Dil ve düşünce
Статистика- Последний пост
- 14 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 4
- Всего постов
- 21
- Тип
- открытый
- Язык
- ku
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 75
- 1/48двое суток
- 85
- 1/72трое суток
- 92
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
گل بیزه سانکی بوْش قالێر دۆنيا، بوْش قالێر جاهان سنسیز، اوْلمادێ بیر آن گؤنلۆم، اوْلمادێ بیر آن سنسیز. گل بیزه، گل بیزه، گل بیزه يارێم * گؤزلهرم سنی دؤن گل، گل منی سئویندیر يار، قوْللارێنلا گل آخشام، بوْينۇما سارێل گل سار! گل بیزه، گل بیزه، گل بیزه يارێم * يازدێ يازدێ گل آرتێق، ماهنێ سؤيلهيیر قێزلار، رقص ائدیب آخێر گؤيده، دسته-دسته اۇلدۇزلار. گل بیزه، گل بیزه، گل بیزه يارێم.
без подписи
без подписи
без подписи
Güntay desin Çağırışır varlıq tamamən səndən iz, Bol sevin şad ol bizim ey sevgimiz. Olmamış bir an da sənsiz gönlümüz. Gah yaz oldun köksümüzdə gah da güz. Ömrümün qış vaxtı şadlıq payladın, Hər zaman əzbər bulunmuşdur adın. Ey gözəlliklərlə yoldaş sevgi, sən! Daima sağlıqlı qal şad ol əsən. Biz gedər olsaq da, sən qal dünyada, Daima ol doğru bir hal dünyadaş Qoy sənin haqqında gündüz, ay desin Var gözəlliklər, umut Güntay desin گۆنتای دئسین چاغێرێشێر وارلێق تامامن سندن ایز، بوْل سئوین شاد اوْل بیزیم ائي سئوگیمیز. اوْلمامێش بیر آن دا سنسیز گؤنلۆمۆز. گاه ياز اوْلدۇن کؤکسۆمۆزده گاه دا گۆز. اؤمرۆمۆن قێش واختێ شادلێق پايلادێن، هر زامان ازبر بۇلۇنمۇشدۇر آدێن. ائي گؤزللیکلرله يوْلداش سئوگی، سن! دایما ساغلێقلێ قال شاد اوْل اسن. بیز گئدر اوْلساق دا، سن قال دۆنيادا، دایما اوْل دوْغرۇ بیر هال دۆنياداش قوْي سنین هاققێندا گۆندۆز، آي دئسین وار گؤزللیکلر، اۇمۇت گۆنتاي دئسین
Ədəbiyyatşünaslıq üzərinə
گلمز اوْلدۇن دوْغرۇلمايان آرزۇيلا اؤمرۆمۆز کئچدی، باشقاجا بیر اؤمۆر اوْلسايدێ کئشکه. گؤزلهدیم گلمهدین گلمز اوْلدۇن سن، گؤنلۆمه بیر اۇمۇت دوْلسايدێ کئشکه. گلمهدین گلمهدین گلمز اوْلدۇن سن، گلمهدین گلمهدین گلمز اوْلدۇن يار. * اؤلکهدن اؤلکهيه گزدیم دوْلاشدێم، بیلمهدیم من نلر آرادێم نلر. چارپێق يوْللار کئچیپ داغلاردان آشدێم، اؤنۆمده دۇرارکن يۆکسک زیروهلر. گلمهدین گلمهدین گلمز اوْلدۇن سن، گلمهدین گلمهدین گلمز اوْلدۇن يار. * بۇ يوْلۇن سوْنۇ سن اووهلی منم، سنه چاتاجاغێم بیر گۆن اوْلاجاق. اۇزاقدا ياخێندا اوْلساق دا نه قم، بۇ يوْل بۇ دۆنيادا بیر ایز قالاجاق. گلمهدین گلمهدین گلمز اوْلدۇن سن، گلمهدین گلمهدین گلمز اوْلدۇن يار.
