇHP var, bu dəbdir». Bu səs-küyün içində yardımın hələ təsirli ola biləcəyi o həlledici anı gözdən qaçırmaq çox asandır. Uşaq psixikasının çevik və kompensasiyaya hazır olduğu anı. Ailənin hələ travma mənbəyi deyil, dayaq olmağa qadir olduğu anı. «Uşaq klinik psixologiyası və psixoterapiyası» proqramı — 288 saatlıq sistemli tədrisdir. 7 modul, hər biri peşəkar ağrının konkret bir sahəsinə cavab verir. Proqramımızın analoqu yoxdur. Çünki müəllimlərimizin arxasında minlərlə uğurlu klinik hal dayanır. Çünki biz psixoterapiyanın klinik (tibbi) modeli əsasında işləyirik. Çünki biz çətinliklərdən qorxmamağı, hər uşaqda bir şəxsiyyət, hər ailədə isə dəyişikliyə hazır bir sistem görməyi öyrədirik. ➡️ Proqrama qeydiyyatdan keçmək və məsləhət almaq üçün: @dockenan

  • без подписи

  • без подписи

  • без подписи

  • без подписи

  • без подписи

  • без подписи

  • Əziz dostlar, hörmətli həmkarlar – saytımızda XBT-11 başlığında olan və 3 beynəlxalq təsnifatı özündə birləşdirən, hər bir psixoloji pozuntu üzrə tək diaqnostik deyil, eyni zamanda terapiya metodlarını əsas beynəlxalq mənbələrlə birlikdə toplayan "Klinik Psixiatriya" kitabı elektron formada artıq redaktə olunmuş və tamamlanmış şəkildə, hətta 4 dildə sizin xidmətinizdədir. Ragimoff.org – daxil olun, faydalanın, səhvlər aşkar edildikdə "düzəliş" düyməsini istifadə edərək qeydlərinizi göndərin.

  • ✨ Əziz dostlar, 📖 Peşəkar kitab və sənəd tərcüməsi artıq xidmətinizdədir. Artıq başqa dildə sevdiyiniz kitabları oxumağa məcbur deyilsiniz. 💸 Hazırda 1 səhifənin tərcüməsi orta hesabla cəmi 75 qəpik təşkil edir - tərcümə mərkəzlərindən 10 dəfə ucuz 🌟 t.me/azerobbot ✨ @azerobbot 🇷🇺 Rus, 🇬🇧 İngilis, 🇹🇷 Türk dillərindən 🇦🇿 Azərbaycan dilinə və əks istiqamətə də peşəkar tərcüməçi səviyyəsində xidmət artıq mövcuddur. 📚 Üstəlik, sənədi yüklədiyiniz formatda peşəkar format edilmiş tərzdə sizə təqdim edir MS Word və ya PDF formatında təhvil alın. Flash - 1 səhifə 25 ⭐ 0,75 azn Pro - 1 səhifə 50 ⭐ 1,5 azn Ultra - 1 səhifə 75 ⭐ 2,25 azn 🥳 Daxil olarkən ilk bonus 100⭐ = 4 səhifəni ödənişsiz tərcümə etməyə imkan verir. Tərcümə üçün 1-3 səfihənin öncədən tərcümə edib keyfiyyətini qiymətləndirə də bilərsiniz. 🎁 Üstəlik, "Qazan" bölümündə fərdi Referal link var - onu dostuna göndərib dəvət etməklə hər şəxsə görə əlavə 100 ⭐ qazana bilərsiniz. Tərcümə prosesində sizə dərin təhlil dərəcəsi və tərcümə tərzi seçimi də mövcuddur - bu dilin stilistik zənginliyini, idiomların tətbiqi ilə əlaqədardır. Sınayın. 📝 Sənədlərin redaktə edilməsi xidmətini də qiymətləndirin - tərcümədən daha ucuzdur. 📝 Kitab yazanlar üçün imkan: 🎙️ Audio-to-Text - siz danışın, o yazsın - hazır kitab tərzində təhvil versin. 📸 Hətta şəkil (screenshot) təhlili və sənədləşməsi mövcuddur ✅ Support: @humanica_bot Ciddi çətinliklər olduqda mənə şəxsidə @dockenan yazın.

