📚İSLAMİ SƏHİFƏ📚
СтатистикаBu kanal Mədinə İslam Universitetində təhsil alan İlham Vəlimətli tərəfindən idarə olunur. Allahın izni ilə kanalda faydalı məqalələr, dərslər, sual-cavab, xüsusilə də əqidə, dəvət və İslam əxlaqı barədə məsələlər, faydalar paylaşılacaq.
- Последний пост
- 15 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 1
- Всего постов
- 21
- Тип
- открытый
- Язык
- az
- Категория
- Религия
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 5
- 1/48двое суток
- 5
- 1/72трое суток
- 6
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
без подписи
✍️ Əl-Kərxi (Allah ona rəhmət etsin) demişdir: "(Günümüzdə) salehlərin sayı nə qədər çoxdur, siddiqlərin sayı isə nə qədər azdır". 📚 Siyər əaləm ən-Nubələ https://t.me/islamisehife
✍️ Fadl ər-Rəqqaşi (Allah ona rəhmət etsin) demişdir: "İbadət edənlər Quranın gözəl səslə oxunması qədər heç bir şeydən bu qədər ləzzət almamış və qəlbləri heç bir şeylə bu qədər cuşa gəlməmişdir. Quranın gözəl səsinə cavab verməyən hər bir qəlb ölü qəlbdir". Həmçinin Fadl (Allah ona rəhmət etsin) demişdir: "Quranın gözəl səslə oxunmasına görə yaşarmayan hər bir göz ya qafil bir insanın gözü, ya da boş və faydasız işlərlə məşğul olan bir kəsin gözüdür". 📚 (İbn Əbi Dünyanın ensiklopediyası, cild 3, səh. 185) https://t.me/islamisehife
🌿 İnsanın özü üçün istədiyini qardaşı üçün də istəməsi imandan sayılır ✍️ Ənəs ibn Məlik (Allah ondan razı olsun) rəvayət edir ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm) demişdir: "Sizdən biriniz özü üçün istədiyi (xeyirli şeyləri) qardaşı üçün də istəmədikcə (kamil) iman gətirmiş sayılmaz". 📚 Buxari, 13; Müslim, 170. Hədisdən çıxan faydalar: 1) insanın özü üçün istədiyi xeyirli şeyləri digər müsəlmanlar üçün istəməsi imanı artıran əməllərdəndir. 2) hər bir müsəlman öz qardaşında gördüyü naqisliyi düzəltməyə çalışmalıdır 3) müsəlmanalara qarşı köksünün geniş olması 4) həsədin qadağan olması, müsəlmanların əlində olana göz dikməmək. https://t.me/islamisehife
Rəvayət edilir ki, Əbu əd-Dərdə (Allah ondan razı olsun) demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Elmə yalnız onu öyrənməklə, həlimliyə isə yalnız mülayim davranmaqla yiyələnmək olar. Kim xeyir əldə etməyə səy göstərərsə, ona nail olar. Kim də şər əməldən çəkinərsə, ondan qorunar”. ət-Tabərani “Mucəmul-Əvsat” 2663. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 342. https://t.me/islamisehife
Rəvayət edilir ki, Abdullah ibn Məsud (Allah ondan razı olsun) demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Allah bizdən bir hədis eşidib onu olduğu kimi çatdıranın üzünü ağ etsin! Ola bilsin ki, onu eşidən çatdırandan daha anlayışlı olsun!” ət-Tirmizi, 2657, 2869. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 89. ✅ Əbu Abdur-Rahmən Abdullah ibn Məsud ibn Ğafil ibn Həbib əl-Huzəli Peyğəmbərin ﷺ səhabəsidir. İslamı ilk əvvəl qəbul edənlərdən olmuşdur. İbn Məsud hicrətin 32-ci ilində Mədinədə vəfat etmişdir. https://t.me/islamisehife
