tgindex
Övlad Tərbiyəsi🤼

Övlad Tərbiyəsi🤼

Статистика

Mütəxəssislərin nəzarəti altında övlad tərbiyəsi ilə bağlı hər şey Allahın iznilə bu kanalda paylaşılacaq. Uşaqların dəcəlliyinin, valideyni əsəbləşdirməyinin, səbəbsiz qışqırmağının, sözə baxmamagının həlli yolları bu kanalda!

Последний пост
1 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
az
Категория
Религия (по похожим)
В каталоге с
13 авг.
Подписчики
8 557
−25 за 5 дн.
Сутки
−4
−0,05%
Неделя
 
Месяц
 
Просмотров на пост
899
20 постов
Вовлечённость
10,5%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
1
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
312
1/48двое суток
357
1/72трое суток
385

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 1 авг.349132

    Uşaqlara, “Yalan danışma, dəcəllik etmə, bu hərəkət pisdir, nifrət yaradır, günahdır.” kimi nəsihətlər verirlər, amma bu nəsihətləri verən insanlar bir-birlərini aldadırlar. Uşaqları aldadırlar və yenə də uşaqlara, “Heç kimi incitməyin, nəzakətli və tərbiyəli olun.” deyirlər. Lakin özləri bu qaydalara əməl etməyi düşünmürlər. Uşaqlar aldanmağı tez hiss edirlər. Əvvəlcə təəccüblənirlər. Valideynlərinin onlara pis və günah kimi göstərdikləri şeyləri necə olub ki, məhz özlərinin etdiklərini anlaya bilmirlər. Ağ Zanbaqlar Ölkəsi, Grigory Petrov @kitablardan_alinti

  • 🔸#Oyun_təqdimatı (6) Oyunun qısa izahı: Evdə, məktəbdə və s. yerlərdə bir neçə kağız parçası və rəngli pambıqla övladınızı yarım saat ərzində asanlıqla məşğul edə bilərsiniz. 👈 Rəngləri daha tez tamamlayan şəxs qalib gəlir. Pambıq və rəngli kağız əvəzinə tikinti oyuncaqlarından da istifadə edə bilərsiniz. Videoda kağızların və rənglərin sayı azdır, öz istəyinizə uyğun olaraq artıra və ya azalda bilərsiniz. 😊 Bəzi faydaları: Bu oyun rəngləri tanımağa kömək edir və inşallah övladınızın beyninin sol yarımkürəsinin fəaliyyətə keçməsinə səbəb olur. Həmçinin yaddaşı gücləndirmək üçün bir məşqdir. İştirakçı sayı: İki nəfərlə oynamaq olar. Komanda şəklində də oynamaq mümkündür; belə ki, iki komanda olur və məsələn, hər komandadan iki nəfər olmaqla 6 oyun oynayırlar. Sonda daha çox qələbəsi olan komanda qalib gəlir. https://t.me/usaq_terbiyesi

  • Əziz qardaşlarım, yer üzünün ən iyrənc insanları tərəfindən bizə hücum edilir. Azərbaycan xalqına "çoxalmaq istəyəndə aptekə gedin" deyən Mirşahin, sayları 1 milyondan çox olan qaçqınları söyən Səidə kimilər bizi hədəf alır. Elə bu nüans haqq tərəfin hansı tərəf olduğunu göstərir. Bizi bu ikiayaqlıların önündə tək qoymayın, əlinizdəki bütün imkanlarla fərari Aqarunovlar ailəsini xalqa tanıtdırın. Əgər bu qədər narahat olublarsa, deməli Davudun sapand ilə Calutun alnından vurduğu kimi bunların ən zəif nöqtəsindən vurmuşuq. Allah bir azca himmətimizə baxıb onların ön güclü nöqtəsini ən zəif nöqtələrinə çevirdi. Bu nemətin şükrü ancaq bu ola bilər ki, davam edək. Artıq bir neçə məsələdə onları məğlub etmişik. Amma hələ açıqlamırıq. Tezliklə açıqlanacaq. Bu dəqiqə onlara necə zərbə dəyibsə ölkənin bütün gönü qalın media işçilərini üstümüzə salıblar. Bu mərhələni də keçdikdən sonra biləcəksiz ki, onlara media ilə necə PUA-dan ağır zərbə vurmusuz. Buna əmin olun, bizim ölkədə onların yeganə və son qalası Albertdir. Bu məsələ həll olsa iş tamamdır. Onların Qəzzada etdikləri elə bir formada onları rüsvay edib ki, daha heç vaxt əvvəlki kimi Azərbaycanda at oynada bilməzlər. Bu son bütü biz birləşib yıxsaq məsələ həlldir. Biraz da himmət!

