- Последний пост
- 14 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 2
- Всего постов
- 22
- Тип
- открытый
- Язык
- und
- Категория
- Религия (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 9
- 1/48двое суток
- 10
- 1/72трое суток
- 11
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
https://youtu.be/AeIRi106ef4?si=LBFHw0bgxiy423ph Bel ağrıları zamanı idman hərəkətləri
https://www.facebook.com/share/r/1LcAeqy1RH/ *SƏCDƏNİN BƏZİ TİBBİ FAYDALARI* *Misirin paytaxtı Qahirə şəhərində «Beynəlxalq Şüa Texnologiyası Mərkəzi»-nin etmiş olduqları elmi araşdırma, maraqlı faktları ortaya çıxardı. Araşdırmalar nəticəsində, namaz zamanı edilən səcdənin, insan orqanizmində olan xərçəng riskini azaltması müəyyən edilmişdir.* *Araşdırmalar bununla yanaşı, səcdənin hamilə qadınlar üçün də olduqca xeyirli olduğunu, dölün deformasiya olmasını əngəllədiyini və bir çox başqa fiziki və psixoloji xəstəliklərin müalicəsi üçün olduqca faydalı olduğunu müəyyən etmişdir.* *«Şüa texnologiyası mərkəzi» rəhbəri Prof. Bioloq Muhəmməd Ziyaəddin Həmid, dövrümüzdə insanların hər yöndən elektromaqnit dalğalara məruz qaldıqlarını və bu səbəblə də daha çox şüa qəbul etdiklərini qeyd edərək, bədəndə toplanan bu yükün mütləq kənara atılmalı olduğunu bildirdi.* *Araşdırma nəticəsində, bədəndə toplanmış elektromaqnit yükün, Allaha səcdə etməklə kənara boşaldıldığının müəyyən edildiyini deyən Misirli alim, insan boyunun kiçilməsinin (və ya aşağı əyilməsinin) elektromaqnit dalğalara məruz qalma ehtimalını daha çox azaltdığını da qeyd etdi.* *YEDDİ ƏZANIN (bədən üzvünün) YERLƏ TƏMAS ETMƏSİ, ENERJİNİ BOŞALDIR..* *İnsanın səcdə halında olarkən elektromaqnit dalğalara daha az məruz qaldığının və alının yerə dəyməsi nəticəsində bədəndəki elektromaqnetik yükün bədən xaricinə boşaldıldığının müəyyən edildiyini qeyd edən Pr. Muhəmməd Ziyaəddin, səcdə vəziyyətində olan bir insanın yeddi orqanının (əllər, ayaqlar, dizlər və baş) yerlə təmas etməsinin boşalmanı sürətləndirdiyini və bu prosesin, yorğunluq və bəzi xəstəliklər üçün müsbət mənada çox xeyirli olduğunu bildirdi.* *Elektrik yükünün bədəndən daha effektiv formada kənarlaşdırılması üçün, səcdə anında Qibləyə yönəlmənin lazım olduğunu bildirən Pr. Ziyaəddin, Kəbə`nin yer üzünün mərkəzi olduğunu və yer üzünün mərkəzinə yönəlmənin, bədəndəki elektrik yükünü kənarlaşdırmaq üçün ən ideal vasitə olduğunu dedi.* *Beş vaxt fərz namazın bədəndəki elektrik yükünün kənarlaşdırılması üçün kifayət etdiyini bildirən Misirli alim, yuxu əsnasında bədəndə əmələ gələn ünsürlərin, sübh namazıyla kənarlaşdırıldığını, insanın həmin günə sağlam və fəal bir şəkildə başladığını da qeyd etdi.* *Zöhr (günorta), Əsr və Məğrib (axşam) namazlarının, günün yorğunluq və stresini azaltdığını, insana psixoloji rahatlama verdiyini deyən Pr. Ziyaəddin, İşa (yatsı) namazıyla birlikdə, gün ərzində bədəndə əmələ gəlmiş (elektromaqnit) yükün geri qalan hissəsinin kənara atıldığını və insanın rahat bir şəkildə yuxuya getməsini təmin etdiyini qeyd etdi..* *Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha* https://t.me/saglamhaya https://chat.whatsapp.com/D5ip4yTpOPpIVIAFl1bL58
