tgindex
İslam Məktəbi

İslam Məktəbi

Статистика

Əxlaq, əqaid və təfsir dərsləri Əxlaq ayələrinin və Əxlaq hədislərinin şərhi Nəfsin islahı və Əxlaqi problemlərin müalicəsi Əxlaqi tərəqqi və seyri-sülukun yolları @Rza_iravan

Последний пост
14 авг.
Последнее чтение
13 авг.
Постов за неделю
19
Всего постов
30
Тип
открытый
Язык
az
В каталоге с
13 авг.
Подписчики
2 275
−2 за 5 дн.
Сутки
−1
−0,04%
Неделя
 
Месяц
 
Просмотров на пост
145
30 постов
Вовлечённость
6,4%
к подписчикам
Постов в день
2,7
всего 30
Упоминаний
1
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
140
1/48двое суток
160
1/72трое суток
173

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • без подписи

  • без подписи

  • без подписи

  • без подписи

  • без подписи

  • без подписи

  • без подписи

  • без подписи

  • 💠 İmam Rza əleyhissalamın kəlamında Allahın ən yaxşı bəndələrinin beş xüsusiyyəti. وَ إِذَا اُبْتُلُوا صَبَرُوا 4⃣ "Onlar müsibətə düçar olduqda səbir edirlər." 📚 Biharul-ənvar 66-cı cild 395-ci səhifə 🌍 Yaxşı insanların həyatında nə vaxt bir çətinlik, problem yaransa, səbirli olurlar. ♻️ Bu səbir və şükür bir-biri ilə sıx bağlıdır. 🟢 Şükürün faydalarından biri də insanın səbirli olmasıdır; yəni Allah-taalanın sənə çoxlu nemətlər bəxş etdiyinə diqqət etdikdə, sənə bircə çətinlik üz versə belə, xəstəlik, müşkül, problemə düçar olsan, səbir edirsən; sən deyirsən ki, bu çətinlik, bütün İlahi lütflərlə müqayisədə heç nə deyil, yəni çox kiçikdir. 🔆 Buna görə də Rəcəb ayının duasında oxuyuruq: اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ صَبْرَ الشَّاكِرِينَ لَكَ “Allahım, Sənə şükür edən insanların səbrini Səndən diləyirəm.” 🕋 Elə isə, Allah-taala ilə əlaqə və bağlılığımızı gücləndirək, Qurani-kərimin və eləcə də Məsum rəhbərlərin (onların hamısına Allahın salamı olsun) dualarına üz tutaq, o duaları ixlasla oxuyaq, həm də o duaların məzmunu ilə maariflənməklə həyatımızda tətbiq edək. 💫 Beşinci xüsusiyyət وَ إِذَا غَضِبُوا عَفَوْا 5⃣ "Əsəbiləşdikdə isə bağışlayırlar." 📚 Biharul-ənvar 66-cı cild 395-ci səhifə 🌐 Yaxşı insanlar kiməsə qəzəbləndikləri zaman onu əfv etməli və bağışlamalıdırlar. Əlbəttə ki, bu təbiidir. 👉 Çünki bu, Allaha görə olan qəzəb deyil, insanın özünə görə qəzəbdir. Məsələn, kimsə mənim xətrimə dəydi, salamlaşanda mənimlə əl verib görüşmədi... 🔴 Yoxsa nəfsimizə görə və ya hansısa kiçik bir şeydən fərqli olaraq, Allaha görə olan qəzəbi bağışlamağa və ya unutmağa haqqımız yoxdur. 🕋 Allaha görə qəzəbləndiyimiz zaman o qəzəbi davam etdirməli, saxlamalıyıq. 📖 Qurani-kərim Fəth surəsinin 29-cu ayəsində belə buyurur: مُحَمَّدٌ رَسُولُ اللَّهِ وَالَّذِينَ مَعَهُ أَشِدَّاءُ عَلَى الْكُفَّارِ "Muhəmməd Allahın elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərtdirlər." 🔰 Halbuki bu hədisdə nəzərdə tutulan qəzəb, şəxsi məsələlərdə yaranan əsəbilik və qəzəb zamanına aiddir. @axlaq