  • 3 мая1 376131

    HEKAYƏLƏRIN UŞAQLARIN ŞƏXSIYYƏT KIMI FORMALAŞMASINA TƏSIRİ Nağıl kitabları uşaqların həm psixoloji, həm də ictimai inkişafında əhəmiyyətli rol oynayır. Məsuliyyət sahibi olmaq, yalan danışmamaq və hadisələrdən doğru çıxmaq kimi xüsusiyyətlərin təkmilləşməsinə kömək edən hekayələr, uşaqların yaşlarına uyğun seçildiyi halda xarakterin inkişafına da doğru yöndə təsir edir. Xarici mətbuatın hekayələrin uşaq psixologiyasına təsiri məqamları təqdim olunur: Demək olar ki, bütün uşaqlar hekayə və nağıllarla böyüyür, xəyal dünyasına çoxlu qəhrəmanlar qonaq edir və onları yuxularında görürlər. Bu xəyallar və xəyali qəhrəmanlar, o uşağın eyni zamanda xarakterinin də meydana gəlməsində böyük rol oynayır. Nağıllar uşağın zəkasını inkişaf etdirməsi, qavrama və diqqət gücünü artırması, söz ehtiyatını zənginləşdirməsi, öyrənmə istəyini və maraq hissiyatını artırması yönü ilə uşağın inkişafında əhəmiyyətli rol oynayır. Psixoloqlar, nağıl kitablarının 3-4 yaşından etibarən uşaq və valideynlər arasında bir söhbət vasitəsi olduğunu ifadə edərək, "Nağıllarla uşağın dünyasına girmək və xarakterin inkişafı dəstəkləmək olar. Uşaq nağıllarda özünü tapır. Nağıldakı xarakterlə qaynaşır, inteqrasiya olunur, ondan təsirlənir",- deyirlər. Psixoloqlar, nağılların diqqətli seçilməsini məsləhət görürlər. Çünki nağıllar uşaqların təxəyyülünü genişləndirir. "Ailələr nağıl oxumaq üçün uşaqlarına vaxt ayırmalıdır. Bu nağıllar haqqında uşaqlarla danışmalıdırlar. Nağıllar, uşaqların öz dünyalarında qarşılaşdıqları çətinlikləri həll etməsinə köməkçi olub, mühakimə, məntiq, səbəb-nəticə əlaqəsi qurma bacarıqlarını təkmilləşdirir." Ailə, hekayə və nağıllar vasitəsilə uşaqlarına çatdırmaq istədiklərini- məsələn, yaxşı ilə pis, çalışqan ilə tənbəl, məsuliyyətli ilə məsuliyyətsiz xarakterlərini uşaqlarının dünyasında canlandıraraq, hekayələr vasitəsilə çatdıra bilər. Psixoloqlar, uşaqlar üçün hekayə seçimi ilə bağlı bunları təklif edir: "1-3 yaşda olanlar üçün qalın kartonlu və ya parça kitablar, şəkillərin olduğu, parlaq, uşağın diqqətini cəlb edən kitablar seçilməlidir. 3-5 yaşda ki uşaqlar həyatın içindən olan şəkillərlə zəngin, təxəyyülü inkişaf etdirən hekayə kitabları ola bilər. 5-8 yaşlı uşaqlar üçün nağıllarda doğrunu və səhvi bir yerdə saxlayan və daha çox gerçək hekayələrdən ibarət olan bol şəkilli, uşağın diqqətini cəlb edən nağıl kitabları seçilməlidir. 8-12 yaşlı uşaqlar üçün kitabları isə uşağın da istədiyi, təxəyyülü inkişaf etdirə bilən macəra, nağıl, hekayə, lətifə, şeir, tapmaca, roman və əfsanələrdən ibarət ola bilər." https://t.me/usaq_terbiyesi

