tgindex
🌺QƏDİM TƏBABƏTLƏ SAGLAM OL 🌺

🌺QƏDİM TƏBABƏTLƏ SAGLAM OL 🌺

Статистика

Bunu yaxşı deyib bir dərman satan, Sağalmaq istəsən iç acı dərman ! Xəstəyə qənd vermək xoş deyil, inan Xəstə fayda görər acı dərmandan .. ✍️Sədi Şirazi . https://t.me/+IG7TyxAsM4w5MzNi

Последний пост
4 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
az
В каталоге с
13 авг.
Подписчики
1 591
−3 за 4 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
210
20 постов
Вовлечённость
13,2%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
130
1/48двое суток
148
1/72трое суток
160

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • без подписи

  • Bir çox insan hipertoniyadan, yəni yüksək arterial təzyiqdən əziyyət çəkir. Vaxtında müalicə olunmayan hipertoniya xəstəliyi insanın sağlamlığı və hətta həyatı üçün təhlükəli hesab olunur. Belə ki,  Uzun müddət müalicə olunmayan yüksək təzyiq miokard infarktına, insulta, ürək çatışmazlığına, qulaqcıqların səyrici aritmiyasına, aşağı ətraf damarlarının xəstəliklərinə, görmə qabiliyyətinin itirilməsinə və böyrək çatışmazlığı kimi fəsadlara yol aça bilər. Bu məqsədlə insanlar daha çox həblərdən istifadəyə üz tuturlar. Amma unutmayın ki,  bir qutu dərman içməklə siz bu xəstəliyi müalicə etmiş sayılmırsınız. Bəzən xəstələr hətta 2 və daha çox hipotensiv dərmanlar içirlər. Bu dərmanların bir qrupu sidikqovucudur, kaliumun bədəndən xaric olmasına səbəb olur,  bir qrupu qanda sidik turşusunun miqdarını artırır, artroz və oynaq ağrılarına səbəb olur. Bir qrupu isə qaraciyəri, mədəni və mədəaltı vəzi zədələyir. Yəni  bu dərəcədə sintetik həblərə bağlanmaq düzgün deyil. Həm də bilmək lazımdır ki, istifadə olunan nə qədər  keyfiyyətli dərmanlar olsa da, orqanizmdən asılı olaraq fərqli reaksiya verilir. Və xəstənin özbaşına bu preparatlardan, eləcə də bitkilərdən istifadə etməsini məsləhət görmürəm. Çünki əslində yüksək təzyiq orqanizmimizin çağırış simptomudur, o ayrıca bir xəstəlik deyildir. Yəni onun kökündə hansısa bir problem, xəstəlik durur. İlk növbədə yaxşı olar ki, yüksək təzyiqdən əziyyət çəkənlər artıq çəkilərini qaydaya salsınlar, aktiv həyat tərzi sürsünlər, xörək duzundan çox istifadə etməsinlər.    Hipertoniyada bu orqanları yoxlatmaq lazımdır: beyini, ürəyi, böyrəyi və böyrəküstü vəzi. Qeyd etdiyimiz kimi ilk olaraq bu orqanlar zədələnir, ona görə də, bunları yoxlamaq lazımdır. Eləcə də qanda xolesterinin yüksək səviyyəsi təzyiqin də yüksəlməsinə səbəb olur. Osteoxondroz və fəqərəarası disk yerdəyişmələri baş beyni qidalandıran vertebral arteriyaları sıxır və arterial təzyiqin yüksəlməsinə səbəb olur. Hipertoniyanın digər səbəbi isə əsəb, stress və gərginlikdir.Təzyiqi normallaşdırmaq üçün təkrar olaraq qeyd edirəm ki, mütləq şəkildə qidalanmaya diqqət edilsin. Hər gün balqabaq şirəsi içməyi tövsiyyə edərdim. Bu şirə qaraciyər, böyrək və ümumiyyətlə orqanizm üçün çox gözəl bir detoksdur. Hər yemək və salatlarınızda limon və sirkədən istifadə edin. Təzyiqə qarşı reseptlər:1 litr siya 1 limonu sıxırsınız, 1 çay qaşığı sürtkəcdən keçirilmiş təzə zəncəfil , 1 çay qaşığı bal və 1 xörək qaşığı alma sirkəsi əlavə edirsiniz. Və bu suyu gün ərzində içirsiniz.   2 xörək qaşığı yemişan meyvələrini 3 stəkan 80 dərəcəlik suda termosda dəmləyirsiniz. Sabahısı gün  isə gündə 3 dəfə olmaqla yeməkdən 1 saat öncə 1 stəkan içirsiniz. Bəzən yüksək təzyiqli xəstələrin ayaqlarında şişkinlik olur. Bu zaman yemişanla birlikdə ayirica sidikqovucu bir bitkidən məsələn: gilas saplaqlarından və qarğıdalı saçaqlarından  istifadə edə bilərsiniz. Hər bitkidən bir xörək qaşığı olmaqla yuxarıdakı qaydada dəmləyib, qəbul edirsiniz.  Yunan lavandası və ballı nanə bitkilərindən hərəsindən bir xörək qaşığı olmaqla 3 stəkan suda 15-20 dəqiqə dəmləyib, əvvəlki reseptdə qeyd olunan qaydada içirsiniz. Hipertoniyanın ən xeyirli müalicələrindən biri də hirudoterapiya və mütəmadi olaraq həcəmət etdirməkdir. Bütün bu bitkiləri kompleks şəklində qəbul etsıniz bir neçə həftə ərzində təzyiqiniz normal vəziyyətə düşəcəkdir. Bundan sonra bitkilər azaldılır və yalnlz yemişan dəmləməsinə davam edilir RESEPET Fizuli Huseynov.