https://youtu.be/LfjaS4wQwlw?si=vz6cJSPT6EwOlrtJ
Burun tutulmasını təbii üsulla aradan qaldırın Sinuzit ağrıları (Haymorit) və burun tıxanıqlığından əziyyət çəkirsinizsə, elə isə sadə nəmləndirici təsirli üsul sayəsində rahat nəfəs ala bilərsiniz. Sonxeber.az deyerler.org-a istinadən bildirir ki, qış ayların ən böyük sağlamlıq problemlərindən biri də qrip və sinuzit nəticəsində yaranan burun tutulmasıdır. Burun tıxanıqlığı vəziyyəti sadə bir məsələ kimi görünsə də, nəfəs almağınıza təsir etdiyi üçün baş ağrısı və halsızlıq yarada bilər. Burun tutulmasına qarşı təbii həll üsulu üçün ehtiyacınız olan ləvazimatlar bunlardır: Bir az pambıq yumağı, nanə və ya evkalipt yağı. Necə hazırlanır və tətbiq olunur? Göz damcısı şəklində balaca bir şüşənin köməyi ilə pambıq yumağına bir neçə damcı nanə və ya evkalipt yağı damcıladın. Nəfəs alın və nəfəs verin. Bu üsul sayəsində sinuzitləriniz açılacaq.
*TV-yə baxmaq bu qorxulu xəstəliyi yaradır - Diqqət* *Uşaqların gün ərzində 3-4 saatdan çox televizora baxması onlarda astma və digər allergik xəstəliklərin yaranma riskini artırır.* *Axar.az xəbər verir ki, azərbaycanlı allerqoloqlar valideynləri diqqətli olmağa səsləyib. Araşdırmalara əsasən, gündə 2 saat televizora baxan uşaqların 6 faizində astma yaranacağı, gündə 2 saatdan çox televizora baxan uşaqlarda isə 2 qat daha çox astma yaranma riskinin olduğu aşkarlanıb.* *Allerqoloq Günel Əzməmmədova bildirib ki, uzun müddət televizora baxmaq, hərəkətsiz həyat tərzi piylənməyə də səbəb olur:* *“Piylənmə isə astmanın rastgəlmə sıxlığını artırır. Eyni zamanda, döş qəfəsinə təzyiq edir. Döş qəfəsində yağ yığılması nəticəsində ağciyərlərdə qan dövranına təsir edir, bronxların genişlənmə funksiyası azalır.* *Piylənmədə leptin deyilən maddənin ifrazı yüksəlir və leptin də ağciyərlərdə, bronxlarda iltihablaşmaya səbəb olur. Həmçinin yuxu pozğunluğuna, arterial təzyiqin yüksəlməsinə və diabetə səbəb olaraq yenə də astmaya mənfi yöndən təsir edir.* *Piylənmə qızlarda erkən yetişkənliyə, oğlanlarda isə gec yetişkənliyə səbəb olur”* ~
Bu gün uşaqlarınızla danışma tərziniz, sabah başqaları ilə necə rəftar edəcəklərini müəyyən edə bilər. Sevgi, səbir, hörmət və intizam qalıcı izlər qoyur. Davamlı qəzəb, təhqirlər və ya sərt sözlər uşağın emosional rifahına təsir edə, böyüdükdə ünsiyyət qurmaq və münasibətlərini idarə etmək formasını formalaşdıra bilər. Nəzakətlə öyrədin, səbirlə düzəldin və nümunə olaraq yol göstərin.
