tgindex
SƏLƏFİN ƏXLAQI

SƏLƏFİN ƏXLAQI

Статистика

Admin: Mədinə İslam universitetinin tələbəsi: Sahib Əsədov

Последний пост
15 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
7
Всего постов
25
Тип
открытый
Язык
az
Категория
Религия
В каталоге с
12 авг.
Подписчики
1 872
−9 за 6 дн.
Сутки
+1
+0,05%
Неделя
 
Месяц
 
Просмотров на пост
196
25 постов
Вовлечённость
10,5%
к подписчикам
Постов в день
1,0
всего 25
Упоминаний
6
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
106
1/48двое суток
121
1/72трое суток
131

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • Allah hər şeyin xaliqidir. O, hər şeyi qoruyandır. Göylərin və yerin açarları Ondadır. Məhz Allahın ayələrini inkar edənlər ziyana uğrayanlardır. De: “Mənə Allahdan qeyrisinəmi ibadət etməyi əmr edirsiniz, ey cahillər?!” (əz-Zümər. 62-64).

  • без подписи

  • Bir günah sənindir, bir günah mənim! Bir gözünü mən əydim, bir gözünü sən, Niyə narazıyıq bu tərəzidən? Sən çeşmə qurudan, mən ağac kəsən, Bir günah sənindir, bir günah mənim. Bu südə su qatıb hərə bir qaşıq, Arını şəkərə dadandırmışıq. Bazarın yağı şor, balı qarışıq, O mətah sənindir, bu mətah mənim. Söz sözə gələndə sən nəfsi qıran, Mən dünya malına göz yumub duran. Amma ayrılıqda daşı da yaran, Bir tamah sənindir, bir tamah mənim. Görürük bu silah vurmur hədəfə, Vurmur, ha atırıq mininci dəfə. Əlimiz dolaşıb düşüb kələfə, Bir əl gah sənindir, bir əl gah mənim. Qoyma yalanımız qalxsın ayağa, Hay deyirik, haya gəlmirik, qağa. Sözü güləşdirib əhdi danmağa, Bir "vallah" sənindir, bir "vallah" mənim. Yamanca ustayıq hər ehtiyatda, Dostluq şirnisi də dilimiz altda. Amma yaman günə əlimiz altda, Bir silah sənindir, bir silah mənim. Ömür təsəllidi, ümid sabahdı, İndi öz xeyrinə çoxu agahdı. Hərə dolanışa bir cür nikahdı, Bir nikah sənindir, bir nikah mənim. Orda bulanıq su hopur torpağa, Burda üzə çıxıb dönür bulağa. Hələ ki vaxtımız var durulmağa, Bir sabah sənindir, bir sabah mənim... ✍ Müəllif: Xalq şairi Musa Yaqub t.me/selefinexlaqi

  • https://youtu.be/zMMGjOqqreI?si=r0vhmb0JjOyQTzQH

  • Bir müddətdir ki, Azərbaycanda şah İsmayıl Xətai (etdiyi bəzi tarixi xətalara görə Xətai nisbətini almış tarixi şəxsiyyət) mövzusu gündəmdədir. Bəziləri onun tənqid edilməsinə elə qarşı çıxırlar ki, sanki onların təriqətinə görə 14 məsumdan birinə sataşmısan. Mövzunu təriqət müstəvisinə qaldırırlar. İslam əqidəsinə görə bu dində "məsum", "günahsız" "qorunmuş" bir nəfər var. O da Allahın elçisi Muhəmməd sallallahu aleyhi və səlləmdir. Ondan başqa hər kəs səhv edə bilər. Tarixi şəxsiyyətlər tarixçilər tərəfindən ən azından vəfatından sonra müzakirə edilə bilər. Bu elementar məsələni başa düşməyən adamlardan nə desən gözləmək olar. Axı onlar Muhəmməd Peyğəmbərin təlimini belə doğru-düzgün anlamayıblar. Peyğəmbərin ən yaxın silahdaşlarına, səhabələrinə demədikləri qalmayan adamlar, Peyğəmbərin həyat yoldaşını belə təhqir edən adamlar sünnü qətliamı etməsində şəkk-şübhə olmayan bir "şahı" toxunulmaz elan edir, bunun üzərindən gah deputata, gah tarixçiyə, gah islamşünasa küçə söyüşləri ilə təhqirlər yağdırır, dövlətdən kimlərisə cəzalandırmasını tələb edir, özlərini altı əsr öncə yaşayan bir şahın saray əyanları kimi aparırlar. Unudurlar ki, biz müstəqil Azərbaycanda yaşayırıq! Mövzunun qoyuluşundan, edilən məzhəbyönümlü hücumlardan da görünür ki, düymənin bir ucu hansı xarici ölkədən basılıb. Dövlət ağlı emosional düymələrlə işləmir. Hamı dövlətə məsləhət verə bilməz. Dövlət nəyin xalqın istəyi, nəyin isə kənardan basılan düymə olduğunu yaxşı bilir. Odur ki, belə mövzuları öz mütəxəssisləri sorğulaya bilər. ✍️ Yazdı: Sahib Əsədov t.me/selefinexlaqi

