tgindex
CSSC Baku

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) Azərbaycanda, Bakıda yerləşən, Cənubi Qafqazda və onun qonşuluğunda siyasi və iqtisadi prosesləri tədqiq edən müstəqil qeyri-hökumət təşkilatıdır. Yayımlanan materiallara istinadın verilməsi vacibdir. www.cssc.az

Последний пост
13 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
1
Всего постов
21
Тип
открытый
Язык
az
Категория
Новости и СМИ (по похожим)
В каталоге с
12 авг.
Подписчики
2 896
−7 за 5 дн.
Сутки
−3
−0,10%
Неделя
 
Месяц
 
Просмотров на пост
15,4 тыс
21 постов
Вовлечённость
530,4%
к подписчикам
Постов в день
0,1
всего 21
Упоминаний
4
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
12 104
1/48двое суток
13 871
1/72трое суток
14 960

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 13 авг.13,6 тыс79

    Rusiya və Ermənistan qarşıdurmasında Azərbaycan haradadır?!   Bu suala cavab vermək üçün Ermənistan-Rusiya münasibətlərini nəzərdən keçirmək və hansı sahələrdə artıq böhranın mövcudluğunu, hansıların isə potensial olaraq təsirlənə biləcəyini müəyyən etmək lazımdır.   Siyasət/Təhlükəsizlik   İkitərəfli hərbi-siyasi ittifaq – Rusiyanın Gümrüdəki hərbi bazası, birgə HHM sistemi. Ermənistanın hərbi rəhbərliyi rus müttəfiqləri ilə az ünsiyyət qursa da, bu mövzulara yenidən baxılması gözlənilmir.   KTMT üzvlüyü dondurulub. Böhran göz qabağındadır. Hazırda Ermənistanın səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılır.   Ən yüksək və yüksək səviyyədə siyasi dialoq mövcuddur. Lakin bu, ultimatumlar və narazılıqların çatdırılması üçün istifadə olunur.   İran və Türkiyə ilə sərhədlərdə rus sərhədçilərinin sayı azalıb, lakin onların çıxarılması ilə bağlı hələ də qərar yoxdur. TRIPP və Aİ ilə vizasız rejim Ermənistanın öz sərhədlərinə müstəqil nəzarət etməsini nəzərdə tutur.   Ermənistan Parlamentində iki müxalifət partiyası ruspərəstdir.   Humanitar sahə   Ermənistanda “Rus Evi”, “Sputnik” nümayəndəliyi, Rusiya Provaslav Kilsəsi fəaliyyət göstərir, ümumi turist axınının 40%-i rus turistləridir, Rusiya ilə Ermənistan arasında gündə 35/40 aviareys həyata keçirilir, Rusiyada böyük erməni diasporu var. Yəni, heç bir bənd üzrə böhran müşahidə olunmur.   İqtisadiyyat   2024-cü ildə ikitərəfli ticarət dövriyyəsi rekord həddə – 12 mlrd. dollara çatıb. Lakin 2025-ci ildə 8 mlrd, 2026-cı ilin birinci yarısında isə cəmi 2,6 mlrd dollara düşüb. Bu templə ilin sonuna qədər dövriyyə 4 mlrd. dollar ola bilər. Böhran göz qabağındadır.   Ötən il Rusiyadan Ermənistana bank köçürmələri 3,87 milyard dollar, cari ilin yanvar-may aylarında 1,9 milyard dollar olub. Hələ ki, hər şey qaydasındadır.   Rusiyanın Ermənistandakı strateji aktivləri:   Qazprom – Ermənistanın qazpaylayıcı şəbəkəsi – qazın qiymətinin dəyişdirilməsi müzakirə olunur, böhran potensialına malikdir. AES – Rosatom. Ermənistan amerikan modul stansiyalarına keçmək niyyətindədir. CQDY – dəmir yolları. Ermənistan artıq konsessiyanın başa çatdırılması mövzusunu gündəmə gətirir.   Beləliklə, Ermənistan-Rusiya münasibətlərinin bütün spektrində böhran əsasən ticarət dövriyyəsi, KTMT, dəmir yolları və AES məsələsində müşahidə olunur. Rusiya gələcəkdə turist axınını azalda və bank köçürmələrində problemlər yarada bilər.   Bəs burada Azərbaycan haradadır?!   2025-ci il Vaşinqton sammitindən və ATƏT-in Minsk Qrupunun ləğvindən sonra Qarabağ mövzusu qapandı və sülh gündəmi təsbit olundu. Sülh gündəmi Ermənistana öz suverenlik səviyyəsini yüksəltmək üçün şərait yaratdı. Paşinyan hökumətinin bu resursdan necə və hansı istiqamətdə istifadə etməsi isə artıq baş nazirin öz öhdəsinə qalır.   Sülh gündəmi Ermənistan üçün Azərbaycan və Türkiyə tərəfdən gələn təhdidləri aradan qaldırdı – bu, Rusiya ilə müttəfiq münasibətlərə olan ehtiyacın əsas elementi idi.   TRIPP layihəsinin razılaşdırılması Ermənistan ərazisində Rusiyanın məsuliyyət zonasından kənarda dəmir yolu çəklişi üçün ilkin şərtlər yaratdı və Ermənistan hökuməti tərəfindən konsessiyanın dayandırılması prosesini aktuallaşdırdı.   TRIPP vasitəsilə Ermənistan Şərq-Qərb istiqamətində tranzit funksiyasını yerinə yetirmək imkanı əldə edir ki, bu da ölkə hökumətinə Kremlin zərərinə ölkənin nəqliyyat strategiyasını yenidən nəzərdən keçirməyə imkan verir.   Azərbaycandan Ermənistana benzin tədarükü Rusiya yanacağına alternativ yaratdı. Gələcəkdə digər enerji növlərinin tədarükü də mümkündür.   Göründüyü kimi, Azərbaycan Rusiyanı Ermənistandan sıxışdırmır. Azərbaycan və Ermənistanın sülh gündəmi regionda yeni reallıq yaradır və Ermənistanın suverenliyini artırır. Ölkə hökuməti isə artan suverenlik resurslarından Rusiya ilə münasibətlərdə necə istifadə edəcəyini artıq özü müəyyənləşdirir.   Qalır yalnız Rusiyanın regionda öz yerini və rolunu təsbit etmək istiqamətindəki cəhdlərində nə qədər irəli gedəcəyini müşahidə etmək.   @cssc_cqtm

  • Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Pressklub TV-nin efirində gedən "Əsas sual" verilişində ötən həftənin siyasi yekunları və Rusiya-Ukrayna müharibəsinin gedişi ilə bağlı öz fikirlərini bölüşüb. Daha ətraflı:  https://www.youtube.com/watch?v=MueOvhwrH-U

  • 10 авг.15,7 тыс710

    Türkiyə - Səudiyyə Ərəbistanı - Pakistanın Məkkə Paktı barədə...   Məkkədəki üçtərəfli sammit və imzalanmış müdafiə Paktı haqqında artıq çox fikirlər söylənilib. Gəlin bu fikirləri ümumiləşdirək və maraqlı məqamlar üzərində dayanaq.   Məkkə Paktı iki illik müzakirələrin nəticəsidir. Daha əvvəl Səudiyyə Ərəbistanı və Pakistan arasında ikitərəfli müdafiə Paktı imzalanıb. Yəni, tərəflər anlayışlı şəkildə hərbi-müdafiə sazişinə doğru gediblər.   Hərbi ittifaqlarda iştirak baxımından ən çox təcrübəyə malik Türkiyədir. Ən yüksək inteqrasiya olunmuş hərbi ittifaq sayılan NATO-ya üzvlük Ankaraya hərbi ittifaq quruculuğu təcrübəsini Məkkə Paktına tətbiq etməyə imkan verir. Mərkəzi siyasi ofisin hərbi ofisdən ayrıldığı NATO-dan fərqli olaraq, Məkkə Paktı Səudiyyə Ərəbistanında yerləşən vahid hərbi-siyasi koordinasiya mərkəzinin mövcudluğunu nəzərdə tutur. Nümayəndə heyətlərinə baxsaq, bunlar xarici işlər və müdafiə nazirlikləri, baş qərargahlar və kəşfiyyatdır.   İnteqrasiyanın nə dərəcədə effektiv olması və regionun digər ölkələri üçün ittifaqın cəlbedici hala gəlməsi Paktın iştirakçı ölkələrindən asılıdır. Bu gün əsas çağırış Paktın institusionallaşmasıdır. Bu dövr nə qədər tez və ahəngdar şəkildə aşılarsa, regionun bütün digər dövlətləri və dünya mərkəzləri bu Pakta bir o qədər ciddi yanaşacaqlar. İnstitusionallaşma mürəkkəb prosesdir, məsələn, NATO standartları 1100 normativ sənədi əhatə edir.   Məkkə Paktı regionda Hörmüz boğazı və Qırmızı dənizidən yan keçən yeni nəqliyyat-logistika yollarının təhlükəsizliyinin təmin edilməsi üçün şərait yaradacaq.   Hər bir ölkənin qarşısında müəyyən təhidlər var: Səudiyyə Ərəbistanı üçün bu hüsilər və İranın zərbələri, Pakistan üçün Hindistanla münaqişə, Türkiyə üçün İsraillə ziddiyyətlərdir. Müdafiə Paktı ölkənin kömək üçün müraciət etdiyi zaman işə düşür. Beləliklə, Məkkə Paktı iştirakçı ölkənin təhlükəsizlik təhdidini aradan qaldırmağa çətinlik çəkdiyi təqdirdə əlavə bir alətdir.   Məkkə Paktına ciddilik qazandıran amil Pakistanın – nüvə silahına malik ölkənin iştirakıdır. Beləliklə, Türkiyə və Səudiyyə Ərəbistanı nüvə silahına malik olan potensial düşmən tərəfindən mümkün nüvə şantajını neytrallaşdırırlar.   Məkkə Paktında böyük dövlətlər yoxdur və bu, müdafiə ittifaqına müəyyən spesifik xarakter verir. Burada biz müasir beynəlxalq münasibətlərdə müşahidə edilən bir tendensiyasını görürük: Region dövlətləri öz məkanları üçün getdikcə daha çox məsuliyyət daşıyaraq, böyük dövlətlərlə ənənəvi müttəfiqliklərə alternativ yaradır və ya onları tamamlayırlar. Formalaşmış ittifaqlarda böhran dövründə dövlətlərin bu cür davranışı tamamilə məntiqidir.   Hərbi-texniki əməkdaşlıq üçün üç ölkə bütün mümkün resurslara – insan, maliyyə-iqtisadi, təşkilati, texnoloji, siyasi, iradi resurslara malikdir. Paktın səmərəliliyini artırmaq üçün resursları rasional şəkildə bölüşdürmək kifayətdir.   Məkkə Paktı Yaxın Şərqin yeni konfiqurasiyasında liderlik iddiasıdır.   Hər üç ölkənin ABŞ və Çinlə sıx əlaqələri var ki, bu da Məkkə Paktını planetimizdəki əsas rəqiblər üçün maraqlı edir. Məkkə Paktının hər üç ölkəsi Vaşinqton və Pekin üçün maksimum dərəcədə proqnozlaşdırıla biləndir.   Pakt üçün əsas çağırışlar – İran ətrafındakı vəziyyət və İranın özü, İsrailin aqressiv siyasəti, regionun zəif dövlətləri – İraq, Suriya, Livandır. Belə demək olar ki, Pakt regionun güclü dövlətlər qrupunun bu çağırışlara reaksiyasıdır. Məkkə Paktı ölkələrinin vahid mövqeyi regionun nisbi sabitləşməsində müsbət rol oynaya bilər.   Bakı üçün Məkkə Paktı – Azərbaycanın müttəfiqlərinin hərbi-siyasi ittifaqıdır. Yaxın Şərqin sabitliyi, proqnozlaşdırıla bilənliyi və inkişafı Azərbaycanın maraqları ilə tam üst-üstə düşür. Yaxın Şərqin Azərbaycanın xarici siyasi və xarici iqtisadi fəaliyyətində yeri və rolu getdikcə artmaqdadır. Əgər regionda sabitliyin təşəbbüskarları Azərbaycana yaxın ölkələr çıxış edirsə, bu, Bakının mövqelərinə yalnız müsbət təsir göstərə bilər.   @cssc_cqtm

  • 8 авг.2 11372

    Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "8 avqust Bəyannaməsinin bir ili: Siyasi razılaşma praktik mərhələyə keçdimi?"  mövzusunda fikirlərini bölüşüb. Daha ətraflı:  https://youtu.be/Wt-2FGTpxmM?si=XsNzwM7lxR8fZy1K