Xəzər dənizi qumunun misilsiz faydaları Məni bu yazını yazmağa vadar edən bizim vətəndaşlarımızın dənizdə istirahət etmək üçün başqa ölkələrə üz tutmasıdır. Əgər insanlar bilsələr ki, Xəzər dənizinin qumunun nə qədər faydaları var, heç yerə getməzlər. Xəzər dənizinin qumu qızılı-qırmızı kvars qumundan ibarətdir. Bu nə deməkdir? Biz Xəzər qumu ilə qonşu Rusiya, Gürcüstan və Türkiyənin dəniz sahillərindəki qumu müqayisə etsək, görərik ki, Xəzər dənizinin sahilindəki qum dənələri çox kiçik ölçüdə olub güclü hiqroskopik xüsusiyyətə, yəni suyu hopdurmaq qabiliyyətinə malikdir. Kvars qumu dəri ilə demək olar tam təmasa girir, dərinin bütün səthini örtür, özünün yığdığı günəş enerjisini çox asanlıqla bədənimizin daxilinə ötürür, dərialtı mübadiləni sürətləndirir, dərialtı kapilyar damarları genişləndirir, bununla da bütün iltihabi xəstəliklərin (revmatizm, artritlər, nevritlər və.s.) sağalmasına səbəb olur, limfa damarındakı durğunluğu, miozitləri (tez-tez qulunc olma) aradan qaldırır, sonra isə özünün hiqroskopik xüsusiyyəti sayəsində bizim bədənimizi tərləməyə məcbur edir. Bədənimizin artıq tullantılarını özünə hopdurur. Siz bu xüsusiyyətləri Xəzər qumundan başqa heç bir dənizin qumunda tapa bilməzsiniz. Xəzər dənizinin qumunu əlinizə alın, islaq vəziyyətdə üzünüzə, qolunuza, ayaqlarınıza çoxlu sürtün, həm dəriniz canlanacaq, həm də hamarlanacaq, yəni təbii şəkildə pillinq olunacaq, bu üsul sellülitin müalicəsi üçün də əla vasitədir. Bu da yalnız Xəzər qumuna aid xüsusiyyətdir. Əminəm ki, növbəti yayı sağlamlıq naminə Xəzər sahillərində keçirərsiniz. Qeyd: imkanı olan şəxs səhər saat 12-yə qədər, axşam saat 6-dan sonra dəniz qırağında gəzməyə adət etsin. Uşaqlarınızı da tez-tez aparmağa çalışın, dəniz qırağının havası ilə şəhərin havası arasında çox fərqlər var. Dəniz havası oksigen, maqnezium, yod, brom, natrium, kalium, kalsium və s. ilə olduqca zəngindir. Dərindən nəfəs alan zaman bunlar bizim ağciyərlərimizə daxil olur, oksidləşmə-reduksiya prosesini sürətləndirir (ona görə dəniz qırağında adam tez acır) və orqanizmin həyat qabiliyyətini artırır. Xəzərin həm havası, həm də qumu D vitamininə olan tələbatı təmin edir ki, bu da raxit xəstəliyinin qarşısını almaq üçün ən yaxşı vasitədir. Ələt və Pirşağıda qırmızı kitaba düşmüş qırmızı kvars qum var ki, bu qum sağlamlıq üçün daha faydalıdır. Həkim fitoterapevt Fizuli Hüseynov
https://youtu.be/Ou1tIynNjQA?si=-XquxnyEyIQd4XCW Üzümün faydaları
