tgindex
Xeber24_tg

ℹ️ Ölkədə və qlobalda baş verən ən son rəsmi xəbərləri bizim kanalımızdan izləyin.

Последний пост
14 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
11
Всего постов
27
Тип
открытый
Язык
az
Категория
Новости и СМИ (по похожим)
В каталоге с
13 авг.
Подписчики
1 580
+1 за 2 дн.
Сутки
+1
+0,06%
Неделя
 
Месяц
 
Просмотров на пост
183
27 постов
Вовлечённость
11,6%
к подписчикам
Постов в день
1,6
всего 27
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
130
1/48двое суток
148
1/72трое суток
160

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • ⚡️Azərbaycanda ilin ilk 6 ayında 18 kişi nikah zamanı həyat yoldaşının soyadını qəbul edib.

  • Samuxda qarayaraya görə postlar quruldu Samux rayonunun Alıuşağı kəndində qeydə alınan qarayara hadisəsi ilə bağlı nəzarət, profilaktik tədbirlər həyata keçirilir. APA-ya istinadla xəbər verir ki, artıq kəndə girişdə nəzarət postu yaradaılıb. Kəndin giriş-çıxış istiqamətlərində Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən təsərrüfat və digər nəqliyyat vasitələrinin dezinfeksiyası həyata keçirilir. Ət və süd məhsullarının kənd ərazisindən daşınmasına, məhsulların daşınması zamanı müəyyən edilmiş tələblərə və şərtlərə əməl olunmasına nəzarət həyata keçirilir. Bundan başqa, yoluxma hallarının qarşısının alınması məqsədilə Samux rayonunun Alıuşağı kəndində kənd təsərrüfatı heyvanları arasında Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən təkrar monitorinq tədbirləri həyata keçirilir və heyvanların peyvəndlənməsi işləri yenidən aparılır.

  • ❗️❗️Baş Prokurorluq: Vətən müharibəsindən sonra mina partlayışlarından 73 nəfər həlak olub, 363 nəfər isə xəsarət alıb.

  • ⚡Kəlbəcər rayonunda mina partlayışı baş verib. İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Sarıyel kəndi ərazisində mina partlayışı hadisəsi baş verib. 1953-cü il təvəllüdlü Tərtər rayonunum Qaynaq kənd sakini Süleymanov Kamran Şükür oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən mina partlayışı nəticəsində xəsarət alıb.

  • Samux rayonu üzrə qeydə alınan qarayara ilə bağlı ilkin araşdırmalara əsasən xəstəliyə şübhəli bilinən şəxslərin iribuynuzlu heyvanlarla təması müəyyən edilib. Xəstəliyə şübhəli olan ilk şəxsdən götürülmüş müayinə materialının laborator müayinəsi nəticəsində “qarayara xəstəliyi” diaqnozu təsdiq edilib.

  • Xocavənddə buldozer minaya düşüb, xəsarət alanlar var

  • Prezidentin Naxçıvana səfərindən görüntülər

  • ⚡️İlham Əliyev: Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir

  • ❕İlham Əliyev Naxçıvanda

  • 🇦🇿DTX: Beynəlxalq kibercinayətkar şəbəkələrin ölkəmizə qarşı qanunsuz əməllərinin qarşısı alınır ▪️ DTX bildirir ki, xaricdə fəaliyyət göstərən kibercinayətkar qruplar saxta “WhatsApp” hesabları yaradaraq dövlət qulluqçularını və müxtəlif təşkilatların əməkdaşlarını hədəf alırlar. ▪️ Cinayətkarlar rəhbər şəxslərin ad və fotolarından istifadə edərək “təcili” mesajlarla pul köçürülməsini tələb edirlər. ▪️ Bəzi iştirakçılar müəyyən edilib, araşdırmalar və beynəlxalq əməkdaşlıq çərçivəsində tədbirlər davam etdirilir.