Yar gəldi Yellər əsti, söylər oldu Yaz gəldi, yaz gəldi-2 Sevdicəyim əllərində Saz gəldi, saz gəldi-2 Yar gəldi, yar gəldi-3 * Bağçalarda yağmur yağdı Bar gəldi, bar gəldi-2 Bülbül gəldi, toraqay gəldi Sar gəldi, sar gəldi-2 Yar gəldi, yar gəldi-3 * Gündüz gəldi, günəş gəldi Ay gəldi, ay gəldi-2 Şimşəkk çaxdı, gürşat yağdı Çay gəldi, çay gəldi-2 * Yar gəldi, yar gəldi-6 يار گلدی يئللر استی، سؤيلر اوْلدۇ ياز گلدی، ياز گلدی-2 سئودیجهيیم اللرینده ساز گلدی، ساز گلدی-2 يار گلدی، يار گلدی-3 * باغچالاردا ياغمۇر ياغدێ بار گلدی، بار گلدی-2 بۆلبۆل گلدی، توْراقاي گلدی سار گلدی، سار گلدی-2 يار گلدی، يار گلدی-3 * گۆندۆز گلدی، گۆنش گلدی آي گلدی، آي گلدی-2 شیمشکک چاخدێ، گۆرشات ياغدێ چاي گلدی، چاي گلدی-2 * يار گلدی، يار گلدی-6
Üzərlik Xoş bir qoxu dağlarda üzərlik aradım Yaz duyquma bir soylu özəllik aradım Tüm zərrələrim sevgi çağırmaqdadı mən Ömrüm boyu dostluq və gözəllik aradım * Baxdım şüvərənlikdə parıldar şüvərən Bir yanda durub boylanaraq boymadərən Şaşqınca durub dün əvəlikdən sordum Kimdir bu gözəllikləri yerlərdə sərən * Bambaşqa diləklər doğacaq bəlkə yarın Bir soylu gözəllik olacaq ilki yarın Göylərdə günəş sallayacaq bayrağını Dağlarda işıq oynayacaq bil ki yarın اۆزرلیک خوْش بیر قوْخۇ داغلاردا اۆزرلیک آرادێم ياز دۇيقۇما بیر سوْيلۇ اؤزللیک آرادێم تۆم ذررهلریم سئوگی چاغێرماقدادێ من عؤمرۆم بوْيۇ دوْستلۇق و گؤزللیک آرادێم * باخدێم شۆوَرنلیکده پارێلدار شۆوَرن بیر ياندا دۇرۇب بوْيلاناراق بوْيمادَرن شاشقێنجا دۇرۇب دۆن اوَلیکدن سوْردۇم کیمدیر بۇ گؤزللیکلری يئرلرده سرَن * بامباشقا دیلکلر دوْغاجاق بلکه يارێن بیر سوْيلۇ گؤزللیک اوْلاجاق ایلکی يارێن گؤيلرده گۆنش ساللاياجاق بايراغێنێ داغلاردا ایشێق اوْيناياجاق بیل کی يارێن *
تنقیدی تاریخ صؤحبتلری
اردبیله گل... اردبیله گل، اردبیله گل بیزه گل يارێم 2 شوْرابیلی گز دؤن بیزه گل بیزه گل يارێم 2 * سرئيینه گئت، سرداوايا چێخ بیزه گل يارێم 2 ساوالانا يۆکسل داغا چێخ بیزه گل يارێم 2 بالێقلێ چايێن بوْل سۇلارێ بیزه گل يارێم 2 فێندێقلێ باغێن ایلک باهارێ بیزه گل يارێم 2 اردبیله گل، اردبیله گل بیزه گل يارێم 2 شوْرابیلی گز دؤن بیزه گل بیزه گل يارێم 2 * اردبیله باخ گؤزل شهر بیزه گل يارێم 2 خوْش خبرلر گلهجک بۇ سهر بیزه گل يارێم 2 باغمئشهدن آستارايا بیزه گل يارێم 2 تزه مئيداندان آلا قاپێيا بیزه گل يارێم 2 * اردبیله گل، اردبیله گل بیزه گل يارێم 2 شوْرابیلی گز دؤن بیزه گل بیزه گل يارێم 2 *
بیزه گل! سنی گؤرمک هوهسیم وار بیزه گلسن بۇ گئجه (2) بیزه گلسن بۇ قارانلێقلارێ دلسن بۇ گئجه (2) اۇزۇن ایللر بوْيۇدۇر کؤکسۆمه يئرلشمیش اوْلان (2) بۇ درین سوْيلۇ گؤزللیکلری بیلسن بۇ گئجه (2) بیزه گل گل، بیزه گل يار، بیزه گل گل، بیزه گل (4) * پنجرهمدن گؤرۆنن آي دا سالاملار سنی يار (2) سؤيلهير سن ایشێق آلتێندا اصیلسن بۇ گئجه (2) گئجهنین اوْرتاسێ گلدیکده درین سیرلریمی (2) من آچێقلار اوْلارام سن ده کی بیلسن بۇ گئجه (2) بیزه گل گل، بیزه گل يار، بیزه گل گل، بیزه گل (4) * يار بیزیم مئهمانێمێز اوْلسا گؤنۆل سؤيلهيهجک (2) سن ده ائي دان يئری صبریيله سؤکۆلسن بۇ گئجه (2) سارماشێقلار کیمی قوْل بوْينۇما سارسان گؤزهلیم (2) گۆنتايێن گؤنلۆنه گیرسن و سئویلسن بۇ گئجه (2) بیزه گل گل، بیزه گل يار، بیزه گل گل، بیزه گل (4) *
