İSLAM-İRFANI
СтатистикаMənəviyyat dəryasında qərq olmadan, günah dəryasından nicat tapmaq mümkün deyil. İnsan yalnız ilahi eşqin ləzzətini daddıqdan sonra, dünya və günah zövqlərindən azad ola bilər. Kanal sahibi ilə əlaqə 👇 https://t.me/Seyyid_az https://t.me/erfaneislami
- Последний пост
- 14 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 25
- Всего постов
- 31
- Тип
- открытый
- Язык
- az
- Категория
- Религия
- В каталоге с
- 14 авг.
- 1/24сутки в ленте
- 98
- 1/48двое суток
- 112
- 1/72трое суток
- 121
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
https://vt.tiktok.com/ZSVRYHy68/
“Ehtiyacım var! Ehtiyacım var!” Qumun fəzilətli alimlərindən biri belə nəql edir: “Əllamə Təbatəbainin ömrünün son günlərində hər axşam onun evinə gedirdim ki, ehtiyacı olan bir şeyi varsa, alıb gətirim və bir qədər də ustadı evin həyətində gəzdirməkdə kömək edim. Bir gün ondan soruşdum: — Bir şeyə ehtiyacınız varmı? Bir neçə dəfə buyurdu: — Ehtiyacım var! Ehtiyacım var! Mən başa düşdüm ki, sanki Əllamənin məqsədi başqa bir şeydir və o, tamam başqa bir aləmdədir. Sonra məni otaqlardan birinə apardılar. Əllamə də həmin otağa daxil oldu. Daim gözləri bağlı idi və onları açmırdı. Başa düşə bilmədiyim zikrləri söyləməklə məşğul idi. Məğrib namazının vaxtı çatdı. Gördüm ki, Əllamə gözləri bağlı olduğu halda, göyə baxmadan azan deməyə başladı. Daha sonra məğrib namazını qılmağa başladı. Otağın kənarından kağız dəsmal götürdüm ki, onun üzərində səcdə etsin. Lakin onu kənara çəkdi. Başqa bir otaqdan möhür gətirib hündür bir yerin üzərinə qoydum və Əllamə onun üzərinə səcdə etdi. Günlər keçdikcə vəziyyəti daha da ağırlaşırdı. Nəhayət, ustadı Qumda xəstəxanaya köçürdülər. Evdən çıxarkən möhtərəm həyat yoldaşına belə buyurdu: “Mən daha geri qayıtmayacağam.” Əllamə Təbatəbai, Mərifət-Mizanı, səh. 91 https://t.me/erfaneislami
Dörd mühüm əməl Həzrət Fatimeyi-Zəhra (s.ə.) buyurub: Bir gecə yatmağa hazırlaşırdım. Atam, Allahın Rəsulu (s.ə.s.) yanıma gəlib buyurdu: “Ey Fatimə! Dörd əməli yerinə yetirmədən yatma!” 1️⃣ Quranı xətm et. 2️⃣ Peyğəmbərləri özünə şəfaətçi qərar ver. 3️⃣ Mömin kişi və qadınları özündən razı və məmnun et. 4️⃣ Vacib həcc və ümrəni yerinə yetir. Sonra buyurdu: “Ey Fatimə! Yatmazdan əvvəl üç dəfə “Qul huvəllahu əhəd” (İxlas surəsi) oxusan, sanki Quranı xətm etmiş olarsan. Mənə və məndən əvvəlki peyğəmbərlərə salavat və salam göndərsən, hamımız sənin şəfaətçilərin olarıq. Mömin din qardaşların və bacıların üçün bağışlanma və məğfirət diləsən, onların hamısını özündən razı və məmnun etmiş olarsan. “Subhanəllah, vəl-həmdulillah, və la ilahə illəllah, vəllahu Əkbər” desən, sanki təməttö-Həcci və ümrə ziyarətini yerinə yetirmiş olarsan. Müsnədi-Fatimətüz-Zəhra, səh. 18 https://t.me/erfaneislami
