tgindex
Tender-Satınalma-Təchizat (TST)

Tender-Satınalma-Təchizat (TST)

Статистика

💼 🔄 #Təchizat zəncirinin idarə olunmasına, #satınalma'ların təşkilinə və #müqavilə'lərə dair məlumatlar, vakansiyalar, məsləhət və təlim xidmətləri 📌 www.tst.az 👥 https://t.me/TST_qrup

Последний пост
1 авг.
Последнее чтение
14 авг.
Постов за неделю
0
Всего постов
22
Тип
открытый
Язык
az
Категория
Новости и СМИ (по похожим)
В каталоге с
14 авг.
Подписчики
936
−1 за 1 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
475
22 постов
Вовлечённость
50,7%
к подписчикам
Постов в день
0,0
всего 22
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
303
1/48двое суток
347
1/72трое суток
374

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • TST-nin ilk podcast buraxılışı efirdədir. Elçin Ərbəşiyev və Yusif Yusifli ilə birlikdə müzakirə etdik: ▪️ Qeyri-rezident təchizatçılar üçün təminat azadolması — artıq qüvvədədir ▪️ İnnovasiya satınalmaları layihəsi — hələ müzakirə mərhələsindədir ▪️ Satınalmaların rəsmi peşə kimi tanınması nəyi dəyişir ▪️ Aİ, Böyük Britaniya və Cənubi Koreya təcrübəsi ilə müqayisə Fikirlərinizi şərhlərdə gözləyirik. https://youtu.be/0lecXwLPykY

  • Dövlət satınalmaları sahəsində diqqətçəkən bir yenilik. "Dövlət satınalmaları haqqında" Qanuna dəyişiklik layihəsi Milli Məclisin rəsmi saytında yerləşdirilib (I oxunuş, 07.07.2026). Layihənin mahiyyəti: qeyri-rezident hüquqi və fiziki şəxslər müəyyən şərtlərlə…

  • Təlimdən maksimum fayda: 8 məqam Təlimə yazılmazdan əvvəl 15 dəqiqə vaxt ayırmaq, aylarla vaxtı qoruyur. Ən çox rast gəldiyimiz problem təlimin özündə deyil — gözləntinin necə formalaşdığındadır. Seçim mərhələsi: → Müəllim kimdir? CV və LinkedIn profilini özün yoxla → Proqram nə vəd edir? Sənə lazım olan mövzu orada varmı? → Səviyyə uyğundurmu? Pilləni atlamaq irəli aparmır İştirak mərhələsi: → Təlimdən əvvəl oxu, sualları hazırla → Sualı proqramın öz hissəsində ver → Dinləmək öyrənmək deyil: oxu, təkrar et, tətbiq et → Sertifikat iştirakı təsdiqləyir, bacarığı yox → AI cavab verir, müəllim nəyi soruşacağını öyrədir Təlim toxumdur — bəhrəsi tətbiqdə yetişir. Ətraflı👇 ▪️ Instagram - https://www.instagram.com/p/Da2ue_biKJL/?igsh=MWRyc250eDYyOGJ5Yw== ▪️ LinkedIn - https://www.linkedin.com/posts/tender-satinalma-techizat_t%C9%99limd%C9%99n-faydalanma%C4%9F%C4%B1n-8-yolu-activity-7483515363154923521-f2BT

  • 📌 Satınalma qanununa yeni dəyişiklik layihəsi Milli Məclisin saytında yerləşdirilib (III oxunuş, 14.07.2026). Layihə startaplar və innovasiya məhsulları üçün ayrıca rejim gətirir. Əsas yeniliklər: ▪️ Startap və texnopark rezidentlərinə 20%-ə qədər satınalma güzəşti (250 min manatadək satınalmalarda) ▪️ 100 min manatadək innovasiya məhsulu — sadələşdirilmiş qayda, 3 qiymət təklifi kifayətdir ▪️ 1 mln manatadək satınalmalarda təklif təminatı tələb olunmur ▪️ "Pilot tətbiq" mexanizmi — nəticəsi əvvəlcədən bəlli olmayan məhsullar üçün (max 1 mln manat, max 12 ay) ▪️ Dövlət proqram təminatı alınarkən mənbə kodu tələb olunur Maraqlı məqam: pilotda uğursuz olan təchizatçı etibarsız sayılmır və gördüyü işə görə ödəniş alır. Layihə müzakirədədir — son mətn dəyişə bilər. 🔗 Tam mətn: https://meclis.gov.az/news-layihe.php?id=2670&lang=az&par=0

