tgindex
Ekonomist📊

Günün iqtisadi mənzərəsini bizdən xəbər al! Xəbər, şərh və müəllif yazıları...

Последний пост
14 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
3
Всего постов
38
Тип
открытый
Язык
az
Категория
Новости и СМИ (по похожим)
В каталоге с
13 авг.
Подписчики
437
0 за 3 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
85
38 постов
Вовлечённость
19,5%
к подписчикам
Постов в день
0,4
всего 38
Упоминаний
1
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
51
1/48двое суток
58
1/72трое суток
63

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • İndicə Meta-dan məktub gəldi. Meta Azərbaycanda vergi qeydiyyatından keçir. Artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırda kartlardan tutulan 18% ƏDV-ni ödəməyəcəklər. Daha doğru ifadə etsəm, 2 qat vergi tutma olmayacaq. Yəni Meta Azərbaycanda vergi ödəyicisi olur.

  • 🇮🇷🇷🇺 İranın neft naziri Möhsün Paknejad Rusiya ilə illik 55 milyard m³ təbii qaz nəqli üçün razılaşma əldə edildiyini açıqladı. 🔻 Daşınmalar Mozdok-Hacıqabul-Astara boru kəməri vasitəsilə həyata keçiriləcək. Rusiyadan Azərbaycana gedən boru kəmərinin hazırkı tutumu 10-12 milyard m³, Azərbaycandan İrana gedən boru kəmərinin tutumu isə 2 milyard m³-dir. Tutum 5-7 il ərzində 55 milyard m³-ə çatdırıla biləcəyi bildirilir

  • Ermənistan nüvə enerjisini süni intellekt əsaslı yeni iqtisadi modelin qurulmasına yönəldir Son illərdə Ermənistanın NVIDIA ilə əməkdaşlığı haqqında bir neçə dəfə yazmışdım. Artıq bu əməkdaşlıq real nəticələr verir. Avqustun 8-də Ermənistanda Firebird AI Factory – böyük AI hesablama infrastrukturu təqdim edilib. 2027-ci ilin sonunadək burada 70 mindən çox NVIDIA Blackwell və Rubin GPU-nun yerləşdirilməsi, infrastrukturun gücünün 300 MVt-a çatdırılması nəzərdə tutulur. Ümumi investisiyanın 4 milyard dollaradək çatacağı gözlənilir. 300 MVt çox böyük rəqəmdir. Firebird-in məqsədi Ermənistanda yeni bir biznes sahəsi- Aİ hesablama gücü formalaşdırmaqdır. Bunun üçün Ermənistana iki kritik resurs lazımdır: enerji və internet. Ermənistanın üstünlüklərindən biri nüvə enerjisidir. Metsamor AES-in fəaliyyətinin uzadılması, paralel olaraq kiçik modul nüvə reaktorlarının alınması məhz buna yönəlib. ABŞ ilə bununla bağlı müqavilə də imzalayıblar. Görünən odur ki, Ermənistanda addım-addım belə bir iqtisadi model qurulur: Nüvə enerjisi - 24/7 elektrik - NVIDIA GPU - hesablama gücü - AI məhsulları - ixrac. İkinci məsələ internetdir. Hansı ki keyfiyyətli və alternativli internet Ermənistanda həmişə problem olub. Firebird üçün 1 Tbit/s-dək magistral bağlantı nəzərdə tutulur. İyunda Telecom Armenia ilə AzerTelecom arasında müqavilə imzalanıb və Ermənistanın beynəlxalq internet trafikinin bir hissəsinin Azərbaycan infrastrukturu üzərindən təmin edilməsi nəzərdə tutulur. Bu bağlantının Firebird üçün olduğu açıqlanmayıb. Amma Azərbaycan gələcəkdə bu AI infrastrukturunun tranzit internet marşrutlarından birinə çevrilə bilər. Azərbaycanla bağlı çağırışlar nədir ? Məncə əsas məsələ Ermənistanın bizdəki 30–40 GPU qarşılığında 70 min GPU yerləşdirməsi deyil. Əsas məsələ həmin 70 min GPU üzərində Ermənistanın yeni biznes sahəsi və yeni iqtisadi model qurmasıdır. Bu infrastruktur ətrafında AI startapları, qlobal şirkətlər, universitetlər, mühəndislər və vençur kapitalı cəmləşəcək. Uğurlu olarsa, 10–20 ildə əsas gəlir Firebird-in özündən deyil, onun ətrafında yaranan AI iqtisadiyyatından gələcək. Bu sektor Ermənistanın ixracının və dövlət büdcəsinin əsas dayaqlarından birinə çevrilə bilər. Kiçik bir hesablama ilə yaxın 10 ildə Ermənistan büdcəsinin 30%-nin İT və süni intellktdən formalaşa biləcəyini proqnozlaşdırmaq olar. Bizim enerji, yaşıl enerji, fiber-optik tranzit və maliyyə imkanlarımız daha böyükdür. Xəzər üzərindən reallaşmaqda olan AzerTelecom-a məxsus Mərkəzi Asiya–Azərbaycan–Avropa rəqəmsal dəhlizi də ciddi üstünlükdür. İki kiçik superkompüter infrastrukturu da yaradılıb. Son dövrdə hökumətin bu sahəyə diqqətinin artması, Rəqəmsal İnkişaf Şurasının yaradılması, sektroda dinamikanın artması və yeni konseptual sənədlər müsbət siqnallardır. Bir müddət öncə Prezident İlham Əliyev ölkədə data mərkəz infrastrukturunun formalaşmasının prioritetliyi məsələsinə də diqqət yönəltmişdi. Yeri gəlmişkən, Ermənistanda, Qazaxıstanda və regionda baş verənlər göstərir ki, miqyas və biznes modeli baxımından, cəmiyətin böyük hədəflərə fokuslanmağı baxımından biz ləngiyirik. Qonşu ölklərdə atılan addımlara, onların mediasında gedən müzakirələrə diqqət yetirdikdə daha böyük hədəflərin müzakirə predmeti olduğunu görürürk. Biz isə görünən odru ki bəzən cəmiyyət olaraq mənasız və faydasız müzakirələrə çox zaman xərcləyirik. Qlobalda, regionda rəqabətə davamlılıqla bağlı ciddi proseslərin baş verdiyi bir zamanda daha böyük hədəflərə fokuslanmaq doğru olardı. Azərbaycanın 2030–2035-ci illər üçün konkret AI hesablama gücü hədəfi müəyyən edilməli, böyük yatırımlar və qlobal AI/data-center şirkətləri ölkəyə cəlb olunmalıdır. Əsas resurslarımızdan olan enerjini yalnız xammal kimi ixrac etmək doğru olmazdı. Onu daha yüksək əlavə dəyərə, hesablama gücünə, Aİ məhsullara və xidmətlərə çevirməklə qlobala çıxartmaq daha faydalı ola bilər. ©Osman Gündüz