Elə insanlar var ki, ibadət edirlər, amma başqalarını incidirlər. Namaz qılır, vacib əməlləri yerinə yetirirlər, amma insanları təhqir edirlər. Mömin olurlar, namaz qılırlar, lakin başqa bir mömini söyür, lənətləyir və ya ona istehza ilə söz atırlar. Yaxşı qulaq asın və diqqətli olun: Əgər Allah yolunda həqiqi yolçu (salik) olmaq istəyirsinizsə, bilin ki, bunlar sizin qarşınıza çıxacaq təhlükələrdir. Dediyimiz hər bir şey bizim və sizin qarşınızda pusquda dayanıb. Bunlarla mübarizə aparmaq, onları özümüzdən uzaqlaşdırmaq lazımdır və bu, heç də asan deyil. Mən qərar verirəm ki, bundan sonra heç kimi təhqir etməyim, alçaltmayım, incitməyim, söyməyim, lənətləməyim və istehza ilə söz atmayım. Lakin təkcə qərar verməklə məsələ həll olunmur. Çünki insanın daxilində nəfsani istəklər var və bu istəklərin müxtəlif təzahürləri ortaya çıxır. İnsan addım-addım özünə nəzarət etməlidir; daxilinə və qəlbinə diqqət etməlidir ki, qəlbinə hansı niyyətlər daxil olur, onu hansı davranışlara sövq edir, hansı sözləri dedirdir və insanlarla necə rəftar etməsinə səbəb olur. Bütün bunlar davamlı müraqibə və özünənəzarət tələb edir. İnsan öz mübarizəsi və səyi ilə özünü bu xüsusiyyətlərdən təmizləməlidir. Həm də bu pis xüsusiyyətlərin əksinə olan gözəl sifətlərə daim bağlı və sadiq qalmalıdır. Ayətullah Məhəmməd Şücai (r.h) https://t.me/erfaneislami
Müqəddəs Cəmkəran məscidindən bütün dostların cüməsini təbrik edirik.
Tənbəllik və hövsələsizlikdən çəkinin ki, bu ikisi bütün çirkinliklərin açarıdır. İmam Sadiq (ə) https://t.me/erfaneislami
Qadının irfani məqamları keçməsi İbn Ərəbinin baxışında Mühyiddin İbn Ərəbi qadınlar haqqında belə yazır: “Bil ki, Allah səni qorusun, insanlıq kişi və qadını özündə birləşdirən vahid bir həqiqətdir. Buna görə də insanlıq baxımından kişilərin qadınlar üzərində üstünlüyü yoxdur.” İbn Ərəbi bildirir ki, kişi və qadın insan olmaq baxımından eyni həqiqətdə ortaqdırlar. Onların arasındakı fərq yalnız kişilik və qadınlıq xüsusiyyətlərindədir. Bu xüsusiyyətlər isə insanın mahiyyətinin və varlığının əsasını təşkil etmir. Qeysəri də Füsusul Hikəm əsərinin şərhində yazır: “Həqiqət baxımından qadın kişinin eynidir. Onların fərqi yalnız müəyyənlik və fərdilik baxımındandır.” Deməli, kişi və qadın insanlıq həqiqətində ortaq olduqları üçün hər ikisi irfani məqamları keçə bilər. Kişilik və qadınlıq isə onların mənəvi kamilliyə çatmasına maneə deyil. Mühyiddin İbn Ərəbi belə deyir: “Bu məqamlar yalnız kişilərə məxsus deyil. Qadınlar da bu məqamlara çata bilərlər. Lakin bu yolda kişilər üstünlük təşkil etdiyi üçün həmin məqamlar daha çox kişilərin adı ilə qeyd olunur.” Əks halda, Məryəm binti İmran, Fironun həyat yoldaşı Asiyə, Həzrət Xədicə və Həzrət Fatimə (s.