  • 💠 İmam Rza əleyhissalamın kəlamında Allahın ən yaxşı bəndələrinin beş xüsusiyyəti. وَ إِذَا أَسَاءُوا اِسْتَغْفَرُوا 2⃣ "Pis iş gördükdə dərhal istiğfar edərlər (Allahdan bağışlanma diləyərlər)." 📚 Biharul-ənvar 66-cı cild 395-ci səhifə 📌 Hədisin orijinalında gəlmiş “isaət”, yəni "pis iş görmək" barədə onu deməliyik ki, burada "pis bir iş görəndə narahatlıq keçirirlər" demək kifayət deyil; Əlbəttə, hər bir insan pis iş etdikdə narahat olmalıdır, amma narahat olmaq kifayət deyil, bir hərəkət də lazımdır və o əməl Allah-taaladan bağışlanma diləməkdir. 🟡 İnsan hər hansı bir pis iş gördükdə dərhal istiğfar etməli və aləmlərin rəbbi olan Allahdan bağışlanma istəməlidir. 🕋 İstiğfar etmək, etdiyi xoşagəlməz əmələ görə Allahdan üzr istəmək və bağışlanma istəmək deməkdir; Odur ki insan pis bir iş gördükdə Allahdan üzr diləyir, bağışlanma diləyir. 🟩 Təbiidir ki, pis iş etdikdə peşman olub tövbə edən və Allahdan bağışlanma istəyən şəxs əksər hallarda o pis işi bir də təkrar etmirlər. 💫 Üçüncü xüsusiyyət وَ إِذَا أُعْطُوا شَكَرُوا 3⃣ "Onlara bir şey versələr, şükür (və minnətdarlıq) edirlər. 📚 Biharul-ənvar 66-cı cild 395-ci səhifə 🕋 Bəli, onlar elə insanlardır ki, Allah-taalanın onlara verdiyi hər bir şeyə görə Ona şükür edirlər. 🌍 Eləcə də, hər hansı bir insan onlara yaxşılıq etsə, həmin şəxsə minnətdarlıq edirlər. ✅ Təbii ki, bu hədisdə “vermək” sözünün cəm şəklində işlənməsinin zahiri mənası həm ilahi, həm də bəşəri nemətləri ehtiva edir. 🌐 Belə ki insanlar bir şəxsə sevgi göstərirlərsə, nə isə verirlərsə, həmin şəxs insanların ona yaxşılığını dəyərləndirməli və təşəkkür etməlidir; Bu aydındır, amma hədisdən başa düşülən daha dəqiq məna budur ki, bu cümlədə məqsəd ilahi nemət və bəxşişlərdir. Yəni, onlar Allahın nemətlərini xatırlayanda, həmçinin Allahın ona verdiyi hər yeni neməti gördükdə şükür edirlər. ✳️ Demək, imanlı insan Allah-taalanın ona verdiyi nemətlərdən qafil olmamalıdır. 💎 Allahın bəxş etdiyi nemətlərə qafillik və etinasızlıq elə bir böyük bəladır ki, insanı xəsislik və nankorluğa sürükləyir. @axlaq