  • Mətni hazirladı İnzibatici Həvva RESEPET Fizuli Huseynov

  • Səhf bildiyin duzlər kitabi ndan bir parca. İstəyən şəxslər bu nomrə ilə əlaqə saxlaya bilər. Catdirlma var. 📞 Sifariş üçün: 055 604 09 97

  • без подписи

  • ​Bizi Biz Edən Dəyərlər Və Müasir Ziddiyyətlər ​Hər bir xalqı yaşadan, onu digərlərindən fərqləndirən və ayaqda saxlayan onun kökləri, mənəvi dəyərləri və namus-qeyrət anlayışıdır. Tarix boyu Azərbaycan qadını təkcə gözəlliyi ilə deyil, həm də mənəvi ucalığı, həyası, isməti və xanımlığı ilə seçilib. Bizim analarımız, bacılarımız ailənin dirəyi, iffətin və məğrurluğun simvolu olublar. ​Lakin bu gün sosial şəbəkələrin sürətli inkişafı və virtual aləmin gətirdiyi bəzi meyllər bizi dərin düşüncələrə və təəssüfə sövq edir. Günü-gündən artan açıq-saçıqlıq, şəxsi həyatın və bədənin virtuallıqda nümayiş etdirilməsi milli düşüncəmizlə üst-üstə düşmür. ​Bu Torpaq Və Bu Qan Nəyin Naminə Verildi? ​Bu torpağın hər qarışı uca tutulan dəyərlərimiz, namusumuz, bayrağımız və azadlığımız uğrunda canından keçən minlərlə igid oğulun qanı ilə suvarılıb. Şəhidlərimiz canlarını qurban verərkən: ​Ana-bacılarımızın isməti tapdanmasın, ​Milli kimliyimiz və ləyaqətimiz qorunsun, ​Düşmən qarşısında başımız həmişə dik olsun deye döyüşdülər. ​Bu gün sosial şəbəkələr sadəcə öz aramızda olan bir mühit deyil. Ora geniş bir meydandır dost da baxır, düşmən də. Bizim hər bir hərəkətimiz, paylaşımımız bütöv bir xalqın mədəniyyətini və mənəviyyatını təmsil edir. Düşmən elinə keçməsin deyilən o müqəddəs dəyərləri öz əlimizlə virtual aləmə çıxarmaq, bədən üvlərini nümayiş obyektinə çevirmək babalarımızın ruhuna, şəhidlərimizin əmanətinə sayğısızlıqdır ​Mənəvi İrs və Məsuliyyət Azərbaycan xanımına yaraşan xanımxatunluqdur, ailəcanlılıqdır, naməhrəmdən həya etməkdir. Müasirləşmək və ya azad olmaq mənəviyyatdan, həyadan imtina etmək demək deyil. Əsl kübarlıq və gözəllik açıq-saçıqlıqda deyil, əxlaqi ucalıqda və mənəvi zənginlikdədir ​Biz öz köklərimizə, milli-mənəvi kəramətimizə qayıtmalı, virtuallığın gətirdiyi müvəqqəti bəzəklərə aldanmamalıyıq. Çünki Azərbaycan qadını hər zaman öz ləyaqəti ilə dünyada tanınıb və bundan sonra da elə kalmalıdır

