tgindex
HƏNBƏLİ_MƏDRƏSƏSİ

HƏNBƏLİ_MƏDRƏSƏSİ

Статистика

İMAM ƏHMƏD BİN HƏNBƏL

Последний пост
14 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
8
Всего постов
25
Тип
открытый
Язык
und
Категория
Религия (по похожим)
В каталоге с
13 авг.
Подписчики
316
0 за 3 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
40
25 постов
Вовлечённость
12,7%
к подписчикам
Постов в день
1,1
всего 25
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
22
1/48двое суток
25
1/72трое суток
27

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • Quran oxumaq və zikr etmək üçün toplaşmağın hökmü. Quran oxumaq, zikr etmək və dua etmək üçün bir yerə toplaşmağın hökmü barədə İmam Əhməddən üç rəvayət nəql edilmişdir: * Birinci rəvayət: İmam Əhmədin bu əməli müstəhəb hesab etməsidir. O, belə demişdir: *"Bundan daha gözəl nə ola bilər?"* O, Quran oxumağın digər kəlamlardan üstünlüyünü, Allahın dua etmək barədəki: *"Mənə dua edin, Mən də sizə cavab verim"* (Ğafir, 60) əmrini və dua edib istəməyə təşviq edən hədisləri dəlil gətirmişdir. * İkinci rəvayət: Bunun bidət (ya məkruh, ya da haram bidət) sayılmasıdır. İmam Əhməd bunu səhabələr və tabiinlər dövründə olmayan bir yenilik hesab etmiş və bunun (dində sonradan uydurulan) yeniliklərdən olmasından qorxmuşdur. * Üçüncü rəvayət: Çox hallanmamaq şərti ilə icazəli olmasıdır. İmam Əhməd belə demişdir: *"Bunu ancaq çox etdikləri zaman məkruh sayıram"*. Yəni, bu əməl mütləq bir vərdiş halına gətirilərsə və ya mübaliğəyə yol verilərsə, məkruh olar. * əl-Mərdavi "əl-Furu" əsərinin təshihində əsas götürmüşdür ki: Burada meyar insanın halıdır. Əgər bir yerə toplaşmaq insanda təklikdə olduğundan daha çox xüşu və nəsihət alma hissi yaradırsa, dini mənafelər baxımından bu, daha üstün və daha fəzilətlidir. Yox, əgər insanda heç bir nəsihət alma və ya xüşu hissi yaranmırsa, o zaman (həmin məclisdə) iştirak etməməlidir; çünki bu, vaxt itkisi və faydasız işlə məşğul olmaqdır. — Əshabımızın müəyyən etdiyi xülasə budur. http://t.me/henbeli_medresesi

  • без подписи

  • İbrahim bin Əşəs dedi: “Fudayl bin İyazdan eşitdim, belə deyirdi: «İnsanlarla münasibət qurduğun zaman gözəl əxlaqlı insanlarla münasibət qur. Çünki gözəl əxlaqlı insan yalnız xeyirə çağırar və onunla birlikdə olan insan rahatlıq tapar. Pis əxlaqlı insanlarla münasibət qurma. Çünki onlar yalnız şərə çağırar və onlarla birlikdə olan insan sıxıntı çəkər. Gözəl əxlaqlı bir fasiqlə dost olmaq, pis əxlaqlı bir alimlə dost olmaqdan daha yaxşıdır. Çünki fasiq gözəl əxlaqlı olduqda ağlı ilə davranar, insanlara yüngül və xoş gələr və sevilər. Abid isə pis əxlaqlı olduqda insanlara ağır gələr və ona nifrət edilər.»” İbn Hibban "Ravzatul-Uqəla və Nüzhətul-Fudalə" "Müdriklərin Bağçası və Fəzilət Əhlinin Məclisi" http://t.me/henbeli_medresesi