  • 29 мар.1 806176

    🔸 #Oyun_təqdimatı (5) Oyunun qısa təsviri: Bu, “دوز” (tic-tac-toe) oyununun yeni üsulla oynanılan formasıdır. Sadəcə bir parça karton və ya kağız + 6 ədəd qazlı içki qapağı ilə uşağınızla birlikdə maraqlı və xoş anlar keçirə bilərsiniz 😊 Bu oyun uşaqlıqdan yeniyetmə yaşına qədər uyğundur və evdə, bağçada və ya məktəbdə oynamaq olar. Bəzi faydaları: Bu oyun emosional zəkanın inkişafına kömək edir. İştirakçı sayı: İki nəfərlə oynamaq mümkündür. Komanda şəklində də oynamaq olar: məsələn, iki komanda qurulur və hər komandadan iki nəfər növbə ilə (məsələn, 10 raund) oynayır. Sonda ən çox qalibiyyət qazanan komanda qalib olur. https://t.me/usaq_terbiyesi https://whatsapp.com/channel/0029Vb6uqrkDOQIfedoyF223

  • 28 мар.1 37181

    🔸 #Oyun_təqdimatı (4) Oyunun qısa təsviri: Bu oyun daha çox 6 yaşdan kiçik uşaqlar üçün uyğundur və onu evdə, bağçada və ya oxşar mühitlərdə oynamaq olar. Bəzi faydaları: Bu oyun vizual (görmə) zəkanın inkişafına kömək edir. İştirakçı sayı: İki nəfərlə – uşaq və böyüklə oynamaq olar (videoda göstərildiyi kimi). Qrup şəklində də oynamaq mümkündür: uşaqlar bir neçə nəfərlik qruplara bölünür və qarşı tərəf (bu, uşaqlardan biri də ola bilər) müəyyən bir hərəkət və ya nümunə göstərir. 👈 Əsas şərt odur ki, qrupdakı bütün üzvlər həmin nümunəni səhvsiz təkrarlasınlar. (Əgər kimsə səhv edərsə, qrup bir mənfi xal alır.) Səhvləri daha az olan və tapşırığı daha qısa müddətdə yerinə yetirən qrup qalib olur. https://t.me/usaq_terbiyesi https://whatsapp.com/channel/0029Vb6uqrkDOQIfedoyF223

  • 🔸#Oyun_təqdimatı (3) Oyunun qısa izahı: Evdə, məktəbdə və s. bir neçə plastik və ya kağız stəkan və bir az yapışqan və ya kağız vasitəsilə uşaqları maraqlı şəkildə məşğul edə bilərsiniz. Bəzi faydaları: Bu oyun uşağın diqqətini artırır / enerjisini müəyyən dərəcədə boşaltmasına kömək edir / qrup şəklində oynandıqda komanda ruhunu gücləndirir. İştirakçı sayı: İki nəfərlə oynamaq olar, həmçinin qrup şəklində də mümkündür. Belə ki, yarış təşkil edilir və kim (və ya hansı qrup) stəkanları daha qısa müddətdə müəyyən olunmuş nöqtəyə yerləşdirərsə qalib olur. Oyunun daha uzun davam etməsi üçün məsələn 7 raund keçirilə bilər (kim 4 raundu daha tez bitirərsə qalib sayılır). https://t.me/usaq_terbiyesi https://whatsapp.com/channel/0029Vb6uqrkDOQIfedoyF223

  • https://t.me/Online_market_az Halal mallar istəyən şəxslər bu qeyd etdiyimiz linkdən daxil olaraq səhifədən sifariş verə bilər.

  • 🔸#Oyun_təqdimatı (2) Oyunun qısa izahı: Evdə, qonaqlıqda və s. bir stəkan un və ya duz + bir neçə qazlı içki qapağı + bir neçə vərəq (nümunə çəkmək üçün) vasitəsilə uşağınızı məşğul edə bilərsiniz. Bəzi faydaları: Bu oyun uşağın diqqətini artırır / əl-göz koordinasiyasını inkişaf etdirir / vizual yaddaşı gücləndirir. İştirakçı sayı: Tək nəfərlə oynamaq olar, amma bacı-qardaşlar və ya qonaqlar arasında qrup şəklində yarış da təşkil edə bilərsiniz. Kim səhvsiz yerinə yetirərsə qalib olur. Oyunu daha çətin etmək üçün şəkli qısa müddət göstərib uşağın onu yadda saxlamasını istəyin, sonra isə kağıza baxmadan həmin nümunəni çəksin. https://t.me/usaq_terbiyesi https://whatsapp.com/channel/0029Vb6uqrkDOQIfedoyF223