Çıxıram səfərə çox uzaqlara, Çantamda bir dürüm, bir bardaq ayran- Baxıram uzanan qıvrıq yollara, Yolları sulayır yağmur durmadan. * Ölkədən ölkəyə eylədim güzər, Nə qədər dillərlə qarşılaşırkən. Gülüb rəqs eyləyir gördüm gözəllər, Gözəllik görərkən şad oluram mən. * Dəniz kənarında bir qız, bir oğlan, Gördüm sarışmışlar sarmaşıq kimi. Parlayan günəş də söylədi ordan, Onlar kainata yaraşıq kimi. Şeir və bəstə- Güntay
Musiqimizi tənqid edirəmm موسیقیمیزی تنقید ائدیرم
Nəsimi
Duz günü gəl! * Bizim Muğan bölgəsində həftə günlərinin adları: Duz günü- düşənbə- birinci gün, Tək-günü, seşənbə- ikinci gün, Süt günü- yekşənbə- yeddinci gün-bazar günü ****** Duz günü gəl, tək günü gəl, süt günü gəl, yar (2) Gözləyirəm sən gələsən, sən gələsən, yar (2) Gəlməz olursan da xəbər göndərəsən, yar (2) Duz günü gəl, tək günü gəl, süt günü gəl, yar (2) * Bağçamıza gəldi bahar, açdı çiçəklər (2) Yaz havasıyla sevinib coşdu ürəklər (2) Duz günü gəl, tək günü gəl, süt günü gəl, yar (2) * Alma gətir, heyva gətir, bir də nar gətir (2) Gönlümü şad eyləyəcək bir də yar gətir (2) Duz günü gəl, tək günü gəl, süt günü gəl, yar (2) * Gəl səni çox bəkləyərək gözlədi Güntay (2) Özlədi Güntay səni çox, özlədi Güntay (2) Duz günü gəl, tək günü gəl, süt günü gəl, yar (4)
Tusu- şəfa Gözəllik gönlünə vermişdir tusu, Əskilməz köksündən həyat duyqusu. Çayın kənarında durmuşdun o gün. Yalayıb kölgəni keçdi axar su. Sevginlə uğraşmaq əsas işimdir, Yüksəlmən birincil bəkləyişimdir. Ölərsəm üzülmə unut və yaşa! Səndən öncə ölmək istəyişimdir. Sevgin sevincimə olmuşdur əsin, Sevişmək sonraya ertələnməsin. Zirvələr başından boylanan günəş, Ertən sevgimizə mahnı söyləsin! Yazda bürünərkən yamyaşıl hər yan, Gizəmli nəfəslə dolarkən orman. Gözəllik və sevgi yayılıb dursun, Səsində titrəşim dalqalarından.
Xatirə Gördüm səni bir bağçada, qəlbim paralandı, Köksümdə sıxışmış bulunan sanki köz oldun. Baxdın mənə bir öylə ki, bağrım yaralandı, Bir damla su oldun, bu susuz gönlümə doldun. Sənsiz ürəyim şad olamaz, gəl daha ey yar! Köksüm doludur, söylənəcək bolca sözüm var. Birlikdə keçən günlərimiz xatirələrdi, Artıq o gözəllik dolu gün arxada qaldı. Hər bir anı, hər ləhzəsi bol sevgi ələrdi, Güz gəldi, cavanlıq da sönümləndi, saraldı. Sənsiz ürəyim şad olamaz, gəl daha ey yar! Köksüm doludur, söylənəcək bolca sözüm var.
Musiqimizdə qıtlıq
Behrengi,kebin,musiqi بهرنگی، کبین، موسیقی