  • 7 авг.16,4 тыс67

    Vaşinqton Sammitinin ildönümü: Azərbaycan - Ermənistan sülh gündəmində hansı nəticələr var?   2025-ci il avqustun 8-dən bir il ötür. Gəlin sülh gündəmini strukturlaşdırmağa və ötən il ərzində formalaşmağa başlayan tendensiyaları müəyyənləşdirməyə çalışaq.   İkitərəfli format alternativsiz olaraq qəbul edilib. Ardıcıl addımlardan ibarət razılaşdırılmış sülh gündəmi mövcuddur.   TRIPP layihəsinin reallaşdırılması üçüncü tərəfin sülh gündəmində iştirak formulunu müəyyən edir: Hər iki tərəfin razılığı ilə və müəyyən istiqamət, layihə üzrə.   Ən yüksək və yüksək səviyyələrdə dialoq qurulub. Administrasiyalar arasında daimi operativ əlaqə var. Diplomatlar beynəlxalq təşkilatlarda gərginliyin azaldılması istiqamətində iş aparırlar.   Baş nazir müavinlərinin rəhbərlik etdiyi Hökumətlərarası Komissiya sərhədin müəyyənləşdirilməsi və iqtisadi münasibətlər məsələləri ilə məşğul olur.   Qarşılıqlı iqtisadi əlaqələr və əməkdaşlığa start verilib.   Vətəndaş cəmiyyəti dialoq üçün platforma formalaşdırıb – “Sülh körpüsü” təşəbbüsü.   Azərbaycan və Ermənistan çoxsaylı dövlətlərlə münasibətlərin səviyyəsini yüksəldir; təhlükəsizliyin təmin edilməsi, iqtisadi inkişaf və inteqrasiya layihələrinin həyata keçirilməsi məsələlərini həll etməklə sülh gündəmini monetizasiya etməyə çalışırlar.   Əlbəttə, münaqişənin bütün problemlərinin və nəticələrinin həlli üçün əsasların qoyulduğunu söyləmək olmaz. Lakin ötən il ərzində aydın oldu ki, mövcud problemlər, gələcək fikir ayrılıqları, mümkün rəqabət yalnız danışıqlar və diplomatiya yolu ilə müzakirə olunacaq və bəlkə də öz həllini tapacaq.   Vaşinqton Sammitinin birinci ildönümündə əminliklə qeyd etmək olar ki, qarşıdakı beş il ərzində Azərbaycanda və Ermənistanda hakimiyyətdə sülh gündəmini razılaşdırmış və sülhü öz daxili siyasi proqramına çevirmiş iki leqitim hökumət olacaq.   Ötən il ərzində region daha təhlükəsiz olmadı, şimal ilə yanaşı cənubda da müharibə alovlandı. Lakin bu, sülh gündəminə yenidən baxılması üçün səbəb olmadı.   TRIPP layihəsi real cizgilər və çərçivələr qazanmağa başladı, yaxın aylarda tikinti işlərinə start verilməsi gözlənilir. Ötən il ərzində Tramp administrasiyası layihəyə maraq göstərib, Ermənistan və Azərbaycanla, Mərkəzi Asiya ölkələri ilə paralel iş aparıb, TRIPP üçün yüz milyonlarla dollar ayrılıb, milyardlıq investisiyalar üçün müraciətlər edilib. Beləliklə, TRIPP böyük qarşılıqlı əlaqə və əməkdaşlıq mexanizminin əsas tərkib hissəsinə çevrilir. Bu, region ölkələri və ABŞ üçün də maraqlıdır.   Azərbaycan və Ermənistanın sülh gündəmi regionun parametrlərinin transformasiyası üçün əsasları müəyyən edir. Proses bir neçə il çəkə bilər, çünki bu prosesə həm region ölkələrinin daxilində, həm də xarici perimetrdə müqavimət göstərilir. Cənubi Qafqaz ölkələri təzyiqə tab gətirməli və irəli getməlidir. Sülh gündəminin ilk ili göstərdi ki, tendensiyanın əsası qoyulub və hər kəs regionun yeni parametrlərinə uyğunlaşmalıdır.   Gündəmdə mühüm proseslər (Ermənistanın yeni Konstitusiyasının qəbulu, TRIPP layihəsinin həyata keçirilməsi, delimitasiya və demarkasiya olunmuş sərhədin yeni sahələrinin müəyyənləşdirilməsi) qalır ki, sülh quruculuğunun tempi məhz onlardan asılıdır. Əsas odur ki, sülh gündəmi aktuallığını qoruyur və məzmun baxımından zənginləşir.   @cssc_cqtm

