❣️𝕸𝖆𝖗𝖆𝖖𝖑ı 𝕱𝖆𝖞𝖉𝖆𝖑ı❣️
СтатистикаSiz bu kanalda maraqlı və faydalı məlumatlarla tanış olacaqsınız. Hər kəsə uğurlar😍
- Последний пост
- 15 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 5
- Всего постов
- 23
- Тип
- открытый
- Язык
- az
- Категория
- Религия (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 45
- 1/48двое суток
- 51
- 1/72трое суток
- 55
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
без подписи
📍Dünyada gündəlik həyatda gördüyümüz peşələrdən əlavə, haqqında eşitmədiyimiz maraqlı və qəribə peşələr var. Bunlardan bəzilərini sizlərə təqdim edirik. • İnək pedikürçüsü - Avropanın elitar fermalarında inəklərin dırnaqlarını pedikür edən bir qrup işçi kollektivi mövcuddur. • Mebel sınayan - Bu işə yalnız professional işçilər tələb olunur. Dünyanın ən böyük fabrik və dizayner şirkətləri stol və kitab rəflərini çıxmaq şərtilə çarpayı, stul, kreslo üzərində atılıb düşərək mebelin nə qədər keyfiyyətli və davamlı olduğunu müəyyən edir. • Qoltuq altı iyləyən - Antipersperant və dezodorant istehsal edən şirkətlərə qoltuq altı iyləyən işçilər tələb olunur. Belə ki, bu işçi həmin antipersperantı bir qrup insanların qoltuqlarının altına çəkir və həmin gün ərzində məhsulun qoltuqda neçə saat qaldığını və necə təsir etdiyini iyləyərək müəyyən edir. • Yumurta ayıran - Şirniyyatların hazırlanması üçün xüsusi alətin köməyi ilə yumurtaların sarısını ağından ayıran adam. • Təyinatlı qohum - Çində yalançı qohum-əqrəba təklif edən xüsusi şirkət var. Belə ki, toylarda insanların sayının çox olmasını istəyən insanlar bu şirkətdən bir günlük qohum-əqrəba icarəyə götürə bilər. Hətta burada ata-ana rolunu oynayan insanlar da var. • Ayaqyolu tapan - Bu peşə Yaponiyada dövlət qulluğu hesab olunur. Belə ki,Yaponiyada şəhərin mərkəzində bir neçə şəxs dayanır ki, onlara yaxınlaşıb 4 sent uzadaraq sizi yaxın ərazilərdə yerləşən ayaqyoluya aparmağını rica edə bilərsiniz. • Növbə saxlayan - Müxtəlif yerlərdə növbə saxlamaq üçün xüsusi şirkətlərə zəng vurararaq növbədə durmaq üçün bir şəxsi yollamağı rica edə bilərsiniz. Və həmin ünvana gedən insan sizin yerinizə növbədə dayanır, nəticə əldə etmək üçün lazım gələrsə, hətta dalaşır. Xidmətin saatı 40$ - dır. https://t.me/faydalii
📍2010-cu ilin iyun ayında İtaliyada renessans dövrünün ümdə astronomlarından biri Galileo Galilei'nin baş və orta barmaq sümüyü Florensiyanın Elmi Tarix Muzeyi tərəfindən hərracda satın alınaraq alimin artıq nümayişdə olan dişi ilə bir arada təqdim olundu. Qalileyin nəşi 1737-ci ildə bir qəbirdən digərinə köçürülərkən barmaqlar (dişlərindən biri və fəqərə sümüyü ilə yanaşı) pərəstişkarlar tərəfindən qoparılıb oğurlanır. Astronomun kəşf etdiyi teleskoplarla birgə orqanları da nümayiş olunur. https://t.me/faydalii
Dünya əhalisinin sayı 8 milyard 300 milyonu keçdi.