  • без подписи

  • без подписи

  • Bir həkim üçün ən çətin, adamı ən çox çarəsiz qoyan xəstə öz valideynidir. Çünki heç sözə baxmırlar, nə deyirsən eləmirlər, hər şeyə bir inad tapırlar. Xəstə yad olanda, söz eşitməyəndə 'özü bilər' deyib birtəhər baş qoşmaya bilirsən. Amma canından bir parça, öz valideynin olanda və sənə qulaq asmayanda adam əsəbdən, o çarəsizlikdən az qala başını divara vurmaq istəyir https://t.me/+IG7TyxAsM4w5MzNi

  • İlahi Qadağanın Hikməti Alkoqolun Dünyadakı Dəhşətli Fəsadları ​Uca Allahın haram buyurduğu hər bir qadağanın arxasında insanı qoruyan böyük bir hikmət dayanır. Bu gün bəzilərinin nə olacaq ki, boş ver deyərək özlərinə halal etməyə çalışdıqları içki (alkoqol), əslində həm bədəni, həm ruhu, həm də cəmiyyəti daxildən məhv edən bir zəhərdir. Gəlin, bu haramın dünyada törətdiyi dəhşətli fəsadlara nəzər salaq: ​🔴 1. Sağlamlığın və Orqanların Məhvi ​İçki bədənə daxil olduğu andan etibarən başda qaraciyər olmaqla, bütün daxili orqanları çürüdür. Qaraciyər sirrozu, beyin hüceyrələrinin ölməsi və ürək çatışmazlığı alkoqolun bədənə vurduğu ən ağır zərbələrdəndir. Allahın bizə əmanət etdiyi bu canı öz əlimizlə zəhərləməyin bədəli çox ağır olur. ​🔴 2. Ağlın İtirilməsi, Namus və İffətin Tapdanması ​İçkinin ən qorxulu tərəfi insanın ağlını başından almasıdır. Ağıl gedəndə isə insanı heyvandan ayıran heç bir sərhəd qalmır. İffət, namus və mənəviyyat hissləri korşalır. İçki insanı elə bir rəzil hala salır ki, gözü heç nəyi görmür, vəhşiləşir və hətta öz doğmalarına belə zərər yetirəcək, təcavüz edəcək qədər alçalır. ​🔴 3. Cinayət və Bəlalara Yol Açması ​Alkoqol bütün pisliklərin açarıdır. Ağlı başında olmayan insan ən ağır cinayətləri belə saniyələr içində törədir. Üstəlik, içkili mühitlərdə olmaq insanı etmədiyi cinayətlərin belə şübhəlisi və günahkarı edir, başqalarının günahı onun boynuna yıxılır. Həyatlar bir saniyəlik sərxoşluq ucbatından dəmir barmaqlıqlar arxasında məhv olur. Görürsünüz, Allahın buyurduğu haramdan heç vaxt xeyir gəlmir ​Bu gün bu zəhərə əyləncə deyənlər, sabah iş işdən keçəndə, sağlamlıqlarını, ailələrini və mənəviyyatlarını itirəndə başlarına döyüb ağlayırlar. Amma onda artıq çox gec olur... ​Gəlin Allahın hüdudlarını aşmayaq, həm bu dünyamızı, həm də axirətimizi öz əlimizlə atəşə atmayaq ✅Bu post bəyəndisə ətrafinla paylaş Əziz dost https://t.me/+IG7TyxAsM4w5MzNi