  • 30 июл.18,5 тыс69

    BMT Baş katibinin Kipr təşəbbüsü barədə…   Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antoniu Quterreş səlahiyyət müddətinin sonuna yaxın Kipr ilə bağlı təşəbbüslə çıxış edib. Quterreşin Kipr problemini xatırlaması özlüyündə təəccüblüdür.   Kipr mövzusu Şərqi Aralıq dənizi bölgəsi deməkdir. Bu region Azərbaycan üçün vacibdir. İlk növbədə bu, Türkiyənin və Şimali Kipr Türk Respublikasının (ŞKTR) maraqları ilə bağlıdır. İkincisi, Azərbaycan Türkiyə ilə birlikdə Suriyanın bərpasında iştirak edir. Üçüncüsü, Şərqi Aralıq dənizində SOCAR-ın maraqları mövcuddur - hazırda yalnız İsrailin, gələcəkdə isə Türkiyənin və ŞKTR-nin ərazi sularında.   Quterreşin ideyası beşliyin görüşünü təşkil etməkdən ibarətdir: Kiprin türk və yunan icması, Türkiyə, Yunanıstan və Böyük Britaniya.   BMT-nin keçmiş baş katibi Annanın irəli sürüdüyü planının tərkib hissəsi olan 2004-cü il referendumu uğursuz oldu. Adanın yunan hissəsi türk hissəsi ilə birləşməkdən imtina etdi. Türk hissəsi isə birləşmənin lehinə səs verdi!   Başqa sözlə, Kipr yunanları adanın şimal hissəsindən imtina etdilər.   O zaman həlledici mənfi rolu Aİ-nin mövqeyi oynadı. Brüssel referendumdan əvvəl bəyan etdi ki, referendumun nəticəsindən asılı olmayaraq Kiprin yunan hissəsini Aİ-yə qəbul edəcək. Əgər Aİ birləşmiş Kiprin Aİ-yə üzvlüyünü şərt kimi qoysaydı, Kipr yunanları birləşməyə səs verməyə məcbur olardılar.   Prosesdəki əsas fikir ayrılığı birləşmə formasıdır. Kipr türkləri bunu iki dövlətin konfederasiyası kimi görürlər, Kipr yunanları isə sayca çox olduqlarını anlayaraq federasiyanı nəzərdən keçirirlər.   Optimal həll adanın iki dövlətə bölünməsinin elan edilməsidir. Kipr yunanları dini və milliyyətçi fanatizm, radikalizm və ksenofobiyaya yoluxublar. 2004-cü ildə məhz onlar birləşmədən imtina etmək üçün səs veriblər və bu qərar ŞKTR-yə qarşı ərazi iddialarından müstəqil şəkildə imtina kimi qəbul edilməlidir.   Niyə Kipr mövzusu məhz indi aktuallaşdı?   Avropa ölkələri yunan Kiprini NATO-ya daxil etməyə çalışırlar. Bəs yunan Kipri NATO-nun təhlükəsizlik sisteminə hansı töhfəni verə bilər? Yunanıstan və yunan Kipri varlı insanların kasıb ölkələridir və onlar hərtərəfli şəkildə Aİ-nin himayəsindədirlər. Əgər Aİ yunan Kiprini NATO-da görmək istəyirsə, onda Brüssel Nikosiyaya təsir göstərməli və ŞKTR-ni tanımağa, ölkənin adını dəyişməyə və ərazi iddialarından imtina etməyə məcbur etməlidir. Həm yunan Kipri, həm də ŞKTR NATO-ya daxil ola bilərlər.   Hazırda regionda vəziyyət elədir ki, Türkiyə ŞKTR-nin beynəlxalq tanınması üçün fürsət pəncərəsindən istifadə edə bilər. Yunanıstan və yunan Kipri Şərqi Aralıq dənizinin başağrısı olmamalıdır, Türkiyə Afina və Nikosiyanın bütün dağıdıcı təsirini Brüsselə və Vaşinqtona göstərməlidir. Aİ isə öz növbəsində 2004-cü ildəki səhvini düzəldə bilər. Baxmayaraq ki, Brüsselin obyektivliyinə inam demək olar ki, yoxdur.   Yaxın aylarda Türkiyə və Yunanıstanın bəyanatlarında aktivlik gözləmək olar, tərəflər öz danışıq mövqelərini formalaşdıracaqlar. Xarici aktorlar da fəallaşacaqlar və bu fəallıqlar konstruktiv olmayacaq. Yunanıstan və yunan Kipri bütün təcavüzkarlıqlarını nümayiş etdirəcəklər.   Kipr münaqişəsinin iki dövlət əsasında tənzimlənməsi Türkiyəyə Şərqi Aralıq dənizində mövqelərini möhkəmləndirməyə davam etməyə imkan verir. Bununla yanaşı, Aİ-Türkiyə danışıqlarında problemli mövzulardan biri aradan qalxır. Həmçinin, İsrailin Kipr mövzusundakı fəallığı da zərərsizləşdirilir.   https://azertag.az/xeber/bmt_nin_bas_katibi_kipr_probleminin_helline_dair_yeni_gorusun_kechirileceyini_achiqlayib-4344049   @cssc_cqtm

  • 20 июл.27,1 тыс57

    Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Pressklub TV-nin efirində gedən "Əsas sual" verilişində "Müharibələr şiddətlənir: Regionu nələr gözləyir?" mövzusunda fikirlərini bölüşüb. Daha ətraflı:  https://youtu.be/_Ex0T-quWJA?si=8jCQ3PQjyv0Dz-xa

  • 20 июл.23,2 тыс118

    Şimal-Cənub vs Şərq-Qərb – Azərbaycan üçün hansı daha vacibdir və seçim etmək lazımdırmı?   Azərbaycanın şimalında (Rusiya/Ukrayna) və cənubunda (ABŞ, İsrail/İran) müharibələr davam edir və gərginlik getdikcə artır. Rusiya ilə İran zəifləyir və daha da aqressivləşir. Strateji infrastruktur sıradan çıxır, limanlar, körpülər, dəmir yolları, neft emalı müəssisələri, hasilat platformaları dağılır. Bundan Rusiya və İranın bütün qonşuları ziyan çəkir. Belə görünür ki, orta müddətli perspektivdə vəziyyət yaxşılaşmayacaq!   Türkiyədəki NATO sammitindən sonra aydın oldu ki, ABŞ, gözlənildiyi kimi, Avropada qalır, lakin yeni formada. Bu yenilik funksiyaların yenidən bölüşdürülməsini nəzərdə tutur. ABŞ Yaxın Şərqdə də qalır. Bunun sübutu Türkiyə ilə yaxınlaşma, İsrailin ram edilməsidir. Qalır Körfəz ölkələrilə münasibətlərin nizama salınması - İranla hərbi-diplomatik qarşıdurmanın davam etdirilməsində məqsəd də məhz budur. Paralel olaraq, Körfəz ölkələri Hörmüz boğazından yan keçmək üçün tədbirlər (kanalların və dəmir yollarının tikintisi) görməyə başlayıblar ki, bu da qısa və orta müddətli perspektivdə boğazdan asılılığı azaltmalıdır. Növbədə Rusiyanın müştəri və resurs mənbəyi roluna salınmasıdır… Tramp bütün bunları özünəməxsus formada edir, lakin həyata keçirir. ABŞ heç yerə getmir! Əksinə, ABŞ əvvəllər zəif təmsil olunduğu yerlərdə güclənir. Məsələn, Cənubi Qafqazda və Mərkəzi Asiyada.   Cənubi Qafqaz Şərq-Qərb və Şimal-Cənub vektorlarının qovşağında yerləşir. Sanksiyalar və Buzlu okeandan Körfəzədək bağlı sərhədlər Cənubi Qafqaz regionuna diqqəti artırıb. Son 30 il ərzində Cənubi Qafqazda bütün strateji infrastruktur layihələri Şərq-Qərb vektoru üzrə formalaşıb – boru kəmərləri, dəmir yolları, limanlar və avtomagistrallar. Şimal-Cənub üzrə isə yalnız söhbətlər gedib! Hazırda iki vektor bir-biri ilə münaqişədədir – bu sadəcə rəqabət deyil, əsl müharibələrdir ki, onların alovu tədricən Cənubi Qafqaza yaxınlaşır. Gəlin bu iki vektoru aşağıdakı kontekstdə nəzərdən keçirək: • iştirakçı ölkələr; • onların fəaliyyət iradəsi; • konkret layihələrin (dəmir yolu, boru kəmərləri) həyata keçirilməsi üçün maliyyə resursları; • təşkilati imkanlar; • çətir funksiyasını həyata keçirən ölkənin mövcudluğu. Şərq-Qərb   Mərkəzi Asiyanın bütün ölkələri, Cənubi Qafqaz, Türkiyə yeni layihələrlə razıdır. Əsas maliyyə aktivləri ABŞ, Çin və Avropadadır – infrastruktura sərmayə qoyurlar (TRIPP, Gürcüstana investisiyaların başlanması, Azərbaycan, Ermənistan və Mərkəzi Asiyada Aİ-nin resursları; Çin, Qazaxıstandakı infrastrukturdan sonra Qırğızıstan vasitəsilə Özbəkistana infrastruktur qurmağa başlayıb və s.). Region ölkələri layihələrin həyata keçirilməsi üçün təşkilati imkanlara və ənənəyə malikdir. ABŞ və Çin isə çətir-ölkə rolunu oynayır. Şimal-Cənub   Bu vektorun əsas iştirakçıları Rusiya və İrandır ki, onlar da hazırda öz strateji infrastrukturlarını hava hücumlarından qorumağa çalışırlar. Moskva və Tehranın layihələri həyata keçirmək iradəsi var, lakin imkanları yoxdur – pul yoxdur və olmayacaq! Rusiya və İranın təşkilati imkanları minimaldır və getdikcə də azalır. Dəmir yolu və qaz kəməri haqqında uca səslə danışılanlar isə yalnız bəyanatlar səviyyəsində qalır. Rusiya və İran bu qış artıq istilik təchizatı ilə bağlı problemlərlə üzləşəcəklər, hansı layihələrdən söhbət gedə bilər?! Şimal-Cənubun çətir-ölkəsi yoxdur. Çin isə Rusiya və İranın iştirakı ilə layihələrə sərmayə qoymayacaq, çünki Moskva və Tehrana etibar yoxdur. Təəssüf ki, Azərbaycanda hələ də Şimal-Cənubun tərəfdarı olan ekspertlər var, halbuki bu vektor obyektiv olaraq heç bir meyara görə perspektivə malik deyil. Onların mövqeyi təbliğat xarakteri daşıyır və suallar doğurur. Beləliklə də, hər iki vektor üzrə layihələrin həyata keçirilməsi üçün əsas ölkə olan Azərbaycan heç bir istiqamətdən imtina etməməlidir. Lakin prioritet Şərq-Qərb vektoruna verilir, çünki burada uğur qazanmaq, öz geosiyasi və geoiqtisadi rolunu artırmaq üçün bütün imkanlar mövcuddur.   @cssc_cqtm

