Tarixə Səyahət
Статистика• Çox böyük tarix lazımdır ki, bir az ədəbiyyat alınsın. (Henri Ceyms) Tarixi Faktlar 🎞 Azərbaycan Tarixi 📜 Kəşflər 🧬
- Последний пост
- 19 июл.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- az
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 27
- 1/48двое суток
- 30
- 1/72трое суток
- 33
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz. @toplu_admini
DÜNYANI FƏRQLİ GÖRMƏYƏ HAZIRSINIZ? 👁️ Qarşınızda Telegramın gizli bilik mərkəzləri. Hər mövzuda ən maraqlı məlumatlar, dərin təhlillər və maraqlı faktlar. Keçidə toxun, öyrənməyə başla! ✨ @kanalivo
DÜNYANI FƏRQLİ GÖRMƏYƏ HAZIRSINIZ? 👁️ Qarşınızda Telegramın gizli bilik mərkəzləri. Hər mövzuda ən maraqlı məlumatlar, dərin təhlillər və maraqlı faktlar. Keçidə toxun, öyrənməyə başla! ✨ @kanalivo
Adam Rayner elmə məlum olan yeganə insandır ki, həyatı boyu həm cırtdan, həm nəhəng olub. 1917-ci ildə, 18 yaşında olarkən, Adamın boyu 122,5 sm idi. Lakin 26 yaşında onun boyu qəfil sürətlə artmağa başladı və 1931-ci ildə 218 sm-ə çatdı. Nəhənglik (gigantizm) nəticəsində o, yatağa məhkum oldu və kifoz (qozbellik) xəstəliyindən əziyyət çəkirdi. Adam Rainerdə hipofiz vəzisində şiş aşkar edilmişdi və həkimlər boy artımındakı bu sıçrayışı məhz bununla izah edirdilər — halbuki bu yaşda insanlar adətən artıq boy atmırlar. 1930-cu ildə şiş Oskar Hirsch tərəfindən əməliyyatla götürüldü, lakin Adam yenə də böyüməyə davam etdi, sadəcə daha yavaş templə. Bundan əlavə, o, akromeqaliya xəstəliyindən də əziyyət çəkirdi. Bu xəstəliyin tipik əlamətləri onda açıq şəkildə müşahidə olunurdu: qeyri-adi uzun qollar və ayaqlar, çıxıntılı alın və çənə, iri dodaqlar və seyrək dişlər. 4 mart 1950-ci ildə vəfat edərkən onun boyu 234 sm-ə çatmışdı. Ölümündən sonra cəsədi kremasiya olunmuş, dəfn yeri isə məlum deyil.
Avstriyanın Yuxarı Avstriya vilayətinin Braunau am Inn şəhərində Adolf Hitlerin doğulduğu ev. Onun burada doğulması təsadüfi idi. Atası Almaniya ilə sərhəddə yerləşən bu şəhərdə gömrük işçisi idi və binanın üçüncü mərtəbəsindəki mənzili kirayələmişdi. Ailənin kökü isə Aşağı Avstriyanın Valdfirtel regionundan idi. Balaca Adik 😊 burada 3 yaşına qədər yaşadı, sonra köçdülər. Nasizm dövründə ziyarətgaha çevrilən binanı İkinci dünya müharibəsindən sonra Pommer ailəsi aldı. Avstriya hökuməti xüsusi qanun qəbul edərək 2016-cı ildə evi Gerlinda Pommer adlı sahibindən 800 min avro müqabilində məcburi qaydada aldı. Məbləğdən narazı qalan qadın məhkəməyə müraciət etdi və 1,5 milyon avro ödənilməsinə nail oldu. Hazırda binada təmir işləri gedir və BBC-nin məlumatına görə burada polislərə insan hüquqları üzrə təlim keçəcək ixtisasartırma kursu yerləşəcək. Binanın qarşısında qoyulan daşın üzərində almanca “Sülh, azadlıq və demokratiya naminə. Faşizm bir daha heç vaxt. Milyonlarla qurban xəbərdarlıq edir” yazılıb.
21 mart 1963-cü il, qorxunc Alkatras həbsxanası qapadıldı.
23 mart 625-ci il, məkkəli bütpərəstlərlə Mədinədə yaşayan müsəlmanlar arasında Uhud döyüşü baş verir.
15 iyun 2008-ci il, şahzadə Çarlz uzaq sələfi və adaşı II Çarlzın 3,5 əsrlik borcunu ödəyir.
23 mart 1931-ci il, qrossmeyster Viktor Korçnoy anadan olub. Bəziləri onu dünya çempionu olmayan ən güclü şahmatçı hesab edir. Korçnoy 1976-cı ildə Niderlandda keçirilən turnirdə iştirak edəndən sonra SSRİ-yə qayıtmaqdan imtina etdi və Qərbdə məskunlaşdı. Yaşıdlarının ən güclü dövrü artıq arxada qaldığı zaman karyerasının ən parlaq dövrünü yaşadı. İki dəfə iddiaçılar turnirinin qalibi olaraq dünya çempionu Anatoli Karpovla qaşılaşdı. Kreml sovet şahmatçısı ilə sovetdən qaçan şahmatçının matçına böyük siyasi əhəmiyyət verirdi. ✅ Kanalımızın linki: http://T.me/tarixe_seyahet 📜
10 fevral 1258-ci il, Hülakü xanın monqol ordusu Bağdadı tutaraq Abbasi xilafətinə faktiki son qoyur. Bağdadın mühasirəsini təsvir edən miniatür Rəşidəddinin “Cəmi ət-Təvarix” kitabında yer alıb.
12 fevral 1929-cu il. SSRİ-dən sürgün olunan Lev Trotski arvadı və böyük oğlu ilə İstanbula gəlir və bir müddət sonra Mərmərə dənizində Şahzadə adalarının ən böyüyü olan (adından da bilindiyi kimi) Böyükadadakı bu indi uçulmuş evdə məskən salır.
18 sentyabr 1890-cı il, Osmanlı dövlətinin “Ertuğrul” freqatı Yaponiya sahilləri yaxınlığında batır.
Polyakların Anders ordusunun sevimli talismanı: Voytek adlı ayı.
“Toyota savaşı” - Liviya və Çad arasındakı konfliktin son, həlledici mərhələsinə verilən addır. ✅ Kanalımızın linki: http://T.me/tarixe_seyahet 📜
13 yanvar 1842-ci il, Kabildən geri çəkilərkən qırılan ingilislərin sonuncu qrupu Qandamak kəndi yaxınlığında əfqanlarla son döyüşə girir. ✅ Kanalımızın linki: http://T.me/tarixe_seyahet 📜
Əfşarlar sülaləsindən ikinci İran şahı Adil şah ✅ Kanalımızın linki: http://T.me/tarixe_seyahet 📜
Nadir şah Əfşarın böyük oğlu Rzaqulu mirzə. ✅ Kanalımızın linki: http://T.me/tarixe_seyahet 📜
Əfşarlar sülaləsindən sonuncu hökmdar Şahrux şah ✅ Kanalımızın linki: http://T.me/tarixe_seyahet 📜
İzmir vilayətinin Menemen şəhərində “Şehit Kubilay anıtı”. ✅ Kanalımızın linki: http://T.me/tarixe_seyahet 📜
Çexoslovakiyanın tərkibində olan Selmençı kəndinin bir hissəsi 1946-cı ildə SSRİ-yə verildi. Kəndin küçəsindən keçən sərhəd qohumları, hətta ailə üzvlərini ayırdı. ✅ Kanalımızın linki: http://T.me/tarixe_seyahet 📜