  • Hicab uşağın hüququnu pozur, yoxsa başqa amillər? Gəlin, uşaqların hüquqlarını və həyatlarını əslində nələrin alt-üst etdiyinə nəzər salaq: ​Valideynlərin məsuliyyətsizliyi və pis rəftarı, ​Ananın xəyanət edib başqa biri ilə qaçması (bu zaman hüquq sadəcə pozulmur, uşağın dünyası alt-üst olur), ​Atanın başqa bir qadına görə uşağını və ailəsini atması, uşağa təhqir və söyüş rəva görməsi, ​Valideynlərin narkotik və ya alkoqol aludəçisi olması, ​Valideynlərin ciddi psixoloji problemlərinin olması və uşağa travma yaşatması, ​Əxlaqsız qohumların mühitində böyümək, ​Uşağın doğmaları və ya qohumları tərəfindən (Allah uzaq etsin) təcavüzə və istismara məruz qalması, ​Maddi imkansızlıq ucbatından uşağın günlərlə evdə ac qalması, ​Köhnə geyimlə məktəbə getdiyi üçün həmyaşıdları tərəfindən lağa qoyulması və sıxışdırılması, ​Müəyyən səbəblərdən təhsildən geri qalması və s. ​İndi siz deyin Hicab uşağın hüququnu necə və hansı əsasla pozur? Biz hicab bağlayıb, ən yüksək səviyyədə təhsil alan, uğur qazanan neçə-neçə xanımın şahidiyik. Allahın buyurduğu qanunlardan insana heç vaxt ziyan gəlməz. Amma Onun haram buyurduğu hər bir əməldə mütləq bir zərər və bəla gizlənmişdir ❌ Usaqlari fikirləsib deyilər. Ya hicabin əlehinə danisirlar. Əgər həqiqətən usaqlari fikirləsirlərsə. O qədər təhsildən yayinan usaqlar var. Imkansizliqdan oxuya bilməyən. Vəziyyətləri yaxsi olmayan usaqlar. Onlara komək etsinlər. Gorun edeceklər.

  • Simalardakı Gizli Həqiqət: Nur və Zülmət ​Heç dinin, müqəddəs dəyərlərin əleyhinə danışan insanların simalarına diqqətlə baxmısınızmı? Bir anlıq dayanın və baxın... Onların üzlərindəki o kini, nifrəti, daxili hiddəti aydınca görmək mümkündür. Zaman keçdikcə, ömür ötdükcə sanki o simaların rəngi tündləşir, kömür rənginə çalır. Allah hər kəsə yaşlandıqca onun daxili aləminin, kimliyinin haqq olan real görüntüsünü elə üzündəcə əks etdirir. İnsanın qəlbindəki qaranlıq, gec-tez onun zahirinə sızır. ​Amma indi də dönün və bir möminin simasına diqqətlə baxın... Söhbət əsl mömindən, qəlbi Allah sevgisi ilə döyünən şəxsdən gedir. Onun üzünə baxanda daxildən gələn bir işıq, bir parıltı görərsiniz. ​Burada söhbət standart zahiri gözəllikdən getmir; söhbət simanın nurundan, o ilahi işıqdan gedir. Bir insan danışanda onun gözlərinə və süzülən ifadəsinə diqqət yetirin. Çünki sima və əsasən də gözlər — insanın daxili dünyasının, ruhunun güzgüsüdür. Qəlbi təmiz olanın üzü nurlu, qəlbi kinlə dolu olanın siması isə zülmət olar