  • 💠 İmam Rza əleyhissalamın kəlamında Allahın ən yaxşı bəndələrinin beş xüsusiyyəti. 💎 İmam Rza əleyhissalamdan ən yaxşı insanların xüsusiyyətləri haqqında soruşdular: سُئِلَ عَنْ خِيَارِ اَلْعِبَادِ ✍ İmam Rza əleyhissalam buyurdu: اَلَّذِينَ إِذَا أَحْسَنُوا اِسْتَبْشَرُوا 1⃣ "Onlar yaxşı işlər gördükləri zaman şad və məmnun olarlar." 📚 Biharul-ənvar 66-cı cild 395-ci səhifə 📓 Hədisin orijinalında işlənmiş “istibşar” sözü lüğətdə şad olmaq və ya sevinc əlamətlərinin insanın simasında görsənməsi deməkdir. 🕋 Bəli, möminin əsas xüsusiyyətlərindən biri budur ki: بِشرُهُ فی وَجهِهِ وَ حُزنُهُ فی قَلبِه "Möminin sevinci onun üzündə, kədəri isə qəlbində olar." 👉 Yəni möminlər yaxşı işlər gördükdə, yaxşı iş gördükləri üçün sevinirlər. 🟢 Amma bu sevinc və şadlığın insanın yaxşı işlər gördüyünə görə lovgalanmaq və ya xudpəsəndlik (özündən razılıq) ilə heç bir əlaqəsi yoxdur; çünki bunlar iki fərqli şeydir, bunları, yəni Allah xatirinə yaxşılıq edəndə sevinmək ilə, hər hansı yaxşı işi gördüyünə görə lovgalanmağı bir-birindən ayırmalıyıq. 🕌 Bəzən elə olur ki, (Allah eləməsin) insan iki rükət namaz qıldığına görə özünü mömin və yüksək səviyyədə olduğunu zənn edir, halbuki bu hal həmin insanın özünü bəyənməsinin, daha doğrusu özünü aldatmasının əlamətidir. 🕌 Amma bəzən isə Allah xatirinə yaxşı iş edir və buna müvəffəq olduğuna görə sevinir, bu isə yaxşı haldır. Çünki burada söhbət narsizm və ya özünü aldatmaqdan getmir; bu insan yaxşılıq etdiyinə və yaxşı bir iş gördüyünə görə sevinir ki, "Allaha həmd olsun, bu yaxşı işi mənə nəsib edib". ✳️ Odur ki imanlı və təqvalı insan Allahın razılığını qazanmaq üçün yaxşı bir iş görəndə, etdiyi yaxşılıqdan xoşhal, xoşnud və məmnun olur. @axlaq

  • без подписи

  • 🕋 Əhli-beytə (ə) məhəbbət saleh əməllə birlikdə olmalıdır. ✍ İmam Rza əleyhissalam buyurur: لَا تَدَعُوا الْعَمَلَ الصَّالِحَ وَالِاجْتِهَادَ فِي الْعِبَادَةِ، اتِّكَالًا عَلَى حُبِّ آلِ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَآلِهِ وَسَلَّمَ "Ali-Muhəmmədə (s) olan məhəbbətinizə arxalanaraq saleh əməli və ibadətdə səy göstərməyi tərk etməyin." 📗 Fiqhur-Rza (ə) 339-cu səhifə ✅ Hər bir məsələdə ifrat (həddi aşmaq) və təfrit (səhlənkarlıq) arzuolunmazdır. 💠 Əhli-beytə (ə) məhəbbətin insanın nicatına səbəb olması etiqadı doğrudur və bu barədə çoxlu hədislər nəql edilmişdir. Lakin bu etiqadda ifrat budur ki, insan Peyğəmbərin (s) Əhli-beytinə olan məhəbbətinə arxalanaraq saleh əməl etməsin, namaz və ibadətlərə bağlı olmasın, dini vəzifələrini düzgün yerinə yetirməsin, amma bununla belə, Ali-Muhəmmədə (s) məhəbbətin onu cənnətə aparacağını düşünsün!! 🟢 Məhəbbət həqiqi olarsa, sadəcə zahiri və iddia səviyyəsində qalmaz. Həqiqi məhəbbət sevəni sevdiyinə bənzəməyə və onun yolu ilə getməyə sövq edər. 📝 İmam Cəfər Sadiq əleyhissalam Müfəzzələ buyurur: "Bir dəstə insan bizi sevir, sözlərimizi qoruyub saxlayır, əmrlərimizə itaət edir və əməldə bizə qarşı çıxmırlar. Onlar bizdəndir, biz də onlardanıq." 📚 Tuhəful-uqul 514-cü səhifə 🕋 Allaha, Peyğəmbərə (s) və Əhli-beytə (ə) məhəbbət bəslədiyini söyləmək itaət və tabeçiliklə müşayiət olunmalıdır ki, insana fayda versin; günah və itaətsizliklə deyil. 🔆 Səmimi məhəbbət insanı məhəbbətlə itaət etməyə aparır. Əhli-beyti (ə) sevdiyini iddia edib, eyni zamanda günah və əxlaqi çirkinliklər içində yaşamaq bir-biri ilə uyğun gəlmir. 🔵 Əhli-beytə (ə) məhəbbəti saleh əməllə birləşdirmək İmam Rzanın (ə) tövsiyəsidir. 📝 Allah Rəsulundan (s) belə nəql edilmişdir: إِنَّ شِيعَتَنَا مَنْ شَيَّعَنَا وَاتَّبَعَ آثَارَنَا وَاقْتَدَى بِأَعْمَالِنَا "Bizim şiəmiz o kəsdir ki, bizim ardımızca gedər, yolumuzu izləyər və əməllərimizə iqtida edər." 📚 Mizanul-hikmə 9936-ci hədis ⚠️ Nəticə👇 💎 Əhli-beyt (ə) sevgisi sadəcə qəlbdə olan bir hiss və ya dildə deyilən bir iddia deyil. Həqiqi məhəbbətin əlaməti onların yolunu əməldə izləməkdir. ✅ İddiada və sözdə deyil, əməldə şiə olaq! @axlaq