  • Azərbaycan daşınmaz əmlak bazarının rəqəmsal güzgüsü: Bina.az-ın ümumi portfel dəyəri nə qədərdir? 🏢📊Heç düşünmüsünüzmü, ölkəmizin ən böyük əmlak platforması olan Bina.az-dakı bütün elanları eyni anda satın almaq istəsək, bizə nə qədər büdcə lazım olar?Kiçik bir riyazi hesablama və statistika ilə bu rəqəmi tapmağa çalışdıq. Nəticələr həm maraqlı, həm də qlobal bazarlarla müqayisədə düşündürücüdür.📌 Rəqəmlərlə Bina.az Portfeli:Aktiv Elan Sayı: Saytda cari dövrdə təxminən 77,000 – 80,000 arası aktiv alqı-satqı elanı mövcuddur.Ortalama Qiymət: Ucuz sub-urban mənzillərdən tutmuş, Sea Breeze və Ağ Şəhərdəki lüks villalara qədər ölkə üzrə ortalama əmlak qiymətini ~200,000 AZN civarında götürmək olar.Ümumi Həcm: Bu göstəricilər əsasında saytdakı bütün satış elanlarının ümumi dəyəri təxminən 14 - 17 milyard AZN (~8.8 milyard USD) aralığında dəyişir (kirayə elanları xaric).🇺🇸 Bəs bu həcm ABŞ Fond Bazarında (US Stock Market) harada yerləşir?Əgər Bina.az-dakı bütün əmlaklar tək bir şirkət olaraq ABŞ birjasında (NYSE və ya NASDAQ) ticarət edilsəydi:1️⃣ Mid-cap (Orta kapitallaşma) statusu: 8.8 milyard dollarlıq dəyərlə ABŞ standartlarına görə tam bir "Mid-cap" (2 mlrd - 10 mlrd USD arası) şirkət olardı.2️⃣ Qlobal miqyasda: Tək bir şirkət üçün bu böyük rəqəm olsa da, ABŞ-ın ~55 trilyon dollarlıq ümumi səhm bazarının fonunda bu bütöv bir ölkənin əmlak vitrini üçün Micro-cap (kiçik bir damla) səviyyəsində qalır.Nəticə:Dublikat elanları və süni qiymət şişirdilmələrini nəzərə alsaq belə, rəqəmsal əmlak portfelimiz qlobal bazarda orta ölçülü bir Amerika şirkətinin bazar dəyərinə bərabərdir. Bu isə yerli bazarda likvidliyin və rəqəmsallaşmanın hələ gedəcək çox yolu olduğunu göstərir.Sizcə, bu qiymətləndirmə real bazar dinamikasını əks etdirirmi? Rəylərinizi bölüşün. 👇#RealEstate #PropertyMarket #Azerbaijan #DataAnalysis #BinaAz #Investment #StockMarket ©Pərviz Məmmədov

  • Azərbaycanda məmurların bir çoxu idarə etdiyi sahənin fəlsəfəsini, kontektini anlamır, rəhbərlik etdiyi sahədə məqsədin nədən ibarət olduğunu qavramır – bəli, ciddi sözümdür, yəni, bilərəkdən etmirlər-danışmırlar, anladıqları budur. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib ki, “nəqliyyat pulsuz olarsa, hər kəsin avtobuslara yönəlməsinə şərait yaratmış olarıq”. Nəqliyyatla birbaşa məşğul olan nazirlikdə müavin kimi önəmli bir vəzifə daşıyan şəxsin məqsədi məhz insanları ictimai nəqliyyata yönləndirmək olmalıdır. İctimai nəqliyyatın əlçatanlığı, rahatlığı artmalı, şəxsi avtomobillərdən istifadənin, tıxacların azalması nazir müavini üçün hədəf olmalıdır. Konkret bu məsələyə gəldikdə, metronu təmir edirsiz, sağ olun, yaxşı edirsiz – təmir olmasaydı Əbdül dayı, Xeyransa xala, tələbə olan Adil, şagird olan Xatirə 60 qəpik verib 28 May ərazisinə gələcəkdilər. İndi siz təmir edirsiniz, yol kəsilir, həmin 60 qəpiyə gəlir-çıxır Nizami stansiyasına. Oradan 28 may stansiyasına ekspress avtobus təşkil edirsiniz ki, vətəndaş istədiyi nöqtəyə çatsın – amma, bu 2 km-dan az olan, ancaq iki metro stasiyası arasında işləyəcək avtobusları da pullu edib, 60 qəpik qiymət qoyursunuz. Məntiq hardadı?! Sizə 15 ildir deyirik ki, zamana bağlı, saatlıq, günlük, həftəlik, aylıq, yarımillik və illik biletlər satın – etmədiz, indi 1 saatlıq bilet olsaydı, vətəndaş metrodan düşün avtobusa, ya da əksinə, minə bilərdi, ödənişi bir dəfə edərdi. Hə, onu da deyim ki, cənab nazir müavini, hörməyli Rəhman bəy, Malta, Lüksenbuq, Estoniyada ictimai nəqliyyat pusuzdur. Fransanın 30 çəhərində yerli şəhər bələdiyyələrinin (bələdiyyə - insanlar gedir özü seçir, yəqin eşitmisiniz) qərarı ilə nəqliyyat pulsuzdur, Polşada 10-dan çox şəhər də eyni qərar qəbul edib, Melburn şəhərində isə mərkəzdə (Free Tram Zon) pulsuz tramvay xəttləri var. İndi deyirsiz bu yerlərdə hər kəsin ictimai nəqliyyata yönəlməsi pisdir?! Elə ona çalışırlar e oralarda, yəni, vəzifəsi olanın məqsədi, məramı budur... ©Natiq Cəfərli