ə) kimi qadınların belə uca mənəvi məqamlara çatmasını necə izah etmək olar? Qadının kişidən daha kamil olması İbn Ərəbi Fəssi Mühəmmədidə Peyğəmbərin (s) qadınlara olan məhəbbətinin sirrindən danışarkən qadının ilahi həqiqətlərin məzhəri olması məsələsinə xüsusi diqqət yetirir. Onun izahına görə, Allahın müqəddəs Zatı məzhərsiz və təcəllisiz müşahidədən münəzzəhdir. Buna görə də ilahi isim və sifətləri daha çox özündə cəmləşdirən məzhər Allahı daha kamil şəkildə göstərir. İbn Ərəbinin yanaşmasına görə, bu baxımdan qadın ilahi həqiqətin məzhəri olmaqda kişidən daha kamil bir təcəlli nümunəsidir. Çünki kişi əsasən qəbul edən və təsirlənən tərəfin məzhəridir. O, Allahın məxluqu olduğu üçün yaradılışı qəbul etmişdir. Qadın isə həm qəbul və təsirlənmənin, həm də təsir göstərmək və fəal olmaq xüsusiyyətinin məzhəridir. Çünki qadın kişini özünə cəlb edir və ona təsir göstərir. Bu təsir ilahi fəallığın bir təzahürü kimi qiymətləndirilir. Bu əsasla İbn Ərəbi qadının müəyyən mənada kişidən daha kamil olduğunu bildirir. Onun fikrincə, kişi Allahı yalnız öz məzhərliyində müşahidə etdikdə bu müşahidə tam və kamil olmaz. Lakin Allahı qadının məzhərliyində müşahidə etdikdə müşahidə kamillik dərəcəsinə çatar. İbn Ərəbi Peyğəmbərin (s) qadınlara olan məhəbbətini də bu məqamla əlaqələndirir. İbn Ərəbi irfani məqamlar haqqında başqa bir yerdə belə deyir: “Bu məqam sahiblərindən danışarkən onları kişi adı ilə qeyd etməyimiz onların yalnız kişilərdən ibarət olması demək deyil. Qadınlar da onların arasında ola bilərlər. Sadəcə, kişilər çoxluq təşkil etdiyi üçün onların adı daha çox çəkilir.” Daha sonra belə bir hadisə nəql edir: Bir şəxsdən soruşurlar ki, əbdallar neçə nəfərdir? O cavab verir: “Qırx nəfər.” Ondan soruşurlar: “Nə üçün qırx kişi demirsən?” Cavab verir: “Çünki onların arasında qadınlar da ola bilər.” Beləliklə, İbn Ərəbinin baxışına görə, irfani məqamlar və mənəvi kamillik yalnız kişilərə məxsus deyil. Qadınlar da seyrü süluk yolunu keçərək yüksək irfani məqamlara və mənəvi kamilliyə nail ola bilərlər. https://t.me/erfaneislami
Qadının Allaha doğru mənəvi səfərdən istisna olunması Bəzən belə düşünülür ki, qadın zəif olduğu üçün, kişinin himayəsində yaşadığı üçün və seyrü süluka kifayət qədər vaxt ayıra bilmədiyi üçün, xüsusilə də işləyirsə, bu mənəvi səfərdən azaddır. Lakin bu düşüncə doğru deyil. Birincisi: Allah yolunun yolçusu insanın ruhudur. Ruhun isə qadını kişisi olmur. Buna görə də tarixdə kamala çatmış həm kişilərin, həm də qadınların adlarına rast gəlirik. İkincisi: Mənəvi mübarizə və məşqlər hər insanın gücünə və