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Bir dəfə Allah Elçisi ﷺ yiyəsi tərəfindən atılmış ölü qoyunun yanından keçərək belə buyurdu: “Canım Əlində Olana and olsun ki, bu, yiyəsi üçün dəyərsiz olduğu kimi dünya da Allah üçün dəyərsizdir”. Əhməd, 3047, 3048. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 3236. https://t.me/islamisehife
✍️ Əl-Mərvazi (Allah ona rəhmət etsin) demişdir: "Mən İmam Əhmədi gecəcənin yarısından səhərə qədər özü üçün vaxt ayırdığı gecə namazına qalxdığını gördüm. Həmçinin onu, Məğriblə İşa arası rükuda olarkən gördüm". 📚 Əs-Siyər, 2/930 https://t.me/islamisehife
✍️Talq ibn Həbib (Allah ona rəhmət etsin) demişdir: "Müsəlman bir kəs vəfat etdikdə iki savab arasında vəfat edər. Onlardan birincisi qıldığı namaz, ikincisi isə gözlədiyi növbəti namazdır". 📚 Əl-Hilyə, 1/453 https://t.me/islamisehife
✍️ AbdurRahmən ibn Məhdi (Allah ona rəhmət etsin) demişdir: "Mən insanlar arasında Süfyan əs-Səvridən daha qəlbi incə (Allah qorxusu daha çox olan) bir şəxslə oturub-durmamışam. Ardıcıl olaraq gecələr onu müşahidə edərdim. O, yalnız gecənin əvvəlində bir qədər yatardı. Sonra isə qəflətən vahimə içində sıçrayaraq oyanar və belə deyərdi: "Od! Od!" Sonra deyərdi: "Cəhənnəmi xatırlamaq məni yuxudan da, şəhvətlərdən də saxladı. Sanki evdə olan bir şəxslə danışırmış kimi bunları söyləyərdi. Daha sonra yanında olan sudan istəyər, dəstəmaz alardı. Dəstəmazdan dərhal sonra belə dua edərdi: Allahım! Sən mənim ehtiyacımı bilənsən. Mənim nə istədiyimi Sənə öyrətməyə ehtiyac yoxdur. Mənim istədiyim yalnız Cəhənnəm odundan azad edilməkdir. Allahım! Qorxudan yaranan təşviş məni yuxusuz qoydu, buna baxmayaraq məni arxayın etmədi. Bütün bunlar Sənin mənə bəxş etdiyin bol nemətlərindəndir. Sən Öz dostlarına və itaət əhlinə də belə rəftar etmisən. İlahi! Sən bilirsən ki, əgər insanların arasından uzaqlaşmaq üçün mənim bir üzrüm olsaydı, bir göz qırpımı qədər də onların arasında qalmazdım. Sonra namaza durardı. Ağlamağı ona Quran oxumağa mane olardı. Hətta o qədər ağlayardı ki, mən onun qiraətini eşidə bilməzdim. AbdurRahmən ibn Məhdi deyirdi: "Mən ona qarşı duyduğum həya və heybətdən üzünə baxmağa belə cürət edə bilmirdim". 📚 Əl-Hilyə, 2/401 https://t.me/islamisehife
без подписи
✍️ İbn Ömər (رضي الله عنهما) rəvayət edir: "Rəsulullahın ﷺ dövründə bir adam yuxu gördükdə onu gəlib Rəsulullaha ﷺ danışardı. Mən də arzulayırdım ki, bir yuxu görüm və onu Rəsulullaha ﷺ danışım. O zaman mən cavan bir oğlan idim və Rəsulullahın ﷺ zamanında məsciddə yatardım. Bir gecə yuxuda gördüm ki, iki mələk məni götürüb cəhənnəmə apardı. Gördüm ki, cəhənnəm quyu kimi bükülmüşdür və onun iki tərəfdən tutacağı (və ya iki buynuza bənzər çıxıntısı) vardır. İçərisində tanıdığım insanlar da var idi. Mən: "Cəhənnəmdən Allaha sığınıram! Cəhənnəmdən Allaha sığınıram!" – deməyə başladım. Bu vaxt başqa bir mələk bizə rast gəldi və mənə dedi: "Qorxma!" Sonra bu yuxunu bacım Həfsə bint Ömər-yə danışdım. O da bunu Rəsulullaha ﷺ danışdı. Rəsulullah ﷺ buyurdu: "Abdullah necə də gözəl insandır! Kaş gecə namazı qılaydı." Bundan sonra Abdullah ibn Ömər gecələr yalnız çox az yatardı (çünki gecə namazını davamlı qılardı). 📚 Buxari, 1121 https://t.me/islamisehife