  • Salam, kitab növbəti redaktəsini keçdi, təkmilləşmə davam edir, hazırda XBT-11, DSM-5, XBT-10 artıq başlıqlara çıxarılıb - kitabın elektron səhifəsində naviqasiya daha komfortlu oldu. Buyurun baxın 🙏 https://ragimoff.org/klinik-psixiatriya

  • Mişel J. Düqa (M. J. Dugas) modeli Mişel J. Düqa və həmkarlarının modeli — generalizə olunmuş təşviş pozuntusunun (GTP) aparıcı koqnitiv-davranış modelidir. Bu modelə əsasən, xroniki narahatlıq qeyri-müəyyənlikdən qaçmaq cəhdidir: insan səhvən güman edir ki, narahatlıq neqativ hadisələrin qarşısını almağa və ya onlara hazırlaşmağa kömək edir. 🧠 Düqa modelinin əsas komponentləri Koqnitiv-davranış terapiyası çərçivəsində xroniki narahatlığı dəstəkləyən dörd əsas koqnitiv zəiflik (və ya amil) fərqləndirilir: 1. Qeyri-müəyyənliyə dözümsüzlük Modelin fundamental elementidir. İnsan gələcəkdə baş verə biləcək hər hansı qeyri-müəyyənliyi qəbuledilməz və stresli kimi qəbul edir. Bu vəziyyətlə mübarizə aparmaq üçün o, hər şeyi nəzarətdə saxlamağa çalışır. 2. Narahatlıq barədə pozitiv inanclar Problemləri daim düşünməyin faydalı olduğuna dair gizli inanclardır. Geniş yayılmış nümunələr: *"Əgər narahat olsam, ən pis ssenariyə hazırlaşaram"* və ya *"Narahatlıq mənim məsuliyyətli insan olduğumu göstərir"*. 3. Problemlərin həllində çatışmazlıqlar Real çətinliklə qarşılaşdıqda, insanın problemləri həll etmək bacarığı uğursuzluq qorxusu ucbatından iflic olur. O, mürəkkəb qərarlardan qaça bilər, mümkün fəaliyyət dairəsini daralda bilər və ya narahatlıq və şübhələrin təsiri altında səmərəsiz strategiyalar tətbiq edə bilər. 4. Koqnitiv qaçınma Fikirlərin davamlı olaraq dövr etməsi (ruminasiya) dərin emosional sarsıntılardan və ya canlı zehni obrazlardan qaçmaq üsuludur. Beyin qorxulu vizual obrazları (məsələn, fobik təsəvvürləri), "bəs birdən..." tipli verbal (sözlə ifadə edilən) ifadələrlə əvəz edir ki, bu da xroniki narahatlığı daha da gücləndirir. 🛠️ Psixoterapiyada tətbiqi Düqa modelinə əsasən, müalicə bu dörd koqnitiv amilin tədricən aradan qaldırılması üzərində qurulur. Psixoterapevtlər pasiyentlərə kömək edirlər: — davranış eksperimentləri vasitəsilə narahatlığın faydalı olması barədə inancları yoxlamağa; — gündəlik həyatda qeyri-müəyyənliyə dözməyi və onu qəbul etməyi məşq etməyə; — həyati problemlərin səmərəli həlli texnikalarına yiyələnməyə. 📊 Qiymətləndirmə alətləri Modelin əsas komponentini ölçmək üçün Qeyri-müəyyənliyə Dözümsüzlük Şkalasından (IUS) istifadə olunur. Bu şkala pasiyentlər üçün adaptasiya olunub və insanın gözlənilməz hallara necə reaksiya verdiyini qiymətləndirməyə imkan verir. 📚 Əlavə materiallar: Modelin klinik tətbiqini daha dərindən öyrənmək üçün müvafiq materiallara müraciət etmək tövsiyə olunur: — Generalizə olunmuş təşviş pozuntusu üzrə klinik icmallarla tanış olun. — "Qeyri-müəyyənliyə dözümsüzlük şkalası" məqaləsində diaqnostik alətin tam adaptasiyasını öyrənin. — "Generalizə olunmuş təşviş pozuntusu" sənədində terapiya üzrə fundamental ədəbiyyatla tanış olun.