  • 🔸#Oyun_təqdimatı (1) Oyunun qısa izahı: Evdə, parkda, qonaqlıqda, hətta toplantılarda belə sadəcə bir qələm, kağız və bir neçə rəngli əşya ilə uşağınızı məşğul edə bilərsiniz. Bəzi faydaları: Bu oyun uşağın diqqətini artırır / əl və göz koordinasiyasının inkişafına kömək edir və s. İştirakçı sayı: Tək nəfərlə oynamaq olar, amma qrup şəklində də yarış təşkil edə bilərsiniz və bir neçə mərhələdən ibarət ola bilər (məsələn, 5 raund). Kim 5 raundu daha tez və uğurla tamamlayarsa, qalib olur. https://t.me/usaq_terbiyesi https://whatsapp.com/channel/0029Vb6uqrkDOQIfedoyF223

  • 16 мар.1 0199

    🔸Övladımızın həqiqi xoşbəxt olması üçün nə etməliyik? 👉 Üçüncü açar: Emosional təhlükəsizlik 🍃 Əvvəlki hissədə dedik ki, valideynlə birgə oyun uşaqlıq dövründə xoşbəxtliyin ən dərin mənbələrindən biridir. Lakin bilməliyik ki, bu xoşbəxtlik emosional təhlükəsizlik olmadan davamlı ola bilməz. Uşaq əmin olmalıdır ki, valideynin ona olan sevgisi yalnız davranışdan asılı olan bir sevgi deyil. Yəni valideyn yalnız uşağın uğurlu olduğu, ədəb qaydalarına riayət etdiyi və ya yaxşı davrandığı zaman onu sevmir və əgər uşaq səhv edərsə, ona olan sevgi azalmaz. Əgər uşaq belə düşünməyə başlasa, o zaman istər-istəməz “valideyn sevgisini itirmək qorxusu” ilə yaşayacaq. Məsələn: “Əgər bunu etsən, səni daha sevməyəcəyəm.” Bu cümlə uşağın emosional təhlükəsizliyi üçün zəhər kimidir. Amma uşaq bilsə ki, səhv etsə belə, valideyninin ona olan sevgisi azalmayacaq, o zaman təhlükəsiz bir mühitdə böyüyür. Bu mühit isə daxili rahatlıq və davamlı xoşbəxtliyin əsas zəminidir. Çünki belə bir uşaq valideyn sevgisini itirməmək üçün rol oynamağa, səhvlərini gizlətməyə, istədiyi şeylərdən imtina etməyə və hisslərini gizlətməyə məcbur qalmır. Əlbəttə, bu daimi sevgi o demək deyil ki, valideynin heç bir qaydası və sərhədi olmamalıdır. Emosional təhlükəsizlik “qanunsuzluq” demək deyil. Bəzən valideyn qətiyyətli olmalı, yanlış davranışın qarşısını almalı və aydın sərhədlər qoymalıdır. Amma bunu uşağı alçaltmadan və hədələmədən etməlidir. Uşaq üçün sərhəd qoyarkən eyni anda üç mesaj verilməlidir: “Bu davranışın düzgün deyil.” ❌ “Davranışını düzəltməyin lazımdır.” ✅ “Mən səni sevirəm.” ❤️ Unutmamalıyıq ki, düzgün şəkildə sərhəd qoymamaq uşağın tərbiyəsinə ciddi zərər verə bilər — necə ki, emosional təhlükəsizliyin olmaması da ona zərər verir. 🍃 #övladın_xoşbəxtliyi_4 https://t.me/usaq_terbiyesi https://whatsapp.com/channel/0029Vb6uqrkDOQIfedoyF223

