- Последний пост
- 14 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 44
- Всего постов
- 44
- Тип
- открытый
- Язык
- az
- Категория
- Новости и СМИ (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 27
- 1/48двое суток
- 30
- 1/72трое суток
- 33
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
Endirim https://www.yeniavaz.com/az/news/270818/endirim
Bu ilin əvvəlinə olan məlumata görə, Dövlət Neft Şirkətinin (SOCAR) Azərbaycandakı işçilərinin sayı 45 min 227 nəfər olub. “Yeni Avaz” SOCAR-ın hesabatına istinadən xəbər verir ki, son 15 il ərzində SOCAR-da işçilərin sayı 34 min 342 nəfər və ya 43,2% azalıb. Belə ki, 15 il əvvəl – 2011-ci ilin əvvəlində SOCAR-da 79 min 569 nəfər işçi olub. Son bir ildə isə SOCAR-da işçilərin sayı 2 min 842 nəfər və ya 5,9% azalıb. Son 15 ildə – 2011-2025-ci illərdə SOCAR-ın Azərbaycandakı işçilərinin sayı aşağıdakı kimi olub: 2011 – 79 569 nəfər; 2012 – 77 140 nəfər; 2013 – 66 234 nəfər; 2014 – 61 088 nəfər ; 2015 – 54 714 nəfər; 2016 – 52 104 nəfər; 2017 – 50 735 nəfər; 2018 – 50 424 nəfər; 2019 – 51 125 nəfər; 2020 – 51 695 nəfər; 2021 – 50 861 nəfər; 2022 – 48 870 nəfər; 2023 – 48 320 nəfər; 2024 – 48 069 nəfər; 2025 – 45 227 nəfər.
Nizami Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi məlum olub. “Yeni Avaz” xəbər verir ki, tender müsabiqəsinin qalibi “Ali İmran” MMC (VÖEN – 1003915211) olub. Tenderin qalibi olan şirkət Birliyə təsərrüfat malları satacaq və qarşılığında 109 min 318 manat 15 qəpik alacaq. Qeyd edək ki, satın alınacaq mallar arasında 5 min ədəd 72%-lik qara sabun, zibil qabı, süpürgə, bel, lom, kuvlat olmaqla ümumilkdə 49 adda müxtəlif təsərrüfat malları olacaq. Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 10 manat olan “Ali İmran” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu Qədim İrəvani. ev 14-də yerləşən MMC-nin qanuni təmsliçisi Məlikov Elçin İmran oğludur. Onu da qeyd edək ki, hazırda “Ali İmran” MMC-nin dövlət büdcəsinə vaxtında ödənilməyən 1 872 manat 91 qəpik vergi borcu da var.
Azərbaycan klubları 2026/27 mövsümündə UEFA-nın klub turnirlərinin seçmə mərhələsində uğurlu nəticələri ilə diqqət çəkib. “Yeni Avaz” xəbər verir ki, “Football Meets Data”nın 13 avqust tarixli statistikasına əsasən, Azərbaycanı təmsil edən klublar keçirdikləri 18 oyunda 11 qələbə, 3 heç-heçə və 4 məğlubiyyət əldə ediblər. Bu nəticə ölkə klublarının mümkün xalların 69%-ini topladığını göstərir. Azərbaycan bu göstərici ilə siyahıda 6-cı pillədə qərarlaşıb. Ölkəmizi yalnız Türkiyə (80%), Xorvatiya (75%), Avstriya (75%), Portuqaliya (75%) və Niderland (70%) qabaqlayır. ƏTRAFLI: https://www.yeniavaz.com/az/news/270809/azerbaycan-klublari-uefa-secmelerinde-avropanin-en-yaxsilari-sirasinda-siyahi
Ordubad hamamının bərpası üzrə layihə-smeta sənədləri 97 min manata hazırlanacaq https://www.yeniavaz.com/az/news/270810/ordubad-hamaminin-berpasi-uzre-layihe-smeta-senedleri-97-min-manata-hazirlanacaq