  • Salam əziz dostlar, Azərbaycan dilində mərkəzləşdirilmiş elektron məlumat mərkəzi yaratmaq üçün sizin də iştirak etməyinizi xahiş edirəm. İlk növbədə Klinik Psixiatriya kitabı üçün tərcümə xətalarını aradan qaldırmaq və dəqiqliyi artırmaq məqsədi ilə kitabdakı terminlər və sözlər lüğəti yaratdıq - burada ayrıda bir-bir də düzgün termini düşəliş edilməsi üçün təklif edə bilərsiniz və ya uzun cümlə və hətta bölüm belə redaktə edilməsi üçün göndərilə bilər - "DÜZƏLİŞ" düyməsi məlumat bazasına əlavə edir, admin baxış edib təstiq eydikdən sonra 24 saat ərzində saytdakı həmin söz dəyişiləcək. Belə ki, bu məlumatlar da xüsusi tərcümə sistemi üçün istifadə ediıəcək. Onu da ayrıca yaxın günlərdə diqqətinizə təqdim edəcəm - hələlik sınaq edilir: mətn, audio səs, foto, word, pdf hətta həkimlərin yazdığı resepti 🫵 😂 belə oxuya bilir və azərbaycan dilinə eləcə də azərbaycan dilindən başqa dillərə məntiqli tərcümə edə bilir. Hələlik 1 addım - tərcümə keyfiyyətinin artırılması. https://ragimoff.org/klinik-psixiatriya/abbreviatur.html

  • Salam, nəhayət ki, XBT-11 + XBT-10 + DSM-5-TR - birlikdə - bir strukturda + beynəlxalq diaqnostika və müalicə təlimatları bütün psixoloji pozuntulara aid - bir kitab daxilində və ən vacibi Azərbaycan dilinə artıq hazırdır. Ən azı bu sahədə vacib bir əlavə edildi - təkmilləşdirib mükəmməl dərslik vəziyyətinə gətirməliyik. Hələlik ilk draft versiyadadır deyə dəyişikliklər edilməsi zəruridir - lakin əlaltı vəsait kimi istifadə edə bilməyiniz üçün hazırdakı versiyanı sayta yükləmişik - mobil telefondan belə daxil olub hər bölümünü incəliyə bilərsiniz. Hələlik kağız versiyadı çap edilməyib. Lakin indidən kagızda çap edilmısi üçün sifarişlər qəbul edilir - hələlik heç çap qiyməti də bəlli deyil - sadəcə çap olunanda ilk kimlər əldə etmək istəyirsə bu siyahını yığırıq ki, eyni zamanda ehtiyac olub-olmadığını da obyektiv qiymətləndirək. Hə, bir xahiş də edəcəyik - qrammatik, terminoloji, məntiqi və hər hansı xətalar aşkar etdikdə mənə qısaca həmin səhvi yazın - tez aradan qaldıraq və yekun versiyasının hazırlığında sizin də bir fikriniz nəzərə alınması arzu edirəm yaxşı nəticə verəcək. İradlar və təkliflər üçün kitabın elektron səhifəsində bir pəncərə də əlavə edəcəyik ki, yaddan çıxan olmasın. Hələlik isə irad və təkliflər üçün @ragimoff aşağıda kanala yaz hissəsinə göndərin. Ayrıca psixologiya sahəsində 2 yeni kitab da hazırdır demək olar - onlar da saytda elan ediləcək yaxın zamanda. Tərcümə keyfiyyəti üane etmir deyə hələ ki, paylaşmamışıq. https://ragimoff.org/klinik-psixiatriya/index.html

  • Diqqət. Psixologiya sahəsində peşəkar inkişaf ilə maraqlananlar üçün - May ayının sonuna kimi möhtəşəm imkan! 1 illik Əlavə Təhsil Psixoloq Diplomu - ayda cəmi 200 azn https://ragimoff.org/program-umumi.html 1 illik Praktikum və Beynəlxalq Sertifikatı - ayda 175 azn https://ragimoff.org/program-praktikum.html Ətraflı məlumat almaq və qeydiyyatdan keçək üçün saytdakı uyğun olan proqramı seçin və formanı doldurun.

