Şeyx Fovzandan faydalar
СтатистикаBu kanal alləmə, mühəqqiq Şeyx Saleh Fovzanın (Allah onu qorusun) kəlamlarını ana dilimizə tərcümə edilərək paylaşmaq üçün açılmışdır. Şeyx 1935-ci ildə Qasim şəhərində anadan olmuşdur. Müvəffəqiyyət Allahdandır. Admin: Samiq Mustafayev
- Последний пост
- 10 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- az
- Категория
- Религия (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 75
- 1/48двое суток
- 85
- 1/72трое суток
- 92
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
Şeyx Fovzan (Allah onu qorusun) belə deyir: Saleh əməlinin faydalı olmağını istəyən kimsə bu iki şeyi etməlidir: Birinci: Şirkdən uzaq olaraq Allaha ixlaslı olmaq İkinci: Allah Rəsulu (ﷺ) sünnəsinə tabe olmaq, bidət və dində yeniliklərdən uzaq olmaq 📚İthəful Qari, səh.70 🌐http://T.me/fevzan
Əs sələmu aleykum və rəhmətullahi və bərəkətuh. Hörmətli izləyicilər! Sevindirici xəbərimiz var: Sünnəyə Dəvət saytı tamamilə yenilənmiş formada istifadəyə verilib. 📌 Ünvan dəyişməyib: https://www.sunneyedevet.com Sayt sıfırdan yenidən hazırlanıb və artıq: - 7/24 Canlı Audio dərs. - Daha sürətli və müasir dizayna malikdir; - Telefon, planşet və kompüterdə rahat istifadə olunur; - Güclü axtarış sistemi ilə istədiyiniz mövzunu asan tapmaq mümkündür; - Məqalələr, alimlər, səsli dərslər, videolar və suallar bölmələri daha nizamlı təqdim edilir; - Canlı dərslərə saytdan birbaşa qoşulmaq, sual vermək və qeydlər aparmaq mümkündür; - Namaz vaxtları və digər faydalı bölmələr əlavə edilib. Məqsədimiz dəyişməyib: Əhli Sünnə vəl-Cəmaatın elmini daha rahat, daha aydın və daha əlçatan şəkildə çatdırmaq. Allahdan bu işi xeyirli və bərəkətli etməsini diləyirik.
Şeyx Saleh Fovzan (Allah onu qorusun) belə deyir: “Əgər xeyir verə (gətirə) bilmirsənsə, heç olmasa şərini insanlardan uzaq et.” 📚Şərh Kitəb həvədis vəl Fitən, səh. 236 🪶Samiq Mustafayev 🌐http://T.me/fevzan
İnsan, haqqı bilsə, onunla əməl etsə və ona etiqad etsə belə, yenə də Allahdan sabitlik istəməlidir. 📚Şeyx Fovzan | Taliq alə Şərh Sünnə, 1/48. 🪶Samiq Mustafayev ↗️https://t.me/fevzan
“Bugün ümmət üçün ən təhlükəli olanlar cahil dəvətçilərdir.” Böyük alim Saleh Fovzan (Allah onu qorusun) demişdir: “Bu gün ümmət üçün ən təhlükəli olanlar elmi olmayan, insanları cəhalət və azğınlıqla dəvət edən cahil dəvətçilərdir.” 📚 İanətul-Mustəfid, 1/337. 🪶Samiq Mustafayev ↗️https://t.me/fevzan
Şeyx Fovzan (Allah onu qorusun) belə demişdir: “Həyat yalnız elm əhlinin varlığı ilə gözəl olur. Allahdan diləyirik ki, onların sayını artırsın, onları qorusun, işlərini yoluna qoysun, niyyət və məqsədlərini ixlaslı etsin. Çünki alimlərin itkisi müsəlmanlar üçün çox böyük bir zərərdir.” 📚 “İslamın Fikri Cərəyanlara Münasibəti” adlı mühazirədən 19 Rəcəb 1439 🪶Samiq Mustafayev ↗️https://t.me/fevzan
Şeyx Fovzan (Allah onu qorusun) belə deyir: Kimin Allaha sevgisi və bağlılığı azdırsa (zəifdirsə) ibadət ona ağır gələr. 🎧səsyazmadan 🪶Samiq Mustafayev ↗️https://t.me/fevzan
Hörmətli kanal üzvləri, Qurban bayramı münasibətilə hamınızı təbrik edirəm. Allah saleh əməllərinizi qəbul etsin. ✍Hörmətlə admininiz: Samiq Mustafayev
➡️Tərk edilmiş sünnələrdən ⬅️ Şeyx Saleh Fovzan (Allah onu qorusun) belə deyir: Bu sünnə o qədər tərk edildi ki, insanlar artıq rəhbərlər üçün dua etməyi qəribə qarşılayır və bunu edənlər barədə pis zənn edirlər. Halbuki müsəlman rəhbərləri üçün müvəffəqiyyət və islah duası etmək Əhli Sünnənin mənhəcindən, bunu tərk etmək isə bidət əhlinin yolundandır. 📒Muləxxas Fiqhi, 1/201 🪶Samiq Mustafayev 🌐 http://T.me/fevzan