☠️ Dünyanın Ən Təhlükəli 10 Peşəsi 1. 🛢️ Neft platforması işçisi 💀 Təxminən hər gün 1–2 nəfər həlak olur. 🌊 Güclü fırtınalar, partlayışlar və ağır texnika səbəbindən çox risklidir. 2. ⛏️ Mədən işçisi 💀 Təxminən gündə 10–15 nəfər həyatını itirir. 🪨 Uçqunlar, qaz partlayışları və oksigen çatışmazlığı əsas təhlükələrdir. 3. 🏗️ Tikinti işçisi 💀 Təxminən gündə 160 nəfər ölür. 🏢 Ən çox ölüm səbəbi hündürlükdən yıxılmaqdır. 4. 🚚 Yük maşını sürücüsü 💀 Təxminən gündə 80–100 nəfər yol qəzalarında həlak olur. 🛣️ Uzun saatlar sükan arxasında olmaq riski artırır. 5. 🚁 Helikopter pilotu 💀 Təxminən gündə 1 nəfər həlak olur. 🌪️ Pis hava şəraiti və texniki nasazlıqlar əsas səbəblərdəndir. 6. 🎣 Dəniz balıqçısı 💀 Təxminən gündə 25–30 nəfər ölür. 🌊 Fırtınalar və dəniz qəzaları bu peşəni çox təhlükəli edir. 7. 🌲 Ağac kəsən 💀 Təxminən gündə 3–5 nəfər həyatını itirir. 🪵 Aşan ağaclar və motorlu mişarlar əsas təhlükədir. 8. ⚡ Elektrik xətləri ustası 💀 Təxminən gündə 2–3 nəfər ölür. ⚡ Yüksək gərginliklə işləmək böyük risk yaradır. 9. 🚒 Yanğınsöndürən 💀 Təxminən gündə 5–8 nəfər həlak olur. 🔥 Alov, tüstü və bina çökmələri təhlükəlidir. 10. 🚓 Polis əməkdaşı 💀 Təxminən gündə 8–10 nəfər xidmətdə və ya xidmətlə əlaqəli hadisələrdə həyatını itirir. 🚨 Silahlı qarşıdurmalar və yol hadisələri əsas risklərdəndir. 📌 Qeyd: Bu rəqəmlər dünya üzrə müxtəlif illərin beynəlxalq statistikasına əsaslanan təxmini göstəricilərdir və ölkələrə görə dəyişə bilər. https://t.me/faydalii
📍Tennisçilərin Uimbildon'da söyüş söyməsi qadağandır. Buna görə hakimlər demək olar ki, hər dildə söyüş söyməyi bilməlidirlər🥎 https://t.me/faydalii
📍Alan Francis'in yazdığı "Kişilərin qadınlar haqqında bildikləri hər şey" adlı 120 səhifəlik kitab 1 milyondan çox nüsxə satdı. Maraqlısı odur ki, kitabın səhifələri boşdur. Kitab özü çoxdan bestseller olsa da, maraqlısı budur ki, kitab bütün dükanlarda polietilenə bükülmüş formada satılır. Kitabı yalnız aldıqdan sonra oxumaq olar. Yəni bu o deməkdir ki, kitabı ya özünüz doldurmalısınız, ya da qadınlar haqqında əslində heç nə bilmirsiniz📚 https://t.me/faydalii
📍"Filophobia" aşiq olmaqdan qorxma fobiyasıdır. Belə bir fobiyası olan insan eşq yaşamaqdan qorxar və sevməz. "Cherophobia" isə xoşbəxt olmaqdan qorxma fobiyasıdır. Belə ki, bu tip insan xoşbəxt olduğunda pis bir şey olacağına inanır. https://t.me/faydalii
📍Hollandiyanın paytaxtı olan Amsterdam şəhərində dövlət küçələri təmizləyən alkoqoliklərə bunun müqabilində pulsuz pivə, bir qədər tütün, günorta yeməyi və 10€ pul ödəyir. Eyni zamanda, statistika bu layihədən sonra şəhərdə oğurluq və cinayət hadisələrinin xeyli azaldığını göstərir. https://t.me/faydalii