  • без подписи

  • 🔸Övladımızın həqiqi xoşbəxt olması üçün nə etməliyik? 👉İkinci açar: Birgə oyun 🍃 “Həqiqətən görülmək”lə yanaşı, valideynlə birgə oyun da mühüm rol oynayır. Oyun uşaq üçün sadəcə əyləncə deyil; ünsiyyət dilidir. Valideyn uşağın oyununa qoşulduqda, əslində onun dünyasına daxil olur. Bu anlarda uşaq mühakiməsiz, səmimi bir əlaqənin dadını hiss edir; elə bir yer ki, orada yaxşı olmaq, mükəmməl davranmaq və ya hansısa nəticəyə çatmaq məcburiyyəti yoxdur. (Bu, müəyyən bir məqsədə çatmaq üçün edilən iş deyil; məsələn, ev tapşırığını yazmaq və ya otağı səliqəyə salmaq kimi deyil.) Məhz bu təcrübə uşaqlıq dövründə xoşbəxtliyin ən dərin mənbələrindən biridir. Hətta qısa vaxt belə, amma valideynin tam diqqəti ilə keçirilən zaman, saatlarla laqeyd şəkildə birlikdə olmaqdan daha qalıcı təsir göstərir. 🔻 Əgər birgə oyun olmazsa Valideynlə uşaq arasındakı münasibətdə birgə oyun olmadıqda, uşaq görülmə hissi ilə birlikdə emosiyalarını boşaltmaq və hisslərini birlikdə tənzimləmə imkanından məhrum olur. Tək oynamaq müəyyən qədər emosiyanı boşaltsa da, valideynlə oyun uşağa hisslərini münasibət daxilində yaşamağı və idarə etməyi öyrədir. Uzun müddətdə bu təcrübənin olmaması emosional məsafəyə, etibarın azalmasına və diqqəti ailədən kənarda axtarmağa səbəb ola bilər. 🍃 #övladın_xoşbəxtliyi_3 https://t.me/usaq_terbiyesi https://whatsapp.com/channel/0029Vb6uqrkDOQIfedoyF223

  • 🔸Övladımızın həqiqi xoşbəxt olması üçün nə etməliyik? 👉 Birinci açar: Həqiqətən görülmək 🍃 Həqiqi xoşbəxtliyin ilk təməli “həqiqətən görülməkdir”. Özünü valideyni tərəfindən görüldüyünü, eşidildiyini və ciddi qəbul edildiyini hiss edən uşaq, tədricən belə bir inama gəlir: “Mən əhəmiyyətli və dəyərliyəm.” Bu “görülmək hissi” heç vaxt nəsihət verməklə və ya öyrətməklə yaranmır. Əksinə, bu, bizim davranışlarımızdan asılıdır. Məsələn: Uşağımız danışarkən biz həqiqətən onun sözlərinə qulaq asdıqda və ya onun hisslərinə laqeyd qalmadıqda, elə davranmadıqda ki, sanki onun hissləri bizim üçün önəmli deyil — biz onun ruhunda xoşbəxtliyin köklərini qurmuş oluruq. Hisslərinin hörmətlə qarşılandığını hiss edən uşaq daha az emosional sıxıntı və daxili narazılıq yaşayır və daxili xoşbəxtliyə və məmnuniyyətə doğru yönəlir. 😊 🍃 #övladın_xoşbəxtliyi_2 https://t.me/usaq_terbiyesi https://whatsapp.com/channel/0029Vb6uqrkDOQIfedoyF223

  • 🔸Övladımızın həqiqi xoşbəxt olması üçün nə etməliyik? 🍃 Bir çoxumuz övladımızın “xoşbəxt” olmasını istəyirik; lakin çox vaxt bilmədən xoşbəxtliyi “güldürmək”, “nəsə almaq” və ya “əyləndirmək” ilə səhv salırıq. Uşağın dərin və həqiqi xoşbəxtliyi isə bir oyuncağa və ya qısa müddətli bir əyləncəyə bağlı deyil. Həqiqi xoşbəxtlik o zaman yaranır ki, uşaq öz daxili dünyasında təhlükəsizlik, dəyərli olmaq hissi və sağlam əlaqə hiss etsin. 🍃 #övladın_xoşbəxtliyi_1 https://t.me/usaq_terbiyesi https://whatsapp.com/channel/0029Vb6uqrkDOQIfedoyF223

  • 26 февр.1 26412

    Bilirəm mətn çox uzundur. Amma çox faydalıdır deyə belə paylaşılır:)