*Uşaqlarda kökəlmənin qarşısını necə alaq?* Əksər valideynlər uşaqlarının kökəlməsi üçün əlindən gələni edir və adətən də buna lap balaca yaşlardan başlayırlar. Bir çox valideyn elə hesab edir ki, köklük və çox yemək yemək sağlamlıq əlamətidir. Mütəxəssislər isə hesab edir ki, uşaqları çox yeməkdən qorumaq lazımdır və kökəlmələrinin qarşısı alınmalıdır. Mövzu ilə bağlı danışan pediatr Altay Abdullaoğlu bildirib ki, uşaqları həddindən artıq çəki almaqdan qorumaq üçün düzgün qidalanma ilə bərabər qidalanma şəklinə və gündəlik hərəkətlərə diqqət yetirməkdə lazımdır: "Uşaqların həddindən artıq çəki almaması diqqət edilməsi vacib olan bir necə nüans var. Yemək vaxtları hər gün eyni vaxtda olmalıdır. Bütün ailə üzvləri birlikdə yemək yeməli və yemək yeyərkən söhbət etmək lazımdır. Bu çox yemənin qarşısını alır. Valideynlər uşaqların sevimli məşğuliyyətləri olmasına diqqət yetirməlidr. Mümkün qədər bu məşğuliyyətlər hərəkətli olmalı və uşaq bu işlə məşğul olarkən lazımi qədər hərəkət etməlidir. Valideynlər çalışmalıdır ki, uşaqlarında yeni hobbilər, məşğuliyyətlər tapmaqda onlara yardım etsinlər. Bu uşağı daha da həvəsləndirir". Pediatr bildirib ki, uşaqların sağlam qidalanması üçün valideynlərin də eyni formada qidalanması və uşaqlara örnək olması önəmlidir: "Günün müəyyən bir hissəsini bir neçə dəqiqəlik idman üçün ayırmaq lazımdır. Bu zaman valideynlər də idman edərək uşaqlara nümunə olmalıdır. Uşaqlar TV-yə baxmaqdan, kompüter oyunları oynamaqdan, bir sözlə passiv həyat tərzi keçirməkdən uzaq tutmaq vacibdir".
"Başda əmələ gəlmiş gərginliyə çarələr | Fizuli Hüseynov" YouTube'da baxın https://youtu.be/IZTxjFWjlp4
https://youtu.be/ZRzlV2uRePg?si=IA1lxtQ_917Y05aC *Mərci yüksək xolesterin və şəkəri sürətlə azaldır* Mərci qanda yüksək xolesterin və şəkər səviyyəsini sürətlə azaldan ən yaxşı qarnirlərdən biridir. Mütəxəssislər, kartof püresi və ya bişmiş ağ düyü kimi məşhur qarnirlərin mərci ilə əvəz edilməsini məsləhət görürlər. bu növ paxlalılar ürək-damar sisteminin vəziyyəti üçün daha faydalıdır – belə qarnirin sayəsində o xolesterinin və şəkərin artıqlarından daha səmərəli azad edilir. Mərcinin tərkibinə çox miqdarda fol turşusu, bitki zülalı, sellüloz daxildir - bu kompleks xolesterinin səviyyəsinin azalması proseslərini aktivləşdirir. Bundan əlavə, mərcinin tərkibində zülal və lif çoxdur - bu, həzmi ləngidir və bununla birlikdə şəkərin sərbəst buraxılmasına mane olur. Bu qarnirin qəbul edilməsi qanda qlükozanı yüzdə 35-ə qədər endirə bilər. Qanda çox yüksək miqdarda şəkər və xolesterinin olması, 2-ci tip diabet, ateroskleroz, infarkt, insult inkişafı da daxil olmaqla təhlükəli nəticələrə gətirib çıxara bilər. Bununla belə, göstəricilər kritik dəyərlərə çatmayana qədər pozuntular heç bir şəkildə özünü göstərməyə bilər. *VERDİYİ NEMƏTLƏRƏ GÖRƏ UCA RƏBBİMİZƏ SONSUZ SAYDA ŞÜKÜRLƏR OLSUN*
https://youtu.be/7cKMqRRrgE4?si=xe_yDH08_2PyJfB8 *Qarpız yeməyin faydaları.*
https://youtu.be/xK4LUlgEYSc?si=6Y1gK_r0Yx5Wl2TD *Yemişin faydaları.*