  • Çərçivə sazişinin tətbiq imkanları genişləndirilməyib və praktik çeviklik təmin olunmayıb. ❗ 11. Layihədə yeni risk yaradan dəyişikliklər Qanunun tətbiq edilmədiyi halların sayının əhəmiyyətli dərəcədə artırılması şəffaflığa mənfi təsir göstərə bilər; "Ölkənin iqtisadi reallığına uyğun olmayan tələblər" anlayışı hüquqi baxımdan kifayət qədər müəyyən edilməyib və müxtəlif cür şərh oluna bilər; Süni intellektdən istifadə ilə bağlı hüquqi çərçivə, qərarların izah olunması və insan nəzarəti mexanizmləri müəyyən edilməyib; Etibarsız təchizatçı mexanizmi yaradılır, lakin risk meyarları, qiymətləndirmə metodologiyası və müdafiə hüquqları tam açıqlanmır. Bu istiqamətlər üzrə dəyişikliklər həyata keçirilərsə, yeni qanunun tətbiqi həm satınalan təşkilatlar, həm də təchizatçılar üçün daha balanslı, şəffaf və effektiv nəticə verəcəkdir.

  • Hörmətli həmkarlar, Qanun layihəsi ilə tanış olduqdan sonra hesab edirəm ki, dəyişikliklər dövlət satınalmalarının çevikliyinin artırılması istiqamətində mühüm addımlar ehtiva etsə də, praktiki tətbiq baxımından hələ də bir sıra ciddi boşluqlar qalmaqdadır. ✅ Müsbət məqamlar: Satınalma hədlərinin artırılması və inzibati yükün müəyyən qədər azaldılması; Satınalma mütəxəssisi institutunun yaradılması; Təkliflərin dəqiqləşdirilməsi imkanlarının genişləndirilməsi; Təcrübə müqavilələrinin sayının artırılması; Yetərsay təmin edilmədikdə müddətin uzadılması mexanizminin tətbiqi; Nəzarət orqanına müstəqil ekspert cəlb etmək və süni intellekt texnologiyalarından istifadə etmək səlahiyyətinin verilməsi; Aşağı məbləğli kotirovka sorğuları üzrə prosedurların sadələşdirilməsi. Bununla yanaşı, hesab edirəm ki, layihədə aşağıdakı mühüm məsələlər hələ də öz həllini tapmayıb. ❗ 1. Portalın texniki problemləri İri tikinti və investisiya layihələri üzrə şərtlər toplusunda simvol məhdudiyyəti, texniki sənədlərin vahid paket şəklində təqdim edilməməsi və portalın funksional çatışmazlıqları dəyişikliklərdə ümumiyyətlə nəzərə alınmayıb. ❗ 2. Nəzarət orqanının qərarvermə operativliyi Qanunda müddətlər müəyyən edilsə də, qərarların sistemli şəkildə son iş günündə qəbul olunmasının qarşısını alan mexanizm yoxdur. Orta baxılma müddəti, performans göstəriciləri və əsaslandırılmış gecikmələrin monitorinqi nəzərdə tutulmayıb. ❗ 3. Texniki ekspertiza mexanizmi Müstəqil ekspert cəlb edilməsi müsbət addımdır. Lakin akkreditə olunmuş sahə ekspertləri, kollektiv texniki ekspertiza (peer-review) və mürəkkəb texniki mübahisələrin ayrıca qiymətləndirilməsi mexanizmi yaradılmayıb. ❗ 4. Maraqlar toqquşması Maraqlar toqquşması əsasən satınalan təşkilat və təchizatçılar üçün tənzimlənir. Halbuki nəzarət orqanının qərar qəbul edən əməkdaşları üçün məcburi maraqlar toqquşması bəyannaməsi, özünü kənarlaşdırma, rotasiya və audit izi mexanizmləri də ayrıca müəyyən edilməlidir. ❗ 5. Səlahiyyət–məsuliyyət balansı Nəzarət orqanı satınalan təşkilatın qərarını ləğv edib yeni qərar qəbul edə bilir, lakin hüquqi məsuliyyət yenə satınalan təşkilatın üzərində qalır. Bu yanaşma hüquqi balans və ədalətlilik prinsipi baxımından yenidən nəzərdən keçirilməlidir. ❗ 6. Uzunmüddətli tikinti müqavilələri Qiymət eskalasiyası, inflyasiya, valyuta dəyişiklikləri və uzunmüddətli layihələr üzrə müqavilələrin çevik idarə olunması ilə bağlı əlavə mexanizmlər layihədə nəzərdə tutulmayıb. ❗ 7. Bir mənbədən satınalma Təcili və fövqəladə hallarda nəzarət orqanının razılığı üçün baxılma müddətinin qısaldılması və ya sonradan yoxlanılmaq şərti ilə operativ razılıq mexanizmi layihədə əks olunmayıb. ❗ 8. Fövqəladə hallar üzrə ekspertiza prosesinin optimallaşdırılmaması Layihədə tikinti layihələri üzrə ekspertiza rəyinin təqdim edilməsinin məcburi xarakter alması keyfiyyətə nəzarət baxımından müsbət addımdır. Lakin fövqəladə hallar, təbii fəlakətlər, texnogen qəzalar, sel və daşqınlar, magistral su və kanalizasiya xətlərində baş verən qəzalar, bənd və digər strateji hidrotexniki qurğularda yaranan nasazlıqlar kimi təxirəsalınmaz hallarda ekspertiza prosesinin sürətləndirilməsinə və ya xüsusi prosedurun tətbiqinə dair mexanizm nəzərdə tutulmayıb. Bu isə qəza-bərpa və təxirəsalınmaz infrastruktur layihələrinin satınalma prosesinin ləngiməsinə, nəticədə dövlət və ictimai maraqlara mənfi təsir göstərə bilər. Bu kateqoriya üzrə sürətləndirilmiş ekspertiza prosedurunun və qısaldılmış baxılma müddətlərinin müəyyən edilməsi məqsədəuyğun olardı. ❗ 9. Uyğunluğun əvvəlcədən müəyyən edilməsi (Pre-qualification) Uyğunluğu əvvəlcədən təsdiq olunmuş təchizatçılar üçün təkrar sənəd təqdim edilməməsi, portalda təchizatçı profillərinin yaradılması və seçmə müsabiqəyə birbaşa keçid mexanizmi hələ də formalaşdırılmayıb. ❗ 10. Çərçivə sazişi