  • 15 июл.17,4 тыс56

    Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Bakıdan Moskvaya mesaj: Azərbaycanın yeni Cənubi Qafqaz planı" mövzusunda fikirlərini bölüşüb. Daha ətraflı: https://youtu.be/U_GFcvUPp44?si=b00EsCZcYQFcym5P

  • 2 июл.26,4 тыс1821

    Azərbaycan üçün gözləmə vaxtı Son bir neçə həftə ərzində Azərbaycan diplomatiyası gözləmə rejimindədir. Azərbaycan gözləmək imkanı olan ölkələrdəndir, müasir beynəlxalq münasibətlərdə bu hal olduqca dəyərli bir aktivdir. İkitərəfli formatda Azərbaycanın yalnız Türkiyə qarşısında öhdəlikləri var və bu öhdəliklər tam həcmdə yerinə yetirilir. Azərbaycan XİN-in İsrail hökumətinin qondarma "erməni soyqırımını" tanımasına reaksiyası məhz bunun nümayişidir. İyul, avqust, sentyabr və qismən oktyabr - Cənubi Qafqaza təsir edən bir neçə məsələ üzrə qeyri-müəyyənlik və təlatümlü dövr olacaq. Həmin məsələləri nəzərdən keçirək: ABŞ/İsrail vs İran. Bütün göstəricilərə görə, proses uzanacaq, İsrail və İrandakı bəzi dairələr yeni münasibətlər sisteminin qurulmasında maraqlı deyillər. İranda hələ də vəziyyət dəyişə bilər, çünki razılaşmalar konkret şəxslərə (Prezident, Parlamentin spikeri) bağlıdır. Halbuki hərbçilər prosesdən kənarda qalıblar. Əgər Xamneyi atasının dəfn mərasimində görünməsə (bu, ən təhlükəsiz yerdir, çünki çoxlu xarici qonaq olacaq), onda onun fəaliyyət qabiliyyəti haqqında şayiələr elita daxili qruplar arasındakı çatları daha da dərinləşdirəcək. Xamneyinin "prinsipcə razı olmadığını" və yalnız Prezident Pezeşkianın məsuliyyəti öz üzərinə götürməsi səbəbindən razılığını bildirən çoxmənalı mövqeyi SEPAH hərbçilərinin hərəkətə keçməsi üçün səbəb ola bilər. Qeyri-müəyyənlik İsrail və ABŞ-dəki seçkilərə qədər davam edəcək. Rusiya vs Ukrayna. Gərginlik getdikcə artacaq. Moskva və Kiyev ABŞ-nin növbəti fəallığını gözləyir (bu, avqust-sentyabrda mümkündür) və öz danışıq mövqelərini maksimum gücləndirirlər. İsrail vs Türkiyə. Netanyahu hökumətinə parlament seçkilərində dayanıqlı olmaq üçün düşmən lazımdır. Əgər İrana zərbələr endirməyə imkan verməyən və Livandakı fəaliyyətləri məhdudlaşdıran ABŞ - İsrail razılaşmalarını pozmaq mümkün olmasa, onda Qəzzada HƏMAS-ı ayağa qaldırmaq lazım gələcək. Hərçənd, orada da artıq Trampın başçılığı ilə Sülh Şurası var. Qalır Türkiyə ilə ziddiyyətləri süni şəkildə qızışdırmaq və Suriyada eskalasiya. Bu, bəlkə də, Azərbaycan üçün ən təhlükəli ssenaridir. Mümkün eskalasiya nə Bakı, nə də Vaşinqtonun maraqlarına uyğun deyil. Rusiya vs Ermənistan. Görünür, Rusiya Ermənistana təzyiqi artıracaq və qarşıdakı bir neçə ay ərzində Paşinyan hökumətinin dözümlüyünü yoxlayacaq. Ermənistandakı strateji aktivlər (dəmir yolları və AES) uğrunda mübarizə elə bir nöqtəyə yaxınlaşır ki, Paşinyan hökumətinin bu məsələlərə dair qəbul etdiyi qərarlar Moskvanı Ermənistan iqtisadiyyatını çökdürmək cəhdinə təhrik edə bilər. İlk növbədə Rusiyadan Ermənistana bank transferlərinin qadağan edilməsi gözlənilir ki, ötən il bu rəqəm 3,8 milyard dollar təşkil edib. Azərbaycan - Ermənistan sülh prosesi. Ermənistanda parlamentin və hökumətin yeni tərkibi formalaşmalı, Hökumət Proqramı qəbul edilməlidir. Ermənistan hökumətinin məsələyə baxışı yalnız sentyabr üçün aydın ola bilər. Azərbaycan üçün referendum prosesi və TRIPP-in həyata keçirilməsi ilə bağlı qərarlar vacibdir. Bu müddət ərzində sülh gündəliyinə sadiqlik təsdiqlənəcək və şübhəsiz ki, Naxçıvanda internet əməkdaşlığına bənzər qərarlar da olacaq. Beləliklə, qarşıdakı dörd ayı gözləmə rejimində keçirmək lazımdır. Əsas proseslər 2026-cı il payızın sonu - qışın əvvəlində gözlənilir: İsraildə seçkilər, ABŞ Konqresinə seçkilər, Ermənistan hökumətinin referendum və TRIPP ilə bağlı qərarları, Rusiya və Ukrayna arasında növbəti danışıqlar mərhələsi. Bundan əlavə, gözləmə müddəti ərzində Türkiyə, Gürcüstan və Mərkəzi Asiya ölkələri ilə müttəfiqliyin məzmun baxımından zənginləşdirilməsinə, Körfəz ölkələri və Çin ilə tərəfdaşlığı davam etdirməyə, ABŞ Konqresində 907-ci düzəlişi ləğv etməyə cəhd göstərməyə və Aİ ilə yeni sazişlər imzalamağa da çalışmaq olar. İlin sonuna qədər regionumuza təsir edən demək olar ki, bütün xarici məsələlər üzrə yeni vəziyyət yaranmalıdır ki, bu məsələlərin nəticələrinə uyğun Azərbaycan mövqe formalaşdırmalı və bəyan etməli olacaq. @cssc_cqtm

  • Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Pressklub TV-nin efirində gedən “Əsas sual” verilişində "Putin çıxılmaz durumda: Hansı qərarlar gözlənilir?" mövzusunda fikirlərini bölüşüb. Daha ətraflı:  https://www.youtube.com/watch?v=o3YZ9NalQsI

  • 24 июн.19,4 тыс169

    CQTM-in direktoru Fərhad Məmmədov: “Verdiyim cavablar BBC-nin maraqlarına uyğun olmadı” Ötən həftə, çərşənbə günü, 17 iyun tarixində BBC-nin Azərbaycan Bürosunun əməkdaşı mənə Ermənistanda keçirilən parlament seçkilərindən sonra Azərbaycan və Ermənistan arasında sülh gündəliyi ilə bağlı müsahibə vermək xahişi ilə müraciət etdi. Mən səfərdə olsam da, səhər saat 9:00-da müsahibə üçün vaxt tapa bildim. Britaniya təbliğatını dinləmək və küləyin hansı tərəfə əsdiyini görmək həmişə maraqlıdır. Suallar referendum, onun keçirilməsinin mümkünsüzlüyü, Azərbaycanın mümkün hərəkətləri və Ermənistandakı daxili siyasi vəziyyətin mürəkkəbliyi ilə bağlı idi. Suallar arasında Bakının öz referendum tələbləri ilə Ermənistan hökumətini lazımi nəticəni əldə etmək üçün inzibati resurslardan istifadə etməyə təhrik etməsi fikri də var idi. Mən sadəcə qeyd etdim ki, Vaşinqton, London və Brüssel Ermənistan seçkilərini demokratiyanın qələbəsi kimi tanıyıb və Ermənistan baş nazirinin seçkilərdən əvvəl və sonra atdığı bütün addımlar demokratik hesab olunur. Odur ki, Ermənistan baş naziri eyni qayda ilə, yəni demokratik üsullarla ölkədə referendum keçirilməsinə nail olmağa davam edə bilər. Xüsusilə də, nəzərə alaq ki, bu, Ermənistanın daxili işidir. Son sual Azərbaycanın Ermənistan-Türkiyə sərhədini bağlı saxlamaq üçün Türkiyəyə təzyiq göstərməyə davam edib-etməyəcəyi ilə bağlı idi. Mən cavab verdim ki, Türkiyə prezidenti öz qərarlarını özü verir və məsləhətə ehtiyac duymur. Ona təzyiq göstərmək isə sadəcə mümkün deyil. Azərbaycanın Ermənistanla razılaşdırılmış sülh gündəliyi və mövqeyi var, rəsmi Ankara bu gündəliyi dəstəkləyir. Suallara nəzər saldıqda Londondan alınan əsas tezislər aydın idi. İki gün keçdi, amma müsahibə BBC Azərbaycan Bürosunun “YouTube” kanalında görünmədi. Jurnalistə yazdım, cavabında mətn üzərində işlədiklərini bildirdi. Bir neçə gün sonra müsahibənin taleyilə bağlı yenidən soruşanda bürodan videomaterialdakı təsvirlə bağlı problemlərin olduğu bildirildi. Cavab verdim ki, əgər təsvirlərdə başım ekrandan kənara çıxarsa, incimərəm. Bir həftə keçdi... BBC-yə sonuncu dəfə xatırlatdığım zaman müsahibədə səsin boğuq olduğunu dedilər. Adətən media orqanları operativ olmalıdır, amma bu, BBC-yə aid deyil. Dünya səviyyəli media orqanı həm də peşəkar olmalıdır. Amma bu da BBC-yə aid deyil. Yekunda, müsahibə zamanı verdiyim cavabların BBC-nin maraqlarına uyğun olmadığı qənaətinə gəldim. Çünki müsahibədən üç və beş gün sonra təsvirin keyfiyyətsizliyi və səsin boğuqluğu kimi arqumentlərin irəli sürülməsi, yumşaq desək, heç bir tənqidə tab gətirmir. @cssc_cqtm

  • 11 июн.1 2895

    Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Pressklub TV-nin efirində gedən “Əsas sual” verilişində "Rusiya Ermənistanda uduzdu, Paşinyanı nə gözləyir?" mövzusunda fikirlərini bölüşüb. Daha ətraflı: https://www.youtube.com/watch?v=HSfKDDacErI

  • 5 июн.1 2986

    Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Ermənistan seçkiləri 2026: Paşinyan qalib gələcək?"  mövzusundakı müzakirələrdə iştirak edib. Daha ətraflı: https://www.youtube.com/watch?v=kDDJaKD1TH8&t=2221s