https://youtu.be/hraHiRabnJo?si=UVDs5oYHR8EPUiat Qoyun quyruğu və çilədağ ilə oynaqların müalicəsi
*Bel, diz, boyun və bütün oynaq xəstəlikləri üçün məsləhətlər* Oynaq ağrılarının səbəbləri müxtəlifdir, insan yaşlandıqca sümük və oynaqlarda deformasiya – əyilmə baş verdiyindən oynağa düşən yük artır və ağrılar da çoxalır, oynaqlarda iltihab, artroz, fəqərəarası oynaqlarda sürüşmə və yırtıqlar əmələ gəlir. Oynaqlarda əmələ gələn ağrıların ən çox rast gəlinən səbəbi onurğa fəqərələrində baş verən distrofiya (əhali arasında duzlaşma adı ilə tanınır) və onun son nəticəsi olan osteoxondroz sonra isə artrozdur. Bədəndə maddələr mübadiləsinin pozulması, oynağın qidalanmasının zəifləməsi, oynaq daxilindəki mayenin azalması nəticəsində oynaq qığırdağı distrofiyaya uğrayır, yəni yapıxır və nazikləşir. Nəticədə də oynaqlar bir-birinə sürtülür, qığırdağın tamlığı pozulur, sonda da dəhşətli ağrılar əmələ gəlməyə başlayır. Cavan yaşlardan oynaqları qorumaqla yaşlananda artrit və artroz kimi oynaq xəstəliklərinə tutulma riskini azaltmaq olar. Bunun üçün birinci növbədə hər gün açıq havada 1 saat yeyin addımlarla gəzmək və bol çiy su içmək önəmlidir. *Oynaq ağrıları zamanı faydalı resept:* Bal – 1 xörək qaşığı Çay sodası – 1 xörək qaşığı Naxçıvan duzu – 1 xörək qaşığı Xardal tozu – 1 xörək qaşığı Zeytun yağı rafinə olunmamış – 1 xörək qaşığı Komponentlər bir-birinə qarışdırılır, oynağın üstünə çəkilərək strec sellofanla örtülür, 2 saatdan sonra yuyulub təmizlənir. Və ya 5-10 baş sarımsaq (oynağın böyük və kiçikliyindən asılı olaraq) soyulur 20 dəq buxara verilir və 50-100 qram təzə qoyun quyruğu ilə qarışdırılır oynaq üzərinə qoyulur bağlanılır sellofan işlətmək olmaz. Bağlanandan sonra 3 gün oynaqda saxlanılır Fizulihuseynov.com ●●●●●●●●● *BÜTÜN OYNAQ AĞRILARINI QALDIRAN QARIŞIM.* *Oynaqlarda ağrılar əsasən əl, qol, ayaq, diz, bud çanağı oynaqları, bel, qulunc olmalar, boyun ağrıları, çiyin ağrıları və s. kimi oynaqlarda ağrılar hamının gördüyü ağrılardır. Bəzən bu oynaqların səbəbləri müxtəlif tipli revmatizmlər, revmatoidli poliartritlər və sadəcə artrit və artrozlar ola bilir. Yazdığım bu qarışımlar yuxarıda saydığım bütün ağrılarda və xəstəliklərdə faydalıdır. Bizim 2 qarışımımız olacaq həm məcun, həmdə oynaqlara sürtmək üçün dəmləmə, yaxşı olar bunları birlikdə istifadə edəsiniz, beləki birlikdə istifadəsi həm daxildən iltihab əleyhinə təsir göstərir məsələn, revmatizması və ya revmatoidli poliartriti olanlar üçün daxilə istifadə olduq qədər faydalıdır, həmdə yaxşı olar xaricdəki ağrıyan oynaqlara sürtəsiniz.* *1. MƏCUNUMUZ.* Dəfnə toxumu tozu 100 qram Sarıkök tozu 50 qram Birəriyyə tozu 50 qram Xardal tozu 30 qram Bal 1 kq *Deməli bitkilər quru olmalı, yaxşı üyüdülməli və bal ilə qarışdırılmalıdır. Məcundan gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı yemək lazımdır.