Şeyx Saleh Fovzan (Allah onu qorusun) belə deyir: “Dünya müsəlman üçün əsl yurd (diyar) deyil. Müsəlmanın əsl yurdu (diyarı) ancaq Cənnətdir. O, dünyaya yalnız Cənnət üçün əməl etmək məqsədilə göndərilmişdir (gəlmişdir).” 📚Şərh Ərbəin Nəvəviyyə, səh. 285. 🖋Samiq Mustafayev http://T.me/fevzan
Kafirlərin vətəndaşlığına qəbul etməyin (onların vətəndaşı olmağın) hökmü nədir? Şeyx Fovzan: Müsəlmanın kafirlərin vətəndaşlığını qəbul etməsi (onların vətəndaşı olmağı) haramdır. Müsəlmanın orada sadəcə zəruri halda yaşamağında bir qəbahət yoxdur. Amma müsəlmanın kafirlərin vətəndaşlığını qəbul etməsinə (onların vətəndaşı olmağı) gəlincə isə bu, icazəli deyil (haramdır). 🎙səsyazmadan ✍🏻Samiq Mustafayev http://T.me/fevzan
Şeyx Saleh Fovzan (Allah onu qorusun) belə deyir: İnsan Allahın ibadəti üçün yaradılıb. Əgər o, ibadəti tərk edərsə, şeytanın qulu olar. Yəni insan mütləq birinə qul olur. 📚İanətul Mustəfid, 1/169. ✍Samiq Mustafayev http://T.me/fevzan
Şeyx Saleh Fovzan (Allah onu qorusun) belə deyir: “Qadın yalnız şəriət hökmlərinə riayət etməklə həqiqətən azad olur. Şəriət onu alçalmaqdan və fəsaddan azad etmiş, hər cür pislikdən qorumuşdur. Onu tənzimləmiş, şərəfləndirmiş, izzətləndirmiş və mühafizə etmişdir.” 📚 “Şərh Kitabil Fitən vəl Həvadis”, səh. 34 ✍️Samiq Mustafayev https://t.me/fevzan
Kim Ramazan ayına yetişərsə və Allah ona bu aydan faydalanma imkanı verərsə, Allah ona çox böyük bir nemət bəxş etmişdir. Bu elə bir nemətdir ki, onu heç nə ilə müqayisə etmək olmaz. Vallahi, milyon sahibləri, bina və daşınmaz əmlak sahibləri belə buna bərabər ola bilməzlər. 📚 Şeyx Fovzan | Məcəlis Şəhr Ramadan, 11 🪶Samiq Mustafayev ↗️https://t.me/fevzan
[ Orucu öz ölkənlə birlikdə tut ] Şeyx Fovzan Peyğəmbər ﷺ belə demişdir: Oruc sizin oruc tutduğunuz gündür. Müsəlmanlarla birlikdə oruc tut, onlara müxalif olma və öz ölkənə tabe ol. Onlar oruc olduğu halda sən iftar etmə! Və ya onlar iftar etdikləri halda sən oruc tutma! Yalnız onlarla, öz ölkənin əhalisi ilə birlikdə ol. Müsəlmanlara müxalif olma! Bu elə əvvəlki sual kimidir. Bəzi ölkələr Səudiyyə Ərəbistanından öncə oruc tuturlar. Əgər sən Səudiyyə Ərəbistanından öncə oruc tutan ölkədəsənsə, öz ölkəndə olan müsəlmanlarla birlikdə oruc tut. Əgər sən Səudiyyə Ərəbistanındasansa, o zaman Səudiyyə Ərəbistanı ilə birlikdə oruc tut. Sən öz ölkəndə olan müsəlmanlara tabe ol və onlara müxalif olma! Bəli. https://youtu.be/TtpzE3GhwGY
Şeyx Fovzan (Allah onu qorusun) belə deyir: Deyilir ki, heç kim öz qardaşına Musa aleyhissələmin öz qardaşına faydalı olduğu kimi faydalı olmayıb. O baxımdan ki, Musa aleyhissələm Allahdan qardaşı Harunu peyğəmbər etməsini istədi, Allah da, Harunu peyğəmbər etdi. 🎧səsyazmadan 🪶Samiq Mustafayev ↗️https://t.me/fevzan
Şeyx Saleh Fovzan: Həsəd etmə. Qardaşına neməti verəndən (Allahdan) istə ki, sənə də versin. O, səxavətlidir, comərddir. 🎧səsyazmadan 🪶Samiq Mustafayev ↗️https://t.me/fevzan
Filankəs ruzimi kəsdi ❌ Şeyx Fovzan (hafizahullah) belə demişdir: Sənin "Filankəs mənim ruzimi kəsdi" deməyin, xətadır. Çünki ruzi Allahdandır. Onu heç kim kəsə bilməz. Nurun alə Əd-Dərb, h. 04/07/1437 ✏️Samiq Mustafayev ↗️http://T.me/fevzan
وَٱلۡبَيۡتِ ٱلۡمَعۡمُورِ And olsun Beytulməmura! (Tur, 4) Şeyx Fovzan: Kəbənin səmadakı qarşılığıdır, hər gün 70000 mələk ora ibadət etmək üçün daxil olur və bir daha ora qayıtmırlar. Bu da mələklərin saylarının çox olmasına dəlalət edir. 🎧Tur surəsinin təfsirindən 🪶Samiq Mustafayev ↗️https://t.me/fevzan
Şeyx Saleh Fovzan: Əməlisaleh insanlarla birlikdə ol, onların sayı az olsa belə .. 🎧səsyazmadan 🪶Samiq Mustafayev ↗️https://t.me/fevzan