  • #nəhcül_bəlağə_dərsləri 🕋 Allah Rəsulunun (s) vəfatının böyük və ürəkyandıran müsibəti. 📝 İmam Əli əleyhissalam Allah Rəsulunun (s) vəfatı zamanı buyurdu: بِأَبِي أَنْتَ وَ أُمِّي يَا رَسُولَ اللَّهِ، لَقَدِ انْقَطَعَ بِمَوْتِكَ مَا لَمْ يَنْقَطِعْ بِمَوْتِ غَيْرِكَ مِنَ النُّبُوَّةِ وَ الْإِنْبَاءِ وَ أَخْبَارِ السَّمَاءِ؛ خَصَّصْتَ حَتَّى صِرْتَ مُسَلِّياً عَمَّنْ سِوَاكَ، وَ عَمَّمْتَ حَتَّى صَارَ النَّاسُ فِيكَ سَوَاءً "Atam-anam sənə fəda olsun, ey Allahın Rəsulu! Sənin vəfatınla elə bir bağ qırıldı ki, başqasının ölümü ilə qırılmamışdı: peyğəmbərlik, qeybdən və göydən gələn xəbərlər kəsildi. Sənin vəfatının müsibəti elə xüsusi və böyük bir müsibətdir ki, bu müsibətə düçar olanlar digər müsibətləri unutdular. Eyni zamanda bu müsibət o qədər ümumidir ki, bütün insanlar sənin vəfatının müsibətində bərabər oldular." 📚 Nəhcül-bəlağə 235-ci xütbə 💠 Həzrət Muhəmmədin (s) ayrılıq müsibəti necə ümumi olmaya bilərdi?! 🔆 Halbuki o, "aləmlərə rəhmət" idi və bəşər cəmiyyətinin müxtəlif azğınlıq və sapmalardan xilas olmasına səbəb olmuşdu. 💎 Həzrət Muhəmməd (s) bütün insanlığa aid idi və hər kəsi öz diqqət və qayğısı ilə əhatə edirdi. Buna görə də hamı o Həzrətin (s) vəfatına göz yaşı tökməlidir. 🔵 Digər tərəfdən, insanın itirdiyi əziz nə qədər böyük və onun qoyduğu təsirlər nə qədər geniş olarsa, onun itkisi də bir o qədər ağır və böyük olar. 🟢 Allah Rəsulu (s) isə insanların ən üstünü, bəşəriyyətə xidməti misilsiz və son dərəcə geniş olan bir şəxsiyyət idi. Buna görə də onun vəfat müsibəti bütün müsibətlərdən daha böyükdür. 🟡 Başqa sözlə desək, digər müsibətlər Allah Rəsulunun (s) itkisi qarşısında kiçik qalır. @axlaq