  • 27 апр.4411из ragimoff

    Telegram telefonu çox yükləməsin deyə və eyni zamanda hər istədiyinizi istifadə edə bilməyiniz üçün optimal ayarlar: 1) Yaddaş - keş yaddaşı limitləyin 16 Gb misal üçün, kanal və çatlarda yükləyiniz mediaların avtomatik silinməsi müddətini 1 həftə seçin, 2) Bildirişlər - dostun hər dəfə Telegrama daxil olduqda bildiriş göndər söndürün və digər vacib olnayan bildirişləri söndürün, 3) Qovluq - ayarlarda qovluq yaradın - yuxarıda ayrı bir bölüm yaranacaq - PSY - musal üçün - seçilmiş mövzu üzrə kanal, qrup, şəxsi yazışmaları o qovluğa əlavə edin ki, hər zaman qarşınızda olsun, 4) Ən çox istifadə etdiyiniz kanal, qrup və şəxsi yazışmanı pin 📌 edin ki, hər zaman siyahının yuxarısında olsun - ilk onlar gözünüzə sataşsın. 5) Media - ayrıca bir qrup yaradın - adını - ARXİV - misal üçün qoyun, ora ən həcmli video və fotolarınızı yükləyərək altında şərhlər də yazın ki, sonra axtarış edib tapa biləsiniz - #adgunu #turkiye kimi hastag ilə qeyd edin - burada axtarış çox asandır. Sonra həmin faylları telegondan silə bilərsiniz - belə ki, sizin artıq sonsuz həcmdə ödənişsiz bulub yaddaşınız var - heç bir bulud və ya hard-disk belə imkanlar vermir - üstəlik keş yaddaşı təmizləyərək bunlar telefonu yükləmədən sonsuz həcmdə məlumat saxlaya bilərsiniz. 6) Təhlükəsizlik - mobil nömrə ilə istənilən cihazdan və eyni zamanda bir neçə cihazdan daxil olub istifadə edə bilərsiniz, lakin hər ehtimala qarşı bulud kodu və email ilə qorunmanı da istifadə edin ki, mobil nömrəni itirsəniz də öz hesabınıza daxil ola biləsiniz. Təhlükəsizlik ayarlarında - sizin şəxdi məlumatı kim görə bilər - özünüz uyğun olanı seçin, kim sizi qruplara əlavə edə bilər - heç kim seçin və ya yalnız şəxsi kontaktlar seçin, öz şəxsi profilinizdə qısa nikname yaradın @ragimoff @dockenan kimi - axtarışda bu çıxsın deyə istifadə edə bilərsiniz, mobil nömrənizi kim görsün yerində - heç kim seçin - digər ayarlarla tanış olun. Heç bir halda sizə şəxsidə göndərilən tanımadığınız adamdan gələn və hətta tanıdığınız insandan gələn "qəribə" linkləri və o linklər üzrə keçmək təklifi olan mesajlara heç bir yerdə cavab verməyin - eyni digər platformalarda olduğu kimi. Başqa saytlarda saxta vədlər verilən və ya sizin şəxsi fotoları təqdim etmək adı ilə və s... daxil olun təklif efilən linklər üzrə keçməyin və əsasən də harada isə keçdikdə belə - Telegram hesabınızla təstiq edib tələbi olduqda imtina edin. Yalnız etibarlı saytıarda bunu imkanı istifadə etmək olar.

  • Nəhayət uzun müddət sonra ilk nəfəs alan kitab/dərslik gəlir. Nəhayət hamısı bir yerdə - diaqnostik meyarlar və terapiya metodları. XBT11, DSM-5-TR, XBT-10 - birləşdirən bir tədris vəsaiti.

  • Diqqət. Psixologiya sahəsində peşəkar inkişaf ilə maraqlananlar üçün - May ayının sonuna kimi möhtəşəm imkan! 1 illik Əlavə Təhsil Psixoloq Diplomu - ayda cəmi 200 azn https://ragimoff.org/program-umumi.html 1 illik Praktikum və Beynəlxalq Sertifikatı - ayda 175 azn https://ragimoff.org/program-praktikum.html Ətraflı məlumat almaq və qeydiyyatdan keçək üçün saytdakı uyğun olan proqramı seçin və formanı doldurun.

  • Bütün xanımlara həsr edilir 🙏

  • Gecə Enurezi - Sidik qaçırmanın müalicəsi. İlk qəbuldan sonra real durumu qiymətləndirib uyğun olduqda müalicəyə başlaya bilərik. Müalicə kursu 10 həftə davam edir. Adətən 8 həftədən sonra nəticə olur. Nadir hallarda müalicə 3 aydan çox çəkir. Həkim Psixoterapevt Kənan Rəhimov, Klinik Psixoloq Sevda Kərimzadə Qəbula yazılmaq üçün: 051-895-85-82 https://www.instagram.com/reel/DVEOdx7jLaI/?igsh=MTlsdGNhb3NnaTI2NQ==

  • без подписи