  • Həmkarımız, Agentlik tərəfindən qurumlara rəy üçün təqdim olunan qanuna dəyişiklik layihəsinə dair fikirlərini paylaşıb. Layihə ictimai paylaşılmayıb deyə rəy verməmişik, yaxşı olardı ictimai müzakirəyə çıxarılıb mütəxəssislərin rəyi alınsın.

  • Dövlət satınalmaları sahəsində diqqətçəkən bir yenilik. "Dövlət satınalmaları haqqında" Qanuna dəyişiklik layihəsi Milli Məclisin rəsmi saytında yerləşdirilib (I oxunuş, 07.07.2026). Layihənin mahiyyəti: qeyri-rezident hüquqi və fiziki şəxslər müəyyən şərtlərlə…

  • Bloqda yeni məqalə! Satınalmalarda qənaət uğur göstəricisidirmi? Büdcədə qənaət edilmiş məbləğin artması ilk baxışdan yaxşı xəbərdir. Rəqəm böyüyürsə, deməli sistem işləyir — belə düşünmək asandır. Bəs qənaətin özü tək başına satınalmanın nə qədər səmərəli getdiyini göstərə bilirmi? Beynəlxalq təcrübə bu sualın cavabının göründüyündən mürəkkəb olduğunu deyir. Bu yazıda "qənaət" (cost savings) göstəricisinin nə üçün faydalı, eyni zamanda nə üçün təkbaşına aldadıcı ola biləcəyini nəzərdən keçiririk — o cümlədən ən ucuz təklifin demək olar ki, avtomatik qalib seçilməsinin bütün prosedura və peşəkar biliyə necə təsir etdiyini ətraflı izah edirik. https://www.tst.az/post/qenaet-kpi-dovlet-satinalmalari

  • Dövlət satınalmaları sahəsində diqqətçəkən bir yenilik. "Dövlət satınalmaları haqqında" Qanuna dəyişiklik layihəsi Milli Məclisin rəsmi saytında yerləşdirilib (I oxunuş, 07.07.2026). Layihənin mahiyyəti: qeyri-rezident hüquqi və fiziki şəxslər müəyyən şərtlərlə icra və avans təminatını təqdim etmək öhdəliyindən azad edilə bilər. Yeni əlavə olunan 49.4-2-ci maddə bu prosedurun mexanizmini — müraciət qaydasını, qərar müddətini (20 iş günü) və 12 aylıq təkrar tələbat üçün sadələşdirməni müəyyən edir. Dəyişiklik həm satınalan təşkilatlar, həm də beynəlxalq təchizatçılar üçün əhəmiyyətlidir. Qeyd: layihə hələ I oxunuşdadır — son mətn dəyişə bilər. Mətnlə tanış olmaq Milli Məclisin saytında mümkündür. Yeri gəlmişkən, məhz bu kimi dəyişiklikləri detallı izah etdiyimiz "Dövlət satınalmaları qanununun maddə-maddə izahı" təlimimiz 08 iyulda başlayır və qeydiyyat açıqdır. Qanunu maddə-maddə açır, yeni dəyişiklikləri praktiki müstəvidə şərh edirik.