📍Hər il London Təbii Tarix Muzeyi tərəfindən keçirilən "İlin vəhşi həyat fotoqrafçısı" yarışını 2019-cu ildə çinli fotoqraf Yongqing Bao qazanmışdı. Yongqing Baonun çəkdiyi "Bir an" adlı şəkildə ov etməyə çıxan tibet tülküsünün hücum etmək istədiyi himalay marmotunun insan kimi reaksiya verməsi əks etdirilmişdir📷 https://t.me/faydalii
📍Yaponiyanın ən çox oxunan qəzetlərindən biri olan "Mainichi Shimbunsha" 100%-lik davamlı bir qəzet dizaynı ilə diqqət çəkir. Bu qəzeti oxuduqdan sonra torpağa basdırsanız, öz xam maddəsi olan bitkilər yetişəcək. "Ətraf-mühit qəzeti" olaraq adlandırılan Mainichi Shimbunsha torpaq ilə qarışdıqda qəzetin geri çevrilmiş xam maddəsinin içərisində olan toxumlar cücərib fərqli bitkilərə çevrilir. Qəzetin mürəkkəbi isə tərəvəz qaynaqlıdır və bu, bitkilər üçün gübrə rolunu əvəz edir📰 https://t.me/faydalii
📍Kitabxanada satıcı bir qız sevgilisinin gəldiyini görür. Bu zaman atası da yanında olur. Qız sevgilisinə: Alman yazıçısı Yorg Danielin "Atan evdədirmi?" kitabını almağa gəlmisiniz deyəsən? Oğlan: Yox, mən ingilis yazıçı Tomas Munisin "Səni harada görə bilərəm?" kitabını almağa gəlmişəm. Qız: O kitab yoxdur, amma mən sizə amerikan yazıçı Patrice Olferin "Alma ağaclarının altında" kitabını məsləhət görərdim. Oğlan: Çox gözəl, belçikalı yazıçı Jean Barnerin "5 dəqiqə sonra zəng edərəm" kitabını sabah gətirə bilərsiniz? Qız: Məmnuniyyətlə. Bir də fransız yazıçı Mishel Danielin "Əsla tək buraxmaram" kitabını da məsləhət görürəm. Bu dialoqdan sonra atası soruşur: Bu kitablar çox deyilmi? Bunların hamısını oxuyur? Qız: Hə ata, o çox ağıllı oğlandır, hamısını oxuyar. Ata: Mənim ağıllı və gözəl qızım, elədirsə ona, hollandiyalı yazıçı Frank Martinsin "Mən axmaq deyiləm" kitabını təklif et və özün də oxu📚 https://t.me/faydalii
📍Psixotriya (Psychotria Elata) adlı insan dodağına bənzəyən bu bitki Mərkəzi və Cənubi Amerikada mövcuddur. Bitki ilan sancması kimi bir çox ciddi problemlər üçün faydalıdır💋 https://t.me/faydalii
Çox adam elə düşünür ki, ən böyük qarpız ən yaxşı seçimdir. Amma qarpız seçərkən ən vacib əlamətlərdən biri onun torpaqda qalan ləkəsidir. Bu açıq rəngli ləkə qarpızın yetişərkən torpağın üstündə qaldığı hissədə əmələ gəlir. Kiçik və ağ rəngli ləkə adətən qarpızın bir qədər tez yığıldığını göstərir. Krem-sarı rəngli ləkə isə onun daha uzun müddət yetişdiyini və nəticədə daha şirin dad qazandığını göstərir. Bundan başqa, qarpızın qabığının görünüşü, vuranda çıxardığı səs və ümumi görünüşü də seçim zamanı kömək edə bilər. Bu əlamətlərin hamısını birlikdə nəzərə alsanız, şirin və sulu qarpız seçmək şansınız daha yüksək olar. https://t.me/faydalii