  • İmam Əhmədin tərəfdarlarının (Hənbəli alimlərinin) təlif etdiyi kitablar, başqalarının məzhəblərini nəql etmək baxımından ən ədalətli, nəfsi istəklərdən ən uzaq və insanların (digər məzhəblərin) rəylərini tanımaqda həqiqətə ən yaxın kitablardır.Hər nə qədər onlardan bəzilərində xəta, nəfsi istəklərə meyl və ya insafsızlıq halları baş versə də — biz heç bir qrupu bu cür hallardan bəraət qazanmış saymırıq,lakin bu hallar onlarda digərlərinə nisbətən daha azdır. Onlardakı sadiqlik və insaf başqalarından daha çoxdur; hərçənd başqa qrupların içində də onların çoxundan daha elmli, daha sadiq və daha insaflı olan şəxslər tapılır." — İbn Teymiyyə (Qaidə fi təfdili məzhəbi əl-İmam Əhməd) http://t.me/henbeli_medresesi

  • без подписи

  • Hənbəlilər və Sələfilərin kəlam sifətindəki ixtilafı haqqında... Allah dünya səmasına enərkən ərşin üzəri boş qalır görüşü əhli sünnətin görüşlərindən biridir deyərək ibn Useymin, Hənbəli alimlərindən Səffərininin əsərinə yazdığı şərhdə iddia edir. İmam Səffərinin burada Hənbəli məzhəbinin görüşünə uyğun olaraq Quranın qədim olduğunu, muhdəsin sadəcə vəhy olduğunu deyir. Yəni İmam əs-Səffərini deyir ki Quran özü Rəbbin qatında qədimdir amma Rəsulallah onu sonra eşidib, əzəldən yox. İbn Useymin isə onun xəta etdiyini deyərək yazır: ".. Burada muhdəs sözündən məqsədin "nazil olması yenidir" olduğunu demək xətalıdır. Əksinə, zikrin (yəni Quranın) özü muhdəsdir." http://t.me/henbeli_medresesi

  • https://youtu.be/hrU5bsgNXWs?si=wCX6uMCYVltv3W4j http://t.me/henbeli_medresesi

  • Yəd (əl) sifətinin mənasını izah etmək üçün Teymiilər bəzi izahlar gətirməyə çalışır. Deyirlər ki əl'in mənası "özü ilə qavrama, tutma fellərinin həyata keçirildiyi şey" deməkdir. Biz isə deyirik bu məna deyil bu əl sözünün təəllüqatıdır, mənası deyil. Əl sözünün mənası bizə nisbətdə bədəndən bir cüzün/orqanın adıdır. Əllə qələm tutmaq, sillə vurmaq, yumruq atmaq isə əlin funksiyalarıdır, mənası deyil. Yaxşı deyək ki, əl haqqında onların gətirdiyi izahı qəbul etdik. Bəs bu üsulu başqa belə sifətlərə necə tətbiq edəcəyik? Baldırın mənası nədir? Baldırın hansı funksiyasını Allaha yaraşdırıb deyək ki bu Allahın baldır sifətinin mənasıdır?! http://t.me/henbeli_medresesi

  • Məhəmməd ibn Əbdülvəhhabın Hənbəli məzhəbinin əsas mənbələrinə qarşı cahilliyini ortaya qoyan sözləri. Əllamə əs-Səffərini (vəfatı h. 1188) nəcdli tələbələrindən birinə vəsiyyətində belə demişdir: " Sənə bu iki kitabda olanlara tabe olmağı tövsiyə edirəm: əl-İqna və əl-Muntəha. Əgər bu iki kitab bir məsələdə ixtilaf edərsə, bax gör, "Ğayə" sahibi (Məri əl-Kərmi) hansını üstün tutubsa, ona tabe ol." ​Mənbə: Ğayətül-Muntəha fi Cəmil-İqna vəl-Muntəha, səh. 25 Məhəmməd ibn Abdulvəhhab isə Hənbəli məzhəbinin bu 2 məşhur kitabı haqqında belə deyir: "Bu hənbəlilər insanlar arasında bidəti ən az olanlardır. Lakin 'əl-İqna' və 'əl-Muntəha'nın bir çox məsələləri İmam Əhmədin məzhəbinə və onun sözlərinə müxalifdir. Rəsulullahın (sallallahu əleyhi və səlləm) nassına müxalif olmasını isə hələ demirəm. Bunu ancaq (həqiqəti) bilən kəs dərk edər." ​Mənbə: Məhəmməd bin Abdülvəhhabın əsərləri, III hissə, səh. 14 http://t.me/henbeli_medresesi