  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilməsi haqqında 30.06.2026-cı il tarixli 202 nömrəli qərara əsasən “İqtisadiyyat, xidmət, avtomatika və idarəetmə” peşə istiqaməti üzrə” hissədə “030204 Kommersiya” ixtisas qrupuna "Satınalmaların təşkili” ixtisası əlavə edildi!

  • без подписи

  • без подписи

  • без подписи

  • без подписи

  • без подписи

  • 📋 TST İmtahan Metodologiyası Sertifikatlarımızın arxasında nə dayanır? Beynəlxalq standartlar, müasir proctor sistemi, obyektiv qiymətləndirmə. Növbəti təlimlərə qeydiyyat: tst.az

  • Azərbaycanda onlarla şirkət hər il özləri üçün uyğun olan tenderləri görməmiş buraxır. Səbəb çox vaxt hazırlıqsızlıq deyil — sistematik izləmənin olmamasıdır. TST olaraq bu problemi sadə bir mexanizmlə həll edirik. TST Tender Radar — şirkətinizin profilini bir dəfə bizə bildirirsiniz: fəaliyyət sahəsi, predmet növü, hədəf platformalar. Profilinizə uyğun tender açıldıqda sizə bildiriş çatdırırıq. Nə etmirik: sizin adınıza qərar vermirik, heç bir tenderə avtomatik qeydiyyat etmirik. Nə edirik: doğru tenderə, doğru vaxtda diqqətinizi yönəldirik. Qeydiyyat pulsuzdur. İştirak etmək istəsəniz — sənədlərin hazırlanmasından Portalda təqdimata qədər tam dəstək ayrıca xidmət kimi mövcuddur. Pulsuz qeydiyyat linki - tst.az/tender-radar

  • 📢 Qeydiyyat davam edir! Dövlət satınalmaları sahəsində çalışanlar üçün qanunu sadəcə oxumaq deyil, onu düzgün tətbiq etmək daha vacibdir. Məhz buna görə "Dövlət satınalmaları qanununun maddə-maddə izahı" – Xüsusi Yay Sessiyası proqramını hazırlamışıq. Təlim zamanı: ✅ Qanunun bütün maddələri praktik nümunələrlə izah ediləcək ✅ Satınalan və təchizatçıların ən çox qarşılaşdığı problemlər təhlil olunacaq ✅ Rəsmi izahlar və mövcud təcrübələr müzakirə ediləcək ✅ Real satınalma ssenariləri üzərində işlənəcək ✅ İştirakçıların sualları canlı şəkildə cavablandırılacaq 🎁 Əlavə olaraq, iştirakçılar üçün etender.gov.az portalından praktiki istifadə üzrə hazırladığımız 99 AZN-lik Udemy kursunun əsas məzmunu dərs zamanı ödənişsiz nümayiş etdiriləcək. Təlimçi: Elçin Ərbəşiyev 📞 +994 51 518 84 49 ⚠️ Yerlər məhduddur. Qeydiyyat davam edir. #Satınalma #Tender #DövlətSatınalmaları #Procurement #eTender #SatınalmaTəlimi #TST

  • Azərbaycanda nə qədər satınalan təşkilat var? ......Siyahıda ümumi say çox görünsə də, realda qeyd edilən qurumlarda satınalmaları ümumiləşdirib təşkil edən Əsaslı Tikinti və Təchizat İdarəsi adlı qurumlar olur. Qrafikdə mötərizədə qeyd etdiyim rəqəmlər həmin ana qurum daxilində hər hansı satınalma keçirmiş müəssisə saylarını göstərir. Əlavə məlumat üçün də bildirim ki, Azərbaycanda ana qurum sayı təxminən 400-dür. Burada vacib rəqəm real satınalan keçirən müəssisə sayıdır, hansı ki 4 minə yaxındır amma bu rəqəm təxminən son 10 ildə satınalma keçirən unikal satınalan sayını göstərir. 2025-ci ilin noyabrın sonuna kimi bu say etender saytındakı rəqəmlərə əsasən təxminən 2 minə yaxın olub. Bu arada bu təşkilatların heç də hamısı etender portalında açıq müsabiqə etmir, sadəcə birbaşa satınalma edən və ya qanunun şamil edilmədiyi və elanları portalda olmayan təşkilatlar da var. Rəqəmlər hansı nəticələri çıxarmaq olar bu rəqəmlərdən şərhlərdə yazın müzakirə edək. 👉🏻 Linkedin postuna keçid