*Elm təsdiqlədi:* *Ananız həmişə sizinlədir.* *Onun hüceyrələri bədəninizin daxilində ömrünüzün sonuna qədər qalır."* Ananız həmişə sizinlədir. Təkcə mənəvi baxımdan deyil, fiziki olaraq da. Bu hadisə mikroximerizm adlanır. Hamiləlik zamanı hüceyrələr tamamilə ayrı qalmır. Dölün çox az sayda hüceyrəsi ananın orqanizminə keçir, eyni zamanda ananın bəzi hüceyrələri də inkişaf etməkdə olan körpəyə ötürülür. Bu ana hüceyrələri uşağın bədənində uzun illər, hətta ehtimal ki, ömür boyu qala bilər. Tədqiqatçılar bu hüceyrələri bədənin müxtəlif hissələrində aşkar ediblər: qanda, dəridə, qaraciyərdə, sümük iliyində və hətta beyində. Bioloji baxımdan, ananızın bir hissəsi sizin bir parçanız olur. Bu, sadəcə xatirə deyil. Təkcə simvolik bir məna da daşımır. O, bu dünyadan köçdükdən çox sonra belə, onun bir hissəsi hələ də sizin daxilinizdə yaşaya bilər... Səssizcə varlığını qoruyaraq, həyat hekayənizin bir hissəsi olaraq qalır. https://t.me/faydalii
🦃 HİNDUŞKA 🦃 Türk diliində bu quşa hindi deyilir, bu da “Hindistandan gələn” mənasını verir. Ancaq Hindistanda bu quşa “Peru” deyirlər. Ərəb dilində ona “Yunan toyuğu”, yunan dilində “Fransız toyuğu”, fransız dilində isə “Hindistan toyuğu” deyilir. Maraqlısı budur ki, bu quş əslində bu bölgələrin heç birinə məxsus deyil. Bu qeyri-adi adlandırmanın tarixi XVI əsrə gedib çıxır. Həmin dövrdə avropalı səyyahlar Amerikada ilk dəfə hinduşka ilə qarşılaşdılar. O zaman qlobal ticarət yolları hələ tam öyrənilməmişdi və tacirlər qitələr arasında daşınan ekzotik heyvanları və malları tez-tez səhv tanıyırdılar. Bu qarışıqlıq səbəbindən avropalılar hinduşkanı tez-tez Afrikadan gətirilən qvineya toyuğu və ya Osmanlı İmperiyası vasitəsilə ticarəti aparılan digər quş növləri ilə səhv salırdılar. Quş Avrasiya boyunca yayıldıqca, hər bir xalq onu öz ticarət əlaqələrinə və fərziyyələrinə əsaslanaraq fərqli bir “xarici” ölkə ilə əlaqələndirdi. Nəticədə maraqlı bir dil zənciri yarandı. İngilisdillilər onu Türkiyə ilə əlaqələndirdilər, türklər Hindistanla, fransızlar da Hindistanla, ərəblər Yunanıstanla, yunanlar Fransa ilə, portuqaldillilər isə Peru ilə əlaqələndirdilər. Beləliklə, əsl vətəni Şimali Amerika olan bir quş, tarixdə baş verən yanlış anlaşılmalar səbəbindən bir neçə qitəni əhatə edən səhv mənşə xəritəsini öz adı ilə daşımağa başladı. https://t.me/faydalii