  • 26 февр.1 31091

    Bu yolları tətbiq etdikcə görəcəksiniz ki, uşaq qorxudan yox, sizə olan etimad və münasibətə hörmət səbəbilə daha çox həqiqəti deməyə və məsuliyyəti qəbul etməyə meyl göstərəcək, inşallah. #yalan_və_gizlətmə_3 https://t.me/usaq_terbiyesi https://whatsapp.com/channel/0029Vb6uqrkDOQIfedoyF223

  • 🔸 Uşağım niyə yalan danışır? 👈 Giriş 👈 Birinci hissə 👈 İkinci hissə; yalanın kök səbəblərinin təhlili 👈 Üçüncü hissə; təhlükəsizlik hissini yaratmaq və yalanı azaltmaq üçün praktik yollar Uşağın yalan danışmasının çox vaxt təhlükəsizlik hissinin olmamasına cavab olduğunu dərk etdikdə, biz “əlamətlə” (yalanla) mübarizə aparmaq əvəzinə, “kök səbəbi” (qorxunu) müalicə etməyə yönəlirik. Məqsədimiz elə bir təhlükəsiz sığınacaq qurmaqdır ki, uşaq orada “həqiqəti deməyi” “yalan danışmaqdan” daha təhlükəsiz təcrübə etsin. Aşağıdakı yollar belə bir təhlükəsiz mühit qurmaq üçün praktik addımlardır 👇 1️⃣ “Cəza” yerinə “nəticə”yə fokuslanın Bir çox davranışın özünün təbii və birbaşa nəticəsi var. Hər səhvə görə ayrıca #cəza təyin etmək əvəzinə, imkan daxilində #təbii_nəticələrin uşağa dərs verməsinə şərait yaradın (təhlükəsizlik çərçivəsində). Sadə nümunələr: Uşaq xəbərdarlığa baxmayaraq isti geyinmirsə, üşüyə bilər (təbii nəticə). Oyuncaqlarını yığışdırmırsa, itə və ya sına bilər (təbii nəticə). Bu hallarda siz “xilasedici” rolunu oynayıb nəticəni aradan qaldırmırsınız. Onun yanında qalır, birlikdə düşünürsünüz: “Bu necə oldu? Növbəti dəfə nə edə bilərik?” Fərq nədir? Cəza zamanı siz deyirsiniz: “Bunu etdiyinə görə səni cəzalandırıram.” Təbii nəticə zamanı isə uşağın öz hərəkəti öz nəticəsini doğurur. Bu üsul qorxunu və qarşıdurmanı azaldır, valideyndən qorxmaq əvəzinə “öz davranışına görə məsuliyyət hissi” formalaşdırır. 2️⃣ “Təhlükəsiz etiraf zamanı” yaradın Uşağa açıq və təkrar-təkrar bildirin: “Əgər etməməli olduğunu bildiyin bir işi görmüsənsə və ya səhv etmisənsə, həmişə gəlib rahatlıqla mənə deyə bilərsən. Söz verirəm, əvvəlcə qulaq asacağam, əsəbiləşməyəcəyəm və birlikdə həll yolu tapacağıq.” Sonra uşaq etiraf edəndə bu sözünüzə əməl edin. Ona təşəkkür edin ki, cəsarət göstərib həqiqəti deyib. Bu an 👈 #etimad_quruculuğu üçün qızıl fürsətdir. 3️⃣ “Davranış”la “şəxsiyyət”i qəti ayırın Bu prinsipi həm düşüncənizdə, həm sözlərinizdə möhkəmləndirin: “Səni sevirəm, amma bu davranışı təsdiqləmirəm.” Məsələn, uşaq doğru olmayan bir söz deyibsə, “Sən yalançısan” deməyin. Bunun əvəzinə konkret hərəkətə fokuslanın: “Bu dediyin söz reallığa uyğun deyil.” Belə yanaşma uşağa göstərir ki, səhv etmək onun #daxili_dəyərini azaltmır və düzəltmək imkanı var. 4️⃣ Şəffaflıq və üzr istəməkdə nümunə olun Özünüz səhv etdikdə (məsələn, verdiyiniz sözü unutduqda və ya əsassız səsinizi qaldırdıqda), açıq şəkildə #üzr_istəyin: “Bağışla, söz vermişdim tez gələcəyəm, amma gecikdim. Bu mənim səhvim idi və çalışacağam düzəldim.” Bu iki güclü mesaj verir: Hamı səhv edə bilər (#mükəmməllik vacib deyil). Doğruluq və düzəliş güc və xarakter əlamətidir, zəiflik yox. 5️⃣ Şərtsiz qəbul yolu ilə özünə hörməti gücləndirin Sevgi və #müsbət_diqqətinizi uşağın nəticələrinə bağlamayın. Ona göstərin ki, davranışından narazı olsanız belə, #sevginiz sabitdir. Bunu sözlərlə (“Mən səni həmişə sevirəm”) və davranışla (çətin söhbətdən sonra qucaqlamaq kimi) nümayiş etdirin. Nəticələrə yox, “cəhdə” fokuslanın. Məsələn, imtahandan keçməsə belə, göstərdiyi səyi qiymətləndirin. Bu yanaşma #özünəhörmət təməlini möhkəmləndirir və uşaq səhvini ört-basdır etməyə ehtiyac duymur. 6️⃣ Profilaktik dialoq və dəyər öyrətmə Sakit vaxtlarda, gərginlik olmadan, doğruluğun, etimadın və yalanın təbii nəticələrinin (etimadın itirilməsi, peşmanlıq) əhəmiyyəti barədə danışın. Nağıllardan, filmlərdən və ya hipotetik vəziyyətlərdən istifadə edin. Uşağa öyrədin ki, hər kəs səhv edə bilər — əsas məsələ onu “öyrənmə fürsəti” kimi görməkdir. 🔻 Ən vacib məqam: Bu dəyişiklik bir gecədə baş vermir. Əgər uşaq illərlə qorxu, istehza və ya alçaldılma mühitində yaşayıbsa, yeni qaydaların həqiqətən sabit və davamlı olduğuna inanması üçün #zaman lazımdır. Davranışınızda ardıcıllıq əsas şərtdir. Əgər bəzən yeni prinsiplərlə, bəzən köhnə qəzəb modeli ilə reaksiya versəniz, uşaq çaşacaq və köhnə strategiyaya — yalan danışmağa — qayıdacaq.