  • https://youtu.be/MWR28Xs8p5Y?si=2y_CPKic-zjSVOyU

  • без подписи

  • https://youtu.be/cLoNRCtpgWM?si=8R5ZqdtUEpTNdX9l

  • без подписи

  • https://youtu.be/VMGyOXZ0TqI?si=GApr3vzGF81mONOa

  • https://youtu.be/FH94p383ab0

  • https://youtu.be/NaY3lhY87-4?si=OLjoda_BaAMW0gJn

  • https://youtu.be/W2rwA8JjdJM?si=EIYFYauXXn_uj0qE

  • https://youtu.be/Zs-LpI7hbIE?si=KCjP0bJkazo4X0lT

  • https://youtu.be/8XH7-IVvOx4?si=OUTxfEbDso8RpRXK

  • Xalq şairi Nəriman Həsənzadə vəfat edib. Allah rəhmət eləsin! Allaha inanan, zərif, kövrək qəlbli biriydi. Onun vəfatı məni də üzdü və düşündürdü. Çünki ədəbiyyat cameəsinə yad biri deyiləm. Özüm də şeirlər yazır və vaxt olduqca bu sahəni izləyirəm. Nəriman Həsənzadənin bir-iki kitabı bizim evdə də olub. Amma mən daha çox dini şeirlər yazırdım deyə, onun kitabını tam oxumamışdım. Bəlkə də vərəqləmişdim desəm, daha doğru olardı. Buna baxmayaraq, onun yaradıcılığını və şəxsiyyətini bilirdim. Mənim həyat düsturumda bizim cəmiyyətin insanlarına fərqli bir baxış var. Hər dünyəvi sahədə uğurlu insanı bir də "Allah adamı" kimi təsəvvür etmək var daxilimdə. Məsələn, filankəs dindar olsaydı, görəsən hansı elmi sahənin adamı olardı? Yaxud hansı sahədə İslama xidmət edə bilərdi? - deyə ağlıma fikirlər gəlir. Nəriman Həsənzadə barədə də düşündüm. Düşündüm ki, belə bir adam inanclı olsa da sovet təsirinə məruz qalmayıb Allah adamı, dinə riayət edən biri olsaydı, görəsən necə insan olardı? Amma daha düzünü Allah bilir! Bircə onu bilirəm ki, pis insan olmadı və xalqın adamı olmağı bacardı. Amma üzüldüm ki, gərək "Allah adamı" da olmağı onun yolunda çalışmaqla da bacarardı. Onu bu şərəfə layiq görürdüm. Xeyirlisi! O, "Şeyxim" adlı şeirinin əvvəlində dahi Nizaminin "peyğəmbərlərdən sonra şairlər gəlir" ifadəsini ona görə yazmışdı ki, şairlər xalqın ruhuna toxuna bilən, islah yoluna töhfə verə bilən insanlardır. Bəli, o bunu qəsd edirdi. Nəriman Həsənzadə özünü "Mən ki, tanrı şairiyəm, tanrınmı yoxdur?! " deyə ifadə edərkən Allaha bağlılığını, sonsuz güvənini də ifadə edir, o cümlədən də ruhlara, qəlblərə toxunan biri olduğunu demək istəyirdi, hansı ki, öz sənətini və duyğularını adi hesab etmirdi. O, ilhamını və sevmək qabiliyyətini tanrıdan aldığını bildirirdi. Sovet dönəmində yazdığı şeirlərində bəzən Allah əvəzinə "təbiət" sözünü işlədən şair, müstəqillik illərində "Allah", "tanrı", "ilahi" sözlərini daha ürəklə istifadə edirdi. Sonradan "təbiət" sözünü də artıq unutmuşdu. O, müstəqillik dönəmində müsəlman kimliyini izhar edir və bundan çəkinmirdi. Üstəlik də şair "Təbiətin əsəri" adlı bir şeirində Allaha çox gözəl xitab edərək "təbiət və Allah" mövzusuna möhtəşəm bir möhür vurur, təbiəti "Allahın əsəri" olaraq təqdim etməklə köhnə təfəkkürü silərək cəsarətini nümayiş etdirir. O belə deyirdi: Allah, Allah, necə saf, Necə gözəl, necə pak! Necə yaxın görürəm Gözəlliyi mən, Allah! İylə - çəmən ətridi, Dağ suyudu - iç, yaşa! Oxunmamış kitabdı, baxılmamış tamaşa. İlahi, bu varlığın Yox özündən xəbəri. Məndən şeir istəyir Təbiətin əsəri. (Mənbə: Seçilmiş Əsərləri. 1-ci cild. səh. 284). "Peyğəmbər əl tutdu" şeirində də - (Bax: Seçilmiş Əsərləri. 1-ci cild. səh. 315) - Türkiyədə yardımsız qalmış bir məzlum qadına yardım etməyin müqəddəs bir borc olduğunu bildirməyi, xatırlatmağı "peyğəmbərin əl tutması" başlığı ilə ifadə edib, Peyğəmbərin daim məzlumların yanında olmasına kinayə ilə bənzədib həmin qadının faciəsini ölmüş vicdanlara göstərmək istəmişdi. Demək istəyirdi ki, siz bir məzlumu tək buraxsanız da, onun Allahı var, onu tək qoymaz, Peyğəmbərin təsəllisi var. Məzlum zülmə məruz qaldığı üçün ləkələnməz! O, "Şeyxim" şeirində sovet dönəmində dinimizə qarşı edilən təzyiqlərə baxmayaraq xalqın öz dininə sahib çıxmasını belə ifadə edirdi: Bir yandan Quranı dandı hökumət, Bir yandan Qurana and içdi millət! Bir yandan dinimiz lağa qoyuldu, Bir yandan adımız Məhəmməd oldu. (Seçilmiş Əsərləri. 1-ci cild. səh. 178). Uca Allah rəhmət etsin dahi şair Nəriman Həsənzadəyə! Yazdı: Sahib Əsədov t.me/selefinexlaqi

  • https://www.facebook.com/share/p/1ECSRunTvp/

  • https://youtu.be/cXlX2iMlm78?si=O53qQlNKRR8x3AJB

  • https://youtu.be/Bwn0IcrRWjg?si=6G3LI4kxTfb303Iy

  • https://youtu.be/y-nHJAzn570?is=hxaOkYFtisfi0pwN