  • https://www.youtube.com/shorts/mDAKuqHxLY0 http://t.me/henbeli_medresesi

  • Buxarinin rəvayəti. Zeyd ibn Sabitdən (radıyallahu anhuma) rəvayət edilir ki, o belə demişdir: “Yəmamə döyüşündə yetmiş hafizin şəhid edilməsindən sonra Həzrət Əbu Bəkr (radıyallahu anhu) məni çağırdı. Yanına gəldikdə gördüm ki, Həzrət Ömər (radıyallahu anhu) onun yanında oturub. Həzrət Əbu Bəkr (radıyallahu anhu) mənə belə dedi: ‘Yəmamə günü şiddətli döyüş oldu və çoxlu Qurani-Kərim hafizi şəhid edildi. Bir çox döyüşlərdə hafizlərin şəhid olması nəticəsində Qurani-Kərimin çoxlu ayələrinin itib getməsindən qorxuram. Buna görə də Qurani-Kərimin toplanmasını əmr etməyi münasib görürəm.’ Mən Həzrət Ömərə (radıyallahu anhu) dedim: ‘Rəsulullahın (sallallahu əleyhi və səlləm) etmədiyi bir işi mən necə edə bilərəm?’ Həzrət Ömər (radıyallahu anhu) dedi: ‘Vallahi, bu xeyirli bir işdir.’ O, bu işi görməyim üçün mənə israrla müraciət etməyə davam etdi. Nəhayət, Allah-Təala (əzzə və cəllə) Həzrət Ömərin qəlbini açdığı kimi, mənim də qəlbimi bu işə açdı və mən Həzrət Ömərin (radıyallahu anhu) gördüyü işin doğru olduğuna qənaət gətirdim. Zeyd (radıyallahu anhu) demişdir ki, Həzrət Əbu Bəkr (radıyallahu anhu) mənə dedi: ‘Sən ağıllı və gənc bir adamsan. Biz səni heç bir şeydə ittiham etmirik. Sən Rəsulullah (sallallahu əleyhi və səlləm) üçün vəhy yazırdın. Elə isə Qurani-Kərimi araşdır və onu topla.’ Zeyd (radıyallahu anhu) dedi: ‘Vallahi, əgər mənə dağlardan birini yerindən köçürməyi tapşırsaydılar, bu vəzifə mənə bundan daha ağır gəlməzdi.’ Zeyd (radıyallahu anhu) Həzrət Əbu Bəkrə (radıyallahu anhu) və Həzrət Ömərə (radıyallahu anhu) dedi: ‘Siz Rəsulullahın (sallallahu əleyhi və səlləm) etmədiyi bir işi necə edəcəksiniz?’ Həzrət Əbu Bəkr (radıyallahu anhu) dedi: ‘Vallahi, bu xeyirli bir işdir.’ Və bu işi görməyim üçün mənə israrla müraciət etdi. Nəhayət, Allah-Təala (əzzə və cəllə) Həzrət Əbu Bəkrin (radıyallahu anhu) və Həzrət Ömərin (radıyallahu anhu) qəlblərini bu işə açdığı kimi, mənim də qəlbimi açdı. Beləliklə, dərhal Qurani-Kərimi araşdırmağa başladım və onu hafizlərin əzbərlərindən, nazik daş lövhələrdən, xurma budaqlarından və insanların yanında olan müxtəlif yazılı materiallardan toplayırdım. Tövbə surəsinin son ayələrini: «Ləqad cəəkum rəsulun min ənfusikum...» Ebu Xüzeymənin (radıyallahu anhu) yanında tapdım. Bu ayələri ondan başqa heç kimin yanında tapa bilmədim. Zeyd ibn Sabitin (radıyallahu anhuma) rəhbərliyi ilə toplanan bu səhifələr Həzrət Əbu Bəkrin (radıyallahu anhu) vəfatına qədər onun yanında qaldı. Sonra Həzrət Ömərin (radıyallahu anhu) vəfatına qədər onun yanında, daha sonra isə Həzrət Ömərin (radıyallahu anhu) qızı Həfsənin (radıyallahu anha) yanında qaldı. Allah-Təala hamısından razı olsun. Bu rəvayət Qurani-Kərimin Həzrət Əbu Bəkrin (radıyallahu anhu) dövründə toplanmasının səbəbini bildirməkdədir.” Məhəmməd Əli Əs-Sabuni. "Ət-Tibyan fi Ulumil-Quran"-"Quran Elmləri". http://t.me/henbeli_medresesi