  • 7 авг.76из mashalli

    Problemli kreditlər haqqında: Mərkəzi Bankın verdiyi məlumata görə, vaxtı keçmiş kreditlərin payı ümumi kredit portfeldə bir qədər artıb və 2.1% bərabərdir. Absolyut olaraq rəqəm 36% artıb. Bununla belə struktura baxanda görə bilərik ki, ən yüksək artım qısamüddətli kreditlər üzrə müşahidə olunur. Burada artım 1.5 dəfədir. Təxmin edirəm ki, burada əhəmiyyətli hissə BOKT və kredit ittifaqları hesabına formalaşır. Ümumi vəziyyət hələ ki, çox da kritik deyil (vaxtilə Azərbaycanda 6-7% normal sayılırdı, rəsmi rekord isə 15.5% idi).

  • 7 авг.751из mashalli

    Son zamanlar bizim məmurlarımız nəsə tez-tez müsahibələr verməyə başlayıblarr. Elə bil ki, məmurlar arasında müəyyən bir qrafik qurulub. Bir həftə bir nazir danışır, sonra hansısa dövlət şirkətinin rəhbəri, ondan sonra başqa bir nazir çıxış edir və s. Bununla bağlı bir deyim yadıma düşdü: “əgər hökumət çox izah etməyə başlayıbsa, deməli nəsə düzgün getmir”. Nəsə bu çoxluğa görə və işimlə bağlı yükləməyə görə müvafiq müsahibələri vaxtında qulaq asmaq imkanım olmur (təklif edirəm ki, bir az yavaşlasınlar). Bu yaxınlarda bir az imkanım yarandı və kənd təsərrüfatı nazirinin çıxışına qulaq asdım. Müsahibədə bir çox maraqlı məqamlar var. Bu məqamlardan biri əkin sahəsi ilə bağlıdır. Nazirin dediyinə görə, işğaldan azad olunmuş ərazilərdə “fermerlərə təklif olunan torpaqlarda minimal əkin sahəsi hədəfi qoymuşuq, bu, 5 hektardır. Beş hektardan kiçik təsərrüfatın yaradılmasına icazə verilmir”. Qəribə bir söhbətdir. 2025-ci ilin noyabrında elə M. Məmmədov özü qeyd etmişdi ki, Azərbaycanda bir təsərrüfata orta hesabla 1.7 hektar torpaq sahəsi düşür. Azərbaycanın 86% ərazisində bu göstərici 1.7 hektar olduğu halda, əhəmiyyətli hissəsi dağlıq zonada yerləşən işğaldan azad olunmuş ərazilərdə bu necə 5 hektar ola bilər? Sonra düşündüm ki, bəlkə “Torpaq islahatı haqqında" qanunu mən düzgün oxumamışam deyə bu bənd yadımda deyil. Bəlkə orada belə bir bənd var idi, amma 1996-ci ildən bu yana niyəsə ölkə üzrə yerinə yetirilməmişdi. Amma nə qədər axtardım elə bir bənd tapa bilmədim. Bu azmış kimi nazir qeyd edir ki, bir fermerə bu gün 1,8 parsel sahə düşür. Yəni bir sahə 1.7 hektardan azdır. Başqa sözlə sahələr o qədər kiçikdir ki, orada normal iqtisadi fəaliyyət qurmaq qeyri-mümkündür. Bəs burada işğaldan azad olunmuş ərazilər nə baş verib? Sonra yadıma düşdü ki, orada heç torpaq islahatı hələ də keçirilməyib. Yəni bəlli olmayan səbəblərə görə (yeri gəlmişkən, 5 hektardan fərqli olaraq, işğaldan azad olunmuş torpaqlar “Torpaq islahatı haqqında" qanunda birbaşa qeyd olunur: “işğal altından azad olunan torpaqlarda islahatın aparılması, həmin ərazilərdə iqtisadiyyatın bərpası dövlət proqramı əsasında həyata keçirilir”) müvafiq ərazilərdə torpaq islahatı keçirilmir. Dövlət hətta heç nəyi gözləmədən kəndlilərə məxsus torpaqları 50 illik bu və ya digər aqroholdinqlərə paylayır. Hətta oraya köçürülən insanlara belə torpaq verilmir. Nazir əlavə edir ki, “ona görə də bəzən fermerlər torpaq sahələri az olduğundan birləşərək kooperativlər və ya ailə kəndli təsərrüfatları, fermer təsərrüfatları yaradırlar. Artıq müxtəlif kəndlərdə bir neçə həm kooperativlər, həm ailə kəndli fermer təsərrüfatları yaradılıb və onlara həmin torpaqlar təhkim olunur”. Kolxozların yaradılması gözəl bir işdir. Prinsipcə mən də kollektiv təsərrüfatın tərəfdarıyam. Amma kollektiv təsərrüfat kollektivin qərarına uyğun yaradılmalıdır. Yəni hökumət nəyəsə məcbur edirsə bu artıq “kolxoz” yox, “sovxoz” olur. Bu isə bir qədər fərqli anlayışlardır. Başqa tərəfdən insanlarda mülkiyyət olmaya-olmaya (hətta kolxozlarr yarananda insanların mülkiyyət hüququ var idi və öz mülkiyyətləri ilə daxil olurdular) onlar nəyi birləşdirirlər? Sərəncamlarına verilmiş torpaqları birləşdirirlər? O zaman istehlakçı kooperativi yaratmaq daha məqsədəmüvafiq olardı. Yeri gəlmişkən, nazir də bir nümunəni təsvir edir “Ağalını misal çəkə bilərəm, 32 fermer birləşərək üç kooperativ yaradıb. Onlara 51,6 hektar torpaq təhkim olunub və müqavilələr bağlanıb”. Yəni 32 fermerə hansısa bəlli olmayan qərara görə 51.6 hektar torpaq ayrılıb (yeri gəlmişkən, Azərbaycanda digər rayonlarında olduğu kimi adambaşı 1.6 hektar). Bu torpaq onların mülkiyyətində deyil. Hələ də deyiblər ki, siz hərəniz ayrıca bu torpaqdan istifadə edə bilməyəcəksiniz. Ona görə birləşin. 51.6 hektarlıq ərazidə 3 (!) kollektiv təsərrüfat yaradılıb. Müqayisə üçün, Ağalı kəndinin yaxınlığında yerləşən “Dost Aqropark”ın ərazisi 6 min hektar təşkil edir. Niyə kəndlilərə 50 hektar, hansısa aqroholdinqə 6 min hektar verilib – bunu əlbəttə ki, nazirdən soruşan olmayıb. Ondan ümumiyyətlə müsahibə zamanı nəsə soruşan olmayıb.