  • без подписи

  • ​🚨 Reytinq Xatirinə Yalan Yayanlar və Bütün Kütləni Günaha Sürükləyənlər! ​Bu gün bəzi insanlar sadəcə baxış sayı, bəyənmə və reytinq qazanmaq üçün heç bir araşdırma aparmadan, həqiqəti tam aydınlaşdırmadan yalan xəbərlər yayırlar. Hər şey sizə bu qədər asand gəlir? Amma unutmayın ki, bunun hesabı hər iki dünyada çox çətin olacaq! ​Görün bu yalan xəbərə nə qədər insan baxır, inanır və altına şərhlər yazır Bir yalanla təkcə özünüzü yox, sizə inanan, o xəbəri paylaşan və şərh yazan bütün bir kütləni də özünüzlə bərabər günaha salır, cəhənnəm oduna sürükləyirsiniz! Bir xəbərin tam əslini, astarını aydınlaşdırmadan, dəqiqləşdirmədən cavab yazmayın, yaymayın və şərik olmayın! ​Hər kəs ağzından çıxan sözə, paylaşdığı xəbərə diqqət etsin. Virtual dünyada qazanılan üç-beş bəyənmə, axirətdəki böyük əzaba dəyməz. Özünüzü də, insanları da fəlakətə aparmayın ❌​Bir xəbəri tam aydınlaşdırmamış cavab yazmayın, paylaşmayın! Sizə hər şey asand gəlir, amma sorğu-sualı çox çətin olacaq Secim indi sizindir. Ya bir iki nəfərin həvəsinə dusub. Komentdə nə gəldi yazmaq Hər iki dunyani yandirmaq. Yada hər iki dunyavi xeyirli etmək

  • ​Aşura günləri yaxınlaşanda bəziləri göbələk kimi yerdən çıxırlar. Başlayırlar Şəhid Polad Həşimovun və Şəhid Mübariz İbrahimovun adından istifadə edərək Peyğəmbər ({s.ə.s}) balasına, ailəsinə nifrət qusmağa, onları təhqir etməyə. ​Mənə bir şey çox maraqlıdır: Əgər o qəhrəman şəhidlərimiz bu gün sağ olsaydılar, bunların onların qarşısına çıxıb Peyğəmbər övladını təhqir etməyə cəsarətləri çatardımı? Şəhidlərimiz elələrinə şillə kimi cavab verərdilər! ​Buradan o şəhidlərin ailələrinə də səslənirəm: Sizin övladlarınız heç icazə verərdilərmi ki, kimsə onların adından istifadə edib Peyğəmbər ailəsini təhqir etsin? ​Polis, aidiyyəti qurumlar niyə bu şəxslərə qarşı tədbir görmür? Axı niyə şəhidlərimizin adından belə çirkin məqsədlər üçün istifadə edib, onların ruhunu narahat edirlər? Hələ o rəylərdə (komentlərdə) onlara dəstək yazanları demirəm... ​Unutmayın, sabah Qiyamət günü bütün şəhidlər, başda Mübariz və Polad olmaqla, sizin yaxanızdan yapışacaq! Haqqlarını tələb edib deyəcəklər: "Niyə bizim adımızdan istifadə edib Peyğəmbəri və onun ailəsini təhqir edirdiniz? Sizin məqsədiniz bizi tanıtmaq yox, İmamı gözdən salmaq idi! Tanıtmağın başqa yolları da var idi!" ​Onlar (şəhidlər) uca məqamdan bizə səslənir: "Yaxşı, bəs sizlər niyə buna göz yumur, icazə verirsiniz

  • Sizdən soruşmayacaqlar ki, niyə Peyğəmbərin ({s.ə.s}) balasını, nəvəsini təhqir edənlərə icazə verirdiniz? ​Sizdən soruşmayacaqlar ki, şəhidlərin adından yalandan istifadə olunmasına niyə göz yumurdunuz? ​Bu gün bəziləri şəhidlərin adından istifadə edərək Peyğəmbər canparçasını açıq-aşkar təhqir edir, şəhidlərimizin də ruhunu narahat edirlər. ​Bunun qarşısında nə cavab verəcəksiniz? ​Allah istəsə, o danışanları bir qurtum su ilə boğar. O insanlar əslində sizin sınağınızdır! Çünki bu sınaqdan yalnız qorxmadan, çəkinmədən Peyğəmbər və Onun ailəsini təhqir edənləri, tənqid edənləri yerində otuzduranlar keçəcək

