Kitablardan alıntılar
СтатистикаBu kanalda ən möhtəşəm kitablardan sözlər, səhifələr paylaşılacaq☺️
- Последний пост
- 15 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 3
- Всего постов
- 23
- Тип
- открытый
- Язык
- az
- Категория
- Религия (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 148
- 1/48двое суток
- 169
- 1/72трое суток
- 182
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
без подписи
Elbert Hubbard: "Heç vaxt izah etmə. Dostlarının buna ehtiyacı yoxdur, düşmənlərin isə onsuz da inanmayacaq." @kitablardan_alinti
“İkinci qayda: həyatın şahmat oyununa bənzədiyini sənə demişdim? Hər məğlubiyyətdən dərs çıxar. Üçüncü qayda: hər məğlubiyyətdən dərs çıxarmalı olduğunu demişdim? Hə, onda lap yaxşı. Məğlub olmaqdan qorxma. Amma bundan əvvəlki kimi məğlub olma. Daha yaxşı məğlub ol. Şahmat ədalətli oyundur, həyat isə ədalətli deyil...” 🪞Dərviş Şəntəkin”Qəpiyim də yox idi,qız isə çox gözəl idi” @kitablardan_alinti
Volter: Sizə kimin hökm etdiyini bilmək istəyirsinizsə, sadəcə kimi tənqid etməyə icazəniz olmadığına baxın. @kitablardan_alinti
Doğru yolu seçib yavaş gedən insanlar həmən yoldan qaçıb uzaqlaşanlardan daha çox irəli gedə bilərlər. Dekartla 90 Dəqiqə, Paul Strathern @kitablardan_alinti
Bir var sərxoşluq, bir də var əyyaşlıq. Sərxoşluq bir qadını arzulamaqdır, əyyaşlıq qadın arzulamaqdır. Gülən Adam, Viktor Hüqo @kitablardan_alinti
Dahilik özündə mənəvi baxış ehtiva edir. Bu baxış hər hansı sahə ilə məhdudlaşa da bilər, amma çiçəyi görən günəşi görməyə bilməz... Ateistin İbadəti, Honore de Balzac @kitablardan_alinti
Uşaqlara, “Yalan danışma, dəcəllik etmə, bu hərəkət pisdir, nifrət yaradır, günahdır.” kimi nəsihətlər verirlər, amma bu nəsihətləri verən insanlar bir-birlərini aldadırlar. Uşaqları aldadırlar və yenə də uşaqlara, “Heç kimi incitməyin, nəzakətli və tərbiyəli olun.” deyirlər. Lakin özləri bu qaydalara əməl etməyi düşünmürlər. Uşaqlar aldanmağı tez hiss edirlər. Əvvəlcə təəccüblənirlər. Valideynlərinin onlara pis və günah kimi göstərdikləri şeyləri necə olub ki, məhz özlərinin etdiklərini anlaya bilmirlər. Ağ Zanbaqlar Ölkəsi, Grigory Petrov @kitablardan_alinti
Channel photo updated
İnsan öz fikirlərini düzgün şəkildə yazmağı öyrənirsə, onları ifadə etməkdə də çətinlik yaşamır. Danış Görək, Coşqun Kərimov @kitablardan_alinti
Dünyada doğruluqdan çətin, yaltaqlıdan asan şey yoxdur. Əgər doğruluqda zərrə qədər yalan olsa, o saat nəzərə çarpar, sonra da biabırçılıq meydana çıxar; lakin yaltaqlığın lap hamısı yalan da olsa, yenə də adamın xoşuna gələr, onu məmnuniyyətlə qəbul edərlər; kobudcasına məmnuniyyətlə də olsa, hər halda, məmnuniyyətlə qəbul edərlər. Cinayət və Cəza, Fyodor Dostoyevski @kitablardan_alinti
Mikayıl Müşfiq - "Sənə qurban" Deyirsən, yanında qalacağam mən, Çox gözəl fikirdir, qal, sənə qurban! Nə zaman istəsən əziz canımı, Qumral gözlərinlə al, sənə qurban! Gəlmiş hüzuruna bir qara dağlı, Bir qara qulundur, qolları bağlı, Gəl çəkmə sinəmə sən hicran dağı, Gümüş topuğunda xal, sənə qurban! Sən Müşfiqin yanında, Qalginən, sənə qurban, İstəsən bu canımı, Alginən, sənə qurban... @kitablardan_alinti
Çarəsiz olduğunu bilən insan ömür boyu bunun əksini kiməsə sübut etmək istəyir… Abaddon, Rövşən Abdullaoğlu @kitablardan_alinti
Əsas insanlığı əldən verməməkdir. Əgər şər qəlbinə işləyib səni dəyişməyibsə, deməli, hələ sənə qalib gəlməyib!. Relslər Üzərinə Uzanmış Adam, Rövşen Abdullaoğlu @kitablardan_alinti
Başqalarının ən çətin anlarında dönə-dönə məsləhətlər verməyi bacarırıq. Ancaq özümüz ən adi həyat epizodunda belə çaş-baş qalırıq… Əzilmiş Fotoşəkillər, Varis @kitablardan_alinti
Tolstoyun bu kitabı cəmi 47 dəqiqədir. Amma sanki səmavi kitabların möhtəvası bu kitabda cəm olub. Qovulmuş bir mələkdən bəhs edir kitab. Onun cəzası dünyaya enib, insanlar kimi yaşayaraq 3 suala cavab tapmaqdır. İlk iki suala qısa müddətdə cavab tapan mələk sonuncu sualın cavabı üçün illərlə yer üzündə qalmalı olur. İnsan nə ilə yaşayır sualına kitabın sonunda bir rus xalqının məsəli ilə cavab verilməyə başlanır; İnsan ata-anasız yaşaya bilər, Allahsız yaşaya bilməz. Allah qorxusu, ya Allah sevgisi? Hansıdır insanı yaşadan? Məncə dinlədikcə Tolstoyun necə Allahpərəst biri olduğunu da görəcəksiniz. Mütləq dinləyin.
- Yoxdur bir işin? Bir məşğuliyyətin yoxdurmu? - Var amma mən bilinməyən adanı tapmaq istəyirəm, o adaya ayaq qoyanda, kim olduğumu öyrənmək istəyirəm. - Bilmirsənmi ki? Adanı görmək üçün, adadan kənara çıxmaq lazımdır. Özündən kənara çıxıb, özünə baxmadıqca kim olduğunu heç vaxt bilməyəcəksən. Bilinməyən Adanın Hekayəsi, Jose Saramago
Həyatda ən çox sevdiyim iş tənhalığa çəkilməkdir. Onsuz da insanlar arasında olsam da həmişə tənhayam. Bu Şəhərdə Kimsə Yoxdur, Rövşen Abdullaoğlu
İnsan ata-anasız yaşaya bilər, Allahsız yaşaya bilməz Rus atalar sözü Tolstoyun İnsan nə ilə yaşayır əsərindən @kitablardan_alinti
Həyatdan böyük nəticələr əldə etməyin və böyük ləzzətlər almağın sirri: təhlükəli yaşamaqdır! İblislə Savaşanlar, Stefan Zweig @kitablardan_alinti