  • https://www.youtube.com/shorts/WLxN8ObCd-0 http://t.me/henbeli_medresesi

  • https://youtube.com/shorts/0PstmVhuMUo?si=JY3160ML40_JRv5s http://t.me/henbeli_medresesi

  • https://www.youtube.com/shorts/0PstmVhuMUo http://t.me/henbeli_medresesi

  • без подписи

  • Əhli-Hədis imamlarının və ümmətin Sələfinin yolu isə budur: Hər iki tərəfə qarşı kəlamı (mübahisəni) tərk etmək, mətnləri olduğu kimi qəbul edib keçmək (iqrar və imrar), onlardan keyfiyyəti və bənzətməni nəfy etməkdir. Xəttabi "əl-İlam" əsərində demişdir: *'Sələfin sifət hədislərindəki məzhəbi imandır, onları zahiri üzrə keçirmək və keyfiyyəti nəfy etməkdir'.*Hər kim 'Zahir nəzərdə tutulmayıb' deyərsə, ona belə deyilir: Zahir iki cürdür. Məxluqlara layiq olan və onlara məxsus olan zahir – bu, əlbəttə ki, nəzərdə tutulmayıb. Lakin Cəlal və İkram sahibi olan Allaha layiq olan zahir – bax, bu nəzərdə tutulub və onu inkar etmək 'tətil'dir (Allahın sifətini yox saymaqdır).Hətta kəlamçılar tərəfindən hüsnü-zənn bəslənilən bəzi kəlam və fəlsəfə əhli sufi şeyxlərindən biri belə demişdir: *'Mütəkəllimlər Allahı cisimlərə bənzəməkdən uzaq tutmaqda o qədər mübaliğə etdilər ki, Onu 'mənalara' (abstrakt anlayışlara) bənzətməyə başladılar. Halbuki mənalar da cisimlər kimi sonradan yaradılmışdır (yəni muhdəsdir). Beləliklə, onlar Allahı məxluqlara bənzətməkdən xilas ola bilmədilər'.* Bütün bunlar Allah üçün nəyin caiz, nəyin qeyri-mümkün olduğu bilgisinin Rəsuldan gələnlərdən deyil, əqli dəlillərdən alınacağı zənnindən doğmuşdur.Sələfin və Əhli-Hədis imamlarının sözü birdir: Sifət ayələri və səhih hədislərin hamısı, necə gəlibsə eləcə də keçilir; təşbih, təhrif və tatil etmədən.İman gətirdiyimiz və Sələfə görə necə gəlibsə eləcə qəbul edilən Allahın sifətlərindən biri də Uca Allahın: *'Rəbbin gəldi və mələklər səf-səf düzüldü'* ayəsi və buna bənzər, Qiyamət günü Onun gəlməsinə (ityan və məci) dəlalət edən mətnlərdir. Əhməd, İshaq və başqaları bunu qəti şəkildə ifadə etmişlər. Onlara görə, bu, Allahın Öz iradəsi və seçimi ilə etdiyi 'ixtiyari fellərindəndir'. Fudayl bin İyad və digər arif sufi şeyxləri də eyni sözü demişlər." *📚 Mənbə: (Fəthul-Bari Şərhu Səhihil-Buxari) (7/228-241) — qısaldılmış və tərtib edilmiş halda.* http://t.me/henbeli_medresesi