  • ​GÜNLÜK ARIQLAMA MENYUSU: Sağlam və Effektiv! ​Artıq çəkidən qurtulmaq və bədəni toksinlərdən təmizləmək istəyənlər üçün xüsusi, doyumlu və balanslı günlük qidalanma planı. Tərkibindəki detoks suyu maddələr mübadiləsini sürətləndirməyə kömək edəcək. ​🌅 SƏHƏR YEMƏYİ — Saat 09:00 ​Enerjili və tox bir başlanğıc üçün: ​🥚 1 ədəd qaynadılmış yumurta ​🧀 20 qr azyağlı pendir ​🍞 1-2 ədəd suxari VƏ YA 1 dilim kəpəkli çörək ​☀️ GÜNORTA YEMƏYİ — Saat 14 :00 ​💧 Yeməkdən əvvəl 2 stəkan su ​🍲 Toyuqlu Tərəvəz Supu: ​Tərkibi: 100 qr toyuğun sinə əti, 1 ədəd pomidor, 1 ədəd soğan, 1 ədəd bibər, 1 ədəd kök və bol göyərti. ​🌆 AXŞAM YEMƏYİ — Saat 19:00 ​Yüngül və həzmi asan ​🥩 100 qr buxarda və ya sobada bişmiş sinə əti kotleti ​🥗 Bol tərəvəz salatı (zeytun yağı və limon şirəsi ilə) ​ GÜNƏRZİNDƏ Piyləri Əridən Detoks Suyu ​Gün boyu hissə-hissə içmək üçün hazırlayın: ​🍋 2 dilim limon ​🥒 1 ədəd təzə xiyar (dilimlənmiş) ​🌿 Bir neçə budaq petruşka (cəfəri) ​🫚 1 çay qaşığı rəndələnmiş təzə zəncəfil ​🍶 1 litr qaynar su ​Hazırlanması: Bütün məhsulları 1 litr qaynar suya əlavə edib bir neçə saat saxlayın. Bu qarışıq maddələr mübadiləsini aktivləşdirir və piylərin yanmasını sürətləndirir.Və Səhər duzəldir Siz. Gunorta yemeyinden yarim saat sonra icilir. Axsam 19 :00 kimi qurtarmalidir yekun edirsiz. Təzyiqi Şəkəri qəfil duşənlərə olmaz. Yuruş mutləqdir. Yaxsi olar ki axsam 7 dən sonra yemek yeyilməsin. Duz Səhər saat 10 kimi. Əgər narahatciliqiniz yoxdursa ​Hər gün bu cür faydalı menyular və qədim təbabət sirlərindən xəbərdar olmaq üçün kanalımızı izləməyə davam edin!

  • Bəzi insanlar soğan doğlayarkən gözlərinin yanmasından narahat olduqları üçün bu faydalı işdən qaçırlar, amma əgər bilsələr ki, soğan doğlamaq zehni sağlamlığa nə qədər kömək edir, heç vaxt bu işi tərk etməzlər. Soğan doğlamaq və nəticədə yaranan göz yaşları və yanma, gözlərin daha yavaş yaşlanmasına səbəb olur və böyüklük yaşlarında katarakt və göz qocalığından qoruyur. Soğan doğlayarkən mümkün qədər çox ağlayın, çünki bu gözlərin parlaq olmasına və beyninizdən hər cür çirkinin təmizlənməsinə səbəb olur. Ona görə də, gözlərinizin yanmasından qorxmayın və mümkün qədər çox soğan doğlayın ☑️ Əgər oxudunuzsa, bəyənməyi unutmayın