* 2. Dəmləməmiz. 2 ədəd orta ölçülü göyərmiş kartof qabıqları 40 ədəd dəfnə toxumu 20 ədəd dəfnə yarpağı Su (təmizlənmiş) 400 qram Alma sirkəsi 50 qram Spirt 90 faizli 50 qram *Deməli yuxarıda yazdıqlarımı hamısını bir birinə qarışdırıb 20 gün qaranlıq və soyuq bir yerdə saxlamaq lazımdır. Yaxşı olar hər gün bir dəfə qarışdırasınız, 20 gündən sonra süzüb, suyunu ovucun içinə töküb ağrıyan yerləri masaj edin, ağrılarınız bir anda gedəcəkdir inşəəllah* Fizulihuseynov.com https://chat.whatsapp.com/D5ip4yTpOPpIVIAFl1bL58 https://t.me/saglamhaya
*Saat taxmaq ürəyə ziyandırmı?* Saatı qola taxmağın ürəyə heç bir ziyanı yoxdur. Bu iddia xalq arasında yayılmış yanlış bir şayiədən ibarətdir. Məsələ ilə bağlı diqqət yetirilməli olan əsas məqamlar bunlardır: Təzyiq və qan dövranı: Saatı çox bərk sıxaraq taxdıqda belə, bu yalnız biləkdəki kiçik qan damarlarını sıxa bilər və yerli keyiməyə səbəb olar; bu təsirin ürəyin fəaliyyətinə heç bir aidiyyatı yoxdur. Sol və ya sağ qol fərqi: Saatı sol və ya sağ qola taxmağın ürək sağlamlığı baxımından heç bir fərqi yoxdur. Ağıllı saatlar: Ağıllı saatların yaydığı aşağı tezlikli şüalanma (Bluetooth/Wi-Fi) və ya istifadə etdiyi sensorlar ürəyə zərər vermir. Əksinə, bu cihazlar pulse və ritm pozuntularını izləməyə kömək edir. (Yalnız bədəninə kardiostimulyator (kalp pili) implantasiya olunmuş şəxslər üçün biyoimpedans texnologiyalı bəzi ağıllı cihazlar həkim məsləhəti ilə istifadə olunmalıdır).
https://youtu.be/F8hp4GSkPms?si=5CZPpEXxjI9Y_E2P
https://youtu.be/0uufSHNVj_E?si=UClz4qCd3o6kPx6P
Misvak hələ qədim zamanlardan kortəbii şəkildə olsa da ağız sağlamlığı üçün istifadə olunmuşdur. İsl am peyğəmbəri Muhəmmədﷺ misvakı çox təqdir etmiş və insanların davamlı şəkildə istifadə etməsi üçün hədislər söyləmişdir. Məsələn, misvakla bağlı demişdir: “Əgər ümmətimə çətin olmasaydı, hər abdəst alanda misvakla dişlərini təmizləməyi əmr edər-dim”, “Sonra həzrəti Cəbrayıl mənə misvakdan o qədər danışdı ki, qorxdum ümmətimə fərz oluna”, “Misvaklanmaq ağızı təmiz edər, Rəbbimizi razı edər”. Peyğəmbərimizﷺ hər namazdan əvvəl, hər yeməkdən əvvəl və sonra, gecələr duran zaman misvakdan istifadə edirmiş və həyatının son anında belə gözləri misvaka dikilib qalıbmış. Həzrəti Aişə anamız mübarək dişlərini misvaklamış və ondan sonra Allahın dərgahına qovuşmuşdur. Bəli, misvak həqiqətən mübarək bir nemətdir. Misvak ərəb ölkələrində bitən əraq ağacının kökləridir, təxminən karandaş uzunluğunda kəsilir, dişə sürtən zaman uc hissəsi adi fırça şəklini alır və dişin hər tərəfinə keçə bilir. Olduqca faydalıdır, nəinki ağız boşluğuna, boğaza, qida borusuna, mədəyə, dişətinə, hətta