  • ✅ Həzrət Muhəmmədin (s) beş mühüm vəsiyyəti. 💫 Dördüncü vəsiyyət: Peşman olacağın işi etmə. وَ إِيَّاكَ وَ مَا تَعْتَذِرُ مِنْهُ "Üzr istəməyə məcbur olacağın bir şey etməkdən çəkin." 📚 Biharul-ənvar 70-ci cild 168-ci səhifə 🔆 Bu çox mühüm əxlaqi qaydadır. Hər söz və ya hərəkətdən əvvəl onun nəticələrini düşün. Əgər hərəkətin peşmanlıq və utanc gətirə biləcəyini bilirsənsə, ondan çəkin. 📝 Bu vəsiyyət bizə ağılla və tədbirli davranmağı və tələsik hərəkətlərdən çəkinməyi öyrədir. 📖 Qurani-kərim İsra surəsinin 36-cı ayəsində buyurur: وَلَا تَقْفُ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ إِنَّ السَّمْعَ وَالْبَصَرَ وَالْفُؤَادَ كُلُّ أُولَئِكَ كَانَ عَنْهُ مَسْئُولًا "Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək bunların hamısından soruşulacaq." 🔰 Bu ayə insanın elm və agahlıq olmadan gördüyü işlərə məsuliyyət daşıdığını vurğulayır. 👉 Məsələn, ailədə və ya yaxınların yanında qəzəbləndiyin anda kiminsə ləyaqətini incidən bir söz deyə bilərsən və sonra peşman olacaqsan. 💎 Bu vəsiyyət vasitəsilə biz danışmazdan əvvəl düşünməyi və sonradan kədər və peşmanlıq yaradacaq işlərdən çəkinməyi öyrənirik. 💫 Beşinci vəsiyyət: Din qardaşını özün kimi bil. وَ أَحِبَّ لِأَخِیکَ مَا تُحِبُّ لِنَفْسِکَ "Özün üçün istədiyini din qardaşın üçün də istə." 📚 Biharul-ənvar 70-ci cild 168-ci səhifə 🌐 Bu vəsiyyət müsəlman cəmiyyətində əxlaqın əsasını təşkil edir. 🪐 Özün üçün uğur, xeyir və yaxşı nəticə istəyirsənsə, başqalarına da arzula. Paxıllığı və kin-küdurəti özündən uzaqlaşdır. 🌍 Bu vəsiyyətin sayəsində biz cəmiyyətimizə kömək etməklə yanaşı, öz qəlbimizi də çirkabdan təmizləmiş olarıq. 📖 Qurani-kərim Maidə surəsinin 2-ci ayəsində bu məsələyə işarə edərək buyurur: وَتَعَاوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوَى وَلَا تَعَاوَنُوا عَلَى الْإِثْمِ وَالْعُدْوَانِ "Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə köməklik göstərməyin." 🔰 Bu ayə göstərir ki, xeyirxah işlərdə əməkdaşlıq və həmrəylik möminin həyatında əsas prinsipdir. 👉 Məsələn, tanışlarımızdan kimsə bir işdə uğur qazanırsa, ona paxıllıq etmək əvəzinə, ona ürəkdən daha çox uğurlar arzulayaq. Bu həqiqi sevinc təkcə öz həyatımıza bərəkət gətirmir, həm də qohumluq, dostluq münasibətlərini möhkəmləndirir. @axlaq