  • 4 июн.21,5 тыс814

    ABŞ Cənubi Qafqazda nə tapıb? ABŞ-nin Cənubi Qafqazdakı fəaliyyətinin səbəbini anlamağa çalışarkən tez-tez bir sual ortaya çıxır: Vaşinqton Qafqazda nə itirib?! Biz əks istiqamətdə düşünməyə və ABŞ-nin bölgəmizdə nə tapmaq istədiyini anlamağa çalışacağıq. 1990-cı illərin əvvəllərindən bəri ABŞ regionda fəal iştirak edir. Onun ən böyük nailiyyəti Azərbaycandan Aralıq dənizinə neft kəmərinin çəkilməsi idi. Layihənin həyata keçirilməsindən sonra Obamanın rəhbərliyi altında ABŞ praqmatik yanaşmadan ideoloji yanaşmaya keçidə başladı ki, bu da münasibətlərdə böhranlara səbəb oldu. Obama ABŞ-nin regiondakı maraqlarından imtina edərək, Azərbaycan və Ermənistan arasında sülhə əhəmiyyət vermədən Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını dəstəklədi. Rusiya diplomatiyası solçu-liberal dairələr tərəfindən ABŞ prezidentliyinə gətirilmiş bu təsadüfi şəxsdən məharətlə istifadə etdi. Bu gün regionda yeni parametrlər ortaya çıxır: Azərbaycan və Ermənistan arasında sülh, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması və qalan kommunikasiyaların açılması. Trampın rəhbərliyi altında ABŞ yeni paramterləri nəzərə alaeaq və onları təşviq edərək, regional proseslərdə fəal iştirak etməyə başladı. ABŞ-nin İran və Rusiyadan fərqi də məhz budur. Mümkün geosiyasi səbəblər Əvvəlcə coğrafiyanın əsas anlayış kimi çıxış etdiyi geosiyasi amilləri nəzərdən keçirəcəyik. Cənubi Qafqaz Rusiya ilə İran arasında yerləşən bir bölgədir və Moskva ilə Tehran hazırda ən zəif vəziyyətdədirlər. Rusiyanın Gürcüstanla problemlərini həll etmək, yəni Abxaziya və Sxinvali bölgəsinin Gürcüstana qaytarılmasını asanlaşdırmaq niyyəti yoxdur; Rusiya Ermənistanla hələ illərlə davam edəcək ağrılı bir ayrılıq prosesi yaşayır; Azərbaycanla isə yeni bir normallıq formalaşır. İran isə müharibədən sonra bir neçə il özünə gələcək, hələ yeni toqquşmaların da baş verməsi mümkündür. ABŞ üçün Mərkəzi Asiyaya çıxış onun motivasiyasının vacib bir hissəsidir və Mərkəzi Asiya istiqamətində görülən bütün işlər Vaşinqtonun Cənubi Qafqazdakı marağına əlavə dəyər qatır. Həmçinin, burada Çinlə rəqabət məsələsi də var. Pekin artıq region ölkələri ilə strateji tərəfdaşlıqlar qurub, ticarət dövriyyəsini artırır və region ölkələrini ŞƏT-ə cəlb edir. Başqa sözlə, geosiyasi şərtlər aydındır... Mümkün iqtisadi səbəblər ABŞ-nin Azərbaycan və Ermənistanla münasibətlərinin iqtisadi məzmunu ən yüksək səmərəliliklə inkişaf etdirilir. Genişmiqyaslı hazırlıq işləri aparılır, diplomatik nümayəndəliklər, şirkətlər və infrastruktur təminatçıları müntəzəm olaraq regiona səfər edir, artıq konkret layihələr üçün maliyyə ayrılıb. Başqa sözlə, hər şey çox ciddidir. Region ölkələri ABŞ-nin iqtisadi maraqlarına konstruktiv yanaşma nümayiş etdirirlər. ABŞ-nin Aİ-nin qismində köməkçisi də var, Avropa ölkələrinin resursları geosiyasi və iqtisadi məqsədlərə çatmağa yönəldilə bilər. Beləliklə də ABŞ-nin regionda tapa biləcəyi çox şey var. Azərbaycan ənənəvi olaraq regiondakı xarici qüvvələrin fəaliyyətinə ehtiyatla yanaşıb. Lakin indi ABŞ ilə keyfiyyətcə yeni münasibətlərə nail olmaq üçün tarixi bir fürsətdir. Buraya 907-ci maddənin tamamilə ləğv edilməsi, münasibətlərin institusionallaşdırılması və Mərkəzi Asiyaya çıxış üçün yeni strateji funksiya daxildir. Bu vacib komponentlərlə yanaşı, ticarət, silah əldə etmək, investisiya qoyuluşu, olduqca vacib texnologiyaların əldə edilməsi və ABŞ-də maliyyə aktivlərinin yerləşdirilməsi imkanı da mövcuddur. @cssc_cqtm

  • 19 мая25,1 тыс921

    Türkiyədə Azərbaycana qarşı kampaniya kimə sərfəlidir? Dünəndən bəri Türkiyənin sosial mediasında, xüsusən də bəzi diplomatlar və jurnalistlər arasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədova qarşı etirazlar başlayıb. Bu, diplomatın Ermənistanla bağlı Azərbaycan-Türkiyə koordinasiyasından danışdığı müsahibəsindən qaynaqlanıb. Əslində səfir yeni və ya Türkiyə Prezidenti ilə xarici işlər nazirinin açıqlamalarından fərqlənən heç nə deməyib. (Müsahibənin mətni ilə burada tanış ola bilərsiniz: https://www.cumhuriyet.com.tr/turkiye/azerbaycan-buyukelcisi-resad-memmedov-cumhuriyet-e-konustu-2504606#) Lakin buna baxmayaraq, bəzi təqaüdçü diplomatlar və jurnalistlər Azərbaycan səfirinin etiraz üçün Türkiyə Xarici İşlər Nazirliyinə çağırılmasını tələb edən paylaşımlar edirlər. Özü də bütün bunlar Azərbaycan və Türkiyə liderləri arasında Ermənistanla münasibətlər, Cənubi Qafqaz, Mərkəzi Asiya, Suriya, Afrika, Aİ və s. kimi regional gündəmlər barədə tam qarşılıqlı anlaşma fonunda baş verir. Hələ ikitərəfli münasibətlərin bütün spektrini sadalamasaq belə, aydındır ki, Ankara üçün Azərbaycan mövzusu həssas mövzudur və bu qədər sərt reaksiyalar cari kampaniyanın arxasında bir “rejissorun” olduğunu göstərir. Zamanlama xüsusilə suallar doğurur... Ermənistanda seçki kampaniyası sona yaxınlaşır. Türkiyə diplomatik xidmətindəki hansısa qrup Azərbaycanla razılaşdırılmadan Ermənistanla bağlı hər hansı bir addımı həyata keçirməyə ümid edirdisə və bunu bacara bilmədisə, cari kampaniyadan müsbət nəticə əldə etmək üçün artıq çox gecdir. Makronun Ermənistan-Türkiyə sərhədini keçməsinin məhz belə bir addım olması nəzərdə tutulurdu və bunun qarşısı son anda Azərbaycan tərəfindən alındı. Beləliklə, görünür, Türkiyədə hələ də Türkiyənin Cənubi Qafqazdakı gücünün Azərbaycanla müttəfiqliyində olduğu reallığı ilə barışa bilməyən diplomatlar var və bu hal mütləq nəzərə alınmalıdır. Türkiyədə bu diplomatlar qrupu "monşerlər" adlanır - varlı ailələrdə doğulmuş, Qərbdə təhsil almış və milli baxışlardan məhrum olan diplomatlar. Beləliklə, heç bir monşer və ya onların sosial media uzantıları Azərbaycan və Türkiyə arasındakı müttəfiqlik münasibətlərinə nifaq sala bilməyəcək. Dünənki efirin bir hissəsi məhz bu mövzuya həsr olunub.