misvakdan daimi istifadənin gözlərə belə faydası var. Həzrəti Əli (Allah ondan razı olsun) belə demişdir: “Misvakdan istifadə hafizəni gücləndirir, bəlğəmi aparır”. Misvakın tərkibində ağızı dezinfeksiya edən, dişləri parıldadan, diş ərpini əridən maddələr var, tərkibindəki zəngin flüor dişləri daha da sərtləşdirir, çürümənin qarşısını alır, diş ləkələrini təmizləyir. Tərkibindəki saponinlərin bəlğəmgətirici, iltihab əleyhinə təsirləri vardır, zəngin kalsium tərkibi isə sümük toxumasının strukturunu bərpa edir. Tərkibində beynimiz üçün ən çox lazım olan fosfor və əzələ sisteminin çalışması üçün əvəzolunmaz olan maqnezium külli miqdardadır. Maqneziumun orqanizmdə çatışmazlığı kalsiumun sorulmasında da problemlər əmələ gətirir. Tərkibində çox miqdarda olan kalium hüceyrələrin qidalanmasına, ürək əzələsinin, hafizəmizin düzgün çalışmasına yardımçıdır, duzun əlavə təsirini neytrallaşdırır. Hətta misvakda tapılmış kükürd dioksid bütün ağız boşluğu yaralarının sağalmasını təmin edən əvəzolunmaz bir nemətdir. Misvakın tərkibindəki uçucu efirlər ağız qoxusunu götürür və ağızdan xoş iyin gəlməsinə səbəb olur, ağız göbələklərini məhv edir. Misvakın tərkibindəki maddələr insanın ağız dadına təsir edən bütün bakteriyaları öldürür, dadbilməni yaxşılaşdırır, bundan başqa ağızın turşu-qələvi nisbətini normallaşdırır və beləcə başdan başa şəfa mənbəyi olaraq qalır. Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz. Fizuli Hüseynov
https://chat.whatsapp.com/D5ip4yTpOPpIVIAFl1bL58 *AĞIZ, BOĞAZ, MƏDƏ VƏ BAĞIRSAQLARI XƏRÇƏNGDƏN MİSVAKLA QORUYUN* Allahın bizə vermiş olduğu dəyərlərə sahib çıxanlar sağlam yaşayır, xəstəlikdən deyil, qocalıqdan dünyasını dəyişir. Ağızdan tutmuş bağırsaqlara qədər daxili orqanları xərçəngdən necə qorumaq olar? Bugün bütün dünyanın dəstəklədiyi bir fikir var ki, az dozada zəhər orqanizm üçün faydalıdır. Məsələn, ərik və şaftalı çəyirdəyi zəhərli maddə olan kalium-sianidlə zəngin olsa da, bugün xərçəngin profilaktikasında geniş istifadə olunur. Acı badamın daxilə qəbulunun xərçəng xəstəliyinin müalicəsində faydası da artıq dünya tərəfindən qəbul olunur. Lakin bütün bunlardan qat-qat faydalı olan bitki var və tərkibində az dozada sianidlər olduğundan Amerikada həmin bitkinin istifadəsi qadağandır. Bu, misvakdır. Bəli, misvak Amerika Səhiyyə Nazirliyi tərəfindən qadağan olunub. Maraqlıdır ki, ərik tumu tərkibindəki sianidlərə görə şiş xəstəliklərinin profilaktikasında istifadə olunduğu halda, misvak məhz həmin maddələrə görə qadağandır. Bunun yalnız bir məntiqli açıqlaması var, çünki misvak İslam dininin atributlarından biridir. Mən isə əksinə, misvakdan bol-bol istifadə etməyi tövsiyə edirəm, onun ağız boşluğu və boğaz xəstəliklərində müstəsna faydası