  • без подписи

  • ✅ Həzrət Muhəmmədin (s) beş mühüm vəsiyyəti. 💫 İkinci vəsiyyət: Həsislik mövcud yoxsulluqdur. وَ إِيَّاكَ وَ الطَّمَعَ فَإِنَّهُ الْفَقْرُ الْحَاضِرُ “Tamahdan (hərislikdən) uzaq olun, çünki tamah hazırkı yoxsulluqdur." 📚 Biharul-ənvar 70-ci cild 168-ci səhifə ⚫️ Tamahkarlıq qane olmamaq və həddən artıq istəmək deməkdir. 🔴 Acgöz və tamahkar insanın nə qədər var-dövləti olsa da, yenə də özündə əskiklik və çatışmazlıq hiss edir. Bu hiss onu daimi və real yoxsulluq içində saxlayır. Bu yoxsulluq mənəvi yoxsulluqdur. 🌍 Dünya malına həris olan adam, əslində özünü yoxsul etmişdir. 📖 Qurani-kərim Muhəmməd surəsinin 38-ci ayəsində buyurur: وَمَنْ يَبْخَلْ فَإِنَّمَا يَبْخَلُ عَنْ نَفْسِهِ وَاللَّهُ الْغَنِيُّ وَأَنْتُمُ الْفُقَرَاءُ "Kim xəsislik etsə, ancaq öz əleyhinə etmiş olar. Allah ehtiyacsızdır, siz isə Ona möhtacsınız." ✳️ Yəni, xəsislik edən və tamahkar olan şəxs özünə ziyan vurmuşdur, çünki Allah-taala möhtac deyildir və Ona möhtac olan bizik. 👉 Məsələn, təsəvvür edin ki, bir nəfərin bir neçə evi və mağazası var, amma ona məxsus yeri icarə verdiyi şəxsə, həmin şəxs maddi sıxıntı yaşasa belə, daim o yerin qiymətini qaldırır, ancaq daha çox qazanc əldə etməyi düşünür. Bu adamın canında heç vaxt rahatlıq və məmnunluq olmur, o, həmişə gərgin və narahatdır, çünki hərislik, acgözlük və tamahkarlıq onun qəlbini yoxsullaşdırıb. 💫 Üçüncü vəsiyyət: Vida namazı. وَ صَلِّ صَلَاةَ مُوَدِّعٍ "Namazını dünya ilə vidalaşırmış kimi qıl." 🟢 Bu vəsiyyət bizə deyir ki, bütün varlığımızla və qəlbimizin hüzuru ilə namaz qılaq. 🟡 Əgər bunun həyatınızın son namazı ola biləcəyini düşünürsünüzsə, bütün diqqət və təvazökarlıqla onu yerinə yetirəcəksiniz. Bu cür namaz Allah-taala ilə həqiqi söhbətdir və sadəcə təkrarlanan hərəkət deyil. 💎 Qurani-kərim bizə səbirli olmağı və namaz qılmağı tövsiyə edir, lakin bunun təvazökar və itaətkar insanlardan başqasına çətin olduğunu söyləyir: 📖 Qurani-kərim Bəqərə surəsinin 45-ci ayəsində buyurur: وَاسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاةِ وَإِنَّهَا لَكَبِيرَةٌ إِلَّا عَلَى الْخَاشِعِينَ "Səbir və namazdan kömək alın! (Mətinliklə, daxili həvəsləri cilovlamaqla və Allaha diqqətlə güc yığın!) Bu iş itaətkarlardan başqası üçün ağırdır." 🔵 Belə bir düşüncə və baxışla namaz qılmaq artıq bizim üçün çətin olmaz. 👉 Məsələn, böyüklərimiz səccadənin üzərində oturanda sanki gündəlik həyatın bütün qayğılarından ayrılırlar. Əyilmiş duruşla, lakin sakit və aramlı ürəklə Allahın hüzurunda durub Onunla danışırlar. Bu namaz onların həyatına bərəkət və rahatlıq gətirir. @axlaq

  • ✅ Həzrət Muhəmmədin (s) beş mühüm vəsiyyəti. 💠 Həzrət Muhəmməd sallAllahu əleyhi və alih ömrünün sonlarında Əbu Əyyub Ənsariyə 5 qısa, amma çox dərin mənası vəsiyyət etmişdir: 💫 Birinci vəsiyyət: İnsanların əlində olanlara tamah salmamaq. بِالْيَأْسِ عَمَّا فِي أَيْدِي النَّاسِ فَإِنَّهُ الْغِنَیٰ "İnsanların əlində olandan ümidini kəs, çünki bu, əsl zənginlikdir." 📚 Biharul-ənvar 70-ci cild 168-ci səh ✅ Bu vəsiyyət bizə öyrədir ki, qəlbin rahatlığına və əzizliyə nail olmaq üçün başqalarının sahib olduqlarına göz dikməyək. 🟪 İnsanlardan yardım ummaqdan çəkindikdə və onların var-dövlətindən ümidini kəsəndə sənin qəlbin ancaq Allaha bağlı olur və bu etimad və təvəkkül səni, maddi imkanın çox olmasa belə, əsl varlı və zəngin bir insana çevirir. 📖 Qurani-kərim Təlaq surəsinin 2 və 3-cü ayələrində buyurur: وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مَخْرَجًا وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ "Allahdan qorxana (təqvalı şəxsə) Allah xilas yolu açır və ona güman etmədiyi yerdən ruzi verir." 🔰 Bu ayə göstərir ki, əgər təqvalı olsaq, Allah-taala bizə gözləmədiyimiz yerdən ruzi verər, odur ki başqalarının sahib olduqları şeylərə göz dikməyə ehtiyac yoxdur. 👉 Məsələn, qızının cehizini təmin etmək üçün ancaq tanışların və qohumların yanına gedən və daim ondan-bundan borc alan atanı nəzərdə tutun. Bu asılılıq onun abrını, hörmətini və dincliyini aradan aparır. Amma o, öz işinə və səyinə arxalanaraq, Allaha təvəkkül edərək addım atarsa, onun hörmət və heysiyyəti qorunar və Allah-taala ona yol açar. @axlaq