imkanına uyğun müəyyən edilir. Hətta şəriətdə cihad qadından götürülmüşdür. Çünki qadının zərif yaradılışı ağır və sərt işlərə uyğun deyil. Bunun əvəzində qadının vəzifələrindən biri hüsnüt təbəüll, yəni həyat yoldaşına yaxşı münasibət göstərmək və ailə həyatını gözəl şəkildə idarə etməkdir. Üçüncüsü: Qadın kişinin əsiri deyil, onun həyat yoldaşı və həyat şərikidir. Qadının ərinin üzərində olan hüquqları çox mühümdür. Kişi qadından Allahın itaətsizliyini tələb edərsə, qadının ona itaət etməsi əsla vacib deyil. Əksinə, belə bir itaət haramdır. Dördüncüsü: Allaha doğru seyrü süluk əsasən qəlb və ruhla bağlıdır. Buna görə də insanın digər vəzifələri və üzərinə düşən haqlarla ziddiyyət təşkil etmir. İnsan gündəlik həyatını davam etdirərkən də qəlbini Allaha yönəldə və mənəvi yolunu qət edə bilər. Beləliklə, qadının seyrü süluk yolundan kənarda qalması üçün nə yaradılış baxımından, nə də mənəvi baxımdan əsas yoxdur. Allah yolunda səfər edən insanın cinsiyyəti deyil, qəlbinin istiqaməti və mənəvi hazırlığı əsasdır. https://t.me/erfaneislami
Bütün vaxtlarda mürəqibə halında olmalı, özünü nəzarətdə saxlamalı və daim özündən hesabat almalıdır. Beləcə təqvaya çatmalıdır. Təqvanın nəticəsi isə qəlbə Allahdan qeyrisinin daxil olmasına mane olmaqdır. https://t.me/erfaneislami
Qadın və irfani seyrü-süluk İrfan nəfsin təmizlənməsi, dünyaya və dünyəvi işlərə bağlılıqlardan qurtulmaq, ruhani məsələlərə tam yönəlmək və bütün bunlardan üstün olaraq Uca Məbdəyə və varlığın həqiqətinə tam diqqət yetirmək yolu ilə həqiqəti kəşf və müşahidə etməkdir. Bu baxışa əsasən, hər bir insan istəsə, həqiqətin kəşf və müşahidəsi məqamına çata bilər. Çünki bütün insanlar, istər qadın, istər kişi olsun, nəfsi tərbiyə etmək, dünyaya bağlılıqlardan qurtulmaq və Allaha tam yönəlmək qabiliyyətinə malikdirlər. Buna görə də qadınlar da bu məqama çatmaq istəyirlərsə, seyrü sülukun mərhələ və mənzillərini keçməlidirlər. Həqiqətə doğru seyr etmək və vüsal mənzillərini keçmək üçün ariflər müxtəlif mərtəbə və məqamlar müəyyənləşdirmişlər. İnsan bu mərhələləri bir bir keçərək mənəvi səfərinin sonuna çata, vilayət məqamını əldə edə bilər. Başqa sözlə, bu ilahi səfər üçün azuqə toplamaq və mənəvi yüksəliş nərdivanına qalxmaq baxımından qadınla kişi arasında fərq yoxdur. Xilafət və vilayət məqamını əldə etmək yolunda həm qadın, həm də kişi üçün meydan açıqdır və hər ikisi bu ilahi səfərin bəhrələrinə eyni şəkildə nail ola bilər. Bu baxımdan Peyğəmbəri Əkrəm (s) buyurmuşdur: “Cənnət əhli olan qadınların ən üstünləri Xüveylidin qızı Xədicə, Məhəmmədin qızı Fatimə, İmranın qızı Məryəm və Fironun zövcəsi Asiyədir.” Başqa bir rəvayətdə Peyğəmbər (s) buyurur: “Həqiqətən, Allah