  • 7 авг.46из Banker_az

    AMB-dən "Zolotaya Korona" ilə bağlı açıqlama - Qərarı banklar verir

  • İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli geniş müsahibə verib. Əvvəla, belə detallı müsahibəyə razılıq verməsi, geniş danışması yaxşıdır, ümumiyyətlə, icarə qurumlarının nümayəndələri tez-tez açıqlama, müsahibə verməsi müsbət haldır. Amma, gələk əsas məsələyə, yəni məzmuna, Orxan müəllimin tezislərinə - bir az uzun olacaq, üzrlü sayın... Sitat: “Hər bir vətəndaş öz iqtisadi fəaliyyəti və imkanları çərçivəsində bu büdcənin formalaşmasına töhfə verir. Toplanan vəsait isə yenidən cəmiyyətin ehtiyaclarına – səhiyyəyə, təhsilə, infrastruktur layihələrinə, təhlükəsizliyə, müdafiəyə və digər mühüm istiqamətlərə yönəldilir. Eyni zamanda, vergiyə yalnız ödənilən məbləğ və ya əlavə xərc kimi yanaşmaq düzgün deyil. Vergi ödəmək Konstitusiyaya uyğun olaraq hər bir vətəndaşın vəzifəsi və öhdəliyidir. Hesab edirəm ki, insanlar vergi ödəməklə təkcə dövlət qarşısındakı öhdəliklərini yerinə yetirmirlər, həm də yaşadıqları ölkənin inkişafına öz töhfələrini vermiş olurlar. Bu münasibətlər qarşılıqlıdır”. Cavab: Hörmətli Orxan müəllim, tezis olaraq doğru yanaşmanız var, amma ciddi bir boşluq yaranır, bu haqda heç nə demirsiniz. Vergini tək məsuliyyət kimi görürsünüz, məsuliyyət isə səlahiyyətsiz olmur. Vergi tarixən seçkiyə bağlıdır, yəni, vətəndaşin məsuliyyəti vergi ödəməkdirsə, səlahiyyəti vergilərin necə xərclənməsinə nəzarət etməkdir. Bizdə bu yol təktərəflidir – məsuliyyət var, səlahiyyət isə yoxdur, və ya, çox azdır. Sitat: “Vergi daxilolmalarının artımından danışarkən də qeyd etdim ki, bu artım və Vergi Məcəlləsində həyata keçirilən dəyişikliklər vergi dərəcələrinin yüksəldilməsi hesabına baş vermir. Dəyişikliklərin içərisində vergi dərəcələrinin artırılması ilə bağlı hallara nəzər yetirsək, əsasən yalnız aksiz vergiləri ilə bağlı dəyişiklikləri görə bilərik. (son zamanlar) Bznes çevrələri ilə görüşlər nəticəsində 500-ə yaxın təklif formalaşıb. Onlardan 180-i məqsədəuyğun hesab edilib. Bu o deməkdir ki, müzakirələr nəticəsində həmin təkliflərin reallaşdırılması ilə bağlı müəyyən qənaətə gəlinib. Məqsədəuyğun hesab edilən təkliflərin təxminən yarısı artıq qanunvericilikdə öz əksini tapıb, digər hissəsi üzrə isə təhlillər və müvafiq işlər davam etdirilir”. Cavab: Orxan müəllim, vergi artımı tək aksizlərlə bağlı deyil, özəl sektorda əmək haqqı gəlirlərinə 3%, gələn il 5%, növbəti il üçün isə 7% vergi tədbiq olunur-olunacaq. Bunlar vergi yükünün artması deyilmi?! Bundan başqa, ƏDV də dolayı vergidir, vətəndaş ödəyir, maaşdan icbari ödənişlər var (DSMF, tibbi sığorta, işsizlik və s.) – bunlar da vergi növüdür. Gələk indi Vergi Məcəlləsinə edilən dəyişiklilərə - son 6-7 ildə 2000-ə yaxın dəyişiklik edilib, indi də 180 dəyişiklik ediləcək, başqa təkliflər də yoldadır. Hörmətli Orxan müəllim, Məcəlləni bu qədər “dəlmə-deşik” etməkdənsə, yeni, sıfırdan, biznes dostu Məcəllənin qəbulunu niyə istəmirsiniz, təklif etmirsiniz?! İndiki Məcəllə “rəqəmsal iqtisadiyyat” dövründən öncə qəbul edilib, ruhu köhnədir, qəlizdir, təzadlıdır. Sadə dildə, bir neçə səhifəlik yeni Vergi Məcəlləsi qəbul, sahələr üzrə ancaq dövriyyədən vergi prinsipi tədbiq edilmılidir, ƏDV faizi çevik olmalıdır, “daşlaşmış” 18% prinsipindən əl çəkmək lazımdır. (ardı var) ©Natiq Cəfərli