  • ✅ Həzrət Muhəmmədin (s) beş mühüm vəsiyyəti. 💠 Həzrət Muhəmməd sallAllahu əleyhi və alih ömrünün sonlarında Əbu Əyyub Ənsariyə 5 qısa, amma çox dərin mənası vəsiyyət etmişdir: 💫 Birinci vəsiyyət: İnsanların əlində olanlara tamah salmamaq. بِالْيَأْسِ عَمَّا فِي أَيْدِي النَّاسِ فَإِنَّهُ الْغِنَیٰ "İnsanların əlində olandan ümidini kəs, çünki bu, əsl zənginlikdir." 📚 Biharul-ənvar 70-ci cild 168-ci səh ✅ Bu vəsiyyət bizə öyrədir ki, qəlbin rahatlığına və əzizliyə nail olmaq üçün başqalarının sahib olduqlarına göz dikməyək. 🟪 İnsanlardan yardım ummaqdan çəkindikdə və onların var-dövlətindən ümidini kəsəndə sənin qəlbin ancaq Allaha bağlı olur və bu etimad və təvəkkül səni, maddi imkanın çox olmasa belə, əsl varlı və zəngin bir insana çevirir. 📖 Qurani-kərim Təlaq surəsinin 2 və 3-cü ayələrində buyurur: وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مَخْرَجًا وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ "Allahdan qorxana (təqvalı şəxsə) Allah xilas yolu açır və ona güman etmədiyi yerdən ruzi verir." 🔰 Bu ayə göstərir ki, əgər təqvalı olsaq, Allah-taala bizə gözləmədiyimiz yerdən ruzi verər, odur ki başqalarının sahib olduqları şeylərə göz dikməyə ehtiyac yoxdur. 👉 Məsələn, qızının cehizini təmin etmək üçün ancaq tanışların və qohumların yanına gedən və daim ondan-bundan borc alan atanı nəzərdə tutun. Bu asılılıq onun abrını, hörmətini və dincliyini aradan aparır. Amma o, öz işinə və səyinə arxalanaraq, Allaha təvəkkül edərək addım atarsa, onun hörmət və heysiyyəti qorunar və Allah-taala ona yol açar. @axlaq