*🌍 Təbiətin səssiz hücumu: Nyos gölündə baş verən dəhşətli hadisə* 📅 21 avqust 1986-cı il 📍 Kamerun, Nyos gölü Gecənin sakitliyində təbiət gözlənilməz bir hadisə ilə minlərlə insanın həyatını dəyişdi... Nyos gölünün dərinliklərində illər boyu yığılan karbon qazı (CO₂) qəfil şəkildə havaya buraxıldı. Rəngsiz və qoxusuz olan bu qaz havadan ağır olduğu üçün yerə yaxın yayıldı və ətraf kəndləri bürüdü. 😔 Nəticə dəhşətli oldu: ⚫ 1 700-dən çox insan həyatını itirdi 🐄 Minlərlə heyvan tələf oldu 🏘️ Kəndlər səssizliyə qərq oldu Ən qorxulusu isə bu idi ki, heç kim təhlükəni görə bilmirdi… Çünki qaz nə görünürdü, nə də hiss olunurdu. 🔬 Alimlərin araşdırmasına görə, gölün altında vulkanik mənşəli CO₂ toplanmışdı. Qazın qəfil çıxması nəticəsində ətrafdakı hava oksigensiz qaldı və insanlar boğularaq həyatlarını itirdilər. Bu hadisədən sonra göldə xüsusi sistemlər quruldu ki, yığılan qaz tədricən xaric edilsin. https://t.me/faydalii
*Vertalyot böcəyi* 🐉 İynəcə (Dragonfly) – Təbiətin ən möhtəşəm uçan həşəratlarından biri 💙 Heç bilirdinizmi ki, iynəcələr Yer üzündə 300 milyon ildən çoxdur yaşayırlar? 👀 Demək olar ki, 360° görürlər. Böyük mürəkkəb gözləri sayəsində ətraflarında baş verən hər şeyi izləyə bilirlər. 🚁 Əsl uçuş ustalarıdır. İynəcələr irəli, geri, yuxarı, aşağı uça, hətta havada bir nöqtədə dayanaraq istiqamətlərini ani dəyişə bilirlər. Məhz buna görə bir çox insan onları "vertolyot böcəyi" adlandırır. 🦟 İnsan üçün təhlükəli deyillər. Onlar nə zəhərlidirlər, nə də insanlara hücum edirlər. Əksinə, ağcaqanad, milçək və digər kiçik həşəratlarla qidalanaraq təbiətdə faydalı rol oynayırlar. 💧 Həyatlarının ilk mərhələsini suda keçirirlər. Sonra isə qanadlı yetkin iynəcəyə çevrilərək göllərin, çayların və bataqlıqların ətrafında uçmağa başlayırlar. 🌿 Təbiətin bu zərif canlıları bizə bir daha göstərir ki, ən kiçik varlıqların belə ekosistemdə mühüm rolu var. Onları qorumaq təbiəti qorumaq deməkdir. https://t.me/faydalii
*Böyük bir fil sürüsü.* 1500-cü ildə Afrikada 25 milyondan çox fil var idi. 1900-cü ilə gəldikdə bu rəqəm 10 milyona düşmüşdü, 1979-cu ildə isə cəmi 1,3 milyon fil qalmışdı. 1990-cı illərin ortalarında isə onların sayı 300 mindən də aşağı enmişdi. Bu şəkil 1976-cı ildə çəkilib. https://t.me/faydalii
Sincaplar təəccüblü dərəcədə qayğıkeş və himayədar davranışlar sərgiləyə bilirlər. Anasını itirmiş bir bala sincap olduqda, yaxınlıqdakı dişi sincaplar bəzən onu himayələrinə götürərək öz balaları kimi böyüdürlər. Onlar balaya istilik, qayğı və lazımi baxım göstərir, hətta onu əmizdirə də bilirlər. Bunun sayəsində bala sincabın sağ qalma ehtimalı artır. Hər zaman rast gəlinməsə də, bu davranış təbiətdə də əməkdaşlığın və qayğının mövcud olduğunu göstərir. Həmçinin sübut edir ki, müdafiəsiz balalar valideynlərini itirsələr belə, başqa sincapların qayğısı sayəsində böyüyüb inkişaf edə bilərlər. https://t.me/faydalii