  • 🔸 Uşağım niyə yalan danışır? Birinci hissə İkinci hissə; yalanın kök səbəblərinin təhlili ⏪ Birinci səhifə: Yalanın səbəbi Uşaqlarda yalan danışmaq, xüsusilə də inkar və gizlətmə formasında, mühüm bir #xəbərdarlıq_zi̇ngi̇dir. Bu, uşaqla valideyn (və ya tərbiyəçi) arasındakı münasibətin həssas bir nöqtəyə gəlib çatdığını göstərir. Yalanın və ya gizlətmənin arxasında çox vaxt “qorxu” dayanır; bu qorxu isə dərin bir “təhlükəsizlik hissinin olmamasından” qaynaqlanır. Bu #təhlükəsizliksizlik mütləq fiziki cəza ilə bağlı deyil; psixoloji və emosional güvənsizlikdən də yarana bilər. Uşaq instinktiv olaraq dəyərləndirir: ətraf mühit – xüsusilə valideyn və ya müəllim – onun üçün “təhlükəsiz sığınacaqdır”, yoxsa “mühakimə məhkəməsi”? ⏪ İkinci səhifə: Yalan – pis xarakter əlamətidir, yoxsa sağ qalma strategiyası? Uşaq səhv etdikdə daxili, mürəkkəb bir dilemma yaşayır: bir tərəfdə “doğrunu demək və yüngülləşmək istəyi”, digər tərəfdə isə “həqiqəti deməyin mümkün nəticələrindən qorxu”. Əgər əvvəlki #təcrübə və ya zehni təsəvvürü ona deyirsə ki, həqiqəti deməyin nəticəsi “alçaldılma” (yenə nə etdin... bacarıqsız...), “uzunmüddətli danlaq” (sən həmişə problem yaradırsan...), “sərt məhrumiyyət” (artıq telefon yoxdur... televizora baxmaq qadağandır...), “müvəqqəti sevgi itkisi” (gözümə görünmə... artıq səni istəmirəm...) olacaqsa, onun beyni instinktiv olaraq #müdafiə_mexanizmi kimi “gizlətmə”yə keçir. Bu vəziyyətdə yalan danışmaq “pis niyyət” göstəricisi deyil, bir “sağ qalma strategiyasıdır”. ⏪ Üçüncü səhifə: Özünə hörməti qorumaq cəhdi Bu təhlükəsizlik çatışmazlığı yalnız ani reaksiyadan qorxu deyil. Uşaq daha dərin bir narahatlıq yaşayır: valideynin zehnində mənfi #etiketlə sabit qalmaq qorxusu. O, etiraf edərsə, həmişəlik “diqqətsiz uşaq”, “problem yaradan”, “etibar edilməyən biri” kimi yadda qalacağından çəkinir. Etiketlənmək və öz dəyərinin azalması qorxusu onu gizlətməyə sövq edir. Əslində, yalan danışmaqla o, təkcə cəzadan yox, həm də özünə hörmətinin zədələnməsindən və müsbət öz-imicinin qorunmasından müdafiə olunur. ⏪ Nəticə: Bu kontekstdə yalan “səbəb” deyil, “əlamət” və “reaksiyadır”. Bu, uşaqla valideyn arasında təhlükəsiz ünsiyyət xəttinin zədələndiyini göstərən bir siqnaldır. Davamında bu təhlükəsiz mühitin necə qurulması və yalan meylinin köklü şəkildə necə azaldılması yollarını araşdıracağıq. #yalan_və_gizlətmə_2 https://t.me/usaq_terbiyesi https://whatsapp.com/channel/0029Vb6uqrkDOQIfedoyF223

