- Последний пост
- 8 июн.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- az
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
https://youtu.be/v2Dr0Oogqk0
https://youtu.be/tk5untZkKRA
https://youtu.be/uHT5mB5t5oo
https://youtu.be/tBxgVNpJlJI
Salam aleykum va rahmətullah. Əziz müsəlmanlar, uzun illər boyu tanıyıb etimad etdiyim bir müsəlman qardaşımızın şahidliyi ilə Şəvval hilalı görülmüşdür. Sabah, yəni 20 mart 2026-cı il Şəvval ayının birinci günüdür. Allah sizdən bizdən də saleh əməllərimizi qəbul etsin.
Ramazan hilalı haqqında. https://youtube.com/watch?v=xmfwaVXbRmI&si=cDRXXhFMicQLAKtb
https://youtu.be/EVGDwLJoAfQ
https://youtu.be/pLFdL79Yx9Q
https://youtu.be/b_nAvQ4_yBI
https://youtu.be/9VLZiFBManw
-حَدَّثَنَا عَبْدُ الصَّمَدِ،حَدَّثَنَا حَمَّادٌ،عَنْ ثَابِتٍ،عَنْ أَنَسٍ: "أَنَّ أُمَّ أَيْمَنَ بَكَتْ لَمَّا قُبِضَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ،فَقِيلَ لَهَا:"مَا يُبْكِيكِ عَلَى النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ؟" فَقَالَتْ:"إِنِّي قَدْ عَلِمْتُ أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سَيَمُوتُ،وَلَكِنْ إِنَّمَا أَبْكِي عَلَى الْوَحْيِ الَّذِي رُفِعَ عَنَّا". (أحمد-١٣٢٤٧). وفي رواية: -حَدَّثَنَا عَفَّانُ،حَدَّثَنَا حَمَّادٌ،عَنْ ثَابِتٍ،عَنْ أَنَسِ بْنِ مَالِكٍ: أَنَّ أُمَّ أَيْمَنَ بَكَتْ حِينَ مَاتَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ،فَقِيلَ لَهَا:"تَبْكِينَ؟" فَقَالَتْ:"إِنِّي وَاللَّهِ قَدْ عَلِمْتُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سَيَمُوتُ،وَلَكِنْ إِنَّمَا أَبْكِي عَلَى الْوَحْيِ الَّذِي انْقَطَعَ عَنَّا مِنَ السَّمَاءِ". (أحمد-١٣٦٢٦). _ أخرجه أحمد. ___ -Bizə Abdus-Saməd danışdı,bizə Həmməd danışdı,Sabitdən,Ənəsdən: "Rəsulullah sallallahu aleyhi və səlləm vəfat edəndə Ummu Eymən ağladı,ona deyildi:"Səni Nəbi sallallahu aleyhi və səlləm üçün ağladan nədir?" O,dedi:"Həqiqətən də mən bilirdim ki,Nəbi sallallahu aleyhi və səlləm (bir gün) öləcək,lakin mən yalnız bizdən qaldırılan vəhyə görə ağlayıram". (Əhməd-13247). Digər bir rəvayətdə: -Bizə Affan danışdı,bizə Həmməd danışdı,Sabitdən,Ənəsdən: "Nəbi sallallahu aleyhi və səlləm öləndə Ummu Eymən ağladı,ona deyildi:"Ağlayırsan?" O,dedi:"Vallahi,həqiqətən də mən bilirdim ki,Rəsulullah sallallahu aleyhi və səlləm öləcək,lakin mən yalnız bizim üçün səmadan (nazil olmaqda) olan vəhy(in kəsilməsin)ə görə ağlayıram". (Əhməd-13626). _ Əhməd rəvayət etmişdir. ___ Allah səndən razı olsun Ummu Eymən ana, sən Onu doyunca görmüsən, gözlərin Ona baxmaqla nurlanıb, qulaqların Onun səsi ilə nurlanıb, qəlbin Ona iman etməklə nurlanıb, Onunla eyni vaxtda aldığı nəfəsdən almısan, udduğu havadan udmusan, üstündə gəzdiyi torpağın üstündə gəzmisən, altında yeridiyi səmanın altında yerimisən, mən isə o səadət çağından uzaq bir zamanda, uzaq bir yerdə doğulmuşam, ona görə həm Onun ölümünə ağlayıram, həm də vəhyin kəsilməsinə... Sən bu günləri görmədin, yaxşı ki də görmədin, yoxsa göz yaşların heç durmazdı. Ey Ummu Eymən ana, bir zamanlar kəsildiyinə ağladığın o vəhyin bu gün harada olduğunu görsəydin nəyə ağlardın görəsən? Özünə müsəlman deyən insanların İslamın harasında olduqlarını görsəydin, o vəhyə küfr edənlərin dörd bir yanda tüğyan etdiyini görsəydin, Quran və Sünnətin tərk edilib özlərinə Allahdan vəhy gəlməyənlərə, onların ilahi vəhydən yoxsul kitablarına üz tutulduğunu görsəydin, Allahın yeganə haqq dininin məzhəblərə, firqələrə, camaatlara, təriqətlərə bölündüyünü və bu təfriqə nəticəsində parçalanıb tikə-tikə olmuş ümmətin dünyanın hər yerində zillət içində çabaladığını görsəydin, İslam hökmlərinə qarşı gizli və aşkar bir savaş açıldığını, yüzlərlə, minlərlə kişilərin zindanlarda, əsir düşərgələrində ağlasığmaz, dözülməz işgəncələrə məruz qaldığını görsəydin, qadınların bir qisminin öz körpələri ilə çadır düşərgələrində ölümlə pəncələşdiyini, digərlərinin isə rafizilərin zindanlarında əzab və iztirablar içində boğulduğunu görsəydin, saymaqla bitib tükənməyən müsibətlərin, fəlakətlərin qarşısında ümmətin yetim qalmış bir uşaq kimi onu qucaqlayıb bağrına basaraq bütün müsibətlərdən qoruyacaq atasını, Rəsulullah sallallahu aleyhi və səlləmi gecə gündüz arayaraq çarəsiz-çarəsiz ağladığını görsəydin nəyə ağlardın bəs?
без подписи
без подписи
https://youtu.be/n3Hca6O23DM
без подписи
https://youtu.be/bjYhd03BKts
без подписи
без подписи
без подписи
без подписи