  • ♻️ #Mizaçşünaslıq ✅ Öz mizaçını tanımaqla və ona uyğun qidalanmaqla (məsələn, əgər isti və nəm mizacın varsa, soyuq və quru qidalar qəbul etməklə və ya isti-nəm qidalardan az istifadə etməklə) daha sağlam və keyfiyyətli bir həyat sürə bilərsən. 🔹 Dörd əsas mizacın bəzi pozuntuları və xüsusiyyətləri: ✅ Səfra (İsti və quru): 🔸 Dərinin və göz ağlarının sarı və ya zeytun rəngində olması 🔸 Ağızda acılıq hissi 🔸 Dildə kobudluq və quruluq 🔸 Sərt və aydın bədən üzvləri 🔸 Sürətli nəfəsalma 🔸 Burnun, dərinin quruluğu və bəzən qabıq-qabıq tökülməsi 🔸 Güclü susuzluq 🔸 İştahasızlıq 🔸 Ürəkbulanma hissi 🔸 Dəridə iynə batması kimi hiss 🔸 Yuxusuzluq və narahat, səthi yuxular 🔸 İşlərdə tələsiklik və səbirsizlik 🔸 Yuxuda müharibə və od görmək 🔸 Narahatlıq və təşviş 🔸 Tez əsəbləşmək 🔸 Çıxıntılı sümüklər 🔸 Üzdə aydın qırışlar ✅ Dəm (İsti və nəm): 🔹 Bədəndə ağırlıq hissi, xüsusilə göz arxası, baş və gicgahda 🔹 Əsniyib gərilmək 🔹 Bahar fəslində tez-tez mürgüləmək 🔹 Diqqətsizlik və yayınma 🔹 Yavaş anlama 🔹 Səbəbsiz yorğunluq 🔹 Ağızda şirin dad 🔹 Qızarmış dil 🔹 Yaraların qaşınması 🔹 Halsızlıq və çox yatmaq 🔹 Üz və bədəndə qızartı 🔹 Bədəndə damarların qabarması 🔹 Susuzluq 🔹 Dərin və rahat yuxu 🔹 Əllərin içinin isti olması 🔹 Dərinin yumşaq və isti olması ✅ Bəlğəm (Soyuq və nəm): 🔹 Üz və bədənin ağarması 🔹 Əzələlərin boş və süst olması 🔹 Dərinin soyuq və yumşaq olması 🔹 Ağız suyunun çoxluğu və yapışqan olması 🔹 Az susamaq 🔹 Həzm zəifliyi 🔹 Turş gəyirmə və reflüks 🔹 Sidiyin rənginin ağ olması 🔹 Çox yatmaq 🔹 Yorğun və halsız olmaq 🔹 Yavaş anlama 🔹 Az hərəkətlilik və tənbəlliyə meyl 🔹 Yuxuda su, qar, yağış və dolu görmək ✅ Sovda (Soyuq və quru): 🔸 Dəridə quruluq, qırış və solğunluq 🔸 Dəridə tünd ləkələr 🔸 Tədricən arıqlamaq 🔸 Gözaltı çökəkliklər 🔸 Qadınlarda gecikmiş menstruasiya və tünd rəngli laxtaların ifrazı 🔸 Kobud reaksiyalar 🔸 Xəyalpərəstlik 🔸 Ətraf mühitin və danışığın təsirində qalmaq 🔸 Üzdə qırışların çoxalması 🔸 Üzülmək və kədərli olmaq 🔸 Hər şeyi içində saxlamaq 🔸 İş və zəhmətdən qaçmaq, amma davamlı və sabit olmaq 🔸 Həddindən artıq düşünmək və obsesiv fikirlər 🔸 Az danışmaq 🔸 Ümidsizlik, qorxu, narahatlıq və şübhə 🔸 Kabus və yuxusuzluq 🔸 Şeir və siyasətə maraq 🔸 Bədəndə tük çoxluğu 🔸 Saxta aclıq və tez-tez yemək 🔸 Baldır, boğaz və qırtlaqda əzələ tutulmaları və top kimi hiss 🔸 Mədədə yanma və daralma hissi

  • без подписи