  • 🔸 Məsuliyyət vermə yolu ilə dolayı tərbiyə; 5-ci hissə: Uşaqlara məsuliyyət verərkən valideynlərin yol verdiyi bəzi yayğın səhvlər 1. Rolu cəza alətinə çevirmək: Əgər uşaq səhv edərsə, heç vaxt deməyin: “Bu hərəkətinə görə ‘alış-veriş müdiri’ rolunu səndən alıram!” Bu davranış rolu “məsuliyyət imtiyazı” olmaqdan çıxarıb “nəzarət və cəza vasitəsinə” çevirir və onun tərbiyəvi təsirini aradan qaldırır. 2. Mükəmməllik gözləmək: Unutmayaq ki, əsas məqsəd işi qüsursuz görmək deyil, məsuliyyət və təsir etmə hissini inkişaf etdirməkdir. Əgər stəkan sındısa və ya iş yarımçıq qaldısa, “Eybi yoxdur, növbəti dəfə daha diqqətli olarsan” deyərək öyrənmək üçün təhlükəsiz mühit yaradın. 3. Yersiz müdaxilə və işi uşağın yerinə görmək: Bir rol tapşırdıqdan sonra, “gecikdi” və ya “səliqəli olmadı” bəhanəsi ilə işi özünüz tamamlamayın. Bu, uşağa “Sənin bacarığına inanmıram” mesajını verir. Daha yaxşısı, işə başlamazdan əvvəl lazımi istiqamətləri verin və sonra işi müstəqil şəkildə tamamlamasına imkan yaradın. 4. Müqayisə və zərərli rəqabət yaratmaq: Heç vaxt deməyin: “Bax, bacın işi necə yaxşı gördü, sən niyə bacarmırsan?” Hər uşağın qabiliyyəti və inkişaf tempi fərqlidir. Sağlam olmayan rəqabət “məsuliyyət alma zövqü”nü “qısqanclıq və aşağılıq hissi” ilə əvəz edir. 5. Uşağın istək və marağına məhəl qoymamaq: Əgər uşaq bir rola maraq göstərmirsə və ya müqavimət göstərirsə, onu zorla qəbul etdirməyin. Ona bir neçə seçim təqdim edin ki, özü qərar versin. Seçim prosesində iştirak daxili öhdəlik hissini gücləndirir. Sonda unutmayaq ki, rol vermə yolu ilə dolayı tərbiyə bağbanlıq kimidir — səbir və diqqət tələb edir. Biz məsuliyyət toxumunu əkir, ona böyümək üçün zaman verir və vaxtında dəstək göstərərək övladımızın müstəqil və təsirli şəxsiyyət kimi tədricən formalaşmasına şahid oluruq, inşallah. Növbəti hissədə “çətin situasiyalar üçün xüsusi rollar”dan (məsələn, yeni doğulan körpəyə qısqanclıq, inadkarlığın azalması və qəzəbin idarə olunması) bəhs ediləcək. https://t.me/usaq_terbiyesi https://whatsapp.com/channel/0029Vb6uqrkDOQIfedoyF223