Təala qadınlardan dördünü seçmişdir: Məryəm, Asiyə, Xədicə və Fatimə.” Bu iki rəvayətə əsasən, çoxsaylı qadınlar cənnətə daxil olacaqlar. Lakin bu dörd qadın onların ən üstünləridir və ya bütün qadınlar arasından bu dördü seçilmişdir. Əgər kimsə soruşsa ki, nə üçün dünya qadınları arasında yalnız bu dörd nəfər belə məqama çatmışdır? Məgər bütün qadınların bu məqama çatmaq imkanları yoxdur? Cavab olaraq deyə bilərik ki, əvvəla, tarixdə fəzilətləri qeydə alınmamış çoxlu qadınlar vardır. Bundan əlavə, bu dörd qadının xüsusi olaraq qeyd edilməsi onların sayının bununla məhdudlaşdığını göstərmir. Əgər cəmiyyət inkişaf edər və tərəqqi və səadət üçün lazımi şərait və imkanları həm qadınların, həm də kişilərin ixtiyarına verərsə, qadınlar da kişilərlə çiyin çiyinə seyrü süluk yolunda addımlaya bilərlər. Bunun bariz nümunəsi Fatimeyi Zəhranın (s.ə) böyük qızı Həzrət Zeynəbdir (s.ə). O, bütün bu müsibətləri yaşamasına baxmayaraq, İbn Ziyad kimi zalım bir insanın qarşısında dayanarkən, onun “Allahın qardaşın Hüseynlə etdiyini necə gördün?” sualına böyük cəsarətlə belə cavab verdi: «ما رأيت إلا جميلاً» “Mən yalnız gözəllik gördüm.” Allah Təala onlar üçün şəhadəti müəyyən etmişdi və onlar əbədi məskənlərinə doğru yola düşdülər. Əgər Zeynəb (s.ə) seyrü süluk yolunda vüsal məqamına çatmasaydı, “Mən yalnız gözəllik gördüm” kimi bu qədər uca bir cümləni söyləyə bilməzdi. Əlbəttə, seyrü süluk mərhələlərini keçərək vilayət məqamına çatan digər qadınlardan da söz açmaq mümkündür. Bəs bir qadın seyrü süluk yoluna qədəm qoymaq istəsə, kişilər kimi bu yola haradan başlamalıdır? Ariflərin nəzərinə görə, irfani seyrü sülukda ilk addım maneələri aradan qaldırmaq və süluk üçün lazımi şəraiti hazırlamaqdır. Sülukun ən böyük maneəsi insanın səfərdə və yolçu olduğunu unutmasıdır. Əgər bir insan səfərə çıxıb, lakin yolçu olduğunu və yolkəsənin onu pusquda gözlədiyini bilmirsə, rahatlıqla yuxuya gedər və yolkəsənə düçar olar. Halbuki səfərdə olduğunu bilsə, təbii olaraq hərəkət etməyə, getdiyi yola və məqsədə uyğun azuqə toplamağa çalışar. İnsan qəflətlə mübarizə aparmaq istəyirsə, oyaq və ayıq olmalıdır. Buna görə də yəqzə, yəni oyanış və ayıqlıq, nəfsin tərbiyəsi və seyrü sülukun zəruri şərtlərindən biri hesab olunur. İnsan oyandıqda və özünün bir yolçu olduğunu dərk etdikdə hərəkətə başlayır və ilk növbədə maneələri aradan qaldırmağa çalışır. Maneələri aradan qaldırmaq üçün əvvəlcə tövbə etməli, tövbə və peşmanlıqla keçmişi düzəltməyə çalışmalıdır. Sonra zöhdü öz həyatının əsas prinsiplərindən birinə çevirməlidir. Dünyaya bağlılığı tərk edib zöhd məqamına çatmaq üçün mənəvi məşq və mübarizə aparmalı, əxlaqi məsələlərdə daim özünü tərbiyə etməlidir.