  • ABŞ-ın Venesuela vassalı Delsi Rodriges 29 yanvarda ölkə neft sənayesində özəlləşdirməyə icazə verən qanun imzaladı (https://www.nbcnews.com/world/south-america/venezuela-acting-president-signs-oil-industry-overhaul-rcna256657). Bu qanuna görə özəl şirkətlər Venesuelada neft-qaz kəşfiyyatı, hasilatı, emalı, ixracı və satışı ilə məşğul ola bilərlər. Bütün iqtisadi mübahisələr ABŞ məhkəmələrində həll ediləcək. (https://www.reuters.com/business/energy/sweeping-oil-reform-venezuela-approved-operators-expected-gain-autonomy-2026-01-29/) Elə həmin gün ABŞ-ın Maliyyə Nazirliyi Venesuela neftinin ixracına və emalına lisenziya verdi – amma bir şərtlə: bu icazə yalnız ABŞ şirkətlərinə aiddir (https://ofac.treasury.gov/recent-actions/20260129). Yəni Venesuelada işləyən ABŞ şirkəti əldə etdiyi nefti dünyaya sata bilər. Bəs digər şirkətlər? Məsələn, Venesuelanın dövlət neft şirkəti – PDVSA? Rusiya və Çin neft şirkətləri? Onların satmaq icazəsi yoxdur. Onların nefti yalnız ABŞ dövləti tərəfindən və onun müəyyən etdiyi ölkələrə satılır. Bəs satışdan pullar kimə gəlir? ABŞ-a. ABŞ xüsusi hesab yaradıb – satışdan bütün pullar həmin hesaba daxil olur. Hesab üzərində Venesuela hökumətinin nəzarəti yoxdur. Bu hesabdan Venesuelaya nə qədər pul verməyi, bu pul hesabına Venesuela üçün nələri, nə qədər və kimdən almağı ABŞ müəyyən edir. Məsələn, Venesuelaya ərzaq məhsulları lazımdırsa, ABŞ bu pula öz fermerlərindən baha qiymətə GMO ərzaqlar alıb, Venesuelaya göndərə bilər. Venesuela Çin və Rusiyaya milyardlarla borclarını hissə-hissə ödəməli idi – ABŞ bu ödənişləri etməyəcək. Financial Times yazır ki, artıq yarım ildir ABŞ Venesuela neftini ixrac edir və bu əməliyyatdan $13 milyard qazanıb. Pullar ABŞ-ın xüsusi hesabına daxil olur. Lakin indiyədək həmin pulların nəyə xərclənməsi barədə heç bir məlumat verilmir. (https://www.ft.com/content/0e562e03-106e-4729-83d7-675c27eb8c4d?syn-25a6b1a6=1) Guya bu pullar Venesuelaya qaytarılmalı idi, lakin Venesuelada iqtisadi inkişaf müşahidə edilmir. Artıq ABŞ Konqresində də bununla bağlı narazılıqlar ifadə olunur və vəsaitin xərclənməsi barədə hesabat istənilir. Bir çoxları həmin vəsaiti Trampın şəxsi vəsaiti kimi istifadə etdiyini ehtimal edirlər. Bax, buna deyərəm, əsl demokratiya. Düzdür, müstəmləkəyə daha çox oxşayır, amma bu vacib deyil. Vacib olan budur ki, ABŞ artıq Venesuelanı diktatura adlandırmır – buna görə ölkənin bütün sərvətlərini ABŞ-a peşkəş etməyə dəyər. Yeri gəlmişkən, İraq neftini də ABŞ eyni mexanizmlə satır. İran neftini də belə həzmi-rabidən keçirtmək istəyirdi – boğazında qaldı. ©Asif Şəfəqqətov