  • ✅ Həzrət Muhəmmədin (s) səbir və dözümü 🕋 İlahi peyğəmbərlərin (onların hamısına Allahın salamı olsun) həyatlarına qısaca bir nəzər saldıqda görürük ki, onların hamısı tövhid (Allahın bir olması) və insanları düz yola yönəltməkdə tarixin ən çətin maneələri ilə üzbəüz olmuşlar. Odur ki, hədisdə oxuyuruq: ان اشد الناس بلاء الانبياء “İnsanların ən ağır bəla və çətinliklərə məruz qalanları Peyğəmbərlərdir.” 📚 əl-Kafi 2-ci cild 252-ci səhifə ☑️ Bəli, bu həqiqətdir ki, İlahi peyğəmbərlər tarixin ən çətin giriftarçılıqlarına məruz qalmışlar. Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd –səllAllahu əleyhi və alih- isə bütün başqa peyğəmbərlərdən daha çox çətinlik, sınaq və bəlalarla üzbəüz olmuşdur. Belə ki, o həzrət özü bu barədə buyurur: ما اوذی نبی مثل ما اوذيت “Heç bir peyğəmbər mənim qədər əziyyət çəkməmişdir.” 📚 Kəşful qummə 2-ci cild 537-ci səhifə 🔷 Lakin həzrət Muhəmmədin (s) ona üz tutmuş çətinliklər dağı qarşısında, eləcə də onun müqəddəs hədəfləri yolunda çoxlu sayda maneələrin qarşısında göstərdiyi səbir və dözümü o həzrətin bütün düşmənlərini və müxaliflərini dizə çökdürdü. 🟢 Allah-taala sevimli peyğəmbərinin səbir və müqavimət ruhiyyəsinin qüvvətlənməsi üçün bəzən buyururdu: فاصبر كما صبر اولوا العزم من الرسل “Peyğəmbərlərdən əzm (və səbat) sahibləri olanların səbir etdiyi kimi, sən də (Allah yolunda çətinliklərə, əziyyətlərə) səbir et.” (Qurani-kərim Əhqaf surəsi 35-ci ayə) 🔰 Həzrət Muhəmməd (s) dəyərli kəlamlarının birində kafirlərin həzrət Əbu Talibin yanına gələrək ondan peyğəmbərin İlahi vəhyi təbliğ etməsini dayandırmağı tələb etdiklərini o həzrətə çatdırmasını istəyərkən, o həzrət özünün hədəf və məqsədlərinə çatmaq yolunda göstərdiyi səbat, müqavimət və dəmir iradəsini göstərərək əmisinə buyurdu: ياعم! والله لو وضعوا الشمس فی يمينی والقمر فی يساری علی ان اترك هذا الامر حتی يظهره الله او اهلك فيه، ماتركته “Ey əmi. And olsun Allaha, əgər onlar günəşi mənim sağ əlimə, ayı isə mənim sol əlimə versələr (yəni bütün dünya səltənətini mənə verməyə razı olsalar) belə, Allahın mənim dinimi qalib edəcəyi ya da bu yolda canımı tapşıracağım zamana qədər mən səmavi dəvətimdən əl çəkməyəcəyəm.” 📚 əs-Sirətun nəbəviyyə, İbn Hişam. 1-ci cild 284-cü səhifə 🌐 Məhz buna görədir ki, həzrət Muhəmməd (s) bütün çətinliklərə dözməklə, həmçinin özünün səbir və müqaviməti ilə İslam dininin haqq din olduğunu bütün dünyaya elan edə bildi. Müxtəlif çətinliklər, xoşagəlməz hadisələr, cismi və ruhi əziyyətlər, saysız böhtanlar və iftiralar, o cümlədən; sehirbaz, məcnun, kahin, falçı, şair kimi ittihamların qarşısında, əsas iki amil ilə, yəni hədəfə olan inam, o hədəfə çatma yolunda müqavimət və mətinlik ilə onların hamısına dözə bildi. 📝 Əmirəlmöminin Əli əleyhissalam bu barədə buyurur: اشهد ان محمدا عبده ورسوله دعا الی طاعته وقاهر اعداءه جهادا عن دينه، لايثنيه عن ذلك اجتماع علی تكذيبه والتماس لاطفاء نوره “Şəhadət verirəm ki, həzrət Muhəmməd –səllAllahu əleyhi və alih- Onun bəndəsi və peyğəmbəridir. İnsanları Allaha bəndəçiliyə dəvət etdi və Allahın düşmənləri ilə din yolunda mübarizə edərək onları məğlub etdi. Düşmənlərin bir yerə toplaşaraq o həzrəti yalançı saymaqları onu (insanları düz yola yönəltmək və İslam dinini bütün dünyaya çatdırmaq) yolundan yayındıra bilmədi. Onların (İslam) nurunu söndürmək üçün olan səylərini nəticəsiz qoydu.” 📚 Nəhcül bəlağə 190-cı xütbə t.me/axlaq