Hədislər 📚
СтатистикаMənbəli Hədislər Məqsədimiz Əhli-Beytin (ə) kəlamları ilə sizi maarifləndirməkdir.
- Последний пост
- 4 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- az
- Категория
- Религия (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 159
- 1/48двое суток
- 182
- 1/72трое суток
- 196
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
Nəhcül-Bəlağə: Peyğəmbər (s) buyurdu: “İnsanın dayağı onun ağlıdır. Ağılı olmayanın dini də yoxdur.” İxtisas kitabında: İmam Sadiq (ə) buyurdu: “Allah bir bəndədən neməti almaq istədikdə, ilk dəyişdirdiyi şey onun ağlıdır.” İmam Sadiq (ə) buyurdu: “Ağıl sözlərin üzərinə dalar və onları sinənin gizli yerlərindən çıxarar; necə ki, dalğıc dənizin dərinliyində gizlənmiş mirvarini çıxarar.” Əmirəlmöminin Əli (ə) buyurdu: “İnsanlar bilmədikləri şeylərə düşməndirlər.” Əmirəlmöminin Əli (ə) buyurdu: “İnsanı üstün edən dörd xüsusiyyət vardır: — iffət, — ədəb, — səxavət, — ağıl.” https://t.me/hedis_evimm •┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••
Əmirəlmöminin Əli (ə) buyurdu: “Ağıldan daha faydalı mal yoxdur. Cəhalətdən daha böyük müsibət yoxdur. Məsləhətləşməkdən daha möhkəm dayaq yoxdur. Haramlardan çəkinmək qədər təqva yoxdur. Düşünmək qədər ibadət yoxdur. Müvəffəqiyyətdən daha yaxşı rəhbər yoxdur. Gözəl əxlaqdan daha yaxşı yoldaş yoxdur. Ədəbdən daha yaxşı miras yoxdur.” https://t.me/hedis_evimm •┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••
“Məani” kitabı: Bir qrup şəxs Əbu Mufəzzəldən, o Hənzələ ibn Zəkəriyya əl-Qazidən, o Məhəmməd ibn Əli ibn Həmzə əl-Ələvidən, o da atasından, o da İmam Rzadan, o da öz atalarından nəql edir: Allah Rəsulu (s) buyurdu: “Möminin kifayəti onun malıdır. Onun kişiliyi və dəyəri ağlıdır. Onun səbr və təmkinliyi şərəfidir. Onun kərəm və ucalığı təqvasıdır.” “Əd-Durrətül-Bahirə” kitabında: Əbu Həsən əl-Əskəri (ə) buyurdu: “Cəhalət və xəsislik ən pis əxlaqlardandır.” https://t.me/hedis_evimm •┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••
Məani: Əbu Məhəmməddən nəql edir: İmam Əli ibn Hüseyn (ə) buyurdu: “Kim özündə olan şeylərin ən kamili olan ağlını kamilləşdirməzsə, onun həlakı ən asan olan şeydən olar.” Nəhcül-Bəlağə: Əmirəlmöminin Əli (ə) buyurdu: “Ağıllının sinəsi onun sirr sandığıdır. Ağıl kimi zənginlik yoxdur. Cəhalət kimi yoxsulluq yoxdur. Ədəb kimi miras yoxdur. Ağıldan daha faydalı mal yoxdur. Tədbir kimi ağıl yoxdur.” Nəhcül-Bəlağə: İbn Abbasdan rəvayət olunur ki, o dedi: “Dinin əsası ağıl üzərində qurulmuşdur. Vaciblər ağıl əsasında fərz edilmişdir. Rəbbimizi ağılla tanıyırıq və Ona ağılla yaxınlaşırıq. Ağıllı insan, ağılsız şəkildə ibadət edən bütün çalışqan insanlardan öz Rəbbinə daha yaxındır. Ağıllı insanın etdiyi zərrə qədər yaxşılıq, cahilin min il cihad etməsindən daha üstündür.” https://t.me/hedis_evimm •┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••
İmam (ə) buyurdu: “Həqiqətən, Allah-Təala cahil qocaya, zülmkar varlıya və təkəbbürlü kasıba nifrət edir.” https://t.me/hedis_evimm •┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••