var. Diş daşlarını əridir, ağızdan gələn pis qoxunu aradan qaldırır, angina, faringit kimi xəstəliklərin və kariesin qarşısını alır, ən əsası daimi istifadə zamanı xərçəngə tutulma riskini sıfra endirir. Xatırladım ki, misvak antibakterial təsirinə görə nanədən 20 dəfə güclüdür. Fizulihuseynov.com ●●●●●●●● *MİSVAQIN FAYDALARI* İnsanların böyük bir qismi elə fikirləşir ki, diş fırçaları ortaya çıxdı deyə artıq misvaka ehtiyac yoxdur, amma yazdığım məqaləni oxusanız və diş fırçası ilə misvak arasındakı fərqi görsəniz fikriniz dəyişə bilər. Misvak nəinki dişləri təmizləyir, həm dişləri, həm ağız boşluğunu infeksiyadan, yaralardan, qoxudan qoruyur, boğaz üçün də faydalıdır. Belə ki, misvakdan istifadə nəticəsində angina müalicə olunur, illərlə davam edən faringit aradan qalxır, insanın səsi gözəlləşir və ağciyərləri təmizlənir. Misvak çubuğunun ucu kəsiləndən sonra dişlərə sürtülür və fırça kimi açılır, dişləri təmizləyir, bu zaman həm də misvakın xüsüsi bir dadı gəlməyə başlayır. Dişlərə sürtünmə nəticəsində liflərin arasında olan yastıqcıqlar ağız boşluğuna yayılır ki, əsas təsir edən maddələr də elə onlardır. Sürtünmə nəticəsində dad yaranmırsa və uc hissə yapıxırsa, onda həmin hissəni qopardıb yenidən sürtmək lazımdır. Misvak 2 saata yaxın təsir edir və həmin müddətdə ağız boşluğunu qoruyur. Yaxşı olar ki, hər 2-3 saatdan bir misvakdan istifadə edəsiniz. Mən, əsasən xanımlarımıza misvakdan istifadəni məsləhət görürəm, bununla həm sünnə yayılar, həm də evdə xanım istifadə edərsə, uşaqlar da ona baxıb istifadə edəcək və bütün ailə misvakın faydasını görəcək. Hamiləlik dönəmində xanımların dişlərində problemlər əmələ gəlir, ağız və boğaz yaraları daha tez-tez yaranır. Çünki hamiləlik vaxtı mədədə turşuluq artır, bunun nəticəsində ağızda turşu-qələvi balansı pozulur. Bu səbəbdən də misvak xanımlar üçün çox faydalıdır. Əgər hamilə xanımlar dişlərini hər 2-3 saatdan bir misvaklasalar, heç bir ağız və diş problemi ilə rastlaşmazlar. Misvak mənşəyindən asılı olmayaraq bütün ağız qoxularını aradan qaldırır. Əgər misvakdan istifadə edə bilmirsinizsə, barmağın yarısı qədər misvak çubuğunu yarım stəkan suda 10 dəqiqə dəmləyin və bu su ilə ağızı qarqara edin. Tez-tez qanayan dişəti xəstəliklərində, ağız yaralarında, boğazgəlmələrdə çox faydalıdır. Nəzərinizə çatdırım ki, Amerikada səhiyyə nazirliyi tərəfindən üçün istehsal olunan və bütün dünyanı zəhərləyən aspartam maddəsi həm içkilərə, həm də diş məcunlarına qatılaraq dünyaya satılır. Ağızda 80-ə yaxın bakteriya tapılmışdır ki, bunların 12-si diş çürümələrinə səbəb olur. Misvak bu bakteriyaların əksəriyyətini məhv edir. Xatırladım ki, Bakıda yetişən mübarək zeytun ağacının köklərindən də misvak kimi istifadə edilə bilər.