Babək Hüseynov SOCAR-dakı vəzifəsindən azad olunub? https://www.yeniavaz.com/az/news/270805/babek-huseynov-socar-daki-vezifesinden-azad-olunub
https://www.youtube.com/watch?v=TL4nRYw3tFY
Netanyahu Böyük Britaniyanı “İslam Respublikası” adlandırdı https://www.yeniavaz.com/az/news/270802/netanyahu-boyuk-britaniyani-islam-respublikasi-adlandirdi
Alıuşağı kəndinin girişində qarayaraya görə post yaradılıb – Fotolar https://www.yeniavaz.com/az/news/270800/aliusagi-kendinin-girisinde-qarayaraya-gore-post-yaradilib-fotolar
Müzəffər Pirizadə Elçin Quliyevə müavin təyin olundu – KİV https://www.yeniavaz.com/az/news/270798/muzeffer-pirizade-elcin-quliyeve-muavin-teyin-olundu-kiv
SOCAR-da bir işçiyə düşən orta aylıq əməkhaqqı 60 min manat olub https://www.yeniavaz.com/az/news/270797/socar-da-bir-isciye-dusen-orta-ayliq-emekhaqqi-60-min-manat-olub
“Ali İmran” MMC Təsərrüfat Birliyinə 5 min ədəd 72%-lik sabun satacaq https://www.yeniavaz.com/az/news/270793/ali-imran-mmc-teserrufat-birliyine-5-min-eded-72-lik-sabun-satacaq
Yeddi ayda metro ilə 129 milyon sərnişin daşınıb https://www.yeniavaz.com/az/news/270791/yeddi-ayda-metro-ile-129-milyon-sernisin-dasinib
Gürcüstandan Azərbaycana gələn yük qatarında yanğın olub – Fotolar https://www.yeniavaz.com/az/news/270786/gurcustandan-azerbaycana-gelen-yuk-qatarinda-yangin-olub-fotolar
Azərbaycan əmək qabiliyyətli əhalinin payına görə ilk 15 ölkə arasında yer alır https://www.yeniavaz.com/az/news/270785/azerbaycan-emek-qabiliyyetli-ehalinin-payina-gore-ilk-15-olke-arasinda-yer-alir
Avtomobilə məhəl qoymadı, uzun müddət yolun ortası ilə getdi – Video https://www.yeniavaz.com/az/news/270783/avtomobile-mehel-qoymadi-uzun-muddet-yolun-ortasi-ile-getdi-video
“İrana qarşı tarixdə görünməmiş sanksiyalar tətbiq edəcəyik” https://www.yeniavaz.com/az/news/270777/irana-qarsi-tarixde-gorunmemis-sanksiyalar-tetbiq-edeceyik
UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində “Qarabağ” - “Dinamo” (Kiyev, Ukrayna) oyunu baş tutub. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qurban Qurbanovun baş məşqçisi olduğu komandada 12-ci dəqiqədə Jali Muaddib hesabı açıb. 69-cu dəqiqədə Aleksey Kaşuk fərqlənib. Beləliklə, Polşadakı ilk matçda rəqibinə 0:1 hesabı ilə uduzan “Qarabağ” UEFA Konfrans Liqasında pley-offa yüksəlib.
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Sarıyel kəndi ərazisində 2026-cı il 13 avqust tarixində mina partlayışı hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıblar. Ətraflı: https://www.yeniavaz.com/az/news/270768/kelbecer-rayonunda-mina-partladi-xesaret-alan-var
Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzi fiziki şəxs Elman Əlidadaş oğlu Mənsimov ilə satınalma müqaviləsi imzalayıb. “Yeni Avaz” xəbər verir ki, müqavilələr tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb. Qeyd edək ki, Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzi Elman Mənsimovdan pelet sobaların istehsalı üçün lazım olan mal-materialı satın alacaq və qarşılığında 51 min 503 manat 44 qəpik ödəyəcək.