Bəzən insanın nicatı sevmədiyi şeydə olur Hamımız həyatımızda ilk baxışda acı və ağır görünən hadisələrlə qarşılaşmışıq. Elə hadisələr olub ki, həmin anda yalnız çəkdiyimiz əzabı hiss etmiş, onların hikmətini isə görə bilməmişik. Quran insanın yaşadığı bu təcrübəyə dərin bir baxış təqdim edir. Allah-Təala buyurur: “Ola bilsin ki, xoşlamadığınız bir şey sizin üçün xeyirli olsun.” (Bəqərə, 216) “Təfsiri-Nümunə” bu ayənin mənasını izah edərkən insanın baxış üfüqünü daha da genişləndirir. İnsan adətən hadisələrə yalnız indiki anın prizmasından baxır. O, bu günkü ağrını görür, amma sabahkı nəticəni görə bilmir. Anın acısını hiss edir, lakin onun gizli bərəkətindən xəbərsiz olur. Buna görə də çox vaxt tələsik hökm verir. Bəzən bəzi insanları nemət hesab edirik, sonra anlayırıq ki, əslində onlar bir imtahan imiş. Bəzi məhrumiyyətləri məğlubiyyət sayırıq, sonra görürük ki, əslində nicatımız imiş. Bəzi gecikmələri laqeydlik kimi qəbul edirik, sonradan anlayırıq ki, bu, bizi qorumaq üçün imiş. Bu ayə əzabı kiçiltmək istəmir. Əksinə, baxışımızı hadisələrin zahirindən onların dərinliyindəki hikmətə yönəltmək istəyir. “Təfsiri-Nümunə”nin izahına görə, insanın elmi məhduddur, Allahın elmi isə sonsuzdur. Biz bir çox hadisələrin yalnız zahiri tərəfini görürük. Allah isə onların batinini, gələcəyini və son nəticəsini bilir. İnsan bu həqiqətə iman gətirsə, çətinliklər qarşısında daha az sarsılar. Çünki anlayar ki, özünün bilməməsi hadisənin hikmətsiz olması demək deyil. Bəzi qapıların bağlanması insanın ruhunu qorumaq üçün zəruri ola bilər. Bəzi çatmamaqlar daha yaxşı bir çatmağın müqəddiməsidir. Bəzi ayrılıqlar insanı təhlükəli bağlılıqlardan xilas edir. Bəzi kədərlər isə qəlbi Allahı daha dərindən tanımağa hazırlayır. Bu baxış insanı səbirli və düşüncəli edir. O, artıq qarşısına çıxan hər arzuolunmaz hadisəni özünün düşməni hesab etmir. Öyrənir ki, öz istəməməsi ilə Allahın istəməməsi arasında fərq var. Bəzən biz bir şeyi acı olduğu üçün istəmirik. Lakin Allah həmin şeyi daha böyük bir xeyirin müqəddiməsinə çevirir. Həqiqi mömin tufanın ortasında belə Allahın rəhmətinə olan ümidini itirmir. O bilir ki, Allah hadisələri yalnız bizim həmin andakı hisslərimizə əsasən deyil, hikmət, mərhəmət və ilahi gələcəkgörmə ilə təqdir edir. Əgər bu gün nədənsə narahatsansa, bir az səbir et və tələsik hökm vermə. Bəlkə də indi ağır görünən həmin şey bir gün sənin üçün tamam başqa məna kəsb edəcək. Bəlkə bu pərdənin arxasında hələ üzə çıxmaq vaxtı çatmamış gizli bir xeyir var. Və bundan böyük hansı rahatlıq ola bilər ki, biləsən: Allah sənin xeyrini səndən daha yaxşı istəyir. Mənbə: Təfsiri-Nümunə, Bəqərə surəsi, 216-cı ayənin şərhi, Ayətullah Məkarim Şirazi. https://t.me/erfaneislami