❓ Möminlərin ruhları ölümdən sonra hansı simada olarlar? 👉 Həzrət Rəsuli-Əkrəm (s) buyurur: "İlahi övliyalar ölmürlər, lakin bir evdən başqasına köçürlər". "Hər kim ölsə, onun Qiyaməti bərpa olar". 🔹 Hədislərin bəzisində oxuyuruq ki, bərzəx aləmi dünyanın qalan işlərini tamamlayar. Belə ki, o mömin ki, nəfsindən ayrılmış və lakin hələ kamala çatmamışdır, bərzəx aləmində kamala catar Qiyamət günü öz həqiqi kamalı ilə məşhur olar. https://t.me/hedis_evimm •┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••
✳️ MÖMİNİN ƏLAMƏTLƏRİ ✍ İmam Səccad (ə) buyurur: «عَلَاماتُ المُؤمِن خَمسٌ: الوَرَعُ فِی الخَلوَةِ، والصَّدَقَةُ فِی القِلَّةِ، والصَّبرُ عِندَ المُصِیبَةِ، والحِلمُ عِندَ الغَضَبِ و الصِّدقُ عِندَ الخَوفِ.» "Möminin beş əlaməti var: Gizlində günah etməkdən çəkinmək, ehtiyaclı halda sədəqə vermək, müsibət zamanı səbr etmək, qəzəbli halda dözümlü olmaq və qorxu halında doğrunu danışmaq". 📓 Əlxisal, c. 1, səh. 269 https://t.me/hedis_evimm •┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••
☑️Şəfaət 🔹Həzrət Fatimə Zəhra (s.ə): "Qiyamət günündə məb'us olduğum zaman Peyğəmbər (s) ümmətinin günahkarlarına şəfaət edəcəyəm." 📘İhqaqul həqq, c 19 səh 129ş 〰〰〰〰〰 ☑️ Qısa şərh (Hədis) 🔹Əlbəttə, şəfaətin də şəraiti var. Şəfaət o kəslərə aiddir ki, Əhli-Beytin (ə) davamçısı olsun və etdiyi günahdan da tövbə etmiş olsun. 🔹Şəfaətə layiq olan şəxs gərək həyatını Əhli Beytin (ə) həyatı kimi qərar versin. Yə'ni zülmə boyun əyməsin və ədalətin icrasına çalışsın. https://t.me/hedis_evimm •┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••
✍ İmam Musa ibn Cəfər (ə): Mömin şəxsə üz gətirən elə bir bəla yoxdur ki, dua ilə tez aradan qalxmasın. Əgər dua etməsə, bəla uzanar. Buna görə də sizə bəla üz gətirəndə Allaha dua edin, yalvarın. 📚 "Əl-Kafi", c. 2, səh. 471. https://t.me/hedis_evimm •┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••
İmam Həsən (ə) buyurub: "(Ölüm) səfərinə hazırlaş. Əcəlin gəlib çatmamış yol azuqəni hazır et. Bil ki, sən dünyanın arxasınca düşmüsən, ölüm isə sənin arxanca düşüb." Əllamə Məclisi, "Biharul-ənvar", c. 44, səh. 139 https://t.me/hedis_evimm •┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••
✍ İmam Musa ibn Cəfər (ə): Mömin şəxsə üz gətirən elə bir bəla yoxdur ki, dua ilə tez aradan qalxmasın. Əgər dua etməsə, bəla uzanar. Buna görə də sizə bəla üz gətirəndə Allaha dua edin, yalvarın. 📚 "Əl-Kafi", c. 2, səh. 471. https://t.me/hedis_evimm •┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••
🔰 Allahı ziyarət etmək (xəstəni yoluxmaq) haqqında hədis Musa ibn Cəfər (ə) öz pak atalarından, onlar da Məhəmməddən (s) belə rəvayət edirlər: ✨ Qiyamət günü Allah-Təala bəndələrindən birini danlayaraq buyurar: “Ey bəndəm! Mən xəstələndiyim zaman niyə Məni ziyarət etmədin?” Bəndə deyər: “Subhansan Sən! Subhansan Sən! Sən aləmlərin Rəbbisən, nə ağrı çəkərsən, nə də xəstələnərsən!” Allah buyurar: “(Amma) mömin qardaşın xəstələndi və sən onu ziyarət etmədin. İzzətimə və Cəlalıma and olsun ki, əgər onu ziyarət etsəydin, Məni onun yanında tapardın. Sonra sənin ehtiyaclarını Öz öhdəmə götürər və hamısını yerinə yetirərdim. Bu, Mənim mömin bəndəmə verdiyim dəyərə görədir. Mən Rəhman və Rəhiməm.” 📚 Mənbə: Biharul-Ənvar, cild 64, səh. 69 https://t.me/hedis_evimm •┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••