  • Ceki Çan Azərbaycandan DANIŞDI "İndiyədək heç vaxt çəkilmədiyim ölkədə işləmək məni xüsusilə həyəcanlandırır", - deyə Ceki Çan bildirib.

  • FHN: Orxan İsmayılov küçəsindəki yanğın söndürülüb

  • ❗️FHN: Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir. Bakıda yanacaq çəni yanır Hadisə 8 Noyabr prospektində baş verib. Əraziyə yanğınsöndürənlər cəlb olunub.

  • ⚡️ Paşinyan İlham Əliyevə zəng edib ▪️ Tərəflər Vaşinqton Sülh Sammitinin birinci ildönümü və Azərbaycan-Ermənistan Sülh Sazişinin ilkin paraflanmasını müzakirə ediblər. ▪️ Görüş zamanı sülh prosesində əldə olunan irəliləyiş, iqtisadi-ticari əlaqələr və TRIPP marşrutunun icrası barədə fikir mübadiləsi aparılıb. ▪️ Liderlər regionda davamlı sülh, sabitlik və iqtisadi əməkdaşlığın təmin edilməsinin vacibliyini vurğulayıblar.

  • 🔴Azərbaycan, Ermənistan və ABŞ liderlərinin tarixi Vaşinqton görüşündən bir il ötür Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın tarixi əhəmiyyət daşıyan 2025-ci il 8 avqust görüşündən bir il ötür. Həmin tarixdə üç ölkənin lideri Vaşinqton danışıqlarının nəticələrinə dair Birgə Bəyannaməyə imza atıb. Sənəddə qeyd edilir ki, İlham Əliyev, Nikol Paşinyan və Donald Tramp "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik ediblər. Eyni zamanda Sazişin imzalanması və yekun ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu vurğulanıb. ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüş Azərbaycanla Ermənistan arasında münasibətlərinin normallaşdırılması istiqamətində atılmış ən mühüm addımlardan biri hesab olunur.

  • ⚡Prezidentin köməkçisi Hikmət Hacıyev Azərbaycan ərazisinin "Mossad" tərəfindən istifadə edilməsi iddialarına münasibət bilirib. ● Azərbaycan İranı qardaş ölkə hesab edir. Azərbaycan üçün ərazilərin azadlığı və suverenliyi fundamental prinsipdir. ● Azərbaycan heç vaxt öz ərazisindən qonşu ölkəyə müdaxiləyə imkan verməz. ● İsrailin Azərbaycan ərazisindən istifadə etməsi iddiası texniki baxımdan da mümkünsüzdür. Çünki bunun üçün onların Türkiyə ərazisindən keçməsi lazımdır ki, nə Türkiyə, nə də Azərbaycan buna icazə verər. Bu cür iddialar sırf çirkin təbliğat elementləridir.

  • Fulya Öztürk: Bura 30 il əvvəl Ermənistanın işğal etdiyi, 6 il əvvəl isə Azərbaycanın işğaldan azad etdiyi Qarabağdır. Qarabağda bir tərəfdən minalar təmizlənir, digər tərəfdən isə yeni evlər tikilir. Azərbaycanlılar doğma Qarabağa qayıdır.

  • Tanınmış bloqer qəzaya düşdü, avtomobili aşdı

  • ❗️TikToker Əlikram 8 sutka həbs edildi ▪️Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar və cəmiyyətə qarşı hörmətsizlik edən tiktoker Əlikram Heydərov polis tərəfindən saxlanılıb. ▪️O, İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə təqsirli bilinərək Səbail Rayon Məhkəməsinin qərarı ilə 8 sutka inzibati həbs cəzası alıb.(unikal)

  • Ermənistan Prezidenti Vaaqn Xaçaturyan "Vətəndaş müqaviləsi" partiyasının lideri Nikol Paşinyanı ölkənin Baş naziri təyin edib.

Xeber24_tg — tgindex