İmam Səccadın (ə) Aşura günü nəql etdiyi dua İmam Səccad (ə) bir hədisdə belə buyurur: Atam İmam Hüseyn (ə) Aşura günü, bütün bədənindən qan axdığı bir halda, məni sinəsinə sıxaraq buyurdu: «Əziz oğlum! Bu duanı əzbərlə. Həqiqətən, anam Fatimə (s.ə.) bu duanı mənə öyrədib. Anam da onu Allah Rəsulundan (s) öyrənib. Cəbrail Əmin isə bu duanı Allah Rəsuluna (s) öyrədib. Bu dua ehtiyac və möhtaclıq zamanı, böyük bir iş qarşısında qaldıqda, eləcə də qəm-qüssə və bəla nazil olduqda oxunur.» « بِحَقِ يس وَ الْقُرْآنِ الْحَكِيمِ وَ بِحَقِ طه وَ الْقُرْآنِ الْعَظِيمِ يَا مَنْ يَقْدِرُ عَلَى حَوَائِجِ السَّائِلِينَ يَا مَنْ يَعْلَمُ مَا فِي الضَّمِيرِ يَا منفس [مُنَفِّساً] عَنِ الْمَكْرُوبِينَ يَا مفرج [مُفَرِّجاً] عَنِ الْمَغْمُومِينَ يَا رَاحِمَ الشَّيْخِ الْكَبِيرِ يَا رَازِقَ الطِّفْلِ الصَّغِيرِ يَا مَنْ لَا يَحْتَاجُ إِلَى التَّفْسِيرِ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ افْعَلْ بِي كَذَا وَ كَذَا.» Biharul-ənvar, Beyrut nəşri, c. 92, səh. 196 Duanın mənası «Yasinə və hikmətli Qurana xatir, Taha və əzəmətli Qurana xatir! Ey diləyənlərin hacətlərini yerinə yetirməyə qadir olan! Ey qəlblərdə olanları bilən! Ey sıxıntıya düşənlərin çətinliyini aradan qaldıran! Ey qəm-qüssə içində olanlara rahatlıq bəxş edən! Ey qoca və yaşlılara rəhm edən! Ey körpə uşağa ruzi verən! Ey izaha ehtiyacı olmayan! Məhəmmədə və Məhəmmədin Əhli-beytinə salavat göndər və mənim hacətimi yerinə yetir!» Duanın sonunda işlənən «كَذَا وَكَذَا» (kəza və kəza) ifadəsinin yerinə insan öz hacətini və istəyini söyləməlidir. https://t.me/erfaneislami
https://vt.tiktok.com/ZSV1KGH21/
İnsan niyə müasir dövrdə insanlığın yoxluğundan şikayətlənir? İnsanın elmi və texniki qüdrəti qarşısında fəth edilməz heç bir qala yoxdur. Yalnız bir qala istisnadır: insanın ruhu və nəfsi. Dağlar, səhralar, dənizlər, kosmos, yer və göy insanın elmi və texniki qüdrətinin hakimiyyəti altındadır. Lakin bu hakimiyyət dairəsindən kənarda qalan yeganə məkan insana ən yaxın olan yerdir. Bu məkan insanın öz daxilidir. İnsanın daxilindəki bu qalanı ram etmək və nəfsi özünə tabe etdirmək Mövlanənin dili ilə desək, ağıl və düşüncənin işi deyil: «Daxildəki aslan dovşana tabe olmaz.» Təəssüf ki, insanın rahatlıq və əmin amanlığının, təhlükəsizliyinin və ədalətinin, azadlığının və bərabərliyinin, nəhayət, xoşbəxtliyinin və səadətinin ən təhlükəli düşmənləri məhz bu qalanın daxilində gizlənib pusquda dayanmışdır: «Sənin ən böyük düşmənin iki böyrünün arasında olan nəfsindir.» İnsan bütün bu elmi və texniki nailiyyətlərə baxmayaraq, bu gün dərindən və ağrılı şəkildə nalə çəkir. Bəs nədən şikayətlənir? Məgər bu şikayətin əsas səbəbi əxlaq və insanlıq, həqiqi “adamiyyət”in zəifləməsi deyilmi? Ustad Mürtəza Mütəhhəri, «Sireyi Nəbəvi haqqında araşdırma», səh. 13 @islamelmleriakademiyas