  • ❗️“Modenis” MMC (eManat) “MPAY” MMC-yə qoşulur

  • KARTDAN KARTA MƏHDUDİYYƏTLƏRİ: ÖZBAŞINALIĞIN TƏNTƏNƏSİ (ikinci yazı) Milləti ələ salıblar! Əvvəlcə dedilər ki, guya kartdan karta əməliyyatlarına məhdudiyyətlər Mərkəzi Bankla bankların razılaşması əsasında qoyulub. İndi isə məlum olur ki, bu razılaşma Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında bağlanıb. Razılaşmanın özü dərc olunmayıb, yalnız saytlarında qısaca məlumat veriblər (https://aba.az/az%c9%99rbaycan-banklar-assosiasiyasi-v%c9%99-az%c9%99rbaycan-fintex-assosiasiyasi-t%c9%99r%c9%99find%c9%99n-od%c9%99nis-al%c9%99tl%c9%99ri-uzr%c9%99-razilasdirilmis-yanasmaya-dair-m%c9%99lumat/). Məlumatın məzmununa keçməzdən əvvəl bildirirəm ki, bu tam özbaşınalıqdır. Hansısa iki qeyri-hökumət təşkilatı arasında razılaşma bağlanıb və bunun əsasında vətəndaşlara məhdudiyyət qoyulub (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi hara baxır?). Konstitusiyamıza görə hüquqlarımız yalnız qanun əsasında məhdudlaşdırıla bilər. Və həmin qanun da mütləq dərc olunmalıdır. Digər tərəfdən isə bu iki təşkilat aşkar şəkildə bank sirrinin pozulmasına yönəlmiş razılaşma bağlayıblar. Çünki bu məhdudiyyətin tətbiqi vahid elektron sistemin olmasını zəruri edir. Həmin sistemdə də hər birimizin əməliyyatları əks olunmalıdır ki, limitlərə riayət etməyimizə nəzarət edə bilsinlər. Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası kimdir ki, bizim bank sirrimizi bilsin? Bank sirrini yalnız məhkəmə, Mərkəzi Bank və vergi orqanı əldə edə bilər. İndi isə keçirəm məlumatın məzmununa. Əvvəla, təkrar edirəm: razılaşmanın özü dərc olunmayıb. Yalnız qısaca məlumatdır. Onu da bundan sonra istədikləri kimi şərh edə bilərlər. Məlumatda vurğulanır ki, limitlər yalnız mədaxil əməliyyatlarına aiddir. Yəni mən istənilən qədər kartdan karta pul köçürə bilərəm. Amma mənim kartıma aylıq 20000 manatlıq limit çərçivəsində gündə 5 ödəniş edilə bilər. Bu limitlərin səbəbi, mahiyyəti və fəsadları haqda 2 gün əvvəl yazmışam (https://www.facebook.com/akram.hasanov.5/posts/pfbid0fSuDs7UnkFbR5Ytyfq7XdKfPmmnU5XfmDkM7ht6K2JCJW9Hpcy18RxiovhfyVJvbl?locale=ru_RU). Məlumatda istisnalar haqda da deyilir. Əvvəla, yaxın qohumlar arasında əməliyyatlara məhdudiyyət olmayacaq. Görəsən sistem haradan biləcək ki, kim kimin qohumudur? Əlavə məlumat verməyə vaxt itirməkdənsə pulu elə nağd çatdırmaq olar. Digər istisna isə gülməlidir: “müştərilər tərəfindən aparılan əməliyyatlar barədə zəruri məlumatlar təqdim ediləcəyi və həmin əməliyatların müştərilərin risk profilinə uyğun olacağı hallar üzrə də limitlərin tətbiqi nəzərdə tutulmur. Analoji olaraq, ödəniş xidməti istifadəçiləri tərəfindən müvafiq əsaslandırmalar təqdim ediləcəyi təqdirdə, banklar və elektron pul təşkilatları tərəfindən onlara zəruri əlavə ödəniş alətlərinin təqdim edilməsi təmin olunacaqdır”. Bu məlumatları təqdim edib vaxt itirməkdənsə elə nağd ödəyər də hamı! Ən əsası isə kiməsə mütləq köçürmə etmək lazımdırsa istənilən səbəbi qeyd edə bilər. Məsələn, deyər ki, borcum var idi, onu ödəyirəm, vəssalam... Bütün sivil dünyanı yenə analoqu olmayan yanaşmamızla güldürdük... ©İlham Şaban

  • 🇦🇿🏦Mərkəzi Bank: "Ödəniş kartları ilə 1 milyon manatdan çox fırıldaqçılıq halı baş verib".

  • II rübün gəlhagəli... Yüksək neft qiymətləri, emal marjalarının kəskin artması və Yaxın Şərqdəki geosiyasi gərginlik II rübdə qlobal neft şirkətlərinin maliyyə nəticələrini əhəmiyyətli dərəcədə gücləndirib. ABŞ-ın ən iri neft şirkətləri olan ExxonMobil və Chevron 2026-cı ilin II rübü üzrə rekord mənfəət əldə etdiklərini açıqlayıblar. Chevron-un xalis mənfəəti ötən ilin eyni dövründəki $2,5 mlrd-dan təxminən 5 dəfə artaraq $12 mlrd-a yüksəlib. ExxonMobil-in mənfəəti isə $7,1 mlrd-dan $14,5 mlrd-a çataraq iki dəfədən çox artıb. Avropanın enerji nəhəngləri də geridə qalmayıb. Shell II rübdə $9,84 mlrd, TotalEnergies 6,0 milyard dollar, Equinor isə 4,84 milyard dollar xalis mənfəət əldə edib. Bəs Azərbaycanın neft-qaz şirkətlərinin qazancı II rübdə necə olub? Axı Azərbaycanda neft-qaz yataqlarının işlənməsi üzrə 15 hüquqi şəxs fəaliyyətdədir? Hasilatçı şirkətlərin sayı isə bundan 2 dəfədən də çoxdur. Təəssüf ki, Azərbaycanda neft-qaz şirkətləri rüblük maliyyə göstəricilərini ictimaiyyətlə bölüşmür (yalnız 2 şirkət: bp-Azerbaijan və SOCAR rüblük təsərrüfat məlumatlarını yayır) və bu baxından da cari ildə neft qiymətlərinin dünya bazarında artımının onların gəlirlərinə necə təsir etdiklərini də görmək olmur. ©İlham Şaban