İmam Əli (ə) buyurub: Kim özünə qiymət qoysa, şəhvət və nəfsin istəkləri onun gözündə dəyərdən düşər. 📚Nəhcül-Bəlağə, hikmət 449. https://t.me/hedis_evimm •┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••
*İmam Baqir (ə) buyurub:*🗣️ _Allaha (c.c) təvəkkül edən məğlub olmaz._🤍 > *Müstədrəkul-vəsail", c.11, səh.328*📓 https://t.me/hedis_evimm •┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••
İmam Əliyyən-Nəqi (ə) buyurub: - Hər kim özündən razı olarsa, ondan narazı (qəzəbli) olanlar da çox olar. 📚Biharul-ənvar, cild-72, səh.-316. https://t.me/hedis_evimm •┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••
📿 Həzrət Peyğəmbər (s) buyurub: Bir iş görəndə onu yalnız Allah üçün gör. Çünki O, bəndələrin yalnız xalis əməllərini qəbul edir. 📚 Biharul-Ənvar, c.77, səh. 103, hədis 1. https://t.me/hedis_evimm •┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••
Möminin niyyəti, onun əməlindən üstündür Həzrət Peyğəmbər (s) buyurur: “Dünya möminin zindanı və kafirin behiştidir”. Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Dua - möminin silahıdır”. Peyğəmbəri-Əkrəm (s) buyurur: “Möminin niyyəti möminin əməlindən üstündür”. İmam Əli (ə) buyurur: “Hikmət - möminin itmişidir”. Rəsulallah (s) buyurur: “Namaz - möminin nurudur”. İmam Əli (ə) buyurur: “Möminin Allah qorxusuna görə ağlaması, gözünün aydınlanmasına səbəb olar”. Həzrət Peyğəmbər (s) buyurur: “Möminin nicatı - dilini saxlamasındadır”. İmam Sadiq (ə) buyurur: “Hər kim susuz möminə su verər, Allah Qiyamət günü onu Öz kölgəsinə aparar və behişt içəcəyindən ona içizdirər”. Həzrət Peyğəmbər (s) buyurur: “Möminin şərəfi - gecə oyaq qalmasındadır”. İmam Əli (ə) buyurur: “Mömin düz danışan və ayıq ürəklidir”. İmam Səccad (ə) buyurur: “Möminin mömin qardaşının üzünə sevgi ilə baxması - ibadətdir”. İmam Muhəmməd Təqi (ə) buyurur: “Möminin izzət və şəxsiyyəti, başqalarından ehtiyacsız olmağı ilədir”. (Tebyan) https://t.me/hedis_evimm •┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••
Rəsulallah (s.a.v.v) Uca Allahdan belə buyurur: Haram baxış İblisin zəhərli oxlarından biridir. Yalnız Mənə görə gözlərini naməhrəmdən qoruyan şəxsə bunun əvəzində elə bir iman verəcəyəm ki, onun ləzzətini qəlbində duyacaqdır. (Mizanül-hikmət,cild 10,səh 78) https://t.me/hedis_evimm •┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••
İslam Peyğəmbəri (s.a.v.v): Hər bir müsəlmanın gözü ixtiyarsız olaraq qadının gözəlliyinə düşsə və gözünü bağlasa (ondan gözünü çəksə), Allah ona ibadətin şirinliyni hiss etmək nailiyyətini verər. https://t.me/hedis_evimm •┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••
İmam Əli (ə.s) buyurur:Gözləri üsyankarlıq və şəhvət müqabilində yummaq necə də gözəl səddir. (Ğürərul-hikəm,hədis 321) https://t.me/hedis_evimm •┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••