  • 18 мая2 84853

    Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Pressklub TV-nin efirində gedən “Əsas sual” verilişində qlobal və regional siyasi gündəmin ən aktual mövzuları üzrə fikirlərini bölüşüb. Daha ətraflı:  https://www.youtube.com/watch?v=SZsaIh1d2E4

  • 13 мая26,5 тыс77

    Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Sülh məsələsində Ermənistana etibar etmək olarmı?"  mövzusunda fikirlərini bölüşüb. Daha ətraflı: https://youtu.be/ff_KfEYmjEA?si=CwD1Hj0QHHiXNPfI

  • 8 мая22,7 тыс88

    “Sərdar Kılıçın davranışı və açıqlamaları məyusedici idi” - Fərhad Məmmədov “İrəvan dialoqu - 2026” beynəlxalq konfransında iştirak edən “Sülh körpüsü” təşəbbüsünün koordinatoru, Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov gündəmlə bağlı sualları cavablandırıb. Müsahibəni təqdim edirik: https://qafqazinfo.az/news/detail/serdar-kilicin-davranisi-ve-aciqlamalari-meyusedici-idi-ferhad-memmedov-508185

  • 23 апр.24,7 тыс916

    Ermənistanda parlament seçkiləri: Mürəkkəb seçki sistemi, namizədlər və proqnozlar Ermənistanda 2026-cı ilin iyun ayının 7-də keçirilməsi planlaşdırılan parlament seçkiləri, 2018-ci ildə baş verən Məxməri İnqilabdan bəri növbədənkənar keçirilməyən ilk parlament seçkisi olacaq. Ermənistan tarixinin ən vacib seçkisi olaraq qiymətləndirilən bu seçkiyə region ölkələri ilə yanaşı, Rusiya, Türkiyə, Aİ, İran və ABŞ-nin də böyük marağı var. Bu səbəbdən də, bir çoxları bu seçkini “Geosiyasi seçki” adlandırır. Bu səbəbdəndir ki, həm Rusiyada, həm də Aİ-də bu seçkiyə ciddi hazırlıq gedir. Belə ki, aprel ayının 1-də Moskvada keçirilən görüşdə Putin Paşinyana açıq şəkildə bildirmişdi ki, Ermənistanda Rusiyayönlü mövqeyə malik bir çox siyasi qüvvə var və Rusiya onların seçkilər zamanı bu daxili siyasi tədbirdə iştirak edə bilmələrini istəyir. Təbii ki, Rusiyanın Ermənistandakı seçkilərlə bağlı fəaliyyəti təkcə xahişdən ibarət deyil. Rusiya qonşu ölkələrdəki seçkilərə müdaxilə təcrübəsini Ermənistanda da istifadə etməyə çalışacaq. Bu səbəbdən də Avropa İttifaqı Ermənistana bu istiqamətdə yardım göstərməyə başlayıb. Belə ki, Avropa İttifaqı hələ 2025-ci ilin dekabr ayında Ermənistana seçkilərdən əvvəl Rusiyanın dezinformasiyasının qarşısını almaq üçün 12 milyon avro (təxminən 13,8 milyon dollar) ayırmağa hazırlaşdığını açıqlamışdı. Bu ilin mart-aprel aylarında Ermənistana səfər edəcək 9-14 nəfərlik ekspert qrupunun Ermənistanın Baş nazirinin ofisinə və Təhlükəsizlik Şurasına böhranların idarə olunması ilə bağlı məsləhətlər verməsi, eləcə də kiber təhlükələr və xarici müdaxilə, informasiya manipulyasiyası kimi riskləri nəzərə alaraq gələcək böhranların idarə olunması üçün qaydaların hazırlanmasına kömək etməsi nəzərdə tutulur. Mərkəzi Seçki Komissiyası, Daxili İşlər Nazirliyi və vergi orqanları da bu prosesdə iştirak edəcək. Bir sözlə, hazırda Ermənistanda 7 iyun parlament seçkilərinə hərtərəfli ciddi hazırlıqlar gedir və bu seçkinin təkcə ölkənin deyil, bütövlükdə regionun gələcək geosiyasi konfiqurasiyasına həlledici təsir göstərəcəyi gözlənilir. Qeyd edək ki, Ermənistan olduqca mürəkkəb seçki sisteminə malikdir. Burada parlamentdəki yerlərin sayı sabit deyil. Partiya və blokların topladığı səslərin faizi əldə edilən mandatların faizi ilə uyğun gəlmir. Mandatların bölgüsü isə bir neçə mərhələ və alt mərhələlərdən keçir. Saytımızda dərc olunan yeni araşdırmada bu sistemin necə işlədiyi, Parlamentdəki yerlərin sayı və mandat bölgüsünün necə müəyyən edildiyi əyani şəkildə real nümunələrlə öz əksini tapıb. Həmçinin, məqalədə seçkilərdə iştirak edəcək namizədlər barədə məlumat verilib və onların şansları qiymətləndirilib. Bununla yanaşı, araşdırmada Ermənistanda keçirilən ən son rəy sorğuları əsasında seçicilərin əhval-ruhiyyəsi təsvir olunub ki, bu da seçkilərin mümkün nəticələri barədə müəyyən təsəvvürlər yaradır. Yeni araşdırmamızla saytımızda tanış ola bilərsiniz: https://cssc.az/az/view/2/73/