✍️ Hişam ibn Urvədən rəvayət olunur ki, atası Urvə (Allah ona rəhmət etsin) dünya əhlindən birinin yanına girəndə və onların dünya nemətlərini görəndə evinə qayıdar, sonra bu ayələri oxuyardı: "Onlardan bəzilərini sınamaq üçün özlərinə verdiyimiz dünya həyatının bər-bəzəyinə gözünü dikmə. Rəbbinin ruzisi isə daha xeyirli və daha qalıcıdır. Ailənə namazı əmr et və özün də ona səbir və davam göstər." (Tahə, 131–132) Sonra deyərdi: "Namaz! Namaz!" 📚 Movsua ibn Əbi Şeybə, 1/345 https://t.me/islamisehife
✍️ Əhməd ibn Hərb (Allah ona rəhmət etsin) demişdir: "Əlli il Allaha ibadət etdim. Lakin üç şeyi tərk etməyincə ibadətin şirinliyini tapmadım: İnsanların razılığını güdməyi tərk etdim ki, haqqı açıq şəkildə deyə bildim. Fasiqlərlə yoldaşlığı tərk etdim ki, salehlərin yoldaşlığını qazandım. Dünyanın ləzzətini tərk etdim ki, axirətin ləzzətini daddım". 📚 Əs-Siyər, 2/906 https://t.me/islamisehife
▫️AŞURA GÜNÜ ORUCU▫️ 🪔Peyğəmbər ﷺ buyurmuşdur: 🍃«Aşura gününün orucu Allahdan gözləyirəm ki, keçən bir ilin günahlarına kəffarə olsun.» 📚<Muslim, 1162>
✍️ Abdullah ibn Məsud (radiyallahu anhu) demişdir: "Sən namazda olduğun müddətdə Padşahın (Allahın) qapısını döyürsən. Kim Padşahın qapısını döyərsə, onun üçün o qapı açılar". 📚 Sifətus Safvə, 1/190 https://t.me/islamisehife
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) onun əlindən tutaraq demişdir: "Ey Muaz Allaha and olsun ki, mən səni çox sevirəm. Sonra dedi: ey Muaz sənə tövsiyyə edirəm ki, hər namazdan sonra bu duanı deyəsən: Allahım Səni zikr etmək, Sənə şükür etmək və Sənə gözəl tərzdə ibadət etmək üçün mənə yardım et!" Hədisi əbu Davud "Sünən" əsrində "Vitr namazı" kitabı "Istiğfar (bağışlanma diləmək)" fəslində (2/181, hədis 1522); həmçinin Nəsai "Sünən" əsərində "Səhv" kitabı "Duanın başqa növü" fəslində (3/53); imam Əhməd "Musnəd" əsərində (5/245-247) rəvayət etmişdir. https://t.me/islamisehife
✍️ Əbu Sələmə (Allah ona rəhmət etsin) demişdir: "Bizim şeyxlərimizin dövründə məhəlləmizdə yaşayan yaşlı bir qadın vardı. Adı Munira idi. Gecənin qaranlığı çökdükdə deyərdi: "Artıq dəhşət gəldi, artıq zülmət çökdü, artıq qorxu gəldi! Bu hal qiyamət gününə necə də bənzərdir". Sonra o, gecə namazına durar, səhərə qədər namaz qılardı." 📚 Movsua ibn Əbi əd-Dunyə, 1/269 https://t.me/islamisehife
✍️ əl-Əvzəi (Allah ona rəhmət etsin) demişdi: "Allah bir topluma şər istəsə, onlar üçün mübahisə qapısını açar və saleh əməl etmələrinə mane olar". 📚 Siyər, 2/683 https://t.me/islamisehife
Rəvayət edilir ki, Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: Allah Elçisi ﷺ belə buyurdu: “Ey Əbu Hureyra! Şübhəli şeylərdən çəkin, insanların ən çox ibadət edəni olarsan. Qane ol, insanların ən çox şükür edəni olarsan. Özün üçün istədiyini insanlar üçün də istə, mömin olarsan. Qonşularınla yaxşı qonşuluq et, müsəlman olarsan və az gül, çünki çox gülmək qəlbi öldürür”. (İbn Macə, 4217, 4357. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 506.) https://t.me/islamisehife