  • Böyük İmam, Hədis Hafizi və Əllamə Zeynud-din ibn Rəcəb əl-Hənbəlinin (r.h) Allahın Sifətləri Haqqındakı Sözlərindən Seçmələr: "Quran, bu hədisin – yəni Rüyətin– dəlalət etdiyi həqiqətə bir çox yerdə dəlalət etmişdir. Allah-Təalanın bu ayələri buna misaldır: *'Onlar yalnız Allahın onlara bulud kölgələri içində mələklərlə gəlməsini gözləyirlər?'* (Bəqərə, 210); *'Onlar ancaq mələklərin gəlməsini, yoxsa Rəbbinin gəlməsini, yaxud Rəbbinin bəzi əlamətlərinin gəlməsinimi gözləyirlər?'* (Ənam, 158); *'Rəbbin gəldiyi və mələklər səf-səf düzüldüyü zaman'* (Fəcr, 22). Nə səhabələr, nə də tabiinlər bu ayələrdən heç birini təvil etməmiş , onları öz mənasından çıxarmamışlar. Əksinə, onlardan bu ayələri təsdiq etməyə, onlara iman gətirməyə və necə gəlibsə eləcə də qəbul edib keçməyə (imrar) dəlalət edən rəvayətlər gəlmişdir. İmam Əhmədin, Allahın gəlməsi (məci sifəti) haqqında: *'Onun əmrinin gəlməsidir'* dediyi rəvayət olunmuşdur. Lakin bu rəvayəti Əhməddən təkcə Hənbəl (bin İshaq) nəql etmişdir. Bizim əshabdan bəziləri demişlər ki: 'Hənbəl bu nəqlində xəta etmişdir, çünki bu, İmam Əhmədin məlum olan və ondan mütəvatir şəkildə gələn məzhəbinə ziddir'. Əbu Bəkr əl-Xəllal və onun tələbəsi (əl-Ğulam əl-Xəllal) Hənbəlin təkbaşına nəql etdiyi rəvayətləri İmam Əhməddən bir rəy kimi qəbul etməzdilər.Sələf bu ayələrin və səhih hədislərin təvil edilməsini Cəhmiyyəyə nisbət edirdi. Çünki Cəhm və tərəfdarları 'qəti dəlil' adlandırdıqları əqli dəlillərə əsaslanaraq — hansı ki, bunları 'muhkəm' sayırdılar — Allahın bu mətnlərin dəlalət etdiyi sifətlərdən münəzzəh olduğunu iddia edən ilk kəslərdir. Onlar Quran və Sünnənin ləfzlərini 'mütəşabih' hesab etdilər və bunları öz xəyallarına ərz etdilər; işlərinə yarayanı qəbul etdilər, iddialarına zidd olanı isə rədd etdilər. Mötəzilə və digər kəlam əhli də bu məsələdə onlara tabe oldu.Onlar iddia etdilər ki, Quran və Sünnənin zahiri mənası təşbih, təcsim və zəlalətdir. Allahın Öz Rəsuluna nazil etdiyi şeylərə iman gətirənlərə Allahın heç bir dəlil nazil etmədiyi adlar qoşdular; bunlar ancaq Allaha iftiradır və insanları Allaha və Rəsuluna imandan uzaqlaşdırmaq üçündür.Yenə iddia etdilər ki, Quran və Sünnədə bu mövzuda gələn çoxsaylı və yayılmış mətnlər məcaz və genişləndirmə (təvəssu) babındandır; bunlar dilin uzaq məcazi mənalarına yozulmalıdır. Bu, pak və möhkəm olan şəriətə dil uzatmağın ən böyük qapılarından biridir. Bu rəftar, Batiniyyə firqəsinin axirət, cənnət və cəhənnəm kimi qeyb xəbərlərini həqiqət deyil, məcaz saymalarına, eləcə də əmr və qadağaları eyni şəkildə yozmalarına bənzəyir. Bunların hamısı İslam dinindən çıxmaqdır.Şafii, Əhməd və digər Sələf alimləri və İslam imamları kəlamı qadağan edərkən və ondan çəkindirərkən yalnız belə xətalara düşmək qorxusundan bunu etmişlər. Əgər bu imamlar mətnlərin zahiri mənada başa düşülməsinin küfr olduğunu bilsəydilər, bunu ümmətə bəyan etmələri və ondan çəkindirmələri vacib olardı. Çünki bu, müsəlmanlara nəsihətin bir parçasıdır. Necə ola bilər ki, onlar əməli hökmlərdə ümmətə nəsihət edib yol göstərsinlər, lakin etiqadın əsasları olan məsələlərdə bunu tərk etsinlər? Bu, batillərin ən batilidir.İbn Abbasın bu mətnlərdən hər hansı birini inkar edən və Allahın bunlardan uzaq olduğunu iddia edən şəxsə etiraz etdiyi səhih sənədlə sabitdir. Əbdürrəzzaq öz kitabında rəvayət edir ki: *'İbn Abbasın yanında bir nəfər Əbu Hüreyrənin (r.a) 'Cənnət və Cəhənnəmin mübahisəsi' hədisini danışırdı; hədisdə 'Allah qədəmini onun içinə qoyar' hissəsi keçdikdə, həmin adam qorxu və ya etirazla dik atıldı. İbn Abbas dedi: 'Bunlara nə olub?! Muhkəm ayələrin yanında yumşalırlar (qəbul edirlər), mütəşabihlərin yanında isə həlak olurlar!'.* Əgər İbn Abbasın yanında bu hədislərin bir təvili olsaydı, onu insanlara deyərdi və gizlətməsi mümkün olmazdı. Bu mütəkəllimlərin qarşısında başqa bir qrup dayandı; onlar da əqli dəlillərlə bu mətnləri isbat etməyə çalışdılar, inkarçılara rəddiyə verdilər və məsələni daha da böyütdülər; bildirdilər ki, inkarın sonu tam bir tatilə aparır.

  • https://www.youtube.com/shorts/AU1lvzOijbM http://t.me/henbeli_medresesi

  • без подписи

  • İmam Şafiinin (Allah ona rəhmət etsin) onunla fikir ayrılığına düşüb qəzəblənən tələbəsinə nəsihətləri 1. Bizi birləşdirən yüzlərlə məsələ olduğu halda, bir məsələ niyə bizi bir-birimizdən ayırsın? 2. Keçdiyin və üzərindən keçib getdiyin körpüləri yıxma. Çünki bir gün həmin körpüdən geri qayıtmağa ehtiyacın ola bilər. 3. Xətaya nifrət et, lakin xəta edən şəxsə nifrət etmə. 4. Bütün qəlbinlə günaha qəzəblən, lakin günahkara acı və ona mərhəmət göstər. 5. Sözü tənqid et, lakin o sözü deyən şəxsə hörmətlə yanaş. 6. Bizim vəzifəmiz xəstəliyi müalicə etməkdir, xəstəni yox etmək deyil. Qeyd: Bu mətn bütöv şəkildə İmam Şafiiyə (Allah ona rəhmət etsin) aid edilsə də, onun bu formada İmam Şafiidən nəql olunmasına dair etibarlı sənəd məlum deyil. Bu hadisəni Əbu Nuaym əl-İsfahani «Hilyətül-Övliya» əsərində, Beyhəqi isə «Mənaqibüş-Şafii» kitabında nəql etmişdir. Lakin rəvayətin isnadı barədə alimlər arasında müzakirə vardır. http://t.me/henbeli_medresesi