Əllamə Təbatəbai buyurur: bəzən ölənlərimiz üçün göndərdiyimiz bir salavat, bərzəxdə elə bir nura çevrilir ki, onları bərzəxin çətinliyindən xilas edir. Cümə axşamı günüdür, həyatdan köçən əzizlərimizi salavatla yad edək. ✍اَللّهُمَّ اغفِر لِلمُومِنینَ وَ المُومِنَاتِ وَ المُسلِمینَ وَ المُسلِمَاتِ اَلاَحیَاءِ مِنهُم وَ الاَموَاتِ ، تَابِع بَینَنَا وَ بَینَهُم بِالخَیراتِ اِنَّکَ مُجیبُ الدَعَوَاتِ اِنَّکَ غافِرَ الذَنبِ وَ الخَطیئَاتِ وَ اِنَّکَ عَلَی کُلِّ شَیءٍ قَدیرٌ بِحُرمَةِ الفَاتِحةِ مَعَ الصَّلَوَاتِ https://t.me/erfaneislami
Həyat tərzi “Bir-birinə yaxınlaşan iki su damcısı birləşərək daha böyük bir damla əmələ gətirir. Lakin iki daş parçası heç vaxt bir-birinə qarışmır. Deməli, nə qədər sərt və qəlibləşmiş olsaq, başqalarını anlamağımız bir o qədər çətinləşər və nəticədə mənəvi cəhətdən böyümək imkanımız da azalır. Su daşla müqayisədə zahirən yumşaq və zərifdir. Lakin buna baxmayaraq, məqsədinə çatmaqda daha dözümlü, inadkar və qətiyyətlidir. Daş ilk ciddi maneənin qarşısında dayanır. Su isə öz yolunu taparaq dənizə qovuşur. Həyatda əsl möhkəmliyi, dözümlülüyü və qətiyyəti yumşaqlıq və güzəştin içində axtarmaq lazımdır. Bəzən geri addım atmaq lazımdır... Bəzən bağışlamaq və güzəştə getmək mümkün olmur. Amma gözlərini yumub yoluna davam etmək mümkündür. Bəzən görməməzliyə vurmağa məcbur olursan... Bəzən görməmək üçün baxışlarını başqa tərəfə çevirməlisən... Lakin insan anlayış və şüur qazandıqca, bağışlamağı da öyrənir.” — Əllamə Təbatəbai (r) https://t.me/erfaneislami
Ərbəin — vilayətə yenidən beyət etmə və əhdimizi təzələmə günüdür. Əgər Aşura oyanış fəryadıdırsa, Hüseyni Ərbəin həmin fəryadın İslam cəmiyyətinin ruhunda davam etdirilməsidir. Kitab: Hüseyni qiyamının işığında ağlın çiçəklənməsi Müəllif: Əllamə Cəvadi Amuli https://t.me/erfaneislami
Ayətullah Hairi Şirazi: Qəlb dirildikdə işıqlanar və gündüz kimi aydın olar. Gündüzün işığında qara ilə ağ bir-birindən seçildiyi kimi, insan da rəngləri, naxışları və ətrafındakı gözəllikləri aydın şəkildə görə bilir. Lakin işıq olmadıqda heç nəyi ayırd etmək mümkün deyil. İnsanın qəlbi öldükdə də o, əməllərin mahiyyətini və nəticəsini ayırd edə bilmir. Yəni vaciblə haramın, yaxşı ilə pisin fərqini dərk etmir. Bu, qəlbin ölməsinin əlamətidir. https://t.me/erfaneislami
Mərhum Hacı İsmayıl Dülabi: “Ölənləriniz üçün istiğfar edin. Öz nəslinizi, ata-babalarınızı xatırlayın və onlar üçün bağışlanma diləyin ki, işləriniz yoluna düşsün. Peyğəmbərimizə, imamlara və bütün peyğəmbər və elçilərə (əleyhimussəlam) salavat göndərin ki, bütün göylər və yer sizə yoldaş və yardımçı olsun.” Misbahül-Hüda, səh. 268 https://t.me/erfaneislami
İnsanın idrak qüvvəsi öz cinsindən olmayanı dərk edə bilməz. Belə ki, hiss yalnız hiss olunanları, xəyal yalnız xəyal edilənləri, əql isə yalnız əqlən dərk olunanları dərk edir. Əsrarül-ayat, s. 182 Sədrül-Mütəəllihin Şirazi (Molla Sədra) https://t.me/erfaneislami