  • 🇺🇲 Tramp və Respublikaçılar üçün pis xəbər. İranla müharibənin bəlkə də ABŞ-a ən böyük təsiri strateji neft ehtiyatlarının kəskin azalmasıdır ki, bu da Bayden administrasiyaya dövründən daha kəskin azalmadır. 🔻 Eyni zamanda ABŞ-ın ən vacib neft saxlama anbarlarından olan Kruçevdə tutum 20%-ə qədər enib. Bu uzun vədədə qiymətləri yuxarı çəkə və ABŞ neft sektoruna ciddi təsir edə bilər - Bloomberg 🇺🇲 ABŞ-ın strateji neft ehtiyatları son 51 ildə ən minimuma enib

  • KARTDAN KARTA LİMİTİNİN SƏBƏBİ, MAHİYYƏTİ VƏ FƏSADLARI (qeyri-şəffaflardan şəffaflıq dərsi) Mərkəzi Bank və kommersiya bankları arasında əldə edilmiş razılığa əsasən 1 avqustdan ölkədə kartla əməliyyatlara (“card-to-card”) limitlər tətbiq edilib: 1) kart sahibi hər gün öz kartı ilə 5 dəfə köçürmə edib, eyni qaydada 5 dəfə ödəniş ala bilər; 2) kartdan karta köçürmələrin maksimal ümumi məbləği 20000 manatdır. Qeyd olunur ki, bu limitlər şəffaflığın artırılması, fırıldaq hallarının azaldılması, vergidən yayınma və qanunsuz mərc oyunlarının qarşısını almağa xidmət edir. Məqsədin səmimi olduğuna inanıram. Amma sivil ölkələrdə (uzağa getməyək, elə qonşumuz Gürcüstanda) bu məqsədə limitlərin tətbiqi yolu ilə deyil, rəqəmsal monitorinq yolu ilə nail olunur. Belə ki, həmin ölkələrdə hər bir vətəndaş ildə bir dəfə gəlirlərini (mənbəyi ilə bərabər) bəyan edir. Buna görə də kartdan karta yolu ilə ona daxil olmuş vəsaitlərlə bəyan etdiyi gəlirlər arasında fərq olduğu halda vətəndaş məsuliyyətə cəlb olunur (vergi və s.). Azərbaycanda isə hətta məmurlar da gəlirlərini bəyan etmir (halbuki 2005-ci ildən bunu tələb edən Qanunumuz var). Buna görə də bizdə çirkli pullarına yuyulmasına qarşı mübarizə işlək deyil. Vətəndaş banka əmanət yerləşdirəndə, avtomobil və ev alanda, yaxud başqasına pul köçürəndə ona qarşı hər hansı irad irəli sürülə bilməz. Vəsaitin mənbəyini soruşsaz istədiyi cavabı verə bilər. Məsələn, deyə bilər ki, “babamdan qalıb”! Sivil ölkələrdə isə vətəndaş bu cavabı verə bilməz, çünki hər il əmlakı və gəlirləri barədə bəyanat verir. Beləliklə, hazırda tətbiq olunmuş limitin, habelə illər öncə tətbiq edilməyə başlamış xarici valyuta alışına illik 20000 manatlıq limitin bir səbəbi var. Məmurlamız “qara” qaydada işləməyə davam etmək istədikləri üçün (gəlirlərini bəyan etmək istəmirlər) sıravi vətəndaşları “ağ” maliyyə qaydalarına alışdırmaq üçün primitiv və kobud alətlərdən istifadə edirlər. Təsadüfi deyil ki, bunun üçün seçilmiş yolun özü də bazar iqtisadiyyatı ruhuna uyğun deyil. Necə yəni Mərkəzi Bank banklarla razılıq əldə edib? Yəni banklar könüllü olaraq öz üzərlərinə məhdudiyyət qoyublar? Necə ki, valyuta alışına illik 20000 manatlıq limiti də guya banklarımız könüllü tətbiq edib. Hansı normal kommersiya qurumu dövriyyəsini azaldacaq məhdudiyyəti tətbiq edər ki?.. Normal bazar iqtisadiyyatı şəraitində bu cür məhdudiyyətləri, xüsusilə vətəndaşlara aid olan məhdudiyyətləri kommersiya qurumları müəyyən etmir. Dövlət müəyyən edir. Buna görə də normal şəraitdə bu limitlər qanunda təsbit olunmalı idi. Əlbəttə ki, bu limitlər əhalinin əksəriyyəti üçün heç bir problem yaratmayacaq. Onların nə aylıq 20000 manatlıq pulu var, nə də gündə 5 dəfə kiməsə köçürmə etmək zərurəti və imkanı. Əksər hallarda bu limitlər həqiqətən də vergidən yayınmaq istəyənlər üçün müəyyən narahatlıq yaradacaq. Məsələn, mikrosahibkar müştərilərindən pulu hər dəfə kartına ala bilməyəcək. Lakin problemi qismən başqa yolla həll edə bilər: limitdən yuxarı pul onun yaxınlarının (ailə üzvlərinin, dostlarının və s.) kartına köçürülə bilər. Ən əsası isə pulu sadəcə nağd ala bilər, vəssalam! Və ən mənfisi də budur. Dövlət özü insanları nağd ödənişlərə qayıtmağa təşviq edir. İndiki halda dövlət heç olmasa nağdsız ödənişləri görürdü. Bundan sonra isə limitdən yuxarı ödənşlər sadəcə nağd ediləcək və dövlət onları görməyəcək. Bunumu istəyirik? Bumu bizə lazımdır?.. Ən əsası isə bu limitlər vicdanlı vətəndaşların hüquqlarının pozulmasıdır. Məsələn, tutaq ki, mənə bu ay hansısa şəxs 25000 manat borcunu ödəməlidir. Niyə bunu kartdan karta edə bilməz? Nədir-nədir, 20000 manatlıq aylıq limit var? Sivil ölkədə bu ödənişi etməkdə problem olmamalıdır. Sadəcə dövlət vəsaitin mənbəyi və əsl səbəb ilə maraqlana bilər. Hər kəsin gəlir bəyannaməsi olan ölkədə bunu araşdırmaq elə də çətin deyil. Lakin bizdə kölgə iqtisadiyyatı ilk növbədə elə məmuların gəlirinin qeyri-şəffaf olmasına söykəndiyi üçün bu cür nəzarət mümkünsüzdür. Qeyri-şəffaf insanlar bizə şəffaflıq dərsi keçir. Nəticədə isə sadəcə nağd dövriyyə artacaq... ©Əkrəm Həsənov

  • Azərbaycan son 2 ildir təbii qaz idxalını azaldır. Bu il maraqlı olan odur ki, nə Türkmənistandan, nə də Rusiyadan qaz idxalımız qeydə alınmayıb (Azərbaycan 2025-ci ilin yalnız fevral-marrında Rusiyadan qaz idxal etmişdi). Əvəzində olan idxal yalnız İrana aiddir. Amma rəsmi statustikada bur məqam da diqqətimi çəkdi ki, bu da İrana olan ixrqcımızla bağlıdır. Demək, sadəcə İranla bağlı 2005-ci ilin noyabrından aparılan əməliyyatların metodologiyası dəyişib: swap (mübadilə) əməliyyatları idxal-ixrac kimi qeyd edilir. Cari ilin yanvar mayında İrandan Xoy-Culfa kəməri ilə Naxçıvanın ehtiyacları üçün 185 mln kubmetr qaz alınıb, eybi dövrdə Asrara-Binand kəməri ilə İrana 45 mln m3 qaz ixrac edilib. ©İlham Şaban

  • Mərkəzi Bank bu il Azərbaycanda iqtisadi artımın 0,5 %, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 2,4 % olacağını gözləyir. May ayının proqnoz belə idi 2026-cı ildə ölkədə ümumi daxili məhsulun artımı (ÜDM) 1,1%, o cümlədən qeyri-neft-qaz sektorunda 3,2% - yəni gözlənti pisləşib. Mərkəzi Bank da dövlət orqanı olaraq ölkədə iqtisadi aktivliyin azaldığını görür, bilir ki, hökumətin iqtisadi problemlərə yanaşması iqtisadiyyatın çarxlarını yavaşladır - amma MB ın mandatına iqtisadi aktivliyi yüksəltmək daxil deyil, bu hökumətin işidir və MB diplomatik dillə və ÜDM-lə bağlı daha real proqnozlarla narahatlığını ifadə edir. Bəs hökumət nə düşünür, nə etmək istəyir? Reallığı nədən görmür?! ©Natiq Cəfərli

  • “Mərkəzi Bank kredit faizlərini inzibati qaydada müəyyən etmir. Faizlər bazar prinsipləri əsasında formalaşır, Mərkəzi Bank isə yalnız uçot dərəcəsi vasitəsilə vəsaitlərin maya dəyərinə təsir göstərir”. Bunu APA-Economics və AzTV-yə müsahibəsində Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Azərbaycanda kredit faizlərinin aşağı düşməsi üçün bank sektorunda rəqabət artmalı və kreditlərə tələb azalmalıdır. Sədr bank sektorunda əsas çağırışın rəqabətin yetərli səviyyədə olmaması və bazarda təmərküzləşmənin yüksəkliyi olduğunu bildirib. O qeyd edib ki, dominant bankların qiymət siyasəti ümumi bazara təsir göstərir və rəqabətin artırılması prioritet istiqamətlərdən biridir. Bu məqsədlə Mərkəzi Bankın sentyabr–oktyabr aylarında maaş və pensiya kartları üzrə yeni yanaşmalar tətbiq etməyi planlaşdırdığını açıqlayan Taleh Kazımov bildirib ki, hazırda bununla bağlı texniki işlər aparılır və dəyişikliklər bank sektorunda rəqabətin güclənməsinə töhfə verəcək. “Düşünürəm ki, bu gün bank sektorunda bizim üçün, tənzimləyici olaraq, ən böyük çağırış məhz təmərküzləşmədir. Sektorda rəqabət daha yaxşı olsaydı, mən daha rahat olardım. Rəqabəti biz artırmalıyıq. Sektorda dominant banklar var və onların qiymət, faiz siyasətindəki dəyişikliklər ümumi sektora təsir göstərir. İkinci məsələ isə, düşünürəm ki, xüsusilə biznes sahəsində, tələb faktorudur. Yəni kreditlərə tələb aşağı olmalıdır. Bu isə, sözsüz ki, Mərkəzi Bankın mandatından kənardır. Bizim üzərimizə düşən ən vacib məsələ rəqabətliliyin artırılmasıdır. Düşünürəm ki, artıq sentyabr-oktyabr aylarında, xüsusilə maaş və pensiya kartları üzrə yeni yanaşmalar tətbiq edəcəyik. Hazırda bununla bağlı texniki işlər aparılır. Bu da rəqabətin artmasına təkan verəcək.”- Taleh Kazımov deyib.

  • Azərbaycanda problemli kreditlərlə bağlı vəziyyət ciddiləşir Bu ilin iyun ayında Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 2022-ci ilin yanvar ayından bəri (4 il 5 aydan sonra) ilk dəfə 700 milyon manatı keçib. Belə ki, iyulun 1-nə ölkədə 719,3 milyon manat problemli kredit olub. Söhbət aylıq ödənişi 30 gündən çox gecikən kreditlərdən gedir. Vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 2023-cü ilin sentyabr ayından bəri (2 il 9 aydan sonra) ilk